Vahi̇d Çəmənli̇ - Bu yay da belə keçdi̇. Şerlər

Здесь есть возможность читать онлайн «Vahi̇d Çəmənli̇ - Bu yay da belə keçdi̇. Şerlər» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Поэзия, на русском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Bu yay da belə keçdi̇. Şerlər: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Bu yay da belə keçdi̇. Şerlər»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

«Bu yay da belə keçdi» kitabında Vahid Çəmənlinin müxtəlif illərdə yazdığı şerləri toplanmışdır. Bu şerlərdə Vahid Çəmənli insanlara, Vətənə, torpağa olan sevgisini ən səmimi hisslərlə tərənnüm edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bu yay da belə keçdi̇. Şerlər — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Bu yay da belə keçdi̇. Şerlər», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Bu yay da belə keçdi̇

Şerlər

Vahi̇d Çəmənli̇

© Vahi̇d Çəmənli̇, 2018

ISBN 978-5-4485-3155-2

Создано в интеллектуальной издательской системе Ridero

Vahid Çəmənli Ömür adlı qatarın belə sürətlə hərəkət etməyi xəyalıma gəlməzdi - фото 1

Vahid Çəmənli

Ömür adlı qatarın belə sürətlə hərəkət etməyi xəyalıma gəlməzdi. Mənimlə birgə yola çıxanların da qatardan belə tez düşəcəyini güman etməzdim. Amma, sən demə qatarlar dayanacaqlardan keçəndə hər kəs öz dayanacağında düşməli imiş. Mənim yol yoldaşlarımdan qatarı ilk tərk edən babam Abbas kişi oldu. Sonra anam Pərizad, atam Valeh, xalam Səriyyə, sonra İdris dayımla İsa dayım bir – bir qatarı tərk elədilər. Hürizad xalam xeyli yol yoldaşı oldu mənə. Sonra bir gün o da haqqın dərgahına qovuşdu.

Mənim sevdiyim insanlar! Bu gün mən sizin yer üzündə yaşayan səsiniz, sədanızam. Qələmə aldığım… yox, ürəyimin ən dərin guşələrindən süzülüb gələn bu misralarda sizin sevgi dolu qəlbinizin çırpıntıları yaşayır. Bu çırpıntılar mən durduqca vuracaq Sonra bir gün mən də estafeti sizin üzünü görmədiyiniz, amma sizi andıran nəvələrinizə, nəticələrinizə verib qatarı tərk edəcəm. Bilin ki, mən heç zaman sizi unutmadım. Həmişə ürəyimdə yaşadınız. Həmişə ürəyimdə yaşayacaqsınız.

Əzizlərim, mən bu kitabı sizin xatirənizə həsr edirəm!

Sizi canı qədər sevən Vahid Çəmənli.

Minnətdarlıq

Daha bir kitabla qarşınızdayam, əziz oxucularım. Sizin qarşınızda imtahan vermək asan deyil.

Qəlbinizdə şerə, sözə dərin maraq olduğunu, həm də mahir söz sərrafı olduğunuzu bilə – bilə yenə özümü oda atmışam.

Bilmirəm, yazdığım bu cızma – qaralar könlünüzü oxşaya biləcəyəmmi?

Amma bu kitabdan tək bircə şer, tək bircə bənd, tək bircə misra, tək bircə söz də xatirinizdə qalsa, özümü xoşbəxt hesab edərəm.

Əziz oxucularım, bu kitabı oxumağa sərf etdiyiniz, qəlbimdən süzülən hər bir kəlməyə qulaq verdiyiniz üçün Sizə minnətdaram.

Hələ uşaqlığımdan sazının, sözünün vurğunu olduğum atam aşıq Valehə, qayğısı, sevgisi ilə məni bəsləyib böyüdən anam Pərizada, mənim təhsil almağım üçün 6 – sinifdən məktəbi buraxıb işləməyə gedən qardaşım Zülfüqara, bir əlçim tifilliyindən çörəyimizi – yeməyimizi bişirən, paltarımızı yuyan bacım Qəndaba, atam – anam haqq dünyasına qovuşandan sonra bizə atalıq edən İdris dayıya, analıq edən Hürizad, Səriyyə xalalarıma minnətdaram.

Çəmənli adlı bir kəndə olan sevgisini, suyunu, havasını, Günəşini, torpağını mənimlə bölüşən, ağsaqqalından cocuğuna qədər canım qədər sevdiyim həmkəndlilərimə minnətdaram.

Gəncliyini, həyatının ən gözəl zamanlarını sərf edərək mənə həyat dərsi verə-verə elm öyrədən sevimli müəllimlərim – Qara müəllim, Bayram müəllim, Kamil müəllim, Şəmsəddin müəllim, Fərzəliyev Allahverən müəllim, Paşayev Allahverən müəllim, Məmməd müəllim, Xosrov müəllim, Səlbi müəllimə, Sabir müəllim, Musa müəllim, Quliyev Musa müəllim, Zülfüqar müəllim, rus dilinə dərin maraq oyadan İsmayıl müəllim – Sizə minnətdaram.

Mənə göstərdikləri səmimi münasibətə görə, hal – hazırda Taleh Nuruyevin rəhbərliyi ilə Ziyəddin İsgəndərov adına Çəmənli kənd orta məktəbində çalışan müəllim kollektivinə öz minnətdarlığımı bildirirəm.

İçimdə şerə, sənətə maraq oyadan sevimli müəllimim, Çəmənlimin gözəl şairi Şahmar Əkbərzadəyə minnətdaram.

