Hans Fallada - Əyyaş

Здесь есть возможность читать онлайн «Hans Fallada - Əyyaş» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Əyyaş: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Əyyaş»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Hans Fallada 1893-cü il iyulun 21-də Qreyfsvald şəhərində doğulub. Əsl adı Rudolf Vilhelm Fridrix Ditzen olan yazar 1920-ci ildə çıxan “Der Jinge Goedeschal” adlı ilk romanından başlayaraq Hans Fallada ləqəbindən istifadə edib. 6 yaşında ikən ailəsi Berlinə köçür. 1909-cu ildə qəzaya düşən və ertəsi il tif xəstəliyinə tutulan Falladanın qəbul etdiyi ağrıkəsicilərlə həyatı boyunca davam edəcək olan narkotik problemi başlamış olur. Məktəbə uyğunlaşa bilməyən və yaşıdlarından uzaq gəzən Fallada bir neçə dəfə intihara cəhd edir. Qaldığı xəstəxanada ədəbiyyatla maraqlanmağa başlayır. 1929-cu ildə Suse İssel ilə evlənir. Müxtəlif qəzetlərlə əməkdaşlıq edərək kitablarının naşiri Rovoltla işləməyə başlayır. 1931-ci ildə çap olunan “Bauem, Bonzen und Bomben” ilə tanınır. 1932-ci ildə çap olunan “Kleiner Mann – Was Nun?” böyük uğur qazanır (Bu əsər Alatoran Yayınlarında çapdan çıxıb) və yəhudi prodüserlər onun əsasında film çəkir. Bu, yazarın 1935-ci ildə nasist partiyası tərəfindən təhlükəli yazarlar siyahısına salınmasına səbəb olur. Maddi çətinlikləri olan yazarın 1940-cı illərin əvvəlində narkotik və spirtli içkidən asılılığı xeyli artır. Suse Ditzen ilə boşandıqdan sonra 1944-cü ildə keçmiş arvadına atəş açır. Silahı ələ keçirən Suse Ditzen yazarın başına vuraraq onu bayıldır və polis çağırır. Fallada nasistlərin ruhi xəstəxanasına salınır. Burada şifrəli bir şəkildə avtobioqrafik əsər sayıla biləcək “Əyyaş” romanını yazır. Nasist partiyasının dağılmağa başladığı 1944-cü ilin qışında sərbəst buraxılır. Morfi asılılığı ucbatından xəstəxanaya aparılan Hans Fallada bu gün ən məşhur kitabı olan “Hər kəs təkbaşına ölür” əsərini bitirdikdən dərhal sonra – 1947-ci ilin fevralında həyatla vidalaşır.

Əyyaş — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Əyyaş», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

картинка 1

ALATORAN

Hans

Fallada

_________________________________________________________

Əyyaş

Hans Fallada1893-cü il iyulun 21-də Qreyfsvald şəhərində doğulub. Əsl adı Rudolf Vilhelm Fridrix Ditzen olan yazar 1920-ci ildə çıxan “Der Jinge Goedeschal” adlı ilk romanından başlayaraq Hans Fallada ləqəbindən istifadə edib. 6 yaşında ikən ailəsi Berlinə köçür. 1909-cu ildə qəzaya düşən və

ertəsi il tif xəstəliyinə tutulan Falladanın qəbul etdiyi ağrıkəsicilərlə həyatı boyunca davam edəcək olan narkotik problemi başlamış olur. Məktəbə uyğunlaşa bilməyən və yaşıdlarından uzaq gəzən Fallada bir neçə dəfə intihara cəhd edir. Qaldığı xəstəxanada ədəbiyyatla maraqlanmağa başlayır. 1929-cu ildə

Suse İssel ilə evlənir. Müxtəlif qəzetlərlə əməkdaşlıq edərək kitablarının naşiri Rovoltla işləməyə

başlayır. 1931-ci ildə çap olunan “Bauem, Bonzen und Bomben” ilə tanınır. 1932-ci ildə çap olunan

