Gəlib əyləşdilər, Sərdar evə nəzər saldı, ev səliqəli idi. Vəfa – Sərdara: mənə təkrar insan olmağa sevgilin öyrətdi. Aylının sayəsində bu evdə yaşayıram, bir illik əvəzimə kirayə haqqımı ödəmiş, Sərdar nə deyəcəyini bilmədi. Vəfanı çirkin geyimdə başqa çürə görmüşdü, Vəfa doğürdanda gözəl qadın idı. Sərdar Aylının əlindən tutub – Aylına: sən möcüzələr edə bilirsən canım, təbrik edirəm bunuda başardın. Vəfanın gözləri yaşardı, – olara: mən sizə qəhvə hazırlayım, mətbəxtdə getdi.
Aylın – Sərdara: canım insanlığı olmasaydı bunu etmək mümkün olmazdı. Vəfa xanımın xarici görkəmi başqa çürə olsada, onun necə gözəl ürəyə sahib olduğunu anlamışdım gördüyümdə. Ona bu şansı verməkdə məni peşman etmədi, sağolsun. Sərdar gülümsəyib, baxdı Aylınla fəxr edirdi.
Vəfa səliqəli balaca sinidə qəhvələr gətirdi, birinci Sərdara verdi qəhvə fincanını, Sərdar götürüb təşəkkür etdi. Aylınında qəhvəsini verib keçib əyləşdi özüdə. Vəfa – Sərdara: Sərdar bəy sizə təşəkkür etməyə imkan tapmadım. Sərdar anlamadı, – Vəfaya: nə təşəkkürü? Vəfa dərindən nəfəs alıb – Sərdara: xatırlamaq istəmirəm, ancaq o günləri xatırladıqca bu günümə dəyər verməyə çalışıram. Siz məni qurtardınız o şərəfsizin şərindən, Sərdar anladı Vəfa özünü içəridən çıxarmağa yardımçı olduğunu deyirdi. Sərda – Vəfaya: maşallah siz güclü qadınsınızmış, nə gözəl sevindim, artıq həyatınıza belə gözəlliklə davam edin, sizə yaraşanıda budur. Vəfa – Sərdara: söz verdim, o günü Aylının mənə deyib getdiyi bir kəlmə sözünü çox düşündüm.
Aylın qəhvəsini içərək – Vəfaya: sən demişdin unversetini bitirə bilməmişdin, imtahandan kəsilmişdin. Vəfa – Aylına: hə imtahandan kəsildim, avara oldum ondan sonra. Aylın – Vəfaya: sabahdan imtahana hazırlaşacaqsan, Vəfa anlamadı Sərdara baxdı, Sərdarda Aylını anlamadı. Aylın qəhvə fincanını masaya qoyub – Vəfaya: Ramiz kömək edəcək sənə hazırlaşmağa. Məndə yardım edəcəm və sən o imtahandan keçib diplomunu alacaqsan, necə demişlər? oxumaq və evlənmək heç vaxtı gec deyil. Vəfa pərt qalmışdı – Aylına: mən bu başla – yaşla necə oxuyaram? indi hər şey kampyuterlə həll olunur, bacarmaram mən buna hə deyə bilmərəm. Aylın – Vəfaya: bacaracaqsan və insanları təcübləndirəçəksən yenidən. Sən gücünlə – məharətinlə inanıram bacaracaqsan və yeni işimdə mənimlə çalışcaqsan. Sərdar anladı, Aylının Vəfanı şirkətə işə götürmək fikrində olduğunu, qəhvəsini içərək baxdı Vəfaya. Vəfa – Aylına: nə işidir? mən sənə hər çürə yardım edərəm bacım, ancaq diplom işi imtahan işi alınmaz. Aylın – Vəfaya: alınacaq, mənə sənin yanımda çalışman lazımdır və sən imtahandan keçərək, diplomunuda alacaqsan mənim xətrimə. Vəfa Sərdara baxdı çarəsiz baxışlarla. Sərdar – Vəfaya: Aylın xanım hər adamla xətir söhbəti etmir, məncədə bütün gücünlə çalışıb alacaqsan diplomunu. Aylın – Vəfaya: biz şirkət açırıq Sərdarla birlikdə, istəyirəm səndə yanıımızda çalışasan və başqa heçnə duymaq istəmirəm.
