ALATORAN
NƏVAL ƏL SƏƏDAVİ
SIFIR NÖQTƏSİNDƏ QADIN
2
3
“ K A D I N ” D Ə R G İ S İ N İ N K İ T A B X A N A S I _______________________________________________
NƏVAL ƏL SƏƏDAVİ
SIFIR NÖQTƏSİNDƏ QADIN
Farscadan çevirən: Güntay Gəncalp
Redaktor: Fəxran Balov
100 səh. Qiyməti 4 manat. Çap tarixi: 30.06.15, Format: 13x20
Kitabda Misir nümunə göstərilərək geri qalmış ölkələrdə
qadınların çətin həyatı mövzu olaraq seçilmişdir. İstər kəndli olsunlar, istər şəhərli, bu ölkələrdəki qızların həyatı üzərində
mövcud olan kabus təsvir edilib. Qızları fahişəliyə zorlayan kişimərkəzli kültür və sosial münasibətlərin özəllikləri açıqlanaraq, müsəlman ölkələrində qadın olmanın necə bir məhrumiyyət
olduğu
yazıçı
qələmiylə
oxuculara
çatdırılmaqdadır.
4
5
Tərcüməçidən ön söz
Ərəb və ümumən müsəlman dünyasında
qadınların içində bulunduqları bədbəxtliklər bir çox feminist müsəlman qadın yazar və araşdırmaçı tərəfindən qələmə alınmışdır. Lakin qadınların yaşadığı bu bədbəxtlikləri sosial həyatın dərinliklərinə enərək incələyən yazarlar və araşdırmaçılar az olmuşdur. O az olan və həyatını müsəlman ölkələrində əzilən, döyülən və aşağılanan qadınların haqqını savunmağa adayan yazarlardan biri Nəval əl Səədavidir.
1931-ci il doğumlu Nəval əl Səədavi feminist olmanın yanı sıra bir yazıçı olduğunu dilə gətirər. 1955-ci ildə Qahirə tibb universitetini bitirən yazar cərrahlıq üzərinə
uzmanlığını
New
Yorkún
Kolombiya
universitetində tamamlayır. Qahirənin “Eyn-uşşəms”
universitetində
psixoloji
sahəsində
araşdırmalarla
məşğul olur. Qadınların toplumun dışında qalması Nəval üçün hər zaman önəmli bir sorun olaraq görülmüşdür. Misirdə demokratiyanın olmamasını yurddaşlarının, özəlliklə qadınların başlıca sorunu olaraq görmüşdür. Ərəb oxucuları Nəvalla ilk dəfə onun
“Doktor bir qadının xatirələri” adlı romanını oxuyaraq tanış olmuşlar. Bu, Nəvalın ilk romanı olmuşdur. “Sıfır 6
nöqtəsində qadın” onun ikinci romanıdır. Daha sonra
“İki qadın bir qadında”, “Petrol çağında sevgi” kimi romanları və digər kiçik öyküləri işıq üzü görmüşdür.
Ədəbiyyatşünasların təsbitinə görə Nəval ərəb dünyasının ən böyük qadın roman yazarıdır. Nəvalın on yeddi romanı yayımlanmışdır.
Oxucuların mütaliəsinə sunulan bu əsərdə
müsəlman ölkələrində bir qadının kənd və şəhərlərdə
yaşadığı dəhşət çətinliklər təsvir edilmişdir. Ataların qızlarına olan sərt münasibətləri, kişimərkəzli toplumda qadınların yaşadıqları fəlakətlər ələ alınmışdır.
