adında romanım yayımlandı. Çeşidli dərəcədə ruhi xəstəliklərdən əziyyət çəkən bir çox qadınla görüşdən sonra bu araşdırma ideyası ağlımda baş qaldırdı.
Nevroz xəstəliyinə yaxalanmış bir neçə qadını bu iş
üçün seçmək qərarına gəldim. İşim uğurla yürüsün deyə xəstə qadınlara uğramalı idim.
Mənim üçün hər zaman zindanın bir cazibəsi olmuşdur. Zindanda həyatın özəlliklə qadınlar üçün necə keçməsiylə maraqlanırdım. Bəlkə də ölkəmdə
düşüncə adamlarının “siyasi suç” üzündən sürəkli yaxalanmaları bu marağı məndə doğurmuşdu. Ərim on 10
üç il siyasi tutsaq olaraq Misirin çeşidli zindanlarında həbs həyatı yaşamışdı. Bu üzdən Qənatir zindanının doktorunu görər-görməz səbirsizliklə onunla fikir mübadiləsinə başladım. Hər görüşdə dartışmalarımız olurdu. Dartışmalarımızın mövzusu müxtəlif bəhanələrlə
həbs edilən qadınlar idi. Özəlliklə zindanda nevroz xəstəliyinə tutulmuş qadınları yaxından görmək, onların ruh hallarını və davranışlarını araşdırmaq istəyirdim.
Zaman keçdikcə mövzuya daha da ciddi yanaşır və
qadın tutuqluları yaxından görmə istəyi məndə daha da şiddətlənirdi. İlk dəfə olaraq zindanın içini “siyasi” bir filmdə görmüşdüm. İndi isə gerçək bir zindanı və
zindandakıları görmə fürsətini yaxalamışdım.
Bir dostum var idi. O, bir qadının bir kişini öldürdüyü üçün edama məhkum edildiyi haqda mənə
bilgi vermişdi. Vicdanımda bu araşdırma ilə ilgili böyük bir sorumluluq hiss edirdim. O günə qədər qatil bir qadını görməmişdim. Zindanın doktoru məni o və digər qadınlarla görüşdürəcəyinə söz verdi. Onun yardımı ilə
psixoloq həkim olaraq tutuqlularla görüşmə izni ala bildim.
Araşdırmalarıma rəğbət göstərən doktor xəstələrlə görüşmə imkanını asanlaşdırdı.
Zindana girdiyimdə qaranlıq və dar hücrələri, dəmir barmaqlıqlarla hörülmüş kiçik pəncərələri görüb çox kədərləndim. Sanki hər tərəfdən; qapıdan, pəncərədən və divarlardan şiddət yağırdı. Qorxunc bir titrəmə
bədənimi sardı. Bir gün özüm də gəlib burada həbs həyatı yaşayacağımı heç təsəvvür etməzdim. Lakin bir həkim kimi deyil, Ənvər Sadatın əmri üzərinə 1035
suçlulardan biri kimi tutuqlanıb həbs ediləcəkdim. 1974-cü ilin payızında tutuqlularla görüşmək üçün zindana girdiyimdə gələcəkdə burada özüm də bir tutuqlu kimi 11
yatacağımı heç ağlıma gətirməmişdim. Zindanın həyətindən keçərkən dəmir pərdələri barmaqları ilə
sarıb mənə baxan qadınları gördüm. Qadınların qorxunc baxışları onlarla heyvanlar kimi davranıldığını açıqca göstərirdi.
Firdovs öncə mənimlə danışmaqdan çəkindi. Daha sonra nə düşündüsə söhbətləşməyə razı olaraq öz yaşam öyküsünü yavaş-yavaş mənə anlatmağa başladı. Firdovs öz yaşamının pərdələrini aralayıb danışdıqca, onunla daha çox maraqlanır, onu daha dərindən tanımağa çalışırdım. Bu qədər bədbəxt qadınların içində Firdovs bir istisna idi. Bu qadını tanıdıqca bir roman yazmaq qərarına gəldim. Bu roman
“Firdovs” və ya “Sıfır nöqtəsində qadın” olaraq ortaya çıxdı. O zaman doktor dostum aracılığı ilə bir çox qadınla zindanda tanış olmuşdum. Onlar mənim araşdırmama qonu olan 20 nəfərlik qadın dəstəsindən ibarət idi. Bilimsəl araşdırmalarım 1976-ci ildə “Qadınlar və nevroz” başlığı ilə Misirdə kitab şəklində yayımlandı.