“Kleiner Mann – Was Nun?” böyük uğur qazanır (Bu əsər Alatoran Yayınlarında çapdan çıxıb) və

yəhudi prodüserlər onun əsasında film çəkir. Bu, yazarın 1935-ci ildə nasist partiyası tərəfindən təhlükəli yazarlar siyahısına salınmasına səbəb olur. Maddi çətinlikləri olan yazarın 1940-cı illərin əvvəlində narkotik və spirtli içkidən asılılığı xeyli artır. Suse Ditzen ilə boşandıqdan sonra 1944-cü ildə

keçmiş arvadına atəş açır. Silahı ələ keçirən Suse Ditzen yazarın başına vuraraq onu bayıldır və polis çağırır. Fallada nasistlərin ruhi xəstəxanasına salınır. Burada şifrəli bir şəkildə avtobioqrafik əsər sayıla biləcək “Əyyaş” romanını yazır. Nasist partiyasının dağılmağa başladığı 1944-cü ilin qışında sərbəst buraxılır. Morfi asılılığı ucbatından xəstəxanaya aparılan Hans Fallada bu gün ən məşhur kitabı olan

“Hər kəs təkbaşına ölür” əsərini bitirdikdən dərhal sonra – 1947-ci ilin fevralında həyatla vidalaşır.

Əyyaş - изображение 2

Hans Fallada

Əyyaş

(Orijinal adı: Der Trinker)

roman

Tərcüməçi: Zaur Səttarlı

Redaktor: Həmid Piriyev

Kompüter dizaynı: Turqut Qaraca

310 səh. Qiyməti 7 manat.

Çap tarixi: 02.12.15

Format: 14x20

© Aufbau Verlag GambHCo. KG, Berlin 2009. (First published with Aufbau Verlag in 1953. )

©2015 Alatoran

The translation of this work was Supported by a grant from the Goethe-Institut which is funded by the German Ministry of Foreign Affairs

Əyyaş

1

Əlbəttə ki, həmişə içmirdim, hətta içkiyə başlayalı çox olmadı. Əvvəllər spirtli içkidən iyrənərdim; hərdənbir eləcə bir stəkan pivə içərdim. Şərabın dadı mənə turş gələr, arağın iyindən narahat olardım.

Amma bir müddət sonra özümü pis hiss elədiyim bir dövrə girdim. İşlərim lazım olduğu kimi getmir, insanlarla əlaqələrimdə müxtəlif cür uğursuzluqlara məruz qalırdım. Başqalarına sezdirməsəm də, həmişə şüurlu və özünə güvənən bir adam olsam da, ətrafımdan simpatiya və tərif gözləyən mülayim bir insan idim. Daha pisi arvadımın da məndən üz çevirdiyi hissinə qapılmağım idi. Əvvəllər diqqəti çəkməyən bu əlamətlər bir başqasının gözdən qaçıra biləcəyi xırda-para şeylər idi. Məsələn, bizim evdə keçirilən bir ad günü yığıncağında mənə tort verməyi unutmuşdu; əslində tort yemirəm, amma əvvəllər həmişə mənə mütləq təklif edərdi. Bir dəfə otağımda sobanın üstündə üç gün boyunca təmizlənməyən hörümçək toru görmüşdüm. O biri otaqların hamısını gəzdim, mənimkindən başqa heç birində hörümçək toru yox idi. Əslində mənə qarşı olan bu qəzəbinin hələ nə qədər çəkəcəyini gözləmək istəyirdim, amma dördüncü gün artıq dözə bilməyib özünə dedim. Bundan sonra hörümçək toru ortadan qalxdı. Əlbəttə, bunu ona olduqca sərt şəkildə demişdim. Təklik və inciklik hissinin mənə

necə əzab çəkdirdiyini heç bir şəkildə sezdirmək istəmirdim.

