bundan belə artıq heç uşağı olmayacaqdı. Amma buna görə bir-birimizə olan sevgimiz azalmadı.
Evliliyimizin bir çox illəri boyunca bir-birimizə yenidən aşiq olurduq. Maqdadan başqa heç bir qadını istəyə bilmirdim. Məni hədsiz dərəcədə xoşbəxt edirdi, özü də ən azı mənim qədər xoşbəxt idi.
İşlərimiz elə gətirmişdi ki, yaşamaqda olduğumuz şəhərin və ətrafının böyüklüyü artıq bizə
yetmirdi. Daha da genişlənməsi sadəcə həyat şəraitmizi yenidən dəyişdirmək, doğulub böyüdüyümüz bu kiçik şəhərdən ayrılıb daha böyük bir yerə köçməklə mümkün olacaqdı. İş məsələsinə olan həddindən artıq marağımız əvvəlki sürətini itirdiyindən, bu əksikliyi aradan qaldırmaq üçün şəhər kənarında torpaq sahəsi alıb villa tikdirdik; bağça saldıq, evimizi döşədik. Bunlar geri gedən həyatımızdakı evlilik əlaqələrimizdə ortaya çıxan soyuqluqları bizə sezdirtməyəcəkdi. Artıq əvvəlki kimi bir-birimizi sevməməyimizi, bir-birimizi əvvəlki qədər tez-tez və həyəcanla istəməməyimizi bir itki deyil, özbaşına gəlişən bir şey kimi görürdük. Artıq get-gedə yaşlı bir ər-arvad olmuşduq və bu başqalarının da başına gələn təbii bir vəziyyət idi. Evimizin planlaşdırılması, tikilməsi, döşənilməsi əsnasındakı yoldaşlığımız itirdiklərimizin yerini tuturdu; iki sevgili indi iki yoldaş olmuşdu, itirdiyimiz bir şey yox idi.
Bu aralarda işlərimdə indiyə qədər mənə həmişə kömək edən Maqda artıq ticari işlərlə
maraqlanmamağa qərar vermişdi. İkimiz də bu davranışı çox adi hesab etmişdik. Evin işləri çoxalmışdı, bağça və ev heyvanlarımız baxım istəyirdi. Amma Maqdanın iş həyatından çəkilməsinin təsirləri gələcəkdə özünü göstərəcəkdi. Onun ayrılması təkcə ortaq maraq dairəmizin böyük bir hissəsinin yoxa çıxmasına gətirib çıxarmaqla qalmamış, onun necə əvəzedilməz bir köməkçi olduğunu da ortaya qoymuşdu. Məndən daha təsirli, daha təşəbbüskar idi, insanlarla olan münasibətlərdə məndən daha ağıllı idi; onlardan istədiklərini çox böyük bir asanlıq və rahatlıqla əldə edə bilirdi. Ortaq işimizdə mən diqqətli, müəyyən bir ölçüdə çox sürətli bir gedişi dayandıran, işi zəmanət altına alan bir işçiydim.
Ticarət əlaqələrində də əlimdən gəldiyi qədər kimsəni məcbur etməməyə və kimsədən hər hansı bir şey istəməməyə çalışırdım. Maqdanın ayrılmasından sonra işlərim əvvəlki kimi irəliləyə bilmədi. Yeni əlavə olunan şeylər çox az idi, daha sonra yavaş-yavaş, ildən-ilə işimin əhatə dairəsi daraldı. Bütün bu geriləmələrin çox sonralar fərqinə vara bildim; lakin artıq çox gec idi, xilas edilə biləcək bir şey qalmamışdı. O zamanlar Maqdanın işdən ayrılması məni rahatlaşdırmışdı. Öz firmasını təkbaşına təmsil edən bir kişiyə, əlbəttə, daha çox önəm verilirdi, halbuki daha əvvəl firmanın idarə edilməsində
arvadımın da söz haqqı vardı.
3
Maqdanın ev işləriylə məşğul olduğu, mənim də təkbaşıma firmanın başına keçmiş olduğum illərdə
bir-birimizə nə qədər yadlaşdığımızı ancaq davalarımız başladığı zaman anladım. Özümüzü bütünlüklə
buraxmağımızdan, bədbinliyimizdən əvvəllər bir az utanırmış kimiydim və Maqdanı incitdiyim zamanlar ağlamaqdan şişmiş gözlərlə gəzməsindən mən də az qala onun qədər əzab çəkmiş, vəziyyəti düzəltməyə and içmişdim. Amma insan hər şeyə alışır; zənnimcə, ən tez alışdığı şey də alçaldıcı vəziyyətdə yaşamasıdır. Maqdanın yaşlı gözlərlə baxması əsnasında artıq vəziyyəti düzəltməyə and içmədiyim gün də gəldi və qorxunc bir təəccübqarışıq razılıqla öz-özümə dedim: “Amma bu dəfə səni yaxşı yerində oturtdum! Həmişə hazırcavablığınla qazanırsan, amma mənə üstün gələ bilməyəcəksən”.
