Qəlb qərq olur dumanlara…
Hardan gəldin, ağ buludum?..
Şuşadanmı, Laçındanmı?..
Gülablıdan, Mərzilidən,
Qirxqızdanmı, Xaçındanmı?..
Qubadlıda, Kəlbəcərdə,
Sonaları gördünmü heç?
Füzulidən uçub keçən
Durnaları gördünmü heç?..
Zəngilanın meşələrin
Oxşadımı ağ əllərin?
Sığallaya bildinmi de,
Çəbrayılda tər gülləri?
Söylə görüm Qarabağın
çöllərində nələr yandı?
Getmə dayan, ağ buludum,
Şəhidlərim nigarandı.
Getmə dayan!!!
Bəs Ağdamım…
Soruşmadım Axı səndən…
Xəbər tuta bilmisənmi
Məscidimdən, minarəmdən?..
Bilirsən də, Qədirim də
Bax beləcə köçüb getdi.
Necə – neçə ahıllarm
Pərən – pərən düşüb getdi…
Ağ buludum, getmə, dayan,
Neçə – neçə analarım,
bacılarım qalıb ağlar.
Söylə görüm darıxırmı,
Nigaranmı bizdən dağlar?
Getmə dayan, ağ buludum,
Gözümüzdə qalıb axı,
Çox arzumuz, diləyimiz.
Getmə dayan, ağ buludum,
Bir doyunca sənə baxaq,
Bəlkə bir az təmizlənə
Pas bağlayan ürəyimiz…
14 may 2013
Şamaxı Rəsədxanası
Bu torpaqda bu yurdda,
Sabirin səsi yaşar.
Nəsimi ülviyyəti,
Səhhət həvəsi yaşar,
Xəqaninin, Seyyidin
Ölməz nəfəsi yaşar,
Od oğlu, od qızıdır
Hər övladın, Şamaxı…
Qucağı bol bəhrəli
Düzlərindən keçəndə,
Şeh qoxulu gülləri
Dəstələyib biçəndə,
Pirsaatın suyunu
Ovuşlayıb içəndə,
Sandım, axdı qanıma
Yanar odun, Şamaxı…
Çiçək olar ürəyim
Pirqulu yaylağında,
Günəş olub yanaram
Dədəgünəş dağında,
Bir gilə üzüm yedim
Barlı üzüm bağında,
Damağımdan getmədi
Bu bal dadın, Şamaxı…
Şamaxı 1988
Qonşular arabir söz salır səndən,
Mehriban qəlbini xatırlayırlar
Cəndən söz düşəndə – bilmirəm nədən,
Elə bil qəlbimdə od qalayırlar.
Demə, oğlun səni salmayır yada,
Torpaq soyuqüzdür, mən soyuyuram.
Sanıram, nəyimsə çatmır dünyada,
Sənin yoxluğunu indi duyuram.
Sazının telindən qopan nəğmələr,
Coşqun xəyalınmış, arzularınmış.
O dağ çayı kimi coşan nəğmələr,
Çəkdiyin qayğınmış, intizarınmış.
Demə, bağçamızda açılan güllər,
Ömrünün gecikən bahаrı imiş.
Məni səxavətlə böyüdən illər,
Heç demə günləri səndən kəsirmiş.
Mən indi duyuram, niyə adamlar,
Hər məni görəndə gülümsəyirmiş.
Sənə inamlarmış, mənə inamlar,
Bütün ehtiramlar sənə görəymiş.
İnana bilmirəm bu yoxluğundan,
Belə soyuqlaya ilıq baxışlar.
Ömür yollarında dolaşdım yaman,
Bir dost köməyinə ehtiyacım var.
Demə, oğlusn səni salmayır yada,
Torpaq soyuqüzdür, mən soyuyuram
Sanıram, nəyimsə çatmır dünyada,
Sənin yoxluğunu indi duyuram.
Dostum Kərimə – Uğurun babasına
Hamımız bu günü səbirsizliklə gözləyirdik. Gözləyirdik ki, əziz dostumuzun sevincinə qoşulaq. Dünyaya qədəm basan balaca Uğura görə ona gözaydınlığı verək. Amma unutmuşuq ki, yaşadığımız həyatın çox sərt qanunları var. Ən gözləmədiyimiz anlarda, xoşbəxtlikdən göylərin yeddinci qatında olduğumuz anlarda belə, bizə qəfil sürprizlər göstərə bilər…
Allah, Allah, bu sürprizlər bəzən necə də ağrılı, necə də acılı olur.
