Qurban Səid - Əli və Nino

Здесь есть возможность читать онлайн «Qurban Səid - Əli və Nino» весь текст электронной книги совершенно бесплатно (целиком полную версию без сокращений). В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Bakı, Год выпуска: 2008, Жанр: Историческая проза, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Əli və Nino: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Əli və Nino»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Əli və Nino — ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 27 dilinə tərcümə edilən məhəbbət romanı. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin, amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi.
Bir qisim tədqiqatçılar Qurban Səid adının Bakı yəhudisi Lev Nissembaumun, digərləri isə Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu qeyd edirlər. Qərb tədqiqatçıları və naşirləri "Əli və Nino"nun keçən əsrin 20-ci illərində Bakıdan Almaniyaya mühacirət etmiş yəhudi mənşəli Lev Nissembaum olduğunu bildirirlər. Almaniyada yaşayan tədqiqatçı Nuridə Atəşi isə əslində Lev Nissembaumun müsəlman kimi doğulduğunu, əsl adının Məhəmməd Əsəd bəy olduğunu iddia edir.
Qurban Səid adının yazıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər də var. Çəmənzəminlinin oğlu Orxan Vəzirov bildirir ki, bunu vaxtilə Ceyhun Hacıbəyli təsdiqləyib. Həmçinin, Azərbaycan Yazıçılar Birliyi 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y.V.Çəmənzəminli olduğunu təsdiq etmişdir.

Əli və Nino — читать онлайн бесплатно полную книгу (весь текст) целиком

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Əli və Nino», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

- Şirvanşir, siz hüququnuzdan istifadə edib, istəsəniz imtahan biletini dəyişə bilərsiniz” - deyə tarix məllimi dilləndi.

Müəllimin sözləri yumşaq səslənirdi. Mən üzərlərinə tarixə aid suallar yazılıb bükülmüş kiçicik imtahan biletləri ilə dolu olan kasaya şübhə ilə baxdım. Hər bir tələbə götürdüyü imtahan biletini ancaq bir dəfə dəyişmək hüququna malik idi. Belə halda tələbə ən yüksək qiymət almaq imkanından məhrum olurdu. Mən də imtahan biletini dəyişdirərək talehimlə oynamaq istəmirdim. Heç olmasa babamın Gəncə yaxınlığındakı döyüşdə necə həlak olduğundan xəbərim var idi. Halbuki qabağımdakı kasada Prussiya hökmdarı Fridrix Vilhelmə və ya Amerika vətəndaş müharibəsinin səbəblərinə dair müəmmalı suallar var idi. Bu sualların cavablarından kim baş çıxarda bilərdi?

İmtahan biletimin dəyişdirməyəcəyimi bir işarə ilə müəllimə bildirib: “Çox sağ olun, mən öz imtahan biletimə cavab verəcəyəm” dedim.

Ondan sonra isə, bacardığım qədər nəzakət çərçivəsindən çıxmayaraq, rusları Azərbaycandan qovmaq üçün İran şahzadəsi Abbas Mirzənin qırx minlik ordu ilə Təbrizdən yola düşməsindən, milliyətcə erməni olan Çar generalı Valerian Mədətovun beş minlik ordu ilə Gəncədə necə qarşılandığından, toplardan iranlılara atəş açmağı əmr etməsindən, həyatlarında top səsi eşitməmiş İranlıları necə top atəşinə tutduqlarından şahzadə Abbas Mirzənin də atdan yıxılıb sürünə-sürünə gedib bir xəndəkdə sığındığından, İran ordusunun pərən-pərən olmasından və İbrahim xan Şirvanşirin bir dəstə cəngavərlə çayı keçmək istəyərkən əsir alınıb güllələndiyindən danışdım. Sözümə yekun vurub dedim ki, “Bu qələbə qoşunların cəsarətindən çox, Mədətovun toplarının texniki üstünlüyü sayəsində əldə edildi. Rusların qələbəsi nəticəsində Türkmənçay sülh müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən iranlılar ruslara xərac verməli oldular və xərac-üzündən də beş vilayət xarabalığa çevrildi”.

İşlətdiyim son cümlələr məni “yaxşı” qiymətindən məhrum etdi. Çünki “yaxşı” qiymətini almaq üçün gərək deyəydimki, “Qələbə rusların göstərdikləri böyük cəsarət sayəsində qazanıldı: bu cəsarətlə Ruslar özlərindən sayca səkkiz dəfə və daha çox olan İran ordusunu qaçmağa məcbur etdilər. Qələbənin nəticəsində isə Türkmənçay sülh müqaviləsi bağlandı və müqavilə sayəsində İran qərb mədəniyyəti və qərb bazarları ilə təmas qurmaq fürsətini ələ keçirə bildi.

Veriləcək qiymət məni heç maraqlandırmırdı. Çünki ulu babamın şərəfindən söz düşəndə mənim üçün “yaxşı” və “kafi” qiymətləri arasında heç bir fərq yox idi.

Bununla imtahanlar qurtardı. Gimnaziya müdiri böyük iftixar hissi ilə bizə imtahanlardan müvəffəqiyyətlə keçib məzun olduğumuzu bildirdi. Bu sözləri eşidən kimi biz hamımız azadlığa çıxmış məