Bu dəmir parçasından çıxan bir mərmi ilə neçə günahsızın həyatına son qoyulur, xeyirsiz zibildir, tapancanı masaya qoydu. Sərdar əlinə tapancanı götürüb – Aylına: bəzəiləriçün var xeyri. Məsələn bəziləri deyilənlərə diqqətlə qulaq asaraq silahdan düzgün istifadə edərək qarşındakı düşmənini vurarsa, ona həyatda təkrar yaşama şansı verir. Zəmanə dəyişdi axıllı, oyan daş devrində yaşamırıq artıq odun parçasıyla düşmənlərimizin qarşılarına çıxmağa. Aylın – Sərdara: axıllı insan silahsızda qalib gələ bilər, – Aylına: sənin kimimi? o zaman niyə qalib gəlmədin pıçaqladın? – Sərdara: bilərəkdən pıçaqlandım mən, o bir oyun idi. Sərdar – Aylına: o zaman bəs o günü niyə mənə qalib gələ bilmədin? özün irəli addım ataraq səssiz səni öpməmə razı oldun. O damı bir oyunun idi? – Sərdara: xeyir o sənin oyunun idi. Sərdar – Aylına: necə dilinə gətirə bilirsən bilərəkdən özünü pıçaqlatdım deyə? sən retki manyaklardansan. Aylın – Sərdara: şadam sonunda anladın kim olduğumu, başlayaq vaxtımızı boşa xərcəməyək. Sərdar – Aylına: sənsəndə bayaqdan boş – boş danışan, nə yaxşı olardı dünyada hər kəs silahdan imtina etsəydilər, biri – biriləri ilə odun parçalarıyla savaşsaydılar, filan. Sərdar gülməyə başladı qəh – qəhə çəkib, – Aylına: dünyanın o bir qırağından raketlər əvəzinə ağaclar atacaqlarmış, üstündə maymunlarla banan qarışıq gələn ağacları gördükdə anlaşılacaqmış hansı ölkəyə aitdir silahlar. Aylın tərs – tərs baxaraq əsblə – Sərdara: tamam yetər, gedin silahlarınızla savaşın. Sərdar gülməkdən əliylə masanın qırağından tutub dayanmışdı. Aylın dərindən nəfəs alıb əsəblə zaldan çıxdı getdi, Sərdar hələ gülürdü qarnını tutub özünə hakim ola bilmirdi.
Beləcə günlər kemirdi, məşq edirdilər hər gün Aylınla, bəzən zəng gəldiyində Aylın tez otağa qaçırdıvə ordan danışırdı hamı ilə ki, xəstəxanada olan bilsinlər özünü. Bəzəndə çox zəng gəlib işləri yarımçıq qaldığında Sərdar əsəbləşirdi Aylına. Məcbur dözürdülər işin xətrinə biri – birilərinin kobut rəftarına, yeməyi Aylın hazırlayırdı hər gün. Evi mətbəxtdi səliqəli saxlayırdı, Sərdar divanın üstünə paltarını atıb getdikdə, Aylın paltarlarını gətirib üstünə atırdı ki, səliqəsizlik etməsin. Sərdar istəməyə – istəməyə gedib atırdi paltarını maşına yumaqçün. Məşqlərdə Aylın çox səhvlər edirdi və bununda heyfini Sərdar Aylından çıxırdı, acılayıb bağıraraq. Bəzəndə Aylın əlindəki silahı atıb gedirdi Sərdarın özünü səsləməsinə baxmayaraq, gəlib otğında qapını bağlayıb otururdu. Sərdarda ardınca gəlib qapını bağlı gördüyündə çiyni ilə vurub açırdı qapını, gəlib Aylının qolundan tutub aparırdı darta – darta kobutluqla canını acıtaraq. Rəyis oğlunun kobut davrandığını çox gözəl bilirdi, ancaq Aylının hər şeyi dəqiq öyrənməsiçün susurdu.