Balaca Uğurun öz gəlişi ilə dünyanı şərəfləndirdiyi gün bu sad xəbərlə birlikdə daha bir xəbər aldıq. Uğurun ata babası qəflətən dünyaya əbədi göz yumub. Beləcə qəflətən…
Aylarla gözlədiyi nəvəsinin üzünü görmədən, süd qoxulu nəfəsini ciyərlərinə çəkmədən, körpə təbəssümü ilə fərəhlənmədən…
Bu xəbər bizi – Uğurun ana babası Kərimin dostlarını çox sarsıtdı. Bilmədik dostumuza gözaydınlığı verək, yoxsa başsağlığı. Uğurun dünyaya gəlişinin sevinci, babasının dünyadan getməsi ilə kədərlənən insanların göz yaşlarınada boğuldu. Getsin, bir də qayıtmasın o qəmli günlər…
Uğurun dünyaya gəlişinə sevinənlərdən biri də mən idim. Hətta, bu münasibətlə dostuma şer də həsr eləmişdim. Amma o şer yazılan vərəqi uzun müddət cibimdə gəzdirdim, verməyə cürət eləmədim, dedim, fikirləşər, mən nəhayda, sən nə hayda… Dörd bükülü dəftər vərəqini cibimdə qat kəsdi, yazı oxunmaz hala düşdü.
Amma bir gün Kərimə yaxınlaşdım. Uğura şer həsr elədiyimi dedim. Üzünə təbəssüm qondu. —«Oxu», – dedi. Şeri ona oxudum. Heç nə demədi. Nəmli gözləri ilə mənə baxdı. Amma sevindi, ya qəmləndi, heç anlaya bilmədim…
O günlər dostum Mahir mənim «Nə ömürdü yaşadım» adlı şerlər kitabımı mətbəəyə təqdim etmişdi. Amma heç vaxt tapıb yekun danışığa gedə bilmirdi. Səbirsizliklə kitabın çapdan çıxmasını gözləyirdim. Qəflətən ağlıma bir fikir gəldi: – bəlkə, şeri faksla mətbəəyə göndərim? Elə də etdim. İnanın, ertəsi gün dostum Mahir mənə zəng edərək dedi ki, nəhayət, vaxt tapıb mətbəəyə gedə bildim, kitabı çapa imzaladım.
Beləliklə, Uğura həsr etdiyim şer mənə də uğur gətirdi.
Bu şeri, bu şerin yazılmasının qəribə tarixcəsi ilə birlikdə bu kitaba da daxıl edirəm. Bu şer mənim Uğurun qədəmlərinə səpdiyim bir çiçək dəstəsinə bənzəyir.
Ömür yollarında qədəmlərin uğurlu olsun!
Uğur
Elə bil günəş də mehribanlaşdı,
Uşaq tək qarşında dayandı sənin.
Dostların sevinci kükrədi, daşdı,
Qəlbində duyğular oyandı sənin…
Buludlar səmadan, ulduzlar göydən,
Səni təbrik üçün üzülüb gəldi.
Kövrək düyğyların bir himə bənddi,
İnci tək gözündən süzülüb gəldi.
Bu Haqqın lütvüdür, – heç bunu danma,
Sanballi kişilər səfinə düşdün.
Nə qədər uğurlar görmüşdün, – amma,
Belə bir Uğuru heç görməmişdin…
Adi Uğur deyil, bu Uğur, – qardaş,
Nəğməkar Xəzərin həzin səsidir.
Adi Uğur deyi, l bu Uğur, – qardaş,
İki sevən qəlbin təntənəsidir.
Adi Uğur deyil, bu Uğur, – qardaş,
Göylərin müjdəli yağışlarıdır.
Adi Uğur deyil, bu Uğur, – qardaş,
Sevincli, nisgilli göz yaşlarıdır.
Adi Uğur deyil, bu Uğur, – qardaş,
Bahar həvəsilə açılan güldür.
Adi Uğur deyil, bu Uğur, – qardaş,
Totuq ag əllərdir, şipşirin dildir…
Bu Haqqın lütvüdür, – heç bunu danma,
Sanballi kişilər səfinə düşdün.
Nə qədər uğurlar görmüşdün, – amma,
Belə bir Uğuru heç görməmişdin…
Bakı, 02 may 2011 – ci il.
Sözlər var şipşirin, sözlər var acı,
Acılı, şirinli axındı sözlər.
Həm dərd artırandı, həm dərd əlacı,
Читать дальше
Конец ознакомительного отрывка
Купить книгу