Meyxoş Abdullah - Əsir qadın

Здесь есть возможность читать онлайн «Meyxoş Abdullah - Əsir qadın» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Əsir qadın: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Əsir qadın»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

M.Abdulla ədəbi fəaliyyətə XX əsrin 80-ci illərində başlayıb. Real faktlar üzərində yazılan və oxucular tərəfindən maraqla qarşılanan “Əsir qadın” romanı 2009-cu ildə kitab şəkilndə oxuculara təqdim olunub və oxucu kütləsini təsirləndirən ən faciəli roman kimi yadda qalıb. Ən önəmli məqamlardan biri də odur ki, romanın ilk adı “İt anası” olub.
Yazıçı bu barədə deyir: “İlk variantda kitabın adı “İt anası” olub. Hələ kitab çıxmamışdan qabaq müsahibələrimin birində bu əsər barədə danışmışdım. 2006-cı ildə məni çağırdılar, bu məsələylə bağlı sorğu-sual etdilər. Mən onlara bu əsəri əlimdə olan bəzi faktlar əsasında yazdığımı söylədim. Bundan sonra ümumi razılıq əldə etdik və mən əsərin adını və əsərdə gedən bəzi faktları çıxarmalı oldum”.
M.Abdulla onu da qeyd edir ki, “Əsir qadın” əsəri, onun Qarabağ mövzusunda yazdığı hekayə və povestlərdən sonra yazılan ən iri həcmli romanıdır: “Romanda hadisələrin görünməyən tərəflərini bədii obrazlarla verməyə çalışmışam. Amma erməni zabitinin öz küçüklərini əsir qadının qucağına qoyaraq öz övladı kimi süd verməyə onu məcbur etməsi faktı doğrudur. Belə bir şəkil erməni qəzetlərinin birində verilmişdi. Şəkilin altında da ermənicə “İt anası” sözləri yazılmışdı, bunu təsdiq edənlər oldu.

Əsir qadın — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Əsir qadın», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать
İtin könülsüz halda başını qaldırıb, yalnız bircə ağız hürməsindən, onun hələ sağ olmasını anladım. İt hürərkən onun cəhənglərindən süzülən selikqarışıq maye ürəyimi bulandırsa da, özümü zorla saxladım… Çoban itinə oxşar bu itin kiçik bir otaqda, qadınla birlikdə olması məni təəccübləndirdi. Görkəmindən ev şəraitində saxlanılan itlərə heç cür bənzəmirdi. O, çox kobud və yöndəmsizdi. Fikirləşdim ki, əgər bu it ev-eşiyi qorumaq üçün saxlanılırsa, bəs niyə görə ona həyətdə bir yer ayrılmamışdır? Həm də, həyatın bütün əzabını yaşamış, başı olmazın işgəncələrini çəkmiş bir qadının evində it saxlaması, – yəqin ki, bu iti o qulaqyoldaşı seçmişdi özünə, – mənə heç cür çatmırdı. İtə hədsiz dərəcədə maraq göstərməyim, fikirlərimi dağıdaraq, məni əsas məsələdən yayındırırdı. Amma əmin idim ki, itlə qadının arasında nə isə, xırda da olsa, bağlılıq vardır. Bu indilərdə məni maraqlandırmasa da, ürəyimdən keçirtdim ki, əgər söhbətimiz alınarsa, hökmən bu barədə ondan bir şey soruşacağam.

Qadın məndən bir qədər aralıda, divarın küncünə qoyulmuş kətilin üstündə oturdu və başını aşağı salaraq susdu. Söhbəti nədən başlayacağımı özüm də bilmirdim. Ondan nələr soruşacağımı bu bir ildə, bəlkə yüz dəfələrlə ürəyimdə götür-qoy etsəm də, indi onların heç biri yadıma düşmürdü. Beynimdə ilişib qalan, suallardan biri, bu zavallı qadının üç il əsirlikdə olduğu müddətdə nələr çəkməsi idi. Əslində, onun hansı əzablar çəkdiyini anlayırdım. Əgər bu barədə durub danışsaydım, onun özünü də təəccübləndirəcəkdim. Zarafat deyil, bu insan üç il əsirlikdə yaşamışdı. O, həyatın dözülməz ağrılarıyla baş-başa qalmışdı. Yəqin ki, çəkdikləri mənim duyduqlarımdan qat-qat ağır olardı. Əlbəttə, bu belə də olmalıydı, axı biz hər şey barədə nisbi fikirləşirik. Fikir və duyğular isə gerçəkliyi əks etdirmir.

