Acı həyat
Roman
Fatma Ahmed kızı Nabieva
Proofreader Санан Вахид оглы Набиев
© Fatma Ahmed kızı Nabieva, 2021
ISBN 978-5-0053-9624-2
Created with Ridero smart publishing system
Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.
Hər insanın yaşadığı ömürü elə bir hekayədir, bəziləri haqda gözəl bir kitab yazmaq olar. Bəzi İnsanların isə, həyat hekayələri belədir, qəmli və kədərli. Hamını eyni təbəqədə ifadə etmək, təssüflər olsun ki, qeyri mümkündür. Həyat kimini güldürür, kimini isə üzər – ağladar, o gözəl ürəyini vaxtsız incidər.
Mələk orta məktəbini əla qiymətlə bitirməyinə baxmayaraq, azacıq xalı catmamışdı və, unverstetə qəbul ola bilməmişdir. Yazıq qızın ailəsi imkansız olduğuna görə, pulluyada yazılmamışdı. Mələk kənt yerində böyümüşdü, cox sadə işgüzar və, tərbiyəli qız idi. Yazıq üzgün – fikirli, addımlayırdı yolun kənarı ilə. Havada elə qaralmışdı ki, sanki yazıq qızın gizlin ürəyinə axan göz yaşlarına ortaq olmaq istəyirdi damçıları ilə. Birdən şimşək çaxdı, göy guruldadı. Mələk kiçikliyindən ildırımdan – tufandan qorxan idi. Evlərinə tez catmaqçün yolunu qısaldaraq, çöllük sahədən getməyə qərara gəldi. Hər dəfə ildırım çaxdığında, yazığın ürəyi sanki yerindən qopacaqdı, cox həyəcanlanırdı. Qaçaraq yoldan kənara kecib, sahəyə tərəf addımladı və sahəyə kecdi. Biraz getmişdi, uzaqdan çöllük sahədən görürdü yağış gəlirdi. Çiskindən o tərəfləri görmək mümkün deyildi. Mələk bir anlıq dayanıb baxdı, az sanyələr ərzində özünü isladacaq yağışa tərəf. Az vaxdan yağış yetişib, yazığı damcıları ilə qucaqlayaraq isladıb kecdi. Mələk buralarda böyüyüb boya – başa çatdığından, yaxşı tanıyırdı çöllüyün yolunu – cığırını. Artıq batıb islanmışdı, yazıq üzüntüsündən elə – beldə yorğundu. Dərindən nəfəs alıb, islanmış üzünü silib addımlamağa başladı. Qarşıda itin hürən səsini duydu, sevindi. Mələk bilirdi bu sahədə yaşlı bir tanıdıqları kişi, hər zaman qoyun mal – qara otarırdı. Mələkdə bu sahədən tez – tez keçdiyindən, çoban kişinin itləri qızı tanıyırdılar. Birdən it hürə – hürə gəldi. Mələk iti dostum deyə səsləndiyində, it quyruğunu bulayaraq qaçıb gəlib, qızın üstünə tullanaraq oynaşmağa başladı. Mələk-itə: of dostum üstümü palçıq etdin, başını sığalladı. İt şıltaqlanıb yenə hobbanıb düşərək, ayaqlarını üstünə qoyub tanıdığını və, gördüyünə sevindiyini ifadə etdi. Mələk itin başını sığallayaraq oxşadı, gəl dostum bilirsən mən ildırımı sevmirəm, qaçaq burdan. Mələk bir anlıq dərdini unudub, uşaq kimi itin yanınca qaçmağa başladı. İtdə gah qızı ötür, gahda qayıdıb üstünə tullanaraq, yenə üstünü palçıqlayıb öndən qaçırdı. Mələk zarafatla – itə: dostum məni oxşatın daş – kömür mədənində çalışanlara. Əlindəki çantasını başına tutub qaçırdı ki, çoxda batmasın.
