Hans Fallada - Əyyaş

Здесь есть возможность читать онлайн «Hans Fallada - Əyyaş» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Əyyaş: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Əyyaş»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Hans Fallada 1893-cü il iyulun 21-də Qreyfsvald şəhərində doğulub. Əsl adı Rudolf Vilhelm Fridrix Ditzen olan yazar 1920-ci ildə çıxan “Der Jinge Goedeschal” adlı ilk romanından başlayaraq Hans Fallada ləqəbindən istifadə edib. 6 yaşında ikən ailəsi Berlinə köçür. 1909-cu ildə qəzaya düşən və ertəsi il tif xəstəliyinə tutulan Falladanın qəbul etdiyi ağrıkəsicilərlə həyatı boyunca davam edəcək olan narkotik problemi başlamış olur. Məktəbə uyğunlaşa bilməyən və yaşıdlarından uzaq gəzən Fallada bir neçə dəfə intihara cəhd edir. Qaldığı xəstəxanada ədəbiyyatla maraqlanmağa başlayır. 1929-cu ildə Suse İssel ilə evlənir. Müxtəlif qəzetlərlə əməkdaşlıq edərək kitablarının naşiri Rovoltla işləməyə başlayır. 1931-ci ildə çap olunan “Bauem, Bonzen und Bomben” ilə tanınır. 1932-ci ildə çap olunan “Kleiner Mann – Was Nun?” böyük uğur qazanır (Bu əsər Alatoran Yayınlarında çapdan çıxıb) və yəhudi prodüserlər onun əsasında film çəkir. Bu, yazarın 1935-ci ildə nasist partiyası tərəfindən təhlükəli yazarlar siyahısına salınmasına səbəb olur. Maddi çətinlikləri olan yazarın 1940-cı illərin əvvəlində narkotik və spirtli içkidən asılılığı xeyli artır. Suse Ditzen ilə boşandıqdan sonra 1944-cü ildə keçmiş arvadına atəş açır. Silahı ələ keçirən Suse Ditzen yazarın başına vuraraq onu bayıldır və polis çağırır. Fallada nasistlərin ruhi xəstəxanasına salınır. Burada şifrəli bir şəkildə avtobioqrafik əsər sayıla biləcək “Əyyaş” romanını yazır. Nasist partiyasının dağılmağa başladığı 1944-cü ilin qışında sərbəst buraxılır. Morfi asılılığı ucbatından xəstəxanaya aparılan Hans Fallada bu gün ən məşhur kitabı olan “Hər kəs təkbaşına ölür” əsərini bitirdikdən dərhal sonra – 1947-ci ilin fevralında həyatla vidalaşır.

Əyyaş — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Əyyaş», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Bu anda şəhərə dönmək, ofisə getmək mənim üçün qeyri-mümkün idi; ən əhəmiyyətlisi Maqdanın qarşısına çıxmazdan əvvəl özümü ələ almalıydım. Şəhərdən və insanlardan uzaqlaşıb tarlalara, çəmənliyə baş vurdum; getdikcə uzaqlaşırdım, sanki özümdən, problemlərimdən qaçırdım!. O gün yeni əkinlərin təzə, zümrüd kimi yaşılı rəngini görmədim, dərələrin şırıltısını, torağayların qızılı-mavi havada ötüşmələrini eşitmədim; özümlə, bacarıqsızlığımla tək qalmışdım. Ürəyim başqa heç bir şeyi götürə bilməyəcək qədər problemlə yüklənmişdi.

Bunun işlərim baxımından çiyin çəkib eləcə kədərlənərək qəbul ediləcək kiçik bir müvəffəqiyyətsizlik olmadığını çox yaxşı bilirdim. Min beş yüz insan üçün təmin ediləcək olan qida maddələri nisbətə vurulacaq olsa, kiçikməbləğli qazanc gətirsə də, mənim illik gəlirimin elə böyük bir bölümünü əhatə edirdi ki, bütün işlərimdə əsaslı dəyişikliklər etmədən bu itkini qəbul etməyimə

imkan yox idi. İtkinin aradan qaldırılmasını bizim kiçik əyalət şəhərində böyük müəssisələrin olmaması səbəbiylə fikrindən belə keçirə bilməzdin. Çox böyük bir səy ilə pərakəndə işlərin sayı bir neçə düjünə çatdırıla bilərdi, amma bütün bunların itirilənin yerini tutmaması bir tərəfə, mən bu cür həddindən artıq səy göstərməkdən uzaqdım. Bəzi səbəblərdən az qala bir il idi ki, canlılığımı