Aylın ayağa qalxıb – Vəfaya: sabah Ramiz gələcək, burda sənə yardım edəcək. Mənimdə bəzi həll edəcək işlərim var, məndə oları bitirib gələcəm, tamammı? Sərdarda qalxdı ayağa. Vəfa Aylına yox deyə bilməzdi, bunu Aylında bilirdi. Vəfada ayağa qalxıb Aylına yaxınlaşdı, biraz baxıb – Aylına: əlimdən gələni bilirsən əsirgəmərəm bacım, sənin üçün canımdan belə keçərəm bil. Aylını qucaqlayıb öpdü üzündən, -Aylına: sən mənimçün əlindən gələni əsirğəmədinsə, mən necə sənə yox deyə bilərəm ki? sabah gözləyəcəm Ramizi. Aylın gülümsəyib, – Vəfaya: o zaman sabaha qədər Vəfa xanım. Sərdarda sağollaşıb Aylınla getdilər, Vəfa həyəcanlı idi çox.
Sərdarla Aylın gəlib maşına əyləşdilər, – Aylına: hələdə gözlərimə inana bilmirə vallahi, insan necə dəyişərmiş? – Sərdara: deyəsən Vəfaya vuruldun sən. Sərdar maşını işə salaraq – Aylına: canım mənim gözüm səndən başqasını görmür bilirsən. Deyim bil məni qısqanman xoşuma gəldi, gərçəkdən gözəl qadın imiş. Aylın – Sərdara: mən sənimi qısqandım? Sərdar qaza basaraq, maşını idarə edərək – Aylına: qısqandın canım qısqandın, gördüm mən gözlərindən. Aylın boynuna almaq istəmədi, – Sərdara: heçdə yox. Səni nə səbəbdən qısqanacam? Sərdar gülümsədi, – Sərdara: nəyə gülürsən? öpücük göndərdi dodaqları ilə. Sərdar – Aylına: sevgilin olduğumçün qısqanman məni normaldır canım. Aylın üzünü turşudaraq yola baxdı yan aynadan, Sərdarın xoşuna gəlirdi Aylının bu halları.
Sərdar Aylını evə gətirdi, evə tərəf baxdı maşından. Aylın – Sərdara: sən yeni iş yerimizə get bax, nə lazımdır yaz sonra birlikdə həll edərik. Məndə bir neçə işləri həll edəcəm, sabah Vəfaya gedəçəm. Sərdar Aylını Ramizə qısqanırdı, evə tərəf baxıb nə isə fikirləşirdi. Aylının dediyini duymadı, Aylın Sərdarın fikirli olduğunu görüb – Sərdara: Sərdar bəy. Sərdar – Aylına: hay cann canım buyur, – Sərdara: əgər xəyallarından ayıldınsa, deyirəm sabah şirkətə gedib baxarsan eksik bir şey varmı. Sərdar fikrini toplaya bilmirdi – Aylına: nəyə baxacam? Aylın əsəbləşdi – Sərdara: sənə nə olub? – Aylına: heçnə canım səni dinləyirəm. Aylın qapını açıb – Sərdara: sən məni dinləmirsən canım, sonra zəng edib deyərəm sənə lazım olanları,.
