Romeo.Bu çox nəzakətli izahat oldu.
Merkusio.Hə də, mən əsl nəzakət çiçəyiyəm.
Romeo.Yəqin ki, qərənfilsən.
Merkusio.Tamamilə doğrudur.
Romeo.Deyirəm axı, mənim rəqs ayaqqabılarıma taxılan çiçəklər niyə belə qəşəngdir.
Merkusio.Yaxşı dedin. Bu zarafatınla ayaqqabıların yırtılana kimi arxamca gəl. Əgər birinin altı deşilməyib, salamat qalsa, sənə kömək eləyər.
Romeo.Ah, bir ayaqqabı altı qədər dözümsüz və dəyanətsiz zarafat! O necə də deşilməyib salamat qalsın.
Merkusio.Əziz Benvolio, aramıza gir, bizi ayır.
Mənim hazırcavablığım kəsərdən düşür.
Romeo.Qamçıla, mahmızla, tənbəli qamçıla, mahmızla, yoxsa mən onu ötəcək və qışqıracağam: yarışı uddum!
Merkusio.Dayan bir, əgər sənin hazırcavablığın ovda çöl qazlarına bir şahin kimi cumubsa, mən doğrudan da uduzdum; ona görə ki, sənin hiss üzvlərinin birində olan alıcı quş mənim bütün beş hiss üzvümdəkindən çoxdur. Bəlkə, məni də qaz hesab edirsən?
Romeo.Sən mənim yanımda qazdan başqa heç vaxt heç şey olmamısan.
Merkusio.Bu zarafat üçün mən sənin qulağım qırparam.
Romeo.Yox, mənim mərhəmətli qazım, elə iş tutma.
Merkusio.Sənin hazırcavablığın çox acıdır, lap istiot kimidir.
Romeo.Yağlı bir qaz üçün acı istiot gözəl bir ədviyyə olmazmı?
Merkusio.Ah, sənin hazırcavablığın yumşaq dəriyə bənzəyir. Onu uzununa da, eninə də çəkib uzatmaq olar.
Romeo.Mən eninə sözünü dartıb, o qədər uzadaram ki, qaz sözünə əlavə edəndə sən dünyada ən böyük qaz olarsan.
Merkusio.Nə deyirəm ki? Bu, eşq ahuflarından yaxşı deyilmi? Hə, indi səninlə danışmaq olar. İndi sən Romeosan.
İndi sən tərbiyə və təbiətin etibarı ilə əvvəlki adamsan.
Dostum, sənin bu sarsaq məhəbbətin əlindəki ağacı gizlətməyə bir deşik tapmayıb, ağzından köpük daşadaşa o yanbu yana qaçan dəliyə bənzəyir.
Benvolio.Burda kəs, burda kəs!
Merkusio.Son istəyirsən ki, burda mən öz nitqimin quyruğunu kəsim?!
Benvolio.Belə olmasa, nitqin çox uzanar.
Merkusio.Ah! Sən yanılırsan. Mən onu qısaltmaq istəyirdim. Nitqim lap sonuna gəlib çatmışdı. Həqiqətən də, fikrim vardı ki, onu davam etdirməyim.
Romeo.Baxın, gözəl tamaşa buna deyərlər.
Dayə və Piter daxil olurlar.
Merkusio.Yelkən, yelkən!
Benvolio.Özü də iki dənə: tuman və şalvar.
Dayə.Piter!
Piter.Nə buyurursunuz?
Dayə.Menim yelpiyimi ver, Piter.
Merkusio.Mərhəmətli Piter, tez elə, qoy üzünü gizlətsin.Yelpiyi üzündən gözəldir.
Dayə.Sabahınız xeyir, xeyirxah cənablar!
Merkusio.Axşamınız xeyir, qəşəng xanım.
Dayə.Məgər axşamdır?
Merkusio.Sənə deyirəm, az olmaz, çünki saatın ədəbsiz əli indi günortanın qamçısının düz üstündədir.
Dayə.Ayıb deyil? Sən necə adamsan?
Romeo.Elə adamdır ki, xanım, Allahtaala onu özözünü ələ salmaq üçün yaradıb.
Dayə.Doğrudan, yaxşı dediniz: özözünü ələ salmaq üçün, belə dediniz, hə? Cənablar, kim mənə deyə bilər, gənc Romeonu harada tapmaq olar?