Gəlib coban kişinin yatdığı talvarın yanına çatıb, altdan yuxarı baxıb səslədi. Murad dayı burdasınızmı? səs gəlmədyinçə öz – özünə, yəqin yazıq Murad dayıda batıb. Of bu yağışda qoyunların dalıycamı çıxmış. İt hürə – hürə başqa tərəfə qaçdı getdi, çiskindən – yağışdan heçnə görsənmirdi. Mələk nərdivanla talvara dırmandı. Əlini atıb nərdivanın son pilləsindən talvara keçmək istədiyində, kiminsə qolunu üzünə qoyub yatdığını görüb, dayanıb baxdı. Yatan cavan oğlandı idi, Mələk birinciydi onu burda görürdü. Oğlan hec tələsmədən, qolunu üzündən götürüb Mələyə baxdı. Mələk biraz şaşqın halda, – oğlana: Murad dayı yoxmu burda? oğlan yerində oturub üzünə əlini cəkib, – Mələyə: yoxdur. Mələk oğlanın özündən razı birisi olduğunu danışığından anladı. Birazda əsəbləşdi belə deməsinə – oğlana: sən kimsən? buralarda görmədim daha öncə səni. Oğlanın özünə təs – tərs baxdığını görüb, – oğlana: dilinimi unutdun? sual verdim, kimsən sən. Murad dayının yerində nə işin var? danışığınada fikir ver. Oğlan əsəblə, – Mələyə: səndənmi soruşacam harda nə işimin olub – olmadığını? səndə öz danışığına fikir ver. Mələk biraz şüphəli baxışlarla baxıb nə isə demək istəyirdi, Murad kişi səslədi, qızım Mələk. Mələk yuxardan aşağı batmış kişiyə baxdıb gülümsədi. Can Murad dayı səndə mənim kimi batmısan, of gəl əynini dəyiş xəstələnərsən. Kişi gülümsəyərək, – Mələyə: qızım mən alışqanam illərdir belə islanmaqlara. Məndən narahat olma, qalx üstə batırma özünü, məndə indi gəlirəm. Mələk dönüb gözlərini qıyaraq, əsəblə oğlana baxdı. Yuxarı çıxıb heç oğlanı saymadan, keçib talvarda döşəkçədə oturdu. Talvar çoxda geniş deyildi. Oğlan ayağını uzadıb oturduğuna görə, – oğlana: biraz yığcam otur, hamıya yer olsun. Oğlan başını narazılıqla sirkələyib, bardaş qurub oturmağa çalışdı, alınmadı. Əlləri ilə dizlərini qucaqlayıb oturaraq, Mələyə əsəblə baxdı. Anlaşılırdı kənt uşağı olmadığı. Az vaxdan kişidə qalxdı yuxarı, gəlib əyləşdi.Batmış papağını başından çıxarıb kənara qoyub, Mələyə baxıb gülümsədi. Mələk tez termuzu götürüb kişiyə isti cay süzdü, götürüb fincanı uzatdı. Kişi götürüb gülümsəyərək, təşəkkür etdi, sağol qızım. Bax belə yağışda isti çayın yeri bşqadır. Özünədə süz qızım, sən hardan belə gəlirdin? Mələk yalandan gülümsəyib, – kişiyə: rayona getmişdim, alacaq şeylərim vardı. Kişi anladı, artıq yazıq qızı üzmək istəmədi soruşub. Başını qatmaqçün, – Mələyə: bax bizim yaramaz yenə üstünü palçıqlamış. Mələk üstünə baxıb gülümsəyərək, – kişiyə: dostumdur o mənim, bir şey olmaz. Sizin yağışda birinci batmadığınız kimi, məndə üstümün batmasına alışdım artıq, birinci deyil. Götürüb özünədə termuzdan çay süzüdü. Oğlana məhəl qoymadan, üzgün baxışlarla baxdı dışarda yağan yağışa. Anladı bu kimdisə kişinin tanıdığıdır, soruşmadıda.
Mələyin anası dışarı baxıb, – ərinə: Davud, qızım görəsən yoldamı qaldı bu yağışda? of qızım. Əri gülümsəyərək, – arvadına: yəqin yenə sahədən kecmiş, yolu qısa olsun deyə. Murad dayıyla talvarda oturub çay icirlər çoxdan. Narahat olma sən, yağış kəsdiyində gələcək. Anası narahat və, üzgün görsənirdi. Əri dərindən nəfəs alıb – arvadına: bax Roza belə durub qızın qalan ürəyinidə üzmə, nə edək alınmadı. Bilirəm qız pərişan oldu o qədər hazırlaşmışdı, bəzən atalığımdan utanıram evladımın qarşısında. Özüdə üzgün baxışlarla kənara baxdı, arvadı anlayırdı əri xəcalət çəkirdi. Atasıda çox xəcalət çəkirdi, qızını pulluda oxuda bilmədiyiçün. Arvad – ərinə: düz deyirsən, dünyanın sonu deyil ki? asma səndə suratını. Əri üzgün baxışlara baxaraq, kefsiz masadan çay finçanını götürüb içdi.
Читать дальше