Ramiz Nəgizə zəng etdi, onunda telefonu sönülü idi, Ramiz əsəbləşib telefonu atdı masaya, çarəsiz qalmışdı nə edəcəyini bilmirdi, öz – özünə: Allah cəzanızı verməsin.
Sərdar vannadan çıxıb gəldi mətbəxtdə, telefonunada baxmadı heç, özünə qəhvə hazırladı. Atasını səslədi, ata ordasanmı? atasından səs çıxmadı, öz – özünə: yatdınmı belə tez, qəhvəsini götürüb əyləşdi, qəhvəsini içməyə istəyirdi qapının zəngi basıldı. Əlindəki fincanı masaya qoyub qapıya getdi.
Gəlib qapını açdı, Aylın dayanmışdı həyəcanlı idi üzündən bilinirdi, – Aylına: canım bu nə gözəl syurprizdir? həmdə tək gəlmisən birdənənsiz. Aylın – Sərdara: niyə bu zibil telefona cavab vermirsən? içəri keçdi dəvətsiz əsəblə. Sərdara nə isə olduğunu anladı, qapını örtüb ardınca gəldi.
Aylın Sərdarın telefonunu götürüb – Sərdara: Tahirin başqa bildiyin nömrəsi varsa zəng et ona. Sərdar narahat oldu qorxdu! – Aylına: nə olub Tahirə? Aylın əsəblə – Sərdara: hələ olmayıb, onu tapmasaq olacaq əmin ol. Sərdar tez Tahirə zəng etdi, telefonu sönülü idi, – Sərdara: sən bilirdinmi bunu? Sərdar Tahirin başqa nömrəsini axtarırdı telefondan. Sərdar – Aylına: nəyi bunu? nədən danışırsan sən? telefonu qulağına tutub gözlədi, Tahir telefonu açmadı. Sərdar – Aylına: nə olub Tahirə tez de ürəyimi partlatma. Aylının gözü Sərdarın əlindəki telefondaydı – Sərdara: nə oldu açmırmı? Sərdar telefonu qulağından kənar tutub – Aylına: nə olub Tahirə? Aylın əsəblə – Sərdra: Nərgizi qaçırıb. Sərdar pərt oldu, nəə? sənin dediyini qulağın duyurmu? Tahir nəyə görə qaçırsın Nərgizi, olar bir – birilərini sevirlər, olmaz səhv duymusan. Aylın – Sərdara: tez tap onu, Kamil zəng etmişdi Ramizə, telefonda çox pis eşedilirdi səsi. Sərdar gərçəkdən narahat olmağa başladı – Aylına: sən nə danışırsan? Aylının telefonuna zəng gəldi Tahirdən. Aylın tez cavab vedi, dostum deyilənlər doğrudurmu? biraz qulaq asıb – Tahirə: off, sən nə etdin dostum. Üzgün baxışlarla baxdı Sərdara, – Tahirə: hardasınız siz? Kamil hər yerdə sizi axtarır indi. Sərdar tez telefonu götürdü Alından, alo Tahir doğrudurmu bu? sən qaçırmısanmı qızı? de zarafatdı qardaşım, biraz qulaq asıb gözlərini yumub dayandı. Off Tahir offf nə etdin sən, hardasan de səni gəlib alsınlar uşaqlar, hardasan? burdamı? Sərdar tez Aylına işarə etdi ki, gedirik. Maşının üstündən açarlarını götürüb – Tahirə: mən indi gəlirəm qal orda gözlə, tələsərək Aylınla evdən çıxdılar.
Aylın Sərdarın yanınca maşına tərəf qaçdı, – Sərdara: nə olub, hardadırlar? Sərdar maşına əyləşdi. Aylında tez əyləşdi, – Aylına: burda hava limanındadırlar, yeni enmişlər. Sərdar tez maşını işə salıb qaza basdı. Aylın – Sərdara: indi mən buna sevinimi, yoxsa kədərlənimi? nədir bunun etdiyi iş bizdən gizlin, adam dostuna xəbər verməzmi. Sərdar maşını sürəətlə idarə edirdi hava limanına doğru, – Aylına: bilmirəm canım bilmirəm, mənə demişmi ki sənə desin. Aylın – Sərdara: sən ayrı – mən ayrı, sən qardaşı sayılırsan, mən isə can bir dostu. Aylın həyəcanlı idi, – Sərdara: bassana qaza nəyə tısbağa kimi gedirik? Sərdar maşının sürəətinə baxıb – Aylına: 160 – la gedən tısbağa harda gördün sən? Aylın susdu yan şüşədən yola baxdı. Sərdar anladı Aylın həyacanlıdır olana görə, artıq bir söz demədən önünə baxıb maşını idarə edirdi. Yol boyunca Aylın susaraq, Sərdara baxmadan yola baxırdı. Sərdar üzülürdü Aylının bu halına, dərindən nəfəs alıb ara – sıra Aylına baxaraq maşını idarə edirdi.
Ramiz Dilqəmin yanına gəlmişdi, özünə yer tapa bilmirdi, əl – qolla danışırdı. Diqləm baxa qalmışdı, Ramiz oyana – buyana gedirdi boynunu əliylə ovub, əlinidə tez – tez açıb yumurdu. Telefonuna zəng gəldi Kamil idi, Ramiz Dilqəmə baxdı. Diləqəm anladı dostudur zəng edən Ramizin baxışlarından, əllərni belinə qoyub kənara baxdı. Ramiz telefona cavab verdi, Kamil necə əsəbdən qışqıraraq danışırdısa, telefonu qualğından kənara tutdu. Diqləmlə Ramiz bir – birinə baxaraq çarəsiz qalmışdılar, bilirdilər Kamil sakitləşməyəcəkdi.