Mənə mənəvi dəstək olan sevimli sinif yoldaşlarım Nizami Bayramova, Rəfiqə Rüstəmovaya, Allahverən Əliyevə, Çingiz Baxşəliyevə, Akif Abışova, Rafiq Piriyevə, Şahin Günəşliyə, Kamal Alışova… minnətdaram.

Ömrümün son 20 ilinin sadiq dostu, mənim «Nə ömürdü yaşadım» şerlər kitabımın ərəsəyə gəlməsində maddi, mənəvi dəstək olan Mahir Hacıyev – Sənə minnətdaram. O kitab olmasaydı, bu kitab da olmazdı.

Mənə böyük dəstək olan qürbətdə yaşayan dostlarım Adil Danilova, Camal Abdullayevə dərin minnətdarlığımı bildirirəm.

İncə zövqlü dostum Mayıl Adilov, mənim cızmaqaralarıma dəyər verdiyiniz üçün Sizə minnətdaram.

Hörmətli Doktor Müşfiq Mirzəyev, bir yazar kimi mənə dəyər verdiyiniz üçün Sizə minnətdaram.

Adını sevə – sevə andığım, atamın dostu, uşaqlığımdan bu günə qədər dərin bir məhəbbətlə sevdiyim Məhəmmədəli əminin övladları Cəfər bəy, Aydın bəy, bu gün həmin sevgini izafisi ilə mənə bəxş etdiyiniz üçün Sizə minnətdaram.

Müasir Azərbaycan Ədəbiyyatının azman nasiri, şairi, filosofu Firuz Mustafa müəllim, mənə göstərdiyiniz etimad üçün Sizə minnətdaram.

Bu kitabın ərəsəyə gəlməsində böyük əməyi olan dostum şair Vidadi Ağdamlıya minnətdaram.

Dostum, ellim, şair Zaur Ustac, zəhmət çəkib ön söz yazdınız. Bilirəm ki, bu asan olmadı. Ön söz kitabın simvoludur, onun vizit kartıdır. Zəhmətinizə görə Sizə minnətdaram.

Yazar insanın ailə üzvü olmaq çox çətindir. Əziz həyat yoldaşım Təranə, oğlanlarım Valeh, Aydın sizə həsr eləməli olduğum vaxtımı yazmağa həsr etdim. Sizə olan sevgimi şer dediyim cızmaqaralarımla bölüşdüm. Məni əfv edin.

Hörmətlə: Vahid Çəmənli

Ön söz

Bu yay da belə keçdi» -Allah bilir daha neçə belə yaylar keçəcək…

«Bu yay da belə keçdi» -yə keçməzdən əvvəl Vahid Çəmənli adının, imzasının üzərində bir az dayanmaq istəyirəm. Vahid Çəmənli – bu imzadakı Vahid elə Vahiddir bunun şərhə, əlavə izahata ehtiyacı yoxdur. O ki, qaldı Çəmənliyə bu torpaq olduqca müxtəlif sahələrdə sayılıb-seçilən, dəli-dolu oğulları ilə məşhurdur. Bu gün belə oğullardan biri Vahid Çəmənlinin sözünün hənirtisinə isinib, kölgəsində sərinləməyə çalışacağıq… Sözün əsl mənasında çox qurşaqlı iqlimə malik Azərbaycan torpağından pöhrələnib, qol-budaqlı söz ağacına çevrilmiş Vahid poeziyası elə zəngin və rəngarəngdir ki, onun bir budağında istədiyin qədər ağlamaq üçün bəhanə tapıb, ürəyini boşaldana qədər hönkür-hönkür ağlaya, digərində zəmanənin çirkin insanlarının eybəcər əməllərinə için-içindən gedənə qədər acı-acı gülə, bir budağında tənhalıqdan üşüyən zaman isinə, digərində isə üz qızardan əmməlləri görməmək üçün qaçıb, gizlənmək, necə deyərlər sərinləmək olar… Söz istidən düşmüşkən gələk «Bu yay da belə keçdi» məsələsinin üstünə… Vahid qardaşım bu işə Sənin əsrin dördə birindən çox vaxt ərzində gözünün nurunu, saçının qaralığını, qəlbinin fərahlığını verib böyütdüyün bu qollu-budaqlı söz ağacının (lap həyətimizdəki, Ağdamın dörd bir tərəfi görünən hündür qoz ağacı yadıma düşdü…) ən hündür budağından əlini gözünün üstünə qoyub göz işlədikcə baxdıqda belə görünür ki, «bu xəmir hələ çox su aparacaq…»

«Qardaşım, bu söhbəti hər gecə təkrarlanan bir yuxu ilə yekunlaşdırmaq istəyirəm. Ancaq, yuxuya keçməzdən də əvvəl onu qeyd edim ki, mən yuxu məsələləri üzrə mütəxəsisəm və bu barədə də köklü-köməcli bir yazım var. Hər bir yuxunun istər iradi, istərsə də qeyri – iradi bir əsası olmalıdır. Yəni mən yuxumun iki iradi əsasını reallıqda görmüşəm. Bunun birincisi Biçənək aşırımında Naxçıvanın dövlət sərhəddində əsas magistral asfalt yolun üzərinə tökülmüş, lap Qarqadan yığılan qrabilə oxşayan bir-neçə «samasvalt» şeben, bir də Dördyoldan üzü Ağdama tərəf gedəndə yolun üzərindəki topalar (Aqil Abbasın filmində) …

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Bu yay da belə keçdi̇. Şerlər»

Представляем Вашему вниманию похожие книги на «Bu yay da belə keçdi̇. Şerlər» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Bu yay da belə keçdi̇. Şerlər»

Обсуждение, отзывы о книге «Bu yay da belə keçdi̇. Şerlər» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x