1 ...7 8 9 11 12 13 ...24 Sərdar əvvəl razı olmasada, sonradan Aylının təhlükəsizliyiçün silah almağa qərara gəlmişdi. Aylın evdə divanda eyləşmişdi, Sərdar gəldi əyləşdi yanında, üzündən öpdü. Aylın – Sərdara: hardaydın? Aylına baxdı, belinə taxmış tapancanı çıxarıb göstərdi, al canım bu artıq sənindir. Aylın silaha Sərdara baxdı təcüblə – Sərdara: bu hardan oldu sənə? – Aylına: hardan olduğunu soruşma canım, silahla o qədərdə düzgün atəş aça bilmirsən yadımdadı. Aylına baxdı Sərdar gülümsəyib, canım dəymirdi atdığın mərmilər, baxma mənə elə. Aylın silahı götürüb baxdı, birdən Sərdarın alnına dayadı, – Sərdara: səncə indi atəş açsam düz dəyərmi?
Sərdar tapancanı ürəyinə tutub – Aylına: canım qurbandı sənə vur ürəyimdən. Aylın tapancanın mərmi olan yerinə baxdığnda, içinin dolu olduğunu görüb həyəcanlandı. Aylın – Sərdara: mərmi var içində? – Aylına: canım silahda mərmi olarda. Aylın acıladı – Sərdara: dəlisənmi? niyə demirsən, məndə boş olan bilib zarafat edirdim, Aylın həqiqətən qorxdu! Sərdar güldü qucaqladı boynunu, – Sərdara: manyaksanmı sən? hələ bir ürəyinədə dayadı silahı vur deyə. Oğlum tətiyi çəksəm nə olacaqdı? Sərdür gülümsəyərək, – Aylına: vurulacaqdım canım, sevgilimin əlindən olsun ölümüm mən razıyam. Aylın silahı divanın üstünə atıb qalxıb getdi. Sərdar Aylının qorxduğuna güldü, – Aylına: canım mənim necədə qorxdu məni vuracağından. Demək sevirsən məni, gülümsəyib baxdı Aylının ardınca.
Səhər açılmışdı, Aylın qapının zənginə oyandı yuxudan, Sərdar başqa otaqda yatırdı. Aylın saata baxdı hələ səhər 5:00 idi, qalxıb gəlib qapını açdığnda Aylının üzünün ifadəsi dəyişdi. Əlləri ilə üzünü tutub baxdı, sən? birdənəm deyib qapıda dayanan Ramizin boynuna sarıldı. Ramiz Aylını qucaqlayıb öpüb bağrına basdı, – Aylına: canım sabahın xeyir darıxdım sənsiz, o şəhər mənə dar gəldi. Aylın boynunu buraxmadan – Ramizə: niyə xəbər etmədin gələcəyini? qarşılayardım səni. Ramiz Aylını özünə sıxaraq, sənə syurpriz etdim canım, bir dəfəlik gəldim, sənə artıq sən harda məndə orda. Aylın Ramizin yanındakı çantasını götürdü, – Ramizə: gəl birdənəm, çox sevindim gəldiyinə. Ramizdə başqa çantasını götürüb girdi evə, içəri girdiyində ətrafa baxdı, kövrəldi gözləri yaşardı. Aylın – Ramizə: gəlsənə, Ramiz keçdi divanın yanında çantasını yerə qoyub baxdı.
Ramiz – Aylına: mən çox peşmanam canım bibim sağ olduğunda bura gəlmədiyimçün, insana necə hüzur verən bir eviniz varmış. Aylın üzgün baxışlarla baxdı – Ramizə: qismət bu günə imiş birdənəm, üzülmə sonunda gəldin bax. Əlindəki çantanı yerə qoyub, gəlib Ramizin boynuna sarıldı. Ramizlə qucaqlaşıb bir – birinə təsəlli verdilər, – Ramizə: yoldan gəlmisən, mən sənə bir şeylər hazırlayım. Ramiz qoymadı – Aylına: heçnə istəmirəm canım yatmaq istəyirəm, Aylın gülümsəyib, – Ramizə: gəl birdənəm mənim. Ramizin əlindən tutub apardı öz otağına gətirdi.
Ramiz otağa baxıb – Aylına: haqlıysanmış evinçün darıxmağında, Aylın Ramizin pencəyini əynindən çıxarıb öz yatağına yatızdırdı. Yanında əyləşib – Ramizə: bir bilsən bu şəhər mənimçün necə doğmadır, Ramizin saçlarını qarışdırıb üzünə sığal çəkdi. Ramiz bilmirdi nədən Aylın belə edirdi, ancaq həmişə ki kimi Ramizə Aylının bu etdiyi hərəkət çox xoş gəlirdi. Ramiz Aylının əlini tutub öpdü, sənin bu saçlarımı qarışdırıb, üzümü sığallamağınçün darıxmışdım canım. Aylın gülümsəyib, – Ramizə: sən mənim birdənəmsən, sən mənim dostum —sirdaşım, ən yaxınımsan, yaraşıqlı dayımın oğlu. Ramiz yorğun idi, – Aylına: səndə mənim bibimin yadigarısan, mənə qalan ən qiymətlimsən canım. Aylın mehribanlıqla Ramizin saçlarını sığalladı, – Ramizə: yum gözlərini yat birdənəm. Ramiz Aylının əlini tutub tez yuxuya düşdü.
