Qaytarın dünyaya təzədən məni —
Yaxşını yamandan seçə bilmədim,
Hələ bu dünyanı duymamışam mən.
Əlvida, əkdiyim körpə ağaclar,
Həsrətdən saralan güllər, əlvida!
Əlvida, yolumda ağaran şaçlar,
Öpüb oxşadığım əllər, əlvida!
Bir zaman sevdiyim qızlar qocaldı.
Bəs məni sevənlər hayanda qaldı?
Dedim uzanacaq ömür əbədi.
Nə bilim yollarım boranmış.qarmış.
Mən hardan biləydim qoca dünyanın
Ayrılığı varmış, ölümü varmış…
Qaytarın dünyaya təzədən məni,
Elə əllidən də ömür başlarmış.
Hələ bu dünyanı duymamışam mən,
Hələ bu dünyadan doymamışam mən…
Ruhuma dərd gətirir,
Hər tökülən göz yaşı,
Bir sızlayan görəndə,
Yanır qəlbimin başı,
Üzmək çətin olsa da,
Üzü axına qarşı,
Canını sıx dişinə,
Sürünmə dizi üstə…
Ötən günün ardınca,
Boylanma fağir – fağır,
Ümidli sabahlara
Xeyir – bərəkət yağır,
Yer üzündə imanla,
Gəz dolan ağır – ağır,
Heçə hikmət duyarsan,
Eşıtdiyin hər səsdə..
Qəm çəkməklə qəm artar,
Qəm azalmaz, əzizim!
Keçib gedər bu qəm də,
Belə qalmaz, əzizim!
Ömrə mərhəmət olar,
Möhlət olmaz, əzizim!
Tövbə elə – Tanrıdan
Bəxtinə ağ gün istə…
Son dəfə keçirəm sizin küçədən
Son dəfə keçirəm sizin küçədən,
Bir də bu yerlərə dəyməz ayağım.
Bu aylı, ulduzlu soyuq gecədən,
Görəsən nə umum şairsayağı?..
Söndürün qəlbimdə közərən şamı,
Nə bilim, bəlkə də qəlbin daş idi.
Həsrətin çilənən neçə axşamı,
Bu küçə mənimlə birgə daşıdı.
Kim bilir, sabah kim burda gəzinər?
Özgə təmasından diksinər səki.
Bir daha sevinməz addım səsinə,
Mənim addımından sevinən təki…
Küləkmi sovurur üzümə tozu,
Yoxsa vidalaşan küçə özümü?
Mən ondan razıyam, o məndən razı,
Yaşadar köksündə ayaq izimi…
Şahmar Əkbərzadəyə həsr olunur
Şahmar Əkbərzadə
Ay qapımın açar yeri,
Ay dilimin naçar yeri,
Ay bəlamın düçar yeri,
«Səni hardan alım indi?»
Ay ömrümün qışı, yazı,
Ay könlümün duzu, nazı,
Ay atamın telli sazı,
«Səni hardan alım indi?»
Gözlərinə gözüm düşən —
Özü kövrək, qəlbi şüşəm,
Bir qom yaralı bənövşəm,
«Səni hardan alım indi…
Qarabağım, qəm otağım,
Qəza – qədər öz ortağım,
Ay sinəsi dağlı dağım,
«Səni hardan alım indi?»
Ay qəlbimin qubar tacı,
Çəmənimin bahar taçı,
Çəmənlimin Şahmar tacı,
«Səni hardan alım indi»?..
Bakı, 09 oktyabr 2001 – ci il.
Ağdam,
Səni düşündükcə
Parçalanır içim, çölüm,
Ağdam,
Səni əsir edib,
Yaşatdılar mənə zülüm,
Sənsiz keçən illərimi,
Hansı qara yelə verim?
Ağdam, Ağdam…
70-ci illərin Ağdamı
İçimdəki ağrıları
Sənə necə başa salım?
Viran olan dağlarında,
İndi neçə ölüm qalım?