Bunu bu cür hiss etməyim qorxuncdur, amma yenə də doğru hesab edirdim, nə qədər ziddiyyətli görünsə də bu hissdən xoşlanırdım. Artıq Maqdanı şüurlu olaraq incitmək üçün kiçik bir addım qalmışdı.
Olduğumuz yerdə (camaatın heç xoşlanmadığı) bölgə mərkəz həbsxanası vardı və bu həbsxananın divarları arasında davamlı olaraq min beş yüzə qədər məhbus yaşamaqdaydı. Həbsxana idarəsi ilə hər
üç ildə bir yenilənən müqavilə bağlayaraq lazımlı qida maddələrilə təmin edilməsini firma olaraq biz üzərimizə götürmüşdük. Müqavilənin yenilənməsi arvadımla olan əlaqələrimizdəki bu son dərəcə
kritik dövrə rast gəlmişdi. Doqquz ildir bizim üzərimizdə idi və Maqda o zamanlar bu işi əldə etmək üçün çox çalışmışdı. Sonrakı hər iki müqavilənin yenilənməsində də müqaviləni təsdiqləyəcək olan həbsxana idarəsinin baş nəzarətçisinə baş çəkmiş və heç bir çətinliklə qarşılaşmadan tenderi qazanmışdıq. Həbsxana ilə etdiyim bu ticarəti işimin özlüyündə əvəzedilməz bir hissəsi kimi görürdüm; bu dəfə də işi çox böyütmək istəmədim. Doqquz ildən bəri qiymət tənzimləmə baxımından möhkəmliyi sübut edilmiş olan təklifin nüsxəsini çıxarıb göndərdim. Mən də həbsxananın baş
nəzarətçisinə baş çəkməyi düşünürdüm, amma hər şey yolunda gedirdi; onun işinin başından aşdığını bildiyimdən, narahat etmək istəmirdim. Qısacası, ziyarətdən imtina etmək üçün ən azı on dənə səbəb sadalaya bilərdim.
Daha sonra həbsxana rəhbərliyindən aldığım cavab məktubuyla beynimdən vurulmuşa döndüm; bir neçə quru sözlə təklifimin rədd edildiyi, qida maddələri işinin başqa bir firmaya verildiyi bildirilirdi, ilk düşündüyüm şey Maqdaya bu hadisəni eşitdirməmək idi. Sonra şlyapamı götürüb birbaşa baş
nəzarətçinin yanına qaçdım; halbuki, bu ziyarət ancaq üç həftə əvvəl edilmiş olsaydı bir məna qazanacaqdı. Nəzakətlə, amma bir az soyuq qarşılandım. Baş nəzarətçi köhnə iş əlaqələrimizin qopmasına kədərləndiyini, ancaq başqa cür davrana bilməyəcəyini bildirdi. Çünki mənim təklif etdiyim qiymətlər çoxdan təyin edilmiş, bəziləri yüksək sayılmış, bəziləri də normadan aşağıymış. Hərçənd ümumiyyətlə bu qiymətlər arasındakı aşağılıq və yüksəklik fərqi bir-birini sıradan çıxarırmış, amma işdə sabitsizlik – açıq danışdığı üçün onu bağışlamalıydım – səlahiyyətli cənabların üzərində pis təsir yaradıb; üstəlik, bu tenderin mənə verilib-verilməməsi firmam üçün çox da əhəmiyyətli olmamalıymış.
Bundan başqa bu tenderin əvvəllər bir neçə dəfə mənimlə rəqabət edərək olduqca əhvalımı pozan, bütün imkanlarıyla çalışıb-əlləşən yeni, gənc bir firmaya verildiyini öyrəndim. Bu dəfə yarışı qazanan onlar olmuşdu. Axırda baş nəzarətçi nəzakətlə əlimi sıxaraq, üç il sonra köhnə əlaqələrimizin yenidən qurulacağı ümidində olduğunu bildirdi; beləcə mən “təxliyə” edilmiş oldum!
Həbsxana idarəsində təlaş və çaşqınlığımı, bu uğursuzluq qarşısındakı çarəsizliyimi hiss etdirmədiyimi bilirəm. Zəfəri qazanmış şanslı rəqibimin adını yarınəzakət, yarımaraq nümayişi ilə
öyrəndim. Amma çöldə, arxamdan həbsxananın ağır dəmir qapısı gurultuyla bağlanıldıqda, bu gözəl yaz günəşi altında çox pis bir xülyadan oyandım. Amma hələ də həqiqət ilə xülyanı bir-birindən ayırd edə bilməyən bir insan kimiydim. Hələ də o kabusların təsirində, təngnəfəs haldaydım. Dəmir barmaqlıqlı qapı əbəs yerə məni azadlığa yollamışdı; indi kədər və uğursuzluqlarımın məhbusuydum.
Читать дальше