itirmişdim. Hər işi öz axarına buraxır, çox da həyəcan keçirmirdim. Bəlkə də erkən yaşlanmışdım, iki işçimi işdən çıxarmağa məcbur olmağım açıq-aşkar ortada idi. Bununla bağlı xeyli şayiə yayılacağını bilmək belə məni hərəkətə gətirmirdi. Bu anda dərdim iş deyil, Maqda idi. Əsl düşüncəm, əsl dərdim Maqda idi. Onun bundan xəbəri olmamalı idi. Öz-özümə bu iki nəfərin işdən çıxarılmasını və ərzaq işini itirmiş olduğumu gələcəkdə Maqdadan gizləyə bilməyəcəyimi deyir, amma bir tərəfdən də özümü aldadaraq ən əhəmiyyətli şeyin indi bunu Maqdanın bilməməsi olduğunu, bir neçə həftə içində bu itkinin yerini doldura biləcək başqa işlər tapa biləcəyimi düşünürdüm. Sonra yenə bir anlığa hər şeyi açıq-aşkar görə bildim. Dayandım, yolun qırağındakı daşa bir təpik atıb öz-özümə dedim ki, Maqdanın öyrənməsi daha yaxşı olar. Başqalarından öyrənməyindənsə mən deyərəm, həm də elə bu gün. Hər təxirə saldığım gün etiraf etməyim daha da çətinləşəcək. Üstəlik, cinayət-zad işləməmişəm ki. Sadəcə

ləng davranmışam. Daşa bir təpik də atdım. Maqdadan yenidən işlərimə kömək etməsini xahiş

edərəm. Belə davranmağın mənə və işlərimə faydası olar, bəlkə uğursuzluğum da aradan qaldırıla bilər. Həqiqətən də canla-başla çalışmaq üçün özümdə güc tapa bilmirəm, yaxşı bir köməkçiyə çox ehtiyacım var!.

Hər şeyi açıq-aşkar görə bildiyim bu anlar çox tez keçdi. Başqalarının və xüsusilə Maqdanın gözündə həmişə nüfuzumu aşağı salmamağa diqqət yetirmişdim. Bir müdir kimi necə müntəzəm olaraq hörmət gördüyümü düşündüm. İndi də xüsusilə bu anda bundan imtina edə bilmərəm, qürurumu sındıra, Maqdanın gözündə özümü alçalda bilmərəm. Xeyr, qərarımı vermişdim, nə olursa olsun təkbaşıma bu işin öhdəsindən gələcəkdim. Az qala hər gün çəkişdiyim bir qadından kömək istəyə

bilməzdim. Bu çəkişmələrin iş yerində davam edəcəyini əvvəlcədən bilmək çətin deyil. Orada da öz dediyinin üstündə duracaq, mən qarşı çıxacağam, o da uğursuzluqlarımı üzümə vuracaq, xeyr, mümkün olan şey deyil!

Yenə bir təpik vurdum, bu dəfə ayağım yolun tozuna batdı. Başımı yerdən qaldırdım. Başım dərd-kədərimlə elə qarışmışdı ki, haraya gəldiyimin heç fərqinə varmamışdım. Yaşadığımız şəhərdən çox da uzaq olmayan, çox gözəl ağcaqayın meşələri və gölünə görə bizim şəhərlilərin yayda gəzinti yeri kimi çox sevdikləri bir kəndə gəlmişdim. Amma bu saatda gəzməyə gələn yox idi, hər kəs şəhərdə qızğın şəkildə işləyirdi.

