Hans Fallada - Əyyaş

Здесь есть возможность читать онлайн «Hans Fallada - Əyyaş» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Əyyaş: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Əyyaş»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Hans Fallada 1893-cü il iyulun 21-də Qreyfsvald şəhərində doğulub. Əsl adı Rudolf Vilhelm Fridrix Ditzen olan yazar 1920-ci ildə çıxan “Der Jinge Goedeschal” adlı ilk romanından başlayaraq Hans Fallada ləqəbindən istifadə edib. 6 yaşında ikən ailəsi Berlinə köçür. 1909-cu ildə qəzaya düşən və ertəsi il tif xəstəliyinə tutulan Falladanın qəbul etdiyi ağrıkəsicilərlə həyatı boyunca davam edəcək olan narkotik problemi başlamış olur. Məktəbə uyğunlaşa bilməyən və yaşıdlarından uzaq gəzən Fallada bir neçə dəfə intihara cəhd edir. Qaldığı xəstəxanada ədəbiyyatla maraqlanmağa başlayır. 1929-cu ildə Suse İssel ilə evlənir. Müxtəlif qəzetlərlə əməkdaşlıq edərək kitablarının naşiri Rovoltla işləməyə başlayır. 1931-ci ildə çap olunan “Bauem, Bonzen und Bomben” ilə tanınır. 1932-ci ildə çap olunan “Kleiner Mann – Was Nun?” böyük uğur qazanır (Bu əsər Alatoran Yayınlarında çapdan çıxıb) və yəhudi prodüserlər onun əsasında film çəkir. Bu, yazarın 1935-ci ildə nasist partiyası tərəfindən təhlükəli yazarlar siyahısına salınmasına səbəb olur. Maddi çətinlikləri olan yazarın 1940-cı illərin əvvəlində narkotik və spirtli içkidən asılılığı xeyli artır. Suse Ditzen ilə boşandıqdan sonra 1944-cü ildə keçmiş arvadına atəş açır. Silahı ələ keçirən Suse Ditzen yazarın başına vuraraq onu bayıldır və polis çağırır. Fallada nasistlərin ruhi xəstəxanasına salınır. Burada şifrəli bir şəkildə avtobioqrafik əsər sayıla biləcək “Əyyaş” romanını yazır. Nasist partiyasının dağılmağa başladığı 1944-cü ilin qışında sərbəst buraxılır. Morfi asılılığı ucbatından xəstəxanaya aparılan Hans Fallada bu gün ən məşhur kitabı olan “Hər kəs təkbaşına ölür” əsərini bitirdikdən dərhal sonra – 1947-ci ilin fevralında həyatla vidalaşır.

Əyyaş — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Əyyaş», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Masanın üzərinə bir mark qoyaraq başqa bir söz demədən meyxanadan çıxdım.

Yaz günəşli bir istilik və yüngül, ipək kimi küləklə məni qarşıladı; bu dəfə ona dəyişmiş bir insan kimi dönmüşdüm. Mədəmdəki istilik işıqlığa çevrilərək başıma yüksəldi, ürəyim çırpınmır, ara vermədən döyünürdü. İndi yeni əkinin zümrüdü yaşılını görür, torağayların mavi göylərdəki ötüşmələrini eşidirdim. Dərd-sərimdən uzaqlaşmışdım. Öz-özümə dedim ki, bir gün hər şey düzələcək.

Sevinmişdim, evə doğru getməyə başladım. “Niyə indidən əhvalımı pozum?”

Şəhərə gəldikdə iki meyxanaya da baş çəkərək tezcə gedən təsirini yeniləmək və gücləndirmək üçün daha bir “statiğe” götürüb başıma çəkdim. Yüngül, xoş bir boşalma hiss edirdim. Düz yemək vaxtı evə gəldim.