Bir gün səhər qapının zəngi basıldı, Sərdar gedib qapını açdı gələn dostu Tahir idi. Qucaqlaşıb görüşdülər – Sərdara: dostum darıxdım sənsiz. Sərdar -Tahirə: gəl qardaşım, atam başıma bəla salaraq üzümü gün işığınada həsrət qoydu. Gəldib Sərdarla divanda əyləşdilər, Tahir Aylından xəbardar idi, – Sərdara: dostum sənin əvəzinə çox qorxuram inan, o qız çox təhlükəlidir. Baxsana sonunda işdəndə ona görə izinli oldun, artıq bir – birimizi normalada görmürük, sənsiz bütün işlər tökülüb başımdan aşağı. Bu bir aya o qız səni bir təhər edər, mən o gecə səhəri zor açdım, vallahi deməyədə çəkindim toletə getməyə istəyirəm. Sərdar dostunun o halını xatırlayıb güldü, qəh – qəhə çəkib. Tahirin dizinə əlini vurub -Tahirə: qardaşım o anını xatırlatma mənədə, – Sərdara: vallahi əllərim açılan kimi zəncirdən buraxılan it kimi qaçdım, Aylın gəldi.
Tahiri gördüyündə tanıyıb – Tahrə: oo, mən kimi görürəm salam, Tahir tez ayağa qalxdı – Aylına: salam, mən dostumu ziyarətə gəldim. Dedim bir baxım necədir, başına yenə nə oyunlar açırsan, çox şükür sağdır – salamtdır. Aylın – Sərdara: nə oldu? danışmışdıq mənim burda olduğumu kimsə bilməyəcəkdi. Sərdar – Aylına: Tahir mənim qardaşım sayılır, yəni bu evin üzvü, anladınmı? sənə görə qardaşımdanmı keçməliyəm? Tahir – Aylına: xanım məndən narahat olmayın, biz gərçəkdən Sərdarla qardaş kimiyik. Bu işdə mənimdə payım var, o şərəfsizlər mənimdə qardaşımı vurdular qətlə yetirdilər, biz əlimizdən gələni edəçəyik o şərəfsizin tutulmasıçün.
Aylın – Tahirə: üzüldüm başınız sağolsun, inşallah bu dəfə planınız baş tutacaq mütləq, haq olan yerini tapacaq və cəzalandırılacaqlar. Məndə əlimdən gələni edəcəm ki günahsızların qanı yerdə qalmasın. Tahır dərindən nəfəs alıb – Aylına: çox sağolun sizin etdiyiniz böyük cəsarətdir, hər qadın qız bu işə razı olmazdı. Düzü Sərdar dediyində inanmadım sizin bu işə razı olduğunuza, sonradan düşündüm niyədə olmasın ki? İkimizidə səhərə qədər əli – qolu bağlı saxla bacardınsa, bunuda başarasan. Bunu təkrar bilməni istəyirəm, Aylın xanım razılaşdığınız iş çox təhlükəlidir. Aylın – Tahirə: bu şərəfsiz kimdirsə kökünə sonunda son qoymalıdır. Sərdar – Tahirə: qardaşım əyləş, Tahir əyləşdi, bu Aylın xanım dediyin kəs pul təklifini duyduğunda qulaqları kar oldu, gerisini duymadı. Bunun xəbəri yoxdur hələ odun parçasıyla rol getdiyi obraza bənzər deyil bu iş. Qarşılarına gələcək şərəfsizlər küçə banditlərindən dəfələrlə çox qəddardırlar, bir göz qırpımında öləcəyini ciddiliyə almır. Aylın – Sərdara: mənə pul lazımdır doğrudur, mənim andım var valideyinlərimin borcunu ödəməkçün, səndə bunu bilirsən. Bəs nədən dostunun yanında başqa cürə ifadə edərək, niyə səhf məlumatlandırırsan? mən pul düşkünü deyiləm. Atanın dediyi qədər pulun iki qatınıda almayacam, yerinə yetirəcəyim işin qarşılığında borcumu ödəsin, qalanı uğrumda belə deyil. Mən sadəcə bu dünyadan rahat getmək istəyirəm anamın yanına, gözləri yaşardı. Aylın gözlərini uşaq kimi qoluna silib getdi mətbəxtdə,