Dönüb evi bir də gözucu nəzərdən keçirtdim. Gözlərim yenə də otağın küncündə mürgüləyən köpəyə sataşanda, istədim ki, söhbəti elə buradan başlayım və soruşum ki, itin bu evdə nə işi var? Amma tezcə də fikrimdən daşındım, düşündüm ki, söhbəti bu yöndən başlamağım qadının qəlbinə toxuna bilər. Odur ki, sözümü başqa səmtdən salaraq soruşdum:

– Səidə xanım, necəsiniz?

Mənim səsimdən, o, sanki yuxudan qəfil ayılan adamlar kimi dinksindi. Sonra başını asta-asta qaldıraraq, nəzərlərini üzümə dikdi, acıqlı, amma güclə eşidiləcək səslə:

– Əgər söhbətimizin alınmasını istəyirsinizsə, bir də mənə xanım deməyin! – dedi və bir qədər susdu. Sonra dişlərini bir-birinə sıxaraq, başını asta-asta qaldırıb gözlərimin içinə baxdı və:

– Mən xanımlığımı da, analığımı da orda, düşmən əsirliyində olarkən qoyub gəlmişəm. Məni adımla çağır… mənə belə xoşdur! – dedi.

Söhbətin ilk başlanğıcında belə sərt üzlə qarşılaşacağımı gözləmədiyimdən bir qədər tutuldum. Amma onun bu sözləri, elə bil bütün yaddaşımı oyatdı. Bayaqdan beynimin künc-bucağında ilişib, qalmış suallar, sanki bir-bir yaddaşıma axırdı. İndi-indi xatırlamağa başladım ki, mən hər dəfə onunla görüşə gələndə cibimə, qabaqcadan yazıb hazırladığım suallar qoyardım. Görüşümüz baş tutmayanda, geri dönərkən vərəqə yazdığım həmin sualları cırıb atar və axşam yenilərini yazmağa başlayardım. Bu minvalla hər gün, hər gecə yeni suallar axtarıb tapar və hər gün də tapdığım o sualları yenidən cırıb atardım. Bu hesabla mənim ona verəcəyim sualların sayı-hesabı ölçüyə gəlməz dərəcədə çox idi. Amma bayaqdan söhbətimizə nərdivan olası bir sual belə tapa bilmirdim. O, bu sözləriylə mənə köməklik etdi və əsirlikdə olmasını dilə gətirməklə, ondan nələr soruşacağımı, sanki öz əlləriylə ipə-sapa düzdü. Ancaq onun sərt və acıqlı sözləri məni bir anlıq da olsa çaşdırdı, dilim dolaşa-dolaşa:

– Əlbəttə… əlbəttə… Siz necə məsləhət bilirsiniz elə də olsun, – deyə özümü vəziyyətdən çıxarmağa çalışdım.

Qadın bir qədər susdu. Sonra nəzərlərini üzümdə cəmləyərək:

– Söz verin ki, bu danışdıqlarımızdan heç kəs xəbər tutmayacaq və bu barədə heç kəsə bir kəlmə də olsun deməyəcəksiniz. Çünki mən iki ildir ki, burada yaşayıram, – dedi, – hələ qonşular mənim kimliyimdən, hardan gəldiyimdən, düz ağıllı-başlı xəbərləri yoxdur. Onlar məni, sadəcə olaraq, ruhi xəstəliyə tutulmuş bir qadın kimi tanıyırlar. Burada heç kəslə əlaqəm yoxdur. Amma qonşular hər gün səhərlər qapının ağzına itə və mənə ərzaq qoyurlar. Geyindiym pal-paltarlar da onlarınkıdır. Haradan gəldiyimi də, əsirlikdə yaşadığımı da hamıdan gizlin saxlayıram. Burada qeydiyyatım olmadığına görə, dövlətdən yardım da almıram. İstəyirəm ki, hər şey gizlin qalsın. Bu illər ərzində sağ qalan qohum-əqrabalarımın heç birini soraqlayıb, aramamışam. Bilirəm ki, onlar məni ölmüş bilirlər. Qoy, belə də olsun. Bu mənimçün daha yaxşıdır. İndi siz məni başa düşürsünüzmü? Söz verirsinizmi, danışdıqlarımızın hamısı ikimizin arasında qalacaqdır?!