Romeo.Mən deyə bilərəm. Ancaq siz onu tapanda gənc Romeo indi axtardığınızdan bir az yaşlı olacaq. Əgər pis düşməsə, deyərdim ki, bu adı daşıyan insanların ən cavanı mənəm.
Dayə.Yaxşı dediniz.
Merkusio.Necə? Heç pis yaxşı olarmı? Doğrusu, yaxşı yerinə düşdü. Ağıllı sözdür, ağıllı sözdür.
Dayə.Cənab, Romeo sizsinizsə, mənim sizə deməyə bir neçə gizli sözüm var.
Benvolio.Görərsən, onu bişirib, şama dəvət edəcək.
Merkusio.Aradüzəldən, aradüzəldən, aradüzəldən, qap onu.
Romeo.Nədir, nə tapmısan?
Merkusio.Dovşan deyil, cənab. Yox, bu elə dovşandır ki, qurumuş, kiflənmiş pəhriz piroqunun içindən çıxıb.
Oxuyur.
Qoca, boz dovşan
Kifsənib yaman,
Nə yaxşı yeməkdir, pəhriz zamanı.
Kifsənməsəydi,
Qırx nəfər nəydi,
Yəqin, doydurardı bütün dünyanı.
Romeo, evə getmirsən?
Biz sizə nahar etməyə gedirik.
Romeo.Bu saat, gəlirəm.
Merkusio.
Əlvida, Nuhu gəmidə görən xanım, əlvida!
Xanım, xanım, xanım…
Merkusio ilə Benvolio gedirlər.
Dayə.Buna bax bir, əlvida! Deyin görüm, cənab, bu sırtıq çərçi kimdir ki, ədəbsizlik dağarcığı kimi belə dolubdaşır.
Romeo.Dayə, bu özü deyib, özü eşitməyi sevən adamdır. Bir dəqiqədə bir ayda deyəcəyindən daha çox cəfəngiyat üyüdüb tökə bilər.
Dayə.Əgər mənim haqqımda pis bir söz desə, onun canını alaram. Mən onun kimi iyirmi belə sırtıq bambılıya cavab verərəm. Hərgah özüm bacarmasam, məni müdafiə edənlər tapılar. Alçaq haramzada! Mən onun üçün əzilibbüzülən qızlardan deyiləm. Mən onun üçün əyyaş, pozğun qadınlardan deyiləm (Piterə). Sən də yanımda müqəvva kimi durub gözünü döyürsən. Hər yetən əclafın özü istədiyi kimi məni elə salmağına dözürsən.
Piter.Mən ki hələ bir kişinin özü istədiyi kimi sizi ələ saldığını görməmişəm. İnanın, belə olsaydı, cəld qılıncımı sıyırardım. Elə ki, görürəm, yaxşı döyüş üçün bir səbəb var, qanun da mənim tərəfimdədir, mən də başqaları kimi heç nədən çəkinmədən tez qılıncımı işə salıram.
Dayə.Bir Allah şahiddir ki, hələ də hirsimdən özümə gəlməmişəm, bütün bədənim əsir. Alçaq haramzada! Ah, cənab, axı mənim sizə bir sözüm vardı. Dediyim, gənc xanımım sizi axtarıb tapmağı xahiş etmişdi. Onun xahiş edib, tapşırdığı sözləri hələlik özümdə bir sirr kimi saxlayıram. Əvvəlcə, icazə verin, sizə deyim, əgər siz onu yoldan çıxarmaq istəyirsinizsə, necə deyərlər, bu kobud bir hərəkət olardı. Çünki xanımım çox gəncdir, buna görə də onu aldadırsınızsa, bu doğrudan da, pis və eybəcər bir işdir.
Romeo.Mehriban dayə, məndən xanımına salam söylə. Mən sənə söz verirəm ki…
Dayə.Safqəlbli oğlan, mən ona elə beləcə də deyəcəyəm. İlahi, ilahi, o necə də sevinəcək!
Romeo.Sən ona nə deyəcəksən, mehriban dayə? Mən hələ heç nə deməmişəm.
Dayə.Mən ona deyəcəyəm ki, cənab, siz söz verdiniz. Belə işi, mənim anladığıma görə, ancaq nəcib bir adam görə bilər.
Romeo.Ona de, bu axşam bir bəhanə ilə ibadət etməyə kilsəyə gəlsin.
Orda, hücrəsində rahib Lorenso
Kəsəcəkdir bizim nikahımızı.
Al, zəhmət haqqıdır bu da səninçün.
Dayə.Yox, yox, götürmərəm bircə peni də.
Читать дальше