Zəhərdir, şəfadır hər bir ləçəyi.
Yeyəndə susdurur ürəyimizi,
Qoxlayanda ətri coşdurur bizi.
Vuruşur düşməntək bu cür, bu təhər
İnsanın qəlbində xeyir ilə şər.
Şər qalib gəldimi, məhv olur həyat,
Çiçəyi qurd yeyir sanki o saat.
Romeo daxil olur.
Romeo.Sabahınız xeyir, hörmətli ata!
Lorenso.
Allah amanında, çatın nicata! Kimdir bu tezlikdə axtaran məni?
Gənc oğlum, pərişan görürəm səni.
Belə tez durmağın sübutdur buna,
Nəsə haram qatıb şirin yuxuna.
Qocalıq belədir, adətdir bizdə:
Qayğı keşik çəkir gözlərimizdə.
Qayğı qalan yerdə heç yuxu qalmaz,
Cavanlıq başqadır, qayğısı olmaz.
Harda gənc uzanır, bir qaydadır bu,
Orda taxta çıxır zər taclı yuxu.
Odur ki, gəlişin bildirir mənə:
Nəsə bir fəlakət üz verib sənə,
Yox, belə deyilsə, deməli, onda
Gecə olmamısan öz yatağında.
Romeo.
Düzdür, yatmamışam, getdi möhnətim,
Yuxudan şirindir istirahətim.
Lorenso.
Özün keç günahdan, Allahtaala,
Rozalina ilə olmusan, bala?
Romeo.
Rozalina ilə? Yox, əziz atam,
Unutmuşam onun adını tamam.
Lorenso.Nədir o yuxudan şirin möcüzə?
Romeo.
İndicə hər şeyi deyərəm sizə.
Düşmənimlə birgə kefdə idim mən,
Ah, o yaraladı məni qəfildən.
Mən də yaraladım onu eləcə,
Ölümcül bir yara aldıq biz gecə.
Mənə də, ona da çarə gərəkdir,
Müqəddəs əlacın bizə köməkdir.
Görürsüz, nifrətim yox qənimə də,
Əlac axtarıram düşmənimə də.
Lorenso.
Oğlum, açıq danış, aydın de, nə var?
Tapmaca dərdə həb tapmaca olar.
Romeo.Fikrim həqiqətdir, sözlərim yəqin,
Sevirəm qızını Kapulettinin.
Sevgiylə bağlanıb ürəklərimiz,
Nikahla bərkidin bu sevgini siz.
Biz necə, nə zaman, harada pünhan
Görüşüb, danışıb kəsmişik peyman –
Yolda danışaram, ruhani ata,
Mən ona butayam, o mənə buta.
Sizə yalvarıram, güldürün bizi,
Elə bu gün kəsin kəbinimizi.
Lorenso.
Müqəddəs Fransisk!
Işlər var nə cür!
Bu nə dəyişiklik, nə dönüklükdür?
Sən nə tez unutdun Rozalinanı?
Bəs sən olmamışdın onun heyranı?
Gənclərin sevgisi görəsən nədir?
Eşqi könlündə yox, gözlərindədir.
Bu solmuş, saralmış yanaqlarından
Nə qədər göz yaşı axdı bir zaman?!
Nalən duman kimi tutdu səmanı,
Günəş qurutmayıb o ahfəğanı.
İniltin səslənir qulaqlarımda,
Göz yaşın iz salıb yanaqlarında.
Hanı o məhəbbət, o sevgi hanı?
Dəyişdin, unutdun Rozalinanı?
Əgər kişilərdə yoxsa dəyanət,
Neçin qadınları edək məzəmmət?
Romeo.Məni bu eşq üçün danlayırdınız.
Lorenso.Həddini keçirdin, bununçün yalnız.
Romeo.Dediniz: dəfn elə məhəbbətini.
Lorenso.
Dedim: unudasan qəmmöhnətini.
Demədim bir eşqi yerə gömüb, sən
Başqa birisini çıxar qəbirdən.
Romeo.
Məni danlamayın, bu canlı aftab
Veribdir sevgimə sevgiyle cavab. O mənim eşqimlə açılan güldü,
Axı, o əvvəlki belə deyildi.
Lorenso.
Rozalina yaxşı bilirdi ki, sən
Sevgi sözlərini əzbərləmisən.
Yaxşı, di gəl gedək, gənc hərdəmxəyal,
Köməyə hazıram mən sizə dərhal.
Sizin bu eşqiniz qoy açsın çiçək,
Ədavət dostluğa çevrilsin gərək.
