Aylının sözünə rəyis güldü, Sərdar rəyisə danışmışdı Aylın haqda hər şeyi. Rəyis gülümsəyərək, – Aylına: qızım özünü təqdim etsəydin əvəldən, bizdə Sərdar bəyi buralara qədər yormazdıq. Aylın – rəyisə: inanın ki bilsəydim bu gələcək bura, vallahidə təqdim edərdim özümü heç şüphəniz olmasın. Rəyis anladı Sərdarla Aylının bir – biriylə anlaşa bilmədiklərini. Sərdar – Aylına: çox deyirdin mənim şəhərim, mənim şəhərim, ee nə oldu? sonunda burda da içəri düşdün Aylın xanım. Aylın – Sərdara: Sərdar bəy cəzalı olmasaydım sənə göstərərdim şəhərimin necə xoş gözəl olduğunu. Ama çox şükür ki cəzalıyam xöşbəxtlikdən, gəzdirə bilməyəcəm səni. Rəyis – Aylına: artıq deyilsən cəzalı, buyur tanış et şəhərimizlə Sərdar bəyi. Aylın – rəyisə: yoldaş rəyis siz yaxşı bilirsiniz bizim şəhərimiz həm gözəldir, həmdə qonaq pərvər bir yerdir. Sərdar bəy uşaq deyil özü gəzər istəsə, nə olur mənə cəza kəsin burda çəkim cəzamı bu gedincə.
Rəyis narazılıqla başını sirkələyərək güldü, – Aylına: qızım ağzında qonaq pərvərik deyirsən, ayıb olur ama qonağın qarşısında. Bax həmdə səni qurtarmağa gəlmiş ordan bura, bir təşəkkür et. Rəyis -Sərdara: Sərdar bəy bizim uşaqlar səni tanış edərlər şəhərimizlə. Sərdar – rəyisə: mən üzərimə düşən borcumdan çıxdım, burda qalmaq fikrində deyiləm işlərim var yoldaş rəyis. Çox sağolunun, başqa vaxt bəlkədə qalaram. Rəyis razı olmadı – Sərdara: oğlum xətrimə dəymiş olarsan qalmasan, bizə gedirik narazılıq istəmirəm.
Qapı döyüldü, içəri Dilqəm girdi. Aylını görüb pərt oldu, – Aylına: sənə zəng etməkdən səhəri açdıq, sən nə edirsən burda? anamın ürəyi üzüldü. Aylın – Dilqəmə: sənin dostunun uçbatından burdayam. Atasına şikayət etmiş məni, nədi – nədi makarona bənzər barmağını qırmışam. Dilqəm keçib rəyislə görüşdü, rəyis – Aylına: bax Aylın xanım məni məcbur etməyin sizi cəzalandırım. Aylın – rəyisə: mən dedim yoldaş rəyis cəzamı çəkməyə hazıram. Bunu Sərdar bəydə yaxşı bilir, inanmasanız soruşun özündən. Hər verilən cəzamı qollarımda – ayaqlarımda, zəncirli kələbcələrdə olsa cəkməyə hazıram. Nahaq yerə gəlmiş sizi narahat etmişdir, Sərdar bilirdi Aylının xasiyyətini. Sərdar – rəyisə: icazənizlə biz biraz danışsaq yoldaş rəyis Aylın xanımla. Rəyis – Sərdara: buyur icazə sizindir. Sərdar diqqətlə Dilqəmə baxdı, bilmirdi Aylının qonşusu olandugunu.
Sərdar Aylının qolundan tutub otağın qapısını açıb, – Aylına: sən gəlsənə mənimlə, qapıdan çıxardılar. Aylını özüylə karidora gətirib, bir tərəfdə dayandılar. Aylın Sərdarın əlindən qolunu çəkib – Sərdara: niyə gəldin bura? Sərdar ətrafa baxıb yavaş səslə, – Aylına: susarsanmı? söz verdim Tahirə davasız yardım edib qayıdacağam. Dostumun yanında məni üzü qara etmə tərsliyinə salıb, rəyislədə normal danış bəsdir tərsliyin. Vallahi atıb gedəcəm çək cəzanı burda, – Sərdara: şüphəm belə yoxdur Sərdar bəy atıb gedəcəyinə. Səndə bilirsən hər cəzamı çəkməyə hazıram minnətsiz. Sərdar dərindən nəfəs alıb baxdı – Aylına: bir dəfədə dediyimi et, bircə dəfə çox demirəm. Sənə düşmanmı kəsildim mən? nə etdim sənə bu qədər mənimlə düz davranmısan. Aylın Sərdara nə isə demək istəyirdi, qapıdan Dilqəm çıxdı. Aylına yaxınlaşıb baxdı Sərdara. Dilqəm – Aylına: gedək buraxmış rəyis səni, anamda çox narahatdır. Sərdar sevmədi heç Dilqəmin Aylına yaxın dayanmasını. Aylın əsəbi idi – Sərdara: bura döndüyümdə gəlmədin mənimlə salamatlaşmağa, indi özünü qəhrəman göstərək gəlmənə heç ehtiyac yox idi. Aylın – Dilqəmə: gedək burdan yazıq Bahar xalada narahat oldu. Aylın əsəblə – Dilqəmə: o dostununda 10 barmağından biri sınıb deyə, o dəqiqə şikayətçi olub məndən. Dilqəm – Aylına: çox tərsən vallahi, – Dilqəmə: bu söz mənə tanışdı. Sərdara tərs – tərs baxıb getdi Dilqəmlə.