Kənd meyxanasının qarşısında dayandım, susamışdım. Böyük, qaranlıq meyxanaya girdim. Buranı əvvəllər həmişə kəndə gəzməyə gələn şəhərlilərlə dolu görmüşdüm. Açıq rəngli yay paltarlarıyla qadınlar salonu daha da işıqlandırar, tavan sanki yüksəlibmiş kimi görünərdi. Şəhərlilər bura gəldilərmi, pəncərələr açılar, masaların üstünə rəngli örtülər sərilər və hər yerdə uzun vazaların içində

gül dəstələri olardı. İndi içərisi qaranlıq idi, masaların üstündə qəhvəyi-sarımtıl örtülər vardı, pəncərələr möhkəm bağlandığından, havası boğuq idi. Barın arxasında saçları yaxşı daranmamış, önlüyü çirkli olan gənc bir qız dayanıb əhəng sıçramış ağ geyimindən rəngsaz olduğu bəlli olan cavan bir adamla pıçıldaşırdı. İlk reaksiyam geri dönmək oldu; susuzluğum, daha da əhəmiyyətlisi yenidən dərdlərimlə baş-başa qalmaq hissi məni bara doğru itələdi.

–İçməyə bir şey verin, – dedim, – nə olursa olsun, susuzluğumu götürsün!

Qız mənə baxmadan bir stəkana pivə doldurmağa başladı; stəkanın kənarından daşan köpüyü seyr edirdim. Qız pivə kranını bağladı, bir anlığa köpüyün çəkilməsini gözlədi, sonra bir az da əlavə etdi; yenə heç nə demədən stəkanı önümə doğru itələdi və yenidən bayaqkı oğlanla pıçıldaşmağa başladı.

Mənə bir dəfə olsun baxmamışdı.

Stəkanı qaldırıb ağzıma apardım və yavaş-yavaş, qurtum-qurtum, heç ara vermədən axıra qədər içdim. Təzə, qıcıqlandırıcı və yüngülcə acı idi, boğazımdan keçərkən ardında rahatlıq, yüngüllük buraxırmış kimi idi; daha əvvəl pivənin bu xüsusiyyəti yox idi.

“Bir stəkan da verin” deyəcəkdim, amma başqa cür davrandım. Cavan oğlanın qarşısında bizdə

“statiğe” deyilən və ümumiyyətlə buğda arağı içmək üçün istifadə edilən açıq rəngli, balaca bir stəkanın olduğunu görmüşdüm.

Birdən: “Mənə də bundan bir qədəh verin!” – dedim. Həyatı boyu araq içməmiş, iyinə belə dözə

bilməyən mənim kimi bir adamın durub araq istəməsinə özüm belə məəttəl qaldım. Ağla, məntiqə

sığan şey deyildi. O günlərdə həyatımdakı bütün vərdişlər dəyişir, bir sıra gizli ünsürlərə qapılır və

özümdə bunlara etiraz edəcək gücü tapa bilmirdim.

Qız ilk dəfə üzümə baxdı. Göz qapaqlarını yavaş-yavaş qaldıraraq açıq rəngli gözləriylə ağırlığımı, dəyərimi ölçürmüş kimi baxdı.

–Araqmı? – deyə soruşdu.

–Bəli, araq, – dedim.

Qız şüşəni götürdü; indiyə qədər hər hansı bir qadının mənə bu cür açıqdan-açığa sınayıcı nəzərlərlə baxıb-baxmadığını düşündüm. Bu baxış sanki kişiliyimin dərinliklərinə enmək, kişi kimi nə

dəyərdə olduğumu ölçmək istəyirdi. Baxışını fiziki, bir az əzab verən, amma şirin bir təhqir kimi qəbul etdim, sanki gözlərinin qarşısında lümlüt soyunmuş kimiydim.

Stəkan ağzına qədər dolu idi, masanın üzərində mənə doğru itələnildi, göz qapaqları yerə çevrildi, qız oğlana döndü; haqqımda mühakimə yürüdə bilərdi. Stəkanı qaldırdım, əvvəlcə bir az duruxdum, sonra ani bir qərarla bütün stəkanı ağzıma boşaltdım. Nəfəsimi kəsirmiş kimi yandırırdı, udqundum, mayeni boğazımdan aşağıya doğru məcburən apardım. Yandıraraq, dağlayaraq aşağıya doğru düşdüyünü hiss etdim. Birdən mədəmdə istilik, rahatlaşdırıcı, şən bir istilik yarandı. Sonra bütün bədənim sarsıldı. Rəngsaz oğlan bir azca yüksək səslə: “Bu sarsılanlar ən pisləridir”, – dedi, qız güldü.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Əyyaş»

Представляем Вашему вниманию похожие книги на «Əyyaş» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Əyyaş»

Обсуждение, отзывы о книге «Əyyaş» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x