Meyxoş Abdullah - Əsir qadın

Здесь есть возможность читать онлайн «Meyxoş Abdullah - Əsir qadın» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Əsir qadın: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Əsir qadın»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

M.Abdulla ədəbi fəaliyyətə XX əsrin 80-ci illərində başlayıb. Real faktlar üzərində yazılan və oxucular tərəfindən maraqla qarşılanan “Əsir qadın” romanı 2009-cu ildə kitab şəkilndə oxuculara təqdim olunub və oxucu kütləsini təsirləndirən ən faciəli roman kimi yadda qalıb. Ən önəmli məqamlardan biri də odur ki, romanın ilk adı “İt anası” olub.
Yazıçı bu barədə deyir: “İlk variantda kitabın adı “İt anası” olub. Hələ kitab çıxmamışdan qabaq müsahibələrimin birində bu əsər barədə danışmışdım. 2006-cı ildə məni çağırdılar, bu məsələylə bağlı sorğu-sual etdilər. Mən onlara bu əsəri əlimdə olan bəzi faktlar əsasında yazdığımı söylədim. Bundan sonra ümumi razılıq əldə etdik və mən əsərin adını və əsərdə gedən bəzi faktları çıxarmalı oldum”.
M.Abdulla onu da qeyd edir ki, “Əsir qadın” əsəri, onun Qarabağ mövzusunda yazdığı hekayə və povestlərdən sonra yazılan ən iri həcmli romanıdır: “Romanda hadisələrin görünməyən tərəflərini bədii obrazlarla verməyə çalışmışam. Amma erməni zabitinin öz küçüklərini əsir qadının qucağına qoyaraq öz övladı kimi süd verməyə onu məcbur etməsi faktı doğrudur. Belə bir şəkil erməni qəzetlərinin birində verilmişdi. Şəkilin altında da ermənicə “İt anası” sözləri yazılmışdı, bunu təsdiq edənlər oldu.

Əsir qadın — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Əsir qadın», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

– Gördün, Səidə, sənə demədimmi onların analarını ağladacağam? Bax üçünü də gəbərtdim.

Onun dediklərinə inanmağım gəlmirdi. Gözlərimi açıb körpüyə tərəf boylandım. Nə maşının üstə, nə də ki, qarşısında heç kəs gözümə dəymədi. Sevincimdən ağlaya-ağlaya:

– Əli, doğurdanmı onları vurdun?! – soruşdum.

– Vurdun nədi, analarını lap mələr qoydum! – deyə o, uşaqla birlikdə qucaqlayıb məni bağrına basdı. Sonra nə fikirləşdisə, tez məni özündən aralayıb soruşdu:

– Səidə, uşağın səsi gəlmir, boğulub elər e…

Sanki yuxudaymış kimi diksindim. Yadıma düşdü ki, hələ də yaylığı tifil balamın üzündən götürməmişəm. Yaylığı götürən kimi uşaq qucağımda çırpındı və bir-iki ağız bərkdən qışqırdı. Sonra səsini udub kiridi. Ay işığında uşağın gözləri tələyə düşmüş siçanın gözləri kimi parıldayırdı.

– Az qalmışdı ha, səni öldürüm, – deyə, pıçıldadım və uşağın üz-gözündən öpməyə başladım. Körpə isə balaca, toppuş əllərini düyünləyərək, gözlərini ova-ova gərnəşirdi. Yazıq uşağın yuxusunun vaxtı keçirdi.

Ərimin qərarını gözləyirdim, hər şey ondan aslı idı. Əgər o desəydi, al bu silahla özünə və körpənə atəş aç, sözsüz onun əmrinə tabe olub, özümü və körpəmi qətlə yetirməyə hazır idim. Ərim isə susurdu. Susmağıyla yanaşı hiss edirdim ki, o, sakitcə ətrafı dinləyir. Arada, uzaqdan eşidilən avtomat səsləri gecənin sakitliyini pozurdu.