Sərdar Aylının ardınca baxdı əsəblə qollarını bir – birinə dolayıb. Qapıdan rəyis çıxdı – Sərdara: gedək oğlum bizə, Sərdar Dilqəmin kim olduğunu düşünürdü. Rəyisində xətrinə dəyə bilmədi, rəyis Sərdarın qolundan mehribanlıqla tutub apardı. Rəyis – Sərdara: gəl yoldaşım bizi gözləyir, dedim qonaq gəldiyini.
Aylın Sərdarın gəlməsinə əsəbləşmişdi, bir tərəfdəndə ona kobut davrandığına üzülürdü. Dilqəm maşının qapısını açıb – Aylına: buyurun Aylın xanım əyləşin. Aylın maşına əyləşdi, Dilqəm qapını örtüb, maşının qabağından gəldi sükan arxasına. Aylını gördü Sərdar rəyislə şövbədən çıxarkən Dilqəmin maşında. Sərdar əsəblə Diqləmə baxdı sükan arxasında əyləşən. Dilqəm qapını örtüb maşını işə saldı, Sərdarın özünə baxdığını gördü. Aylında gördü Sərdarın özlərinə baxdığını, Dilqəm qaza basaraq yanlarından keçib getdi maşınla. Rəyis – Sərdara: otursana oğlum maşına, Sərdar qapını açıb əyləşdi rəyisin yanında, olarda getdilər ordan.
Aylını evə gətirdi Dilqəm, – Dilqəmə: mən paltarımı dəyişim gəlirəm, anana demə nə olduğunu tamammı? – Aylına: anam artıq bilir harda idin. Aylın bir söz demədi getdi evinə, Dilqəmdə getdi evinə. Aylın gəlib düşa girdi, az vaxtdan çıxdı yuyunub, saçlarını qurulaya – qurulaya mətbəxtdə getdi.
Rəyisdə Sərdarı evinə qonaq gətirmişdi, arvadı – oğlu ilə tanış etdi, əl verib salamlaşdılar. Sərdarı masaya dəvət etdilə, hamı keçib əyləşdilər. Sərdar oğlanın əlini sarıqlı görüb – oğlana: əlinə nə olub? rəyis öskürdü. Oğlan – Sərdara: burda bir nəfər var, onun ucabatından sarıqda gəzirəm axşamdan. Eybi yoxdur az vaxtda odan çıxacam etdiyinin heyifimi. Sərdar – oğlana: dava yoluyla özün həll etmə təslim et polisə, bu nə insafsızlıqdır, əlini sındırmışlar keçmiş olsun. Oğlan təşəkkür etdi – Sərdara: çox sağolun, artıq içərdədir. Ancaq içəridən çıxsın, mütləq ödəyəcək mənə etdiyinin qarşılığını, əsəblə baxdı. Atası – oğluna: bəsdir oğlum sən sataşmısan qıza, birdəki unutma o qız sən dediyin qızlardan deyil, bir daha ona yaxınlaşdığını eşitməyim. Sərdar – rəyisə: nə qız imiş, yoldaş rəyis oğlanın əlini sındırmış idmançıdır yəqin. Sərdarın hələdə axlına gəlmədi ki, Aylından gedirdii söhbət, rəyis ona dedməmişdi oğlunun şikayətçi olduğunu.
Sərdar zarafatla – olara: sizində şəhərinizin qızlarından qorxulasıymış ki, rəyis güldü. Oğlu – atasına: mən onda heyifimi qoymayacam, mənə atamın yanında ətəkdən tutub gəzən dedi. Sərdar güldü, oğlanın əsəbnə toxunduğunu görüb üzür istədi. Sərdar – oğlana: yadıma bir nəfər tanıdığım düşdü, onun bacısı filan olmasın səninlə qarşılaşan. Rəyis – Sərdara: bacısını bilmirəm Sərdar bəy, düşündüyün o bir nəfər özüdür oğlumun barmağını qıran. Sərdar ösgürdü boğazı qovuşdu, xadimə qəhvələr gətirdi, birinci Sərdarın qəhvəsini qoydu önünə, Sərdar təşəkkür etdi xadiməyə. Sərdar rəyisə baxdı təcüblə, rəyis başıyla işarə etdi ki, Aylın oğluna görə içəridə idi. İndi naladı Aylının rəyisin oğlunun barmağını qırdığını, xoşlanmadı heç, oğlan çox pis qanmaz tipə bənzəyirdi.
Sərdar – oğlana: sənin günahın vardımı, o qız nədən belə etdi? oğlan qəhvəsini götürüb içdi – Sərdara: yox idi günahım,. Mən sadəcə salam verdim, yol soruşdum. O tərəfləri yaxşı tanımaram, Sərdar anladı oğlan yalan danışırdı. Aylınla nəqədər davalaşsalarda, Aylının ürəyinin nəqədər mərhəmətli olduğunu bilirdi. Xadimə qalan qəhvələri paylayıb getdi, rəyisin arvadı – Sərdara: bizim şəhərdə elə qızlar çox az olur oğlum. B u qızda mənim oğlumunda qarşısına çıxıb mərəfətsiz, yol soruşanda barmaqmı qırıllar? Sərdarın Aylının ünvanına deyilən bu sözlər xoşuna gəlmədi. Sərdar – arvada: xanım səbəsiz yerdə heç kim elə etməz. Məncədə olmuş bilmədiyimiz başqa şeylərdə, Sərdar əsəblə oğlana baxdı. Rəyisdə təsdiqlədi Sərdarın sözünü, – arvadına: sizin düşündüyünüz qızdan deyil Aylın. Oğlan – atasına: Aylınmı? sən artıq tanış olmusan onunla baravo, necə rahat danışa bilirsən onun haqqında? mən sənin doğma oğlunam, o isə yad birisidir.
Читать дальше