Günahsız günahkar
Roman. Hissə – 3
Fatma Axmed kızı Nabieva
© Fatma Axmed kızı Nabieva, 2021
ISBN 978-5-0055-1734-0 (т. 3)
ISBN 978-5-0055-1727-2
Создано в интеллектуальной издательской системе Ridero
Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.
Fatma Nabieva
Aylını dəmir barmaqlıqlara salmışdılar, ancaq orda tək deyildi, bir qadında vardı. Dayanmadan qapıda dayanan polisi acılayırdı, – qapıçıya: eyy yaraşıqlı, su gətir su istəyirəm. Qapıda dayanan məhəl qoymurdu qadına. Verməsən vermə insafsızlar, Allahın suyunuda əsirgiyillər, polisə tərəf tüpürüb geri gəlib əyləşdi. Qollarını bir – birinə keçirib Aylına baxdı, fit çalaraq səslədi – Aylına: sən nədən burdasan? Aylın divara söykənib dayanmışdı qadına baxdı. Aylın – qadına: dışarda canım sıxıldı gəldim biraz dinlənim burda, qadın Aylının sözünə yüksəkdən güldü. Qadın – Aylına: canım səninlə burda adam darıxmaz desənə. Mən çalışdığım yerdə birinin başına şüşəni vurdum leş düşdü alçaq. O ölsə cəzam uzun olacaq, səninlə bir yerdə cəzamızı cəkərik nə deyirsən? Aylın dərindən nəfəs alıb baxdı qadına. Görünür həyat o yazığında üzünə gülməmişdi. Aylın – qadına: inşallah bir şey olmamışdır şərəfsizə, cəzan yüngül olar ödəyərsən xəstəxana pulunu çıxarsan. Qadın güldü – Aylına: ey canım məndə pul hardandır? özümü zorla dolayıram, son dəfə dünən yedim yemək. Görürsəndə həyat belə … … dir, kimi aç, kimiləri isə tox, bizimdə küçə itinin qədər nə hörmətimiz var, nədə yeməyimiz. Aylın artıq bir söz demədi, çox üzüldü qadının belə olmasına.
Aylını gətirən polis gəldi, – Aylına: xanım gəl qapıya. Aylın yaxınlaşdı dəmir qapıya, polis – Aylına: bir istəyiniz varmı? Aylın ətrafa baxıb – polisə: su gətirə bilərsinizmi? – Aylına: əlbətdə. Aylın təşəkkür etdi – polisə: imkan varsa yeməyədə bir şey bax, mən sənə ödəyərəm pulunu. Polis – Aylına: yaxşı gətirərəm getdi, Aylın qayıdıb əyləşdi. Qadın – Aylına: sənin dışarıda darıxma halların tez – tezmi olur? – qadına: bu şəhərdə birincidir, qadın gülərək Aylının çiyninə vurdu əlini. Demək sən bir yerdə dincəlməyi xoşlamırsan gözəlim, Aylın qadının xətrinə dəymirdi. Aylın – qadına: ee nə edək? bir şəhərdə elədə maraqlı olmur o dediyin həyətda, qadın əlini uzadıb – Aylına: yaxşı qıza oxşayırsan. Mənə tanıyanlar qıçıq deyirlər, əsil adım Vəfadır. Aylın əlini sıxıb zarafatla – Vəfaya: hələki mənim ləqəbim yoxdur, Aylın mən. Vəfa əlini sıxaraq – Aylına: gözəl adın var qızım, mənasını bilirsəndə? parlaqlıq deməkdir. Aylın gülümsəyib, zarafatla – Vəfaya: çox parıldadığımçün hər dəfə məni bura salırlar, gözlərini qamaşdırıram bəzilirənin.
Vəfa qəh – qəhə çəkib güldü, – Aylına: sən var ya, bu zarafatlarınla hər dərdini atladarsan. Aylın öz – özünə: təssüflər olsun bacarmıram. Polis gəldi əlində yeməklə, su şüşəsi ilə. Aylın qalxıb götürdü gətirdiklərini – polisə: çox sağol, qayıdıb Vəfanın yanına gəlib, əlindəkiləri uzatdı. Vəfa Aylına baxdı oturdüğü yerdən təcüblə, – Aylına: mənədimi bunlar? Aylın yavaş səslə, sizədir Vəfa xanım alın nuş olsun. Vəfa biraz pis oldu suyu yeməyi götürüb, baxdı Aylına çarəsiz baxışlarla. Gözləri yaşardı, qoluyla gözlərini silib suyu açıb icdi. Vəfa sudan içib – Aylına: qızım mənə birincidir mərhəmət göstərən tək insan sən oldun. Mən ömrümdə xanım adını belə duymadım, söyüşdən pisliklərdən başqa heçnə görmədim. Çox sağ ol Allah razı olsun səndən, Aylın gülümsəyib, – Vəfaya: nuş olsun ye sən narahat olma.