Əli bir azdan ayağa qalxdı. Sonra mənim də qolumdan tutub ayağa qaldırdı və uşağı qucağımdan alaraq, körpüyə tərəf irəlilədik. Körpüyə çatıb, hərbi maşının yanından keçdik. Düşmən əsgərlərindən ikisinin meyidi maşının qabağında, biri isə üstündə uzanıb qalmışdı. Ərim onların da avtomatlarını götürərək, çiynindən asdı və oradan uzaqlaşdıq. Gecə yarıydı. Yorğunluqdan qıçlarım bir-birinə dolaşırdı. Yuxusuzluq gözlərimi elə acılaşdırmışdı ki, yeriyə-yeriyə ayaqüstəcə mürgüləyirdim. Xoşbəxtlikdən oğlumuz susurdu. Amma aradabir ağız-burnunu əyib zarımasından ona soyuq olduğunu hiss edirdim. Körpüdən xeyli aralansaq da, hələ də yol gedirdik. Çökəklikdən yuxarı qalxdıqca, şəhərdən görünən od-alovun işığı, sanki böyük bir ərazinin oda qalandığından xəbər verirdi. Şəhərin bu vəziyyəti hər ikimizin ürəyini ağrıtdı. Diş-dırnaqla qurduğumuz ev-eşiyin bir anın içindəcə darmadağın edilməsiylə heç cür barışa bilmirdik. Bu heç mümkün də deyildi.

Əli keçib getdiyimiz yolu, kol-kəsəyi yaxşı tanıyırdı. Ona görə də, hara gedəcəyimizi ondan soruşmaq ağlıma belə gəlmirdi. Bircə onu fikirləşirdim ki, hara gediriksə gedək, ancaq sağ, salamat olaq. Havanın soyuqluğu isə iliyə işləyirdi. Səhərə yaxın olduğundan havada duman-çən vardı. Dumanqarışıq şeh damcıları adamın üzünü dalayırdı. Otların üstü də şehlə örtülmüşdü. Bir addım da olsun yeriməyə taqətim qalmamışdı. Tərslikdən, ayaqqabılarımın altı da qopub düşdüyündən, ayaqlarım suyun isindəydi. Dizlərimdən başlayan gizilti başıma vururudu. Ərimin çiyinlərindən asılı vəziyyətdə qalmışdım, o da yorulub, əldən düşmüşdü. Yorğunluğunu gizlətməyə çalışsa da, nəfəsini çiyinlərindən aldığını hiss edirdim. Bir qolunun üstə uşaq, digər əlində də üç avtomat silahı daşıyan adamın vəziyyəti necə olmalıydı bəs?! Hələ, bir yandan da mən ona yük olmuşdum. Arada mənə təskinlik verərək deyirdi:

– Bir az da özünü toxtaq tut, çatırıq, sonra döyunca yatıb dincələrik. Hara olursa olsun, bir azca oturub dincimi almaq istəyirdim. Lap suyun, palçığın içi də olsa belə. – Ərimin sözləri məni o qədər sakitləşdirirdi ki… Onun sözlərindən sonra qıçlarıma, elə bil qüvvət gəlirdi. Amma bir-iki addım atandan sonra yenə də yorulub əldən düşürdüm. Qarşıda uzanıb gedən üzüm bağları görünürdü. Sıralanan beton dirəklər, səf-səf düzülmüş əsgərlərə bənzəyirdi. Bir az aralıda balaca bir koma gözə dəyirdi. Yəqin ki, bu bağ gözətçinin koması idi. Ehtiyatla komaya yaxınlaşıb, içəri girdik. Komanın içi isti idi. Soyuq eşikdən içəri girən kimi beynimi yuxu elə çulğaladı ki, bir an da olsun ayaq üstə dayana bilməyib, quru küləşin üstünə çökdüm. Uzanan kimi yuxu məni apardı. Elə bil qulağımın dibindən daşla vurmuşdular, nə qədər yatdığımı bilmədim. Sanki min ilin yorğunluğunu canımdan çıxarırdım. Əgər körpəm ağlayıb, məni yuxudan oyatmasaydı, yəqin ki, hələ bu tezlikə oyanmayacaqdım. Gözlərimi açıb bir qədər duruxub qaldım. Harada olduğumu, əvvəlcə anlaya bilmədim, dəli adamlar kimi yan-yörəmə boylanırdım. Komanın bir küncündə, silahını sinəsinə basaraq yuxulamış ərimi, bir də böyürümdə ağlayan körpəni görəndə, olub-keçənləri xatırladım. Yuxudan ayılasan və birdən-birə düşdüyün bədbəxtliklə üz-üzə qalasan, adama gör necə gələr? Bir anın içində başıma gələnləri xatırladım. Olub-keçənlər o qədər dəhşətli, o qədər ağır idi ki, bunları xatırlayanda dünya adamın başına daralırdı. Bircə şeyə sevinirdim, sevinirdim ki, nə yaxşı ərim, oğlum sağ və salamatdırlar. Mənə təsəlli verən yalnız bir yerdə olmağımız idi.