Ğöylərindən qopüb düşür,
Son ümidim, son xəyalım,
Ağdam, Ağdam…
Xaçınından, Qarqarından
Axan sular durularmı?
Bu zülümün haqq – hesabı
Bir kimsədən sorularmı?
Ağdam, Ağdam,
Bu haraydan
Dil usanıb, yorularmı?..
Ağdam, Ağdam…
Ölümünə fərman verən
fərmanbazlar hardadı bəs?
Bir düşünən, soran varmı,
niyə yurdum dardadı bəs?
Neçələrim didərgindi,
neçələrim gordadı bəs?
Ağdam, Ağdam…
Kim bağlayar, görəsən kim,
Bu qan verən yaraları?
Qeyrət çəkən oğulların
Seyrəlirmi sıraları?
Doğradılar dilim – dilim,
Pərən – pərən oldu elim.
Yarı qaçqın, yarı köçkün,
Yarı şəhid balaların…
Ağdam, Ağdam…
21 iyul 2012 – ci il.
Yox, deyən qəlbimə yaman girmisən
Yox, deyən qəlbimə yaman girmısən,
Od olub yandırır xəyalın məni.
Mənə min – min ümid, güman vermisən,
Dənizə döndərib sualın məni…
Tək sənin eşqinə, gülüzlü sonam,
Elə istəyirəm yandıqca yanam…
Baxırsan gözümə, gözündə inam,
İlhama çağırır bu halın məni…
Hardasa dağılır qəmim, kədərim.
Hardasa doğulur təzə ülkərim,
Hardasa açılır nurlu səhərim,
Hardasa gözləyir vüsalın məni…
Sinəsidə Qarabağ dərdi daşıyan, sevimli Ağdama qovuşmaq eşqi ilə yaşayan əziz dostum Hacı Elməddin Səfərova ithaf edirəm
13 may 2012 – ci il adi günəşli günlərdən biri idi. «Ağdamdan – Qarabağa» adı altında birləşib, sevincini – kədərini bir – biri ilə paylaşan bir qrup ğənc bu günlərini Şəhidlər xiyabanında keçirməyə, güllərə su verməyə, təmizlik işləri aparmağa qərar vermişdilər. 13 may 2012 ci il, bazar günü dostlar bir yerə toplaşıb Şəhidlər xiyabanına gəldilər. Xiyabana girəndə qeyri – adi mənzərənin şahidi oldular. Şəhidlər xiyabanının üstünü ağappaq qatı bir bulud bürümüşdü. Hacı Elməddin Səfərov başını qaldırıb ğöyə baxdı. Göyün üzü tər – təmiz idi. Günəşin qızmar şəfəqlərindən savayı heç nə yox idi. Bir topa ağ bulud ancaq şəhidlər xiyabanının üstündə idi. Onu heyrət bürüdü. Həyatında ilk dəfə idi ki, belə bir mənzərənin şahidi olurdu. İlahi, bu nədir, bu nə möcüzədir, bu bir topa ağappaq bulud hardandır? Dostu Yusif Rüstəmlini səslədi:
– Yusif, tez aparatı ışə sal, çək bu ağ buludun şəklini… Yusif Rüstəmli aparatı ışə salıb cəkməyə başladı. Şəhidlər xiyabanının üstünü saran ağ bulud elə bil diksinən kimi oldu, bir anın içində əriməyə başladı. Amma Yusif də qoçaq oğlan idi. Bir neçə şəkil çəkə bilmişdi.
Mən şəkilləri ertəsi gün gördüm. Qəlbimi bürüyən hisləri göz yaşları içində kağıza köçürdüm. Surəti ilə tanış ola bilərsiniz:
Şəhidlər xiyabanının üstünü saran bulud
Hardan gəldin ağ buludum?
De sən hara, bura hara?
Burda qoca dağlar deyil,
Читать дальше
Конец ознакомительного отрывка
Купить книгу