Firdovs başqalarından fərqlənirdi. O, artıq mənim dünyamda bəzən sakit və bəzən də təlatümlü görünürdü. Öldürüləndən sonra onun həyatından bir kitab yazaraq, Firdovsa yeni həyat qazandırmaq qərarına gəldim. Çünkü 1974-cü ilin sonunda Firdovs edam edildi. Lakin o, heç bir zaman mənim gözlərimin önündən çəkilmədi. Necə qürurlu və mətanətli davrandığını heç unutmadım. 1981-ci ildə məni də
tutuqlayıb eyni zindanda həbs etdilər. Gözlərim dustaq qadınların içində Firdovsu arayırdı. Daima qürurla dik tutduğu başına baxmaq istəyirdim. Onun ölümünə
inanmaq istəmirdim. Üç ay həbsdə yatdığım müddətcə
kişiləri öldürməklə ittiham edilən bir çox qadınla tanış
12
oldum. Onlardan bəziləri mənə Firdovsu xatırlatsalar da, heç biri onun kimi deyildi. O, mənim təsəvvürümdə
örnək bir qadın kimi qaldı. O, yalnızca gözəlliyi, qüruru, cəsarəti, davranışları ilə deyil, həm də həyatı mütləq inkar edərək ölümdən qorxmayan bir qadın kimi yaddaşımda qaldı. Firdovs haqqında yazdığım bu əsər, ümidsizlikdən ən qaranlıq nöqtəyə sürüklənən bir qadının öyküsüdür. Bütün müsibətlərə və ümidsizliklərə
baxmayaraq bu qadın mənim kimi onu ömrünün son anlarında görən hər kəsdə mücadilə və uğur duyğusu oyandırırdı. İnsanı yaşamaqdan, sevməkdən və
özgürlükdən məhrum edən hər cür basqıya qarşı mücadilə duyğusu.
Nəval əl Səədavi
Qahirə-1982-sentyabr.
13
Bir
Oxumaqda olduğunuz bu əsər bir qadının gerçək öyküsüdür. Bir neçə il öncə müxtəlif suçlar üzündən həbs edilən qadınların şəxsiyyətləri haqqında Qənatir zindanında araşdırmaya başlamışdım. Bu araşdırmada bir qadın diqqətimi çəkdi. Zindan doktorunun söylədiyinə görə, bu qadın bir kişini öldürdüyünə görə edama məhkum edilmişdi.
Ancaq o, zindandakı qatil qadınların heç birinə bənzəmirdi.
Heç bir zaman zindanın içində və ya dışında ona bənzər bir qadınla qarşılaşamazsınız. Kimsəyə baxımır, kimsə ilə danışmırdı. Zindanda verilən yeməyi alıb öz yerinə
çəkilərək danyeri sökülənədək oyaq qalır. Bəzən zindan keşikçisi onun gözlərinin saatlarca bir nöqtəyə zilləndiyini görür. Bir gün diləkçə (ərizə) yazmaq üçün kağız-qələm istədi. Kağızın üzərinə əyilərək saatlarca nəsə yazdığı hiss olunurdu. Zindan keşikçisi onun bir məktub yazdığını sandı.
Ancaq o, bəlkə də heç bir şey yazmırdı.
Zindan doktoruna “qadın məni qəbul edəcəkmi?” deyə
sordum.
Doktor “səninlə danışması üçün onu razı etməyə
çalışacağam. Sizi məhkəmə tərəfindən gələn şəxs kimi deyil, bir psixoloq doktor kimi tanıtdırsam, bəlkə danışmağı qəbul edər. Şəxsən mənim sorularıma cavab vermək istəmir. Hətta edam hökmünün ləğv edilərək ömürlük həbslə dəyişməsi üçün prezidentə yazılmış ərizəni də imzalamaqdan imtina edir” dedi.
“Diləkçəni kim yazmış?” deyə sordum.
“Mən yazmışam” dedi və “doğrusunu sorsanız, onun qatil olduğuna inana bilmirəm. Onun üzünə və gözlərinə
baxsanız, bu qədər mehriban bir qadının qatil olduğuna inana bilməzsiniz” deyə davam etdi.
14
“Qatil ərin mehriban ola bilməyəcəklərini kim demiş?”
deyə doktora sordum.
Doktor ani olaraq heyrətlə üzümə baxdı. Sonra da gərgin bir gülümsəməylə “bu günə qədər kimsəni öldürmüsünüzmü?” deyə soruşdu.
Mən də ondan “mən mehriban bir qadın olaraqmı görünməkdəyəm?” deyə soruşdum. Başını çevirib kiçik bir pəncərəyə işarə edərək: “Onun kamerası oradadır. Gedib onunla danışacağam, səninlə söhbət etməyə razı olsa dönüb xəbər verəcəyəm” dedi.
Doktor bir neçə dəqiqiədən sonra geri dönərək onun mənimlə görüşmək istəmədiyini söylədi. Bir neçə başqa qadınla da söhbətləşməli idim. Görüşməni başqa bir zamana ertələyib oradan ayrıldım.
Читать дальше