Ramizin üstünü örtüb, biraz ona baxıb ehtiyatla ayağa qalxdı, otaqdan çıxdı qapını örtdü. Aylın bilirdi səhər saat 6:00 – da Sərdar yuxudan oyanırdı, gəlib yavaşca Sərdar yatan otağın qapısını açdı baxdı. Sərdar oyanmamışdı hələ, Aylın Sərdarın yanına gəlib əyləşdi. Sərdarın yatışını seyr edərək saatına baxdı, Sərdarın oyanmasını gözləyirdi. Sərdar Aylın qapını açdığında oyanmışdı, yanında oturması ona xoş idi, ona görə gözlərini açmırdı. Aylın saata baxdı, 6 olub 7 – yə işləyirdi Sərdar oyanmırdı, təcüblə yavaş səslə öz – özünə: bu niyə oyanmadı? saatına baxdıb, mənim saatımmı qabağadır. Sərdar yavaş səslə, – Aylına: yox canım düzdür saatın. Aylın Sərdarın oyaq olduğunu anladı -Sərdara: sən mənimi dolamısan? Sərdarın qoluna vurdu yavaşdan. Sərdar gülümsəyib, – Aylına: oyandığımda yanımda səni görməyimə necə sevinirəm bir bilsən canım, – Sərdara: bu səhər mənimdə üzümə sevinc dolu açıldı bir bilsən. Sərdar – Aylına: belə səhərlərimiz çox olaçaq canım, səndə mənim yanımda olduğuna sevinclisən bax. Aylın gülümsəyərək, – Sərdara: bağışla canım bu gün başqadır, tək sənə görə sevincli deyiləm. Sərdar anlamadı nə olduğunu, – Sərdara: birdənəm gəldi biraz qabağa bura. Sərdar anlamadı, biraz fikirləşib – Aylına: Ramizmi? Aylın gülümsəyərək, hə canım Ramiz gəldi.
Sərdar yerində oturdu, – Aylına: bəs hardadı o? Aylın barmağını Sərdarın dodaqlarına tutub, suss səs etmə, yatdı mənim yerimdə yorğun idi. Sərdar pıçıltılı səslə az vaxlığa gəlib yəqin, dodağına tutmuş Aylının barmağından öpdü. Aylın – Sərdara: yox dedi həmişəlik gəlib mənə, bu söz biraz Sərdarı açmadı. Sərdar – Aylına: o burda qalıb nə edəcək həmişəlik? Aylın ayağa qalxıb – Sərdara: orda kimsəsi qalmadı. Nə fərqi var artıq harda olsada? sən qalx əl – üzünü yu danışarıq, qalxarkən səs etmə otaqdan, çıxdı. Sərdar əllərini üzünə çəkərək öz – özünə: səs etməyəcəyikmiş. Ramizə qısqanırdı Aylını hər zaman, yerindən qalxıb öz – özünə: uşaqdır elə bil tək qalmamağa, əyninə köynəyini geyinib otaqdan çıxdı.
Günorta olmuşdu Ramiz hələdə yatırdı, Sərdarın kefi yox idi Ramizin ora həmişəlik gəlməsindən. Aylın yeməklər hazırlayırdı mətbəxtdə, Sərdar divanda oturub Tahirlə mesajlaşırdı. Tahirdən cavab gəldi -Sərdara: (niyə qısqanırsan? Ramiz onun dayısı oğludur) Sərdar cavab yazdı -Tahirə: (deyil dayısı oğlu bilirsən, oların heç doğmalıqları yoxdur bir – birlərinə, bunu Ramizdə bilir Aylında). Tahirdən cavab gəldi-Sərdara: (bax qardaşım Aylın səni sevir dostumu tanıyıram mən, həm işində – həm verdiyi sözündə möhkəm biridir. Bunu sənə deməyə gərək yoxdur özündə bilirsən, sakit ol Aylına güvən yetər, qalanını düşünmə). Sərdar cavab yazdı – Tahirə: (tamam calışaram, ama nədən isə ürəyim rahat deyil) Tahirdən cavab gəldi – Sərdara: (Ramizin orda olması yaxşı oldu, düşünsənə o tipdən qoruyar Aylını. tək olmadığını görəndə rədd olar alcaq). Sərdar cavab yazdı – Tahirə: (səninlə razıyam, mənim dönməyim lazımdır işimə, düz deyirsən mən qayıdınca göz qulaq, olar tapşıraram Ramizə). Tahir cavab yazdı – Sərdara: (sən dönüncəmi?) – Tahirə: (mən Aylını burda tək qoya bilmərəm, o tip Aylından rahatlıqla əl çəkməyəcək). Tahirdən artıq cavab gəlmədi, Sərdar dərindən nəfəs alıb baxdı. Tahirdə Sərdarsız işləyə bilməzdi tək orda qalıb, biri – birinə kiçiklikdən öyrəşmişdilər. Sərdar anladı, Tahir Nərgizidə tək qoya bilməzdi orda, fikirləşirdi ona görə cavab yazmadı özünə.
Читать дальше