Mən hər şeyə razı idim. Hansı təklif edilsəydi belə, sözsüz razı olacaqdım, təki o, mənimlə dərdlərini, fikirlərini bölməyə razılıq verəydi. Ona görə də, tezcə öz razılığımı bildirdim:

– Əlbəttə, hər şey sizin razılığınızla olacaq, başqa cür ola bilməz. Siz qətiyyən narahat olmayın, – dedim. – Amma mən də xahiş edirəm, heç nə gizlətməyin, nə varsa hamısını açıq danışın. Əgər bacarsanız, məni özünüzə doğma, əziz bir adam bilin. Hər şeyi başa düşürəm. Bilirəm ki, olub-keçmişləri xatırlamaq sizin üçün nə qədər ağırdır. Çalışın ki, özünüzü ələ ala biləsiniz.

Araya bir qədər sükut çökdü. Qadın danışmağa tərəddüd edirdi. Bəlkə də o, söhbətin haradan başlayıb, harada qurtaracağını fikirləşirdi. Onun nə fikirləşdiyini deyə bilmərəm, amma hiss edirdim ki, təlaş içərisindədir. Onun narahatçılığı açıq-aydın hiss olunurdu. Elə bu vaxt evin küncündə uzanmış it, ağzını geniş açaraq uzun dilini bayıra çıxarıb əsnədi. Sonra üzünü sahibinə tutaraq bir-iki ağız hürdü.

Qadın ayağa qalxıb, evin başqa bir küncündə, pərdə çəkilmiş xəlvət yerə girdi. Bir azdan əlində qab oradan çıxıb itə tərəf getdi. Əlindəki qabı itin qabağına qoyub, özü də dizüstə çökdü. İt yalmanaraq başını asta-asta qadının dizilərinə sürtdü, sonra acgözlülüklə qabdakı yeməyə girişdi. Qadın isə məsum və məzlum baxışlarıyla itin yemək yeməsinə tamaşa edə-edə, onun iri, tüklü başını sığallayırdı. Diqqətlə onlara baxdığımı görüb:

– Oğlum Ruslandır!.. – dedi. Sonra itin çənəsindən tutub ehmalca silkələyərək:

– Anasından qoca görünür, elə deyilmi? – deyə gülümsədi.

Həmin anda qadının bayaq dediyi sözlər yadıma düşdü: «Qonşuların mənim kimliyimdən, haradan gəldiyimdən xəbərləri yoxdur. Onlar məni ruhi xəstəliyə tutulmuş bir qadın kimi tanıyırlar».

Doğurdanmı, bu qadın ruhi xəstədir? – deyə, düşündüm. Davranışından və danışığından ruhi xəstəliyə tutulması o qədər də hiss olunmayan bu insanın düşdüyü vəziyyət ürəyimi ağrıtdı.

İt qabdakı yeməyi yeyəndən sonra, uzun qırmızı dilini çıxararaq, ağız-burnunu yalmağa başladı. Qadın isə, sanki otaqda olduğumu unudaraq, itlə əylənməkdə davam edirdi. Bu dəmlərdə onun eyni açılmışdı, bayaqkı qaş-qabağlı adam deyildi, elə bil. İt də, qadının ona göstərdiyi nəvazişdən şellənərək, o yan-bu yana aşaraq, sahibinin əllərini yalayırdı.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Əsir qadın»

Представляем Вашему вниманию похожие книги на «Əsir qadın» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Əsir qadın»

Обсуждение, отзывы о книге «Əsir qadın» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x