Sərdar gördü Dilqəmlə Ramiz gəlirlər. Tez özünə tərəf qolundan çəkib Aylını öpdü dodaqlarından. Dilqəmlə Ramiz gördülər Sərdarın Aylını öpdüyünü. Dilqəm görməməzliyinə vursada, Ramizin olara necə əsəblə baxdığını görürdü. Dilqəm başını qatmaqçün – Ramizə: qardaşım mən zəng edib həll etdim o işi, Ramizin gözü olarda idi. Aylın Sərdarı özündən qırağa çəkib dodaqlarını sildi qoluyla, – Sərdara: nə edirsən sən? Sərdar özünü elə apardı ki, güya Ramizi görməyib. Sərdar – Aylına: canım öpməyə olmazmı sevgililmi? Aylın əsəbləşdi – Sərdara: olmaz, səninlə heç nişanlıda deyilik. Burda məni tanıyan bilən var, görən olsa nəfikirləşərlər. Sərdar – Aylına: yaxında nişanda olacaq canım, kimə nə? biz sevgili deyilikmi? Aylın maşından düşərkən özünə baxan Ramizlə, Dilqəmi gördü.
Qapını örtüb Sərdara baxdı əsəblə, Sərdar öpücük göndərib gülümsəyərək, maşının qazına basaraq, əl yelləyərək getdi. Aylın Dilqəmin qarşısında utandı. Ramizi özünə çox yaxın hesab edirdi, ondan gizlin söhbəti sirri yox idi. Dilqəm əli ilə Aylına salam işarəsi etdi, Ramiz Aylına tərəf gəldi. Aylın – Ramizə: bir neçə işim vardı oları həll etdim. Ramiz – Aylına: görürəm canım deməyə gərək yoxdur, həll edirsiniz o tiplə birgə işinizi. Aylın bilirdi Ramizin Sərdarı sevmədiyini, dərindən nəfəs alıb – Ramizə: bax birdənəm bilirəm sən. Ramiz Aylının sözünü bitirməyə imkan vermədi – Aylına: sən heçnəyi bilmirsən canım, heçnəyi bilmirsən, anladınmı? getdi əsəbləşib. Aylın anlamadı Ramizin nə dediyini, Dilqəmə baxdı. Dilqəm Ramizin ardınca getdi evə tərəf. Aylının axlına başqa heçnə gəlmirdi, əlinin üstüylə burnunu silib getdi evə tərəf.
Ramiz Dilqəmlə öz otağına gəldi, əynindən gödəkçəsini çıxarıb atdı kənara əsəblə. Dilqəm – Ramizə: qardaşım bu halınla hər şeyi aydın edəcəksən Aylına. Ramiz keçib əyləşib – Dilqəmə: gördünmü? mən görüm deyə öpdü o… Aylını. Mənə acığa qəstdən bilərəkdən öpdü, qapı döyüldü içəri Aylın girdi. Ramiz əllərinin barmaqlarını bir – bir sıxarq çıqqıldatdı, baxdı içəri girən Aylına. Aylın – Dilqəmə: nə olub Ramizə? bu gün axşama kimi onunla sən olmusan, nədir onu belə əsəbləşdirən? Dilqəm qaldı bir söz deyə bilməyib ortalıqda. Ramiz – Aylına: canım mən o tipi gördüyümdə əsəbləşirəm, anlayırsanmı? – Ramizə: anlayıram birdənəm, ancaq bilmirəm sizinlə nə edim mən. Bir – birinizi görən gözünüz yoxdur, düşmən kimi baxırsınız qarşılaşdığınızda. Sabah birlikdə çalışacaqsınız, nə olacaq sizin halınız? imkan olsa bir – birinizi yeyərsiniz vallahi. Ramiz – Aylına: bir – birini yeyənlər görünür kimlərdir, maşında yeməsənizdə bir şey qalmamadı. Aylın xəcalət çəkdi Diləqmin qarşısında utandı, Dilqəm başını qaşıyaraq kənara baxdı. Aylın yavaş səslə öz – özünə: axx Səradar sənin mən, sözünün axırını demədən çıxdı otaqdan.
Читать дальше