4

İndi arvadımdan təkcə ərzaq işindəki uğursuzluğumu deyil, içki içdiyimi də gizləməyə məcbur idim. Bu anda elə soyuqqanlıydım ki, heç bir çətinlik çəkmədən bu işi bacaracağıma inanırdım. Duşda həmişəki kimi deyil, daha uzun müddət qaldım, yaxşıca yuyunub ağzımdakı spirt iyini aradan qaldırmaq üçün dişlərimi uzun-uzadı, yaxşıca fırçaladım. Maqdayla necə rəftar etməli olduğumu hələ

bilmirdim, təkcə naməlum bir hiss məni boşboğazlıq etməyə qarşı xəbərdar edirdi. Danışmaq üçün diqqətə çarpan bir meylim olduğunu sezirdim, ən yaxşısı sakit, ciddi bir rəftara bürünmək idi. İçəri girdikdə gördüm ki, Maqda şorbaları çəkib məni gözləyir. Tələsik əlini sıxdım, bir-iki sözlə çöldə yaz havasının nə qədər gözəl olduğunu bildirdim. Mənim sözümü təsdiqlədi və artıq bağça üçün bəzi şeylər sifariş verdiyini dedi. Məndən də əskikliyini yenicə sezdiyim bir tərəvəzin toxumlarından axşam evə

gələrkən gətirməyimi xahiş etdi. Dərhal xahişini qəbul etdim, başqa bir söz demədən şorbamızı içməyə

başladıq. Maqdanın mənə aradabir suallı nəzərlərlə baxdığını sezdim, amma içimdə onun bir şey

bilməyəcəyi, hər şeyin yolunda getdiyi hissi vardı, baxışlarına əhəmiyyət vermədim. Bu gün şorbanı çox böyük bir iştahla içirdim.

Else qabları yığdı və arvadımdan mətbəxlə bağlı bir söz soruşdu; bundan sonra Maqda hər halda ya bir şeyin dadına baxmaq ya da əti doğramaq üçün Else ilə birlikdə mətbəxə getdi. Otaqda tək oturub yeməyin gəlməsini gözləyirdim. Düşündüyüm əhəmiyyətli bir şey yox idi, şən idim, həyatımdan razı idim. Yaşamaq xoşuma gəlirdi. Birdən özümü də təəccübləndirəcək bir hərəkət etdim. Ayağa qalxdım, barmaqlarımın ucuna basaraq yavaşca şkafın yanına getdim, alt qapağını açdım, doğru idi; davalarımızın başladığı o uğursuz noyabr axşamı içdiyimiz qırmızı şərab şüşəsi oradaca dururdu. İşığa doğru tutdum, gözlədiyim kimi şüşə yarımçıq idi: İtirəcək vaxtım yox idi, hər an Maqda gələ bilərdi.

Dırnaqlarımla şüşənin içinə möhkəmcə basılmış göbələyi çıxardım, ağzıma söykəyib içdim – lap yaşlı bir əyyaş kimi şüşədən içdim! (Amma nə edə bilərdim ki? Stəkana süzməyə vaxtım yox idi, digər tərəfdən isə, stəkan məni ələ verəcək bir dəlil ola bilərdi). Üç-dörd böyük qurtum aldım, yenidən şüşəni işığa tutdum, dibində azca qalmışdı, onu da başıma çəkdim. Sonra yenə şüşənin ağzını bağlayaraq yerinə qoydum. Şkafın qapağını da itələyib yavaşca yerimə keçdim, içim qaynayırdı, mədəm ani və güclü spirtli içkidən gərilibmiş kimi sıxılırdı. Gözlərimin qarşısında sanki odlu duman vardı; alnım, əllərim tərdən islanmışdı. Maqda qayıdana qədər özümü toplaya bilmək üçün çox əlləşdim. Daha sonra sərxoşluğun verdiyi rahat özünüburaxma hissiylə masanın arxasında otururdum, qarşıma qoyulan ət xörəyini yeməkdə çətinlik çəkdim. Mədəmin vəziyyəti təhlükəli idi, hər an üsyan edə bilərdi. Hər loxmanı böyük bir diqqətlə udur və məcburən yeyilən qidanın artıq təsirini göstərmək istəyən sərxoşluğun rahatladıcı təsirini pozacağına inanırdım.

Bu vaxt Maqda ilə bir neçə söz danışmağın yaxşı olacağını heç düşünmürdüm də. Onun yerinə

başqa bir problem birdən mənə böyük dərd olmuşdu. Şərab şüşəsi hərçənd ağzı bağlanılmış halda şkafda dururdu, amma Maqdanın ev işlərindəkı vasvasılığı ucbatından qısa zamanda boşalmış olduğu ortaya çıxacaqdı. Belə buraxa bilməzdim, vaxtında tədbir görməyə məcbur idim. Halbuki, bu iş

inanılmaz dərəcədə çətin idi. Ən yaxşı həll yolu elə bu gün günortadan sonra yeni bir şüşə şərab almaq, yarısını boşaldıb digər şüşənin yerinə qoymaq idi. Amma bunu nə vaxt edəcəkdim, axşama qədər işdə

olmağa məcbur olduğuma görə necə bufetə gedib götürəcəkdim? Axşamı Maqda ilə birgə keçirəcək, o əl işi ilə məşğul olacaq, mən qəzetlərimi oxuyacaqdım, nə zaman? Bəs boş şüşə, onu nə edəcəkdim?