Hava bir qədər işıqlaşmışdı, yan-yörəni seçmək olurdu. Oğlumu qucağıma götürüb sinəmə basdım. O, ağlamaqda davam edirdi. Bilirdim ki, uşağın yeri yaşdır, bələyini açdım. Gecədən bəri bir dəfə də olsun yeri dəyişdirilməyən oğlum, su içərisindəydi. Əski-üskünün kəsif qoxusu burnumu qıcıqlandırdı. Belə gecələrdə onun yerini, bəlkə üç-dörd dəfə dəyişdirərdim. Evdən çıxarkən uşağın pal-paltarını sahmanlayıb, götürmüşdüm. Onun yerini rahatladım, sonra sinəmə basıb yedizdirməyə başladım. Oğlum yaman acmışdı, ac qurd kimi canıma elə daraşmışdı ki… Bir azdan o, yenidən yuxuya getdi. Uşağı yanıma, küləşin üstünə qoyub üstünü örtdüm. Özüm də, deyəsən soyuqlamışdım, bədənim sızıldayırdı. Üstümə atıb, bürünməyə bir şey yox idi. Əllərimi qoynuma qoyub, öz-özümə sığındım və bundan sonrakı taleyimiz barədə düşünməyə başladım.

Nə edəcəyik, hara gedəcəyik?.. Başımıza bundan sonra nələr gələcək?.. Cavabsız suallar beynimi elə dumanlandırmışdı ki, ağlıma heç nə sığışmırdı. Hər şeyə heyfslənirdim. İtirdiklərimin hamısı mənə ağır gəlirdi. Evimdə qoyub gəldiyim kibrit çöpü də, bu anda mənim ürəyimi ağrıdırdı… Qoyub gəldiyim hər şey üçün burnuun ucu göynəyirdi. İnsan əlindəkilərinin qədrini çox heyif ki, onları itirdikdən sonra anlayırmış. Onda da, nə faydası… Bəlkə də, bu şeylər barədə çox fikirləşəcəkdim. Elə bu vaxt yolun altındakı dərədə beş-altı nəfər əsgər göründü. Mən onları lap aydınca görürdüm. Amma bizim və ya düşmən əsgərləri olduqlarını ayırd etməkdə çətinlik çəkirdim. Ərimi oyatdım və əsgərləri ona göstərib:

– Əli, ora bax, orda əsgərlər var! – dedim.

O yerindən dik atıldı. Gözlərini ovub, diqqətlə bizdən xeyli uzaqda olan əlisilahlı əsgərlərə baxdı. Onların səslərini eşitsək də, nə dildə danışdıqlarını ayırd etməkdə çətinlik çəkirdik. Əli onlara bir xeyli göz qoyduqdan sonra yavaşca:

– Ehtiyatlı ol, düşmənlərdir! – dedi. Sonra mənə ürək-dirək vermək üçün əlavə etdi: – Özünü tox tut, qorxub eləmə.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Əsir qadın»

Представляем Вашему вниманию похожие книги на «Əsir qadın» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Əsir qadın»

Обсуждение, отзывы о книге «Əsir qadın» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x