Tahir çox pis oldu – Sərdara: niyə qızı acıladın? görmürsənmi halını? Sərdarada toxundu Aylının bu sözləri. Dərindən nəfəs alıb -Tahirə: qardaşım məndə onun gedib orda gəbərməsini istəmirəm, dəfələrlə dedim bundan betər acıladım alçaltdım, yenə əl çəkmədi dediyindən tərs keçi. Masaya barmağını əsəblə vuraraq – Tahirə: silah səsinə qulaqlarını tutursa, sən de ora gedib nə… edəcək? Tahirdə üzüldü duyduqlarından, çarəsiz baxa qaldı. Sərdar – Tahrə: bilə – bilə onu ölümə hazırlaşdırıram vicdan əzabı çəkirəm qardaşım, anlayırsanmı? nəqədər ondan xoşum gəlməsədə fikir məni öldürür, yuxuda yata bilmirəm rahat.
Biraz vaxtdan Aylın gəldi əlində sinidə iki qəhvə fincanı ilə, Tahirlə Sərdar bir – birinə baxdılar təcüblə. Aylın gətirib qəhvələrini qarşılarına qoyub – Tahirə: mənə düşmənlərimin qarşısında kövrək olmaq qəti qadağandır. Tahir Sərdara baxdı ki, Aylın bu sözü özlərinəmi deyirdi? Aylın keçib əyləşib – olara: hər şeyə hazırıqlı olmalıyam, elə deyilmi Sərdar bəy? Sərdar Aylına baxıb nə demək istədiyini anlamağa çalışırdı, ancaq fikrini toplaya bilmədi. Aylın – Tahirə: sənin bacın varmı? – Aylına: hə var məndən kiçikdir, Aylın bir anlıq fikirə dalaraq – Tahirə: mənimdə dostumun bacısı var adı Nərgizdi. Mənədə bacı sayılır, çox şıltaqdı balaca uşaq kimi, hər dəfə boynumuza sarılıb gəzməkçün şirin dilini işə saldığında adamı avtomotik gipnoz edir, yox demək qeyri mümkün olur. Sərdar diqqətlə Aylına baxıb onu anlamağa çalışırdı, Tahir – Aylına: ayy demə, bacıların hanmısı belədirlərmiş? mən elə bilirdim təkcə mənim bacım şıltaqdır. Sərdar bizə gəldiyində ondan yapışır ki aparın gəzməyə. Aylın Sərdara baxıb – Tahirə: dostundan nə isə xayiş etməkdə mümkünmüşmü? Sərdar gözlərini qıyıb – Aylına: sən nə etməyə çalışırsan? Aylın – Sərdara: sayəndə artıq özümü aktyor sanıram. Rol gedirəm görmürsənmi? Tahir bilirdi Sərdarla Aylın itlə – pişik kimi yola getmirdilər, davasız qeyri mümkündür yan – yana oturmalarıda. Tahir qəhvəsini götürüb içərək – Aylına: mənim dostum çox gözəl ürəklidir Aylın xanım, o sadəcə işində çox ciddidir, sən bacarıb çoxda şəxsi qəbul etmə xayiş edirəm. Sərdarla Aylın sanki Tahiri duymurdular, gözlərini qırpmadan bir – birinə baxırdılar nifrət dolu baxışlarla. Aylın kinlə gözünü çəkmədən gülümsəyib, – Tahirə: gərək yox tərifinə dostunun. Səndə gözünün şahidi oldun şövbədə nə qədər ciddi olduğunun, ayağa qalxıb Sərdara tərs – tərs baxıb getdi.
Читать дальше