Nəval Əl Səədavi - Sıfır nöqtəsində qadın

Здесь есть возможность читать онлайн «Nəval Əl Səədavi - Sıfır nöqtəsində qadın» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Sıfır nöqtəsində qadın: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Sıfır nöqtəsində qadın»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitabda Misir nümunə göstərilərək geri qalmış ölkələrdə qadınların çətin həyatı mövzu olaraq seçilmişdir. İstər kəndli olsunlar, istər şəhərli, bu ölkələrdəki qızların həyatı üzərində mövcud olan kabus təsvir edilib. Qızları fahişəliyə zorlayan kişimərkəzli kültür və sosial münasibətlərin özəllikləri açıqlanaraq, müsəlman ölkələrində qadın olmanın necə bir məhrumiyyət olduğu yazıçı qələmiylə oxuculara çatdırılmaqdadır.

Sıfır nöqtəsində qadın — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Sıfır nöqtəsində qadın», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Evdə bir iş görməyə həvəsim yox idi. Son kitabımın əlyazısı variantı üzərinə bir az göz gəzdirdim. Ancaq fikirlərimi bir yerə toplaya bilmədim. On gündən sonra darağacından asılıb öldürüləcək olan Firdovs adında qadından başqa heç bir şey düşünə bilmirdim. Ertəsi gün yenə də zindana uğradım.

Gözətçiyə “Firdovsla görüşmək istəyirəm” dedim.

Gözətçi “doktor xanım, mümkün deyil, o, sizinlə

görüşməyəcək” söylədi.

“Nəyə görə?” dedim.

“Bir neçə gün sonra darağacından asılacaq. Siz və ya başqa birisi onun üçün nə edə bilərsiniz? Onu yalnız və rahat buraxın” söylədi.

Gözətçinin səsində gərginlik var idi. Sanki bir neçə gün sonra Firdovsi dardan asacaq adam mənmişəm kimi, qəzəblə mənə baxdı.

Ona “mənim zindan yetkililəri və digər dövlət orqanları ilə heç bir ilişkim yoxdur” dedim.

Əsəbi tonda “hər kəs sənin dediyini söyləyir” dedi.

15

“Nədən belə sinirli və səbirsizsən? Firdovsun suçsuz olduğunumu düşünürsən? O kişini onun öldürmədiyinimi sanırsan” deyə sordum.

Daha sinirli tərzdə “istər qatil olsun, istər olmasın o, suçsuz bir qadındır və edam edilməməlidir. Onları dardan asmaq lazımdır” dedi.

“Onları? Onlar kimdi?” söylədim.

Şübhə dolu baxışları mənə baxaraq “Öncə mənə kim olduğunuzu söyləyin. Sizi onlarmı bu qadınla görüşməyə

göndərmişlər?” dedi.

Təkrar ona “onlar dedikdə kimi nəzərdə tutursunuz?”

deyə sordum.

Qorxu dolu ehtiyatla ətrafı süzüb və bir az məndən uzaqlaşaraq “onlar…, yəni siz onları tanımırsınızmı?” dedi.

“Yox, tanımıram” dedim.

Kinayəli gülümsəmələri ilə uzaqlaşdı. Uzaqlaşarkən

“necə ola bilər kimsə onları tanımasın” söyləyən zümzümələrini eşitdim.

Bir neçə kərə ard-arda zindana uğrasam da, Firdovsla görüşmək mümkün olmadı. Araşdırmalarımın təhlükədə

olduğunu hiss etdim. Əslində bütün həyatım risk altında idi.

Özümə olan güvənim sarsılmışdı və çətin anlar keçirirdim.

Edam ediləcək bu qadının məndən daha üstün və böyük olduğunu hiss etdim. Onunla özümü qarşılaşdıranda milyonlarca həşərənin içində özümü yerdə sürünən bir həşərə kimi hiss etməyə başlamışdım. Hər dəfə gözətçi və

ya zindan doktorunun onun mənimlə görüşmək istəmədiyini bildirəndə içimdə aşağılıq duyğusu yaşayırdım. Ağlımda ardıcıl olaraq bu suallar baş qaldırırdı: “O necə bir qadındır?”, “O, mənimlə görüşməkdən vaz keçərək özünü məndən üstünmü görmək istəyir?” Ancaq o, qürurunu qırmayaraq bağışlanması ilə ilgili prezindentə yazılan məktuba da imza atmamışdı. Əcəba, bu onun özünü dövlət başçısından da daha üstün görməsi anlamında deyilmi?

Onunla bağlı içimdə cürbəcür duyğular baş qaldırırdı. Onun 16

özünü çox yüksəklərdə gördüyünü açıqca hiss edirdim. İçim yanıb yaxılaraq onun qarşısında öz gücsüzlüyümə qalib gəlməyə çalışırdım. Yataraq bir neçə gündən sonra edam ediləcək o qadını unutmağa çalışırdım. Lakin beynimə sızan fikirlər yatmamı önləyirdi. Mənimlə görüşmək istəməyən bu qadın məni tanıyırmı? Yoxsa məni heç tanımadanmı görüşmək istəmir?

Ertəsi gün bir daha zindana uğradım. Firdovsla görüşməkdən ümidsiz olmuşdum. Zindana uğrayışım da görüşmək üçün deyildi. Gözətçi və ya doktorla bir şeylər danışacaqdım. Doktor hələ gəlməmişdi, ancaq gözətçi ilə

görüşə bildim. Gözətçiyə “məni tanıyıb tanımadığı haqda Firdovs bir şeylər söylədimi?” deyə sordum.

Gözətçi “yox, heç bir şey söyləmədi, ancaq sizi tanıyıb tanımadığını bilmirəm” dedi.

–Nədən belə fikirləşirsiniz? Məni tanımadığını haradan bilirsiniz?

–Hiss edirəm.

Daş kimi yerimdəcə donub qalmışdım. Gözətçi öz işinin arxasınca getdi. Arabama minib oradan uzaqlaşmaq istəsəm də, başaramadım. Ağır və ağrılı bir duyğu qəlbimə basqı göstərir, ayaqlarım sanki geriyə dönüşümü önləyirdi. Ağır, çox ağır bir duyğu. Yer kürəsindən də ağır bir duyğu. Sanki mən yer kürəsinin üzərində deyil, yer kürəsi mənim üzərimdə

idi. Bu hissi daha öncə, yalnız bir kərə yaşamışdım -

sevdiyim kişi eşqimə rədd cavabı verəndə. Sadəcə bir kişi və

ya milyonlarca insanlar tərəfindən deyil, bütün varlıq tərəfindən atıldığımı sanmışdım.

Çiyinlərimi düz tutub, dərin bir nəfəs alaraq içimdə

güvən yaratmaq istəyirdim. Səhərin erkən çağında zindanın qapısında olduğum üçün öz-özümə təəccüblənirdim. Gözətçi belini əymiş, əlində bir silgəclə zindanın koridorunu süpürüb təmizləyirdi. Nədənsə bu gözətçiyə qarşı içimdə bir aşağılıq duyğusu yarandı. O, sadəcə zindanda təmizlik işləri ilə

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Sıfır nöqtəsində qadın»

Представляем Вашему вниманию похожие книги на «Sıfır nöqtəsində qadın» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Sıfır nöqtəsində qadın»

Обсуждение, отзывы о книге «Sıfır nöqtəsində qadın» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x