Müsəlman ölkəsində qız olaraq dünyaya gəlmənin bir suç kimi görüldüyü anladılmaqdadır. Öylə ki, hətta yoxsulluq üzündən ölən qızlar üçün sevinən ataların var olduğu bəyan edilir. Bu əsərdə Nəval əl Səədavi, ölüm zindanında misirli fahişə Firdovsla danışır. Firdovsun anlatdığı yaşam öyküsünü bizə açıqlayır. Bu dünyada qadın olmanın, hələ bir “fahişə” olmanın bu yaşam öyküsündə nə anlama gələ biləcəyini oxuyuruq. Sıfır nöqtəsi nədir? Kitabın sosial yaşam biçimlərinə
dayanaraq açıqladığına görə, sıfır nöqtəsi toplum, törələr və erkəkmərkəzli sosial şərtlər tərəfindən hazırlanan kor bir nöqtədir. Müsəlman ölkələrindəki qadınlar bu nöqtənin içində həbs həyatı yaşayır və
qurtuluşlarına da imkan yoxdur. Necə ki, romanın baş
şəxsiyyəti “Firdovs” nə qədər çabalayıb çalışsa da, azadlığını əldə edə bilmir, çünkü toplum onu fahişə
görmək istəyir, orada qalması üçün hər kəs və polis kimi “güvənilir” qurumlar əlindən gələni əsirgəmirlər. Bir sosial gerçək ortaya çıxır: Qadın ya bir erkəyin köləsi olmalı, erkəyi tərəfindən döyülməyi də nemət olaraq görməli, ya da döyülməyərək, aşağılanmayaraq bir 7
həyat yaşamaq istərsə, fahişəlik etməlidir. Müsəlman ölkələrinin tarixi və törələri bu istiqamətdə və qadın düşmənliyi əsasında formalaşmışdır.
Bir qadın aydınlanaraq modern dünyagörüşünə
sahib olarsa, bu, kəndiliyindən toplum törələri və yasa dışı yollarla qazanılan sərmayə üçün təhlükə olaraq görünər və bu zehniyyət susdurulmalı, bu görüş sahibi fahişəliyə zorlanmalı, öldürülməlidir. Kitabın içində bu kimi gerçəklər oxucunu çox etkiləyir. “Yurdsevərlik yoxsul sinfin zənginlərin torpağını qoruması, onların mülklərini savunaraq ölməsi anlamında idi, çünkü yoxsulun torpağı yox idi.” Bir fahişənin vardığı bu gerçək, əslində tarixi və cahanşümul bir problem deyilmi?
Ölkənin güvənlik və şərəfini qorumaqla görəvli olan polis sistemi, əslində sərmayənin, əxlaqsızlığın qoruyucu düzəni kimi mövcuddur. Polis sistemi iqtidar sahibləri tərəfindən qurumsaqlıq düzəni kimi təsis edilmişdir. Aşağı sinif qadınların eşqinə də ehtiyac olmadıqdan sonra sistemə bağlı olmadan azad insan kimi yaşaya bilmək üçün fahişəlik tək yol olaraq ortaya çıxır. Lakin fahişəlikdə azadlıq varmı? Bir qadının bədənini sataraq, kimsəyə möhtac olmadan həyatını təmin etməsinə imkan verilərmi? Qadın bədəni üzərindən sərmayə qazanan və dövlətlə bu məsələdə
əməkdaşlıq edən mafiya üzvləri buna izn verərlərmi?
Fahişəlik yoluyla olsa belə, bir qadın öz qazandığı sərmayəyə sahib ola bilərmi? Bu sualların cavabını kitabda görəcəksiniz. Əsərin fahişə qəhrəmanı sonunda bu görüşə varacaqdır: “Gerçəklər də insanı öldürdüyü üçün, ölüm kimidir. Mən bir insanı öldürdüyüm zaman, 8
onu bıçaqla deyil, gerçəklə öldürərəm. Bu üzdən məndən qorxur və məni yox etmək üçün tələsirlər.”
Aradan onillər keçsə də, dünyada ən çox oxunan kitablardan biri bu əsər olmuşdur.
Güntay Gəncalp
9
Yazarın ön sözü
Bu romanı Qənatir zindanında bir xanımla tanış
olduqdan sonra yazdım. Bu görüşdən bir neçə ay öncə
Misir qadınlarının “nevroz” xəstəliyinə tutulmaları haqda araşdırma aparmışdım. O zaman işsiz olduğumdan bütün
diqqət
və
fikrimi
bu
mövzu
üzərində
mərkəzləşdirə bilirdim. 1972-ci ilin sonlarında sağlıq baxanlığı
məni
sağlıq
eyitimi
bölümünün
başqanlığından
və
“Sağlıq”
dərgisinin
baş
redaktorluğundan uzaqlaşdırdı. Qadınların qurtuluşuna, azadlığına inanan bir yazar kimi, davranışlarım və
görüşlərim dövlət görəvliləri tərəfindən qəbul edilmirdi.
Fəqət var olan çətinliklərə baxmayaraq, daha çox düşünür, yazır və qadınlarla olan toplantılarıma davam edirdim. 1973-cü ildə həyatımda yeni olaylar meydana çıxdı. Bu il “Sıfır nöqtəsində qadın” və ya “Firdovs”
Читать дальше