Romeo.Tez gedək, tez gedək mümkünsə əgər.
Lorenso.Tələsmə, tez qaçan tez də büdrəyər.
Gedirler.
Küçə Benvolio ilə Merkusio daxil olurlar.
Merkusio.
Görən, bu Romeo harada qaldı?
Deməli, bu gecə evə gəlməyib?
Benvolio.Gəlməyib. Öyrəndim mən nökərindən.
Merkusio.
Ah, o Rozalina, qəlbi daş gözəl
Ona ki bu qədər işgəncə verir,
Biçarə, yəqin ki, dəli olacaq.
Benvolio.
Kapulettinin o qardaşı oğlu
Tibalt Romeoya məktub göndərib.
Merkusio.Meydan oxumaqdır bu, vicdan haqqı.
Benvolio.Romeo da ona cavab verəcək.
Merkusio.
Əli qələm tutan hər savadlı kəs
Cavab verə bilər hər bir məktuba.
Benvolio.
Yox, o göstərəcək necə lazımsa,
Hücuma hücumla cavab verəcək. Merkusio.
Vay, yazıq Romeo, o artıq ölüb. Ağbəniz pərinin qara gözləri onu ağır yaralayıb. Eşqin nəğməsi onun qulaqlarmı deşikdeşik eləyib. Məhəbbətin oxu onun ürəyinin düz ortasından keçib. O, Tibaltın qarşısında necə davam gətirəcək?
Benvolio.Nə üçün, axı, nədir bu Tibalt?
Merkusio.Səni inandırıram ki, o, nağıldakı pişiklər padşahı Tibaltdan daha amansızdır. Pis işlərdə başçıdır. Elə qılınc oynadır ki, elə bil notla mahnı oxuyursan. Ritmi, məsafəni və ölçünü çox dəqiq bilir. Bir, iki, üçüncüdə qılıncı köksünə sancır. Zərif qönçələrin əsl qənimidir. Duel ölüsüdür, duel. Yüksək dərəcəli zadəgandır. Qılınc oynatmağın əsl bilicisidir. Ah, o ölməz passado! O punto reserso! O hay!
Benvolio.O nə deməkdir?
Merkusio.Cəhənnəm olsun o əzilibbüzülən ədabazları, yeni dil quraşdıranları! Elə ancaq bunu eşidirsən: «Həzrətiİsa haqqı, ən yaxşı qılıncdır! Ən ucaboy kişidir! Ən gözəl qəhbədir!» Özün de, ulu babam, bu qan qaraldan əcnəbi milçəklərin qulağımıza girməsi kədərli deyilmi? Bu xarici moda düşkünləri, bu pardonnezmoislər yeni dəbə elə aludə olublar ki, təzə tumanda köhnə skamyalarda rahat əyləşə bilmirlər. Ah, onların bonları, onların bonları.
Romeo daxil olur.
Benvolio.Romeo gəlir, Romeo gəlir!
Merkusio.Bir bax, qurudulmuş balığa oxşayır. Ah, insan bədəni, sən necə də balıqlaşdın! İndi onun başında yalnız
Petrarkanın nəğmələri kimi gözəl şerlər dolanır. Onun sevgilisinin yanında Laura mətbəxdə qabyuyandan artıq bir şey deyil. Düzdür, Lauranm aşiqi ona daha gözəl nəğmələr qoşmuşdur.
Başqalarına gəldikdə də belədir. Didona pintidir. Kleopatra isə qaraçıdır. Yelena və Hero qəhbədirlər.
Tizbanın qəşəng ala gözləri olsa da, gözəllikdə onunla müqayisə edilə bilməz. Senyor Romeo, bonjur. Bu da sənin gen fransız şalvarına bir fransız salamı. Sən dünən axşam bizə yaxşı kələk gəldin.
Romeo.
Sabahınız xeyir ikinizin də,
Necə kələk gəldim axı mən sizə?
Merkusio.Aradan çıxdın, cənab, aradan çıxdın.
Məgər bunu başa düşmürsən?
Romeo.Bağışla, əziz Merkusio, işim çox vacib idi.
Mənim kimi işi olan adam ədəb qaydalarını poza bilər.
Merkusio.Sənin kimi işi olan adam dizi üstə çöküb, baş əyməyə məcbur olar desən, daha doğru çıxardı.
Romeo.Demək istəyirsən ki, salam verərdi.
Merkusio.Sən çox incəliklə hədəfə vurdun.
Читать дальше