Sərdarla Aylın Tahirin dediyi yerdə maşından endilər, Aylın ətrafa göz gəzdirib baxdı dostunu axtarırdı. Sərdara Tahir hava limanının çıxışındayıq demişdi. Aylın adamların içindən Tahirlə Nərgizi axtarırıdı, tapmırdı. Birdən arxadan səs eşitdi dostum, Aylın Tahirin səsindən tanıdı, bir anlıq sevindi duyduğunda, dönüb baxdı arxsında dayanmış Tahirlə. Aylında çox darıxmışdı olarçün, bir anlıq ürəyindəki həyəcanı unutdu, qaçıb ikisinizdə qucaqlayıb öpdü. Nərgizlə Tahir Aylına sarılıb qucaqlaşıb görüşdülər, Aylın ikisinidə sinəsinə sıxaraq – olara: ay sizi dəlilərim mənim xoş gəldiniz, təkrar öpdü qucaqladı. Tahirlə Nərgiz Aylını təkrar – təkrar qucaqlayıb, üzündən öpdülər. Tahir – Aylına: sənsiz bacarmadıq orda, bağışla bizi belə etdiyimizə görə. Aylının ürəyindən sevinc dolu qurur havası keçdi, – olara: canlarım mənim inanın məndə sizinçün çox – çox darıxmışdım. Nərgizin saçlarından öpüb, oxx canım bacım mənim, ürəyim tək varlığım. Tahir boynuna təkrar sarılıb – Aylına: dostum inan sizsiz oralar bizə dar oldu, başqa çarəmiz qalmadı, bağışlayın bizi.
Aylının gözü qollarını bir – birinə dolayıb olara baxan Sərdara sataşdı, Sərdar ciddi dayanmışdı. Aylın bir anlıq unutmuşdu dərdini və olaçcaqları, Sərdarı elə gördüyündə anladı ki, olacaqlar hələ qarşıdadır ifadəsi vardı Sərdarın baxışlarında. Tahirdə hiss etdi Aylın kiməsə baxır, dönüb baxdı, Sərdarı görüb çiyinlərini çəkib, başqa çarəm yoxdu işarəsini etdi. Nərgizdə baxdı Tahirin baxdığı tərəfə, Sərdarı görüb utandı, başını aşağı salıb dayandı. Sərdar olara baxırdı, heç kim yaxınına getmirdi. Nəgiz utancaq baxışlarıa ona baxdığında Sərdar gülümsədi, qollarını açdı ki gəlsin, darıxmışdı özündə olarçün.
Nərgiz uşaq kimi o anı gözləyirmiş, qaçaraq Sərdara tərəf gedib sarıldı ağladı. Sərdar Nərgizi qucaqlayıb öpüb özünə sıxdı, – Nərgizə: xoş gəldin gözəl bacım mənim, ağlama hər şey yaxşı olacaq. O bir qolunuda açıb Tahirə işarə etdi ki gəlsin, Tahir gülümsəyib, getdi Sərdara sarıldı qucaqlaşıb görüşdülər. Sərdar – Tahirə: xoş gəldin qardaşım. Tahir yavaş səslə – Sərdara: sizsiz alımadı qardaşım çətin oldu ikimizədə, bağışlayın bizi.
Nərgiz göz yaşlarını əlləriylə silib, Tahirə qısıldı uşaq kimi, Sərdar anlayırdı Nərgiz qorxurdu! Tahir Nərgizin alnından öpüb, özünə sıxıb tutdu. Sərdarın gözü özlərinə baxan Aylına sataşdı, Aylın dərindən nəfəs alıb baxdı olara, gülümsədi. Sərdar – Tahirə: gedəyin canlarım mənim, cantalarını götürüb gətirib maşının baqjına qoydular. Tahirlə Nərgiz arxada əyləşdilər, Aylın keçib Sərdarın yanında əyləşdi. Aylın – Sərdara: bizə gedirik, Sərdar təcüblə baxdı – Aylına: zarafat edirsən? – Sərdara: yox nə zarafatı? bizdə qalacaqlar. Sərdar maşını işə salıb qaza basdı.
Sizdə niyə qalırlar ki? sizdə birdənən qalır bəsdi, bizdə ev böyükdür rahat yaşayarlar qardaşının yanında. Aylın – Sərdara: pardon Sərdar bəy, sizin kimi imkanı olamamış atamın böyük ev almağa. Sərdar – Aylına: aydaa, mən eləmi dedim canım? sadəcə bizdə yemək hazırlayan kimsə yoxdur, bilirsən iki kişiyik. Bacım yeməyimizi hazırlayar, həmdə ev darıxdırıcıdır çox. Allah insaf versin səndə, gələndə 5 dəqiqədən qaçırsan qalmırsan, bundan sonra artıq qardaşım və gəlinimiz bizimlə qalsacaqlar bu qədər. Tahir – Aylına: dostum biz həm orda, həmdə səndə qalacağıq üzülmə sən, bundan sonra birlikdəyik vaxtımız olacaq. Tahir Nərgizi qucaqlayıb özünə tərəf çəkdi. Aylın -Tahirə: sağol dostum birdənəsən, Sərdar maşını idarə edərək – Aylına: mən elə bilirdim sənin birdənən başqadır. Tahirlə Nərgizdə bilirdilər, Sərdarla Ramizin bir – birini sevmədiklərini. Aylın yorulurdu Sərdarın bu atmacalı sözlərindən, özünü zorla saxladı ki Sərdarı acılamasın. Arxaya baxıb gülümsəyərək, – Nərgizə: canım bacım doymadım səni öpüb – qucaqlayıb.
Читать дальше