Dönüb kənara getdi ki, Vəfa rahat yesin yeməyini, gəlib kənarda əyləşdi. Polisin qapıda hələdə özünə baxdığını görüb, baxışları ilə polisə işarə etdi ki, səndə sağol yemək gətirdiyinçün. Polis anladı, gülümsəyib getdi. Aylın baxdı Vəfa çox aç idi, gerçəkdəndə onun yemək yeməsi ürək acıtırdı. Vəfa birdən dayanıb Aylına baxdı, əlində yediyini uzadıb – Aylına: gəl səndə ye. Aylın – Vəfaya: sən ye Vəfa xanım nuş olsun, aclığım yoxdur mənim. Vəfa razı baxışlarla baxıb yeməyinə davam etdi. Aylın dərindən nəfəs alıb, kənara baxdı üzgün baxışlarla.
Axşam olmuşdu Aylına hələdə bir söz deməmişdilər cəzası haqda, rəyis gəldi yanında axşam Aylının barmağını sındırdığı oğluda var idı. Aylınla Vəfa oturmuşdular, rəyis Aylını səslədi bura yaxınlaş. Aylın ayağa qalxdı, oğlanın əli sarıqlı idi. Aylın yaxınlaşıb baxdı oğlana, oğlan əsəbi baxışlarla süzdü Aylını. Rəyis – Aylına: çox düşündüm mən, cavan qızsan istəmirəm buralarda sürünəsən. Zərər çəkmişdən üzür istə, o səni bağışlasa səni buraxacam söz. Aylın Rəyisə oğluna baxdı, – rəyisə: qanun deyirdiniz yoldaş rəyis, nə oldu? mənə düşən cəzamı versinlər çəkim. Bunun kimi ətəkdən tutuanlardan üzür istəmərəm mən. Oğlanın üzünün ifadəsi dəyişdi, Aylın – rəyisə: belə oğul olunca daş parcası olsa yaxşıdı, bəlkə tikinti yerində işlətməyə gərək olar. Oğlan Aylına tətəf dartındı, – Aylına: mən sənin. Atası qoymadı danışsın oğlu, əli ilə işarə etdi ki sussun, oğlan məcbur mumladı. Aylın – rəyisə: çox sağolun təklifinizə görə yoldaş rəyis, ancaq mən oğlunuzdan fərqli olaraq istəmirəm sizi çıxılmaz vəziyyətdə qoyum.
Gedib yerinə əyləşdi, oğlu gərçəkdən alçalmışdı qarşısında – atasına: ata bax, atası qoymadı bir söz desin. Əsəblə – oğluna: düş qabağıma, getdilər. Vəfa eşitmişdi Aylının dediklərini rəyisə, – Aylına: halaldır sənə qızım. Vallahidə görmədim sənin kimisini mən bu günə kimi, səni dünyaya gətirən anaya halal olsun, sənin kimi mərd qızı var. Bax mənim evladım yoxdur, ancaq çox istəyərdim sənin kimi qızım olsun, qismətim olmadı nə edək, Aylın susdu danışmadı.
Səhər açılmışdı polis gəlidi qapıya mehribanlıqla, – Aylına: Aylın xanım gəlin. Aylın qalxıb qapıya getmək istəyirdi, gördü Vəfa divara söykənib yatıb, polisə işarə etdi ki bir dəqiqə gözləsin. Aylın əynindəki pencəyini çıxarıb ehtiyatla Vəfanın üstünü örtdü. Vəfa heç qapını açan səsədə oyanmadı, Aylını çıxıb polislə getdi.
Polislə Aylın gəldilər rəyisin otağının qarşısına, polis qapını döyüb içəri baxdı, rəyisin səsi eşidildi, buyursun gəlsin. Aylın içəri geçdi, arxası qapı tətrəfə bir nəfərdə oturmuşdu, Aylın fikir vermədi oturana. Rəyis – Aylına: necə keçdi gecəniz Aylın xanım? – rəyisə: şikayətçi deyiləm yoldaş rəyis pis kecmədi. Arxası qapıya oturan dönüb özünə baxdığında, Aylın pərt oldu, Sərdarı görüb. Sərdar – rəyisə: Aylın xanım alışıqdı buralara. Aylın – Sərdar: sənn? Sərdar ayağa qalxıb – Aylına: hə mən, təcübləndinmi? Aylın öz – özünə: bu rəyis uşaqları başımın bəlalarıdırlarmı nədirlər ya? anlamıram gərçəkdən. Tam olaraq birindən qurtuldum rahat nəfəs alım dediyimdə, al sənə yenə o birinə ilişirəm.
Читать дальше