Ancaq bu istəyimi reallaşdıra bilmədim. Qısa müddət sonra ayaqaltı hadisəsi baş qaldırdı. O

günlərdə bir bankla aramda bəzi problemlər yarandı; ilk dəfə almaq istədiyim pulu mənə vermək istəmədilər, həmin vaxt ziyana düşdüyüm danışılmış olmalı idi. Adı Alf olan bank müdiri mənimlə çox yaxşı davranaraq, müvəqqəti çətinliklərdən danışdı, hətta mərkəzə zəng edərək məni xüsusi bir kreditlə təmin etməyi təklif etdi. Əlbəttə, bu təklifi rədd etdim, həmişəki kimi yenə gülümsəyirdim, özümdən əmindim. Lakin indiyə qədər dəfələrlə etdiyi halda bu dəfə siqara qonaq etməməsi gözümdən qaçmadı, bu müştəri artıq onun üçün çox da əhəmiyyətli deyildi.

Stəkandan boşalırmış kimi yağan payız yağışı altında əldən düşmüş halda evə gəldim. Daha o qədər də ciddi çətinliklər qarşısında deyildim, ancaq işlərimdə müəyyən gerilik baş qaldırmışdı və bu, həmin vaxtlarda bir-iki cəhdlə yoluna qoyula bilərdi. Ancaq bu cəhdləri reallaşdıra biləcək vəziyyətdə

deyildim, qarşılaşdığım bütün bu səssiz narazılıqlardan xeyli əldən düşmüş vəziyyətdəydim.

Evə gəldikdə (şəhərdən bir az kənarda, öz villamızda yaşayırdıq; prospekt hələ oraya qədər düzəldilmədiyindən) qapının qarşısında çirkli ayaqqabılarımı təmizləmək istədim, ayaqaltı yox idi.

Hirslə qapını açıb evdən içəriyə, arvadıma səsləndim. Hava qaraldığı halda evdə heç işıq yanmırdı, Maqda isə görünmədi. Bir neçə dəfə də səsləndim, amma əbəs yerə. Son dərəcə bərbad bir vəziyyətdəydim; yağış altında öz evimin, qapımın qarşısında dayanır, evin girişini və zalı çirkləndirmək istəmədiyimdən içəri girə bilmirdim və bütün bunlar bu saatda işdən evə döndüyümü bildiyi halda, arvadımın ayaqaltını qapının önünə qoymağı unutmasından irəli gəlirdi. Axırda hirsimi cilovlayıb barmaqlarımın ucuna basaraq evə girdim. Ayaqqabılarımı çıxarmaq üçün işıq yandırıb bir stulda oturduqda, göstərmiş olduğum bu qədər səyin boş yerə olduğunu gördüm; zaldakı yaşılımtıl xalçanın üstündə qorxunc ləkələr meydana gəlmişdi. Həmişə Maqdaya deyirdim ki, tez çirklənən yaşılımtıl xalça dəhlizə uyğun deyil, amma o hər ikimizin də artıq belə şeylərə bir az olsun diqqət yetirəcək qədər yaşlandığımızı bildirmişdi. Onsuz da Else (xidmətçimiz) də arxa qapıdan istifadə edir və evin içində

həmişə başmaqla gəzirdi. Hirslə ayaqqabımın birini çıxarmışdım; elə ikincisini çıxarırdım ki, zirzəmiyə

düşən pilləkənlərə açılan qapının önündə Maqdanı gördüm. Ayaqqabı əlimdən sürüşərək gurultu ilə

xalçanın üstünə düşdü, daha bir bərbad ləkə əmələ gəldi.

–Bir az ehtiyatlı olsana, Ervin! – deyə Maqda hirslə qışqırdı. – Bu cür gözəl xalçanın halına bir bax.

Ayaqlarını əməlli-başlı silməyi öyrənməyəcəksənmi?!

Bu cür göz görə-görə haqsız yerə günahlandırılmaq məni çox hirsləndirmişdi.

Hələ də gözlərini yerdən ayırmayan arvadımdan:

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Əyyaş»

Представляем Вашему вниманию похожие книги на «Əyyaş» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Əyyaş»

Обсуждение, отзывы о книге «Əyyaş» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x