Üstəlik, eyni markadan şərabı tapa biləcəkdimmi? Görəsən, Maqda şərabın etiketinin formasını xatırlaya biləcəkdimi? Ən yaxşısı, gecəyarısı yavaşca yataqdan qalxmaq, köhnə şüşənin etiketini diqqətlə çıxarıb dolusuna yapışdırmaq idi. Amma birdən həmin vaxt Maqda məni görsə necə olacaq!

Görəsən, evdə yapışqan var idimi? Çantamın içində ofisdən yapışqan gətirməyim lazım gələcəkdi.

Düşündükcə vəziyyət daha da mürəkkəbləşirdi, əslində indidən fikrimdə həlli tapılmayan bir problemə dönmüşdü. Şüşəni axıra qədər içmək çox asan olmuşdu, amma əvvəlki vəziyyətinə

gətirməyin nə qədər çətin olacağını əvvəlcədən düşünməliydim. Şüşəni qırsam, bir şey axtararkən əlimin dəydiyini desəm necə olar? Bu dəfə də yerə töküləcək şərab artıq içində yoxdu. Yoxsa cəsarət edib şüşənin yarısını su ilə doldurub əsl şərabla doldurmağı sabaha saxlasam yaxşıdı?

Fikrim getdikcə dolaşırdı, təkcə yeməyi deyil, Maqdanı da tamamilə unutmuşdum. Buna görə

həqiqətən kədərli bir səslə soruşduğu zaman yerimdən sıçramışdım:

–Nə olub, Ervin? Xəstəsənmi? Qızdırman varmı? Üzün elə qırmızıdır ki!

Bunu fürsət bilərək xəstəlik məsələsindən ikiəlli yapışdım:

–Hə, yəqin bir az xəstəyəm, yaxşı deyiləm. Bir az uzansam yaxşı olacaq. Elə bil qan başıma hücum edir..

–Bəli, Ervin, dərhal yatağa girib yatsan yəqin daha yerində olacaq. Həkim Mansfeldi çağırımmı?

–Yox, canım, sən də! – deyə qışqırdım. – On beş dəqiqə uzanacağam divana, vəssəlam. Sonra işə

getməliyəm.

Sanki ağır bir xəstəyəmmiş kimi məni divana qədər apardı, uzanmağıma kömək etdi, üzərimə bir ədyal örtdü.

–İşdə nəyəsə qanın qaraldı? – deyə ürkək halda soruşdu. – De görüm, Ervin, nədir ürəyini sıxan?

Elə dəyişdin ki!

–Yox, işdə bir şey olmayıb, – birdən hirslənib dedim. – Nə istədiyini bilmirəm. Bir az başım hərləndi ya da qan təzyiqim qalxdısa, hökmən işləmi əlaqədar olmalıdı! İşlər çox yaxşıdı, əladı!

Yavaşca içini çəkdi.

–Elə isə şirin yuxular, Ervin! – dedi. – Oyandırımmı sonra səni?

–Xeyr, xeyr, lazım deyil, mən özüm oyanaram, iyirmi dəqiqə sonra. .

Axır ki, tək qala bildim; başımı arxaya söykədim, spirtli içki artıq heç bir maneə ilə qarşılaşmadan bir dalğa halında sərbəstcə bütün bədənimi gəzir, yumşaq bir örtü kimi bütün dərdlərimi, kədərlərimi örtürdü. Hətta elə indicə Maqdaya heç lazım olmadığı halda işlərimin “çox yaxşı” getdiyini deyərək onu aldatdığım hissini belə bu dalğa götürüb apardı. Yatırdımmı. . Yatdımmı? Xeyr, sönmüşdüm. Artıq heç. .

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Əyyaş»

Представляем Вашему вниманию похожие книги на «Əyyaş» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Əyyaş»

Обсуждение, отзывы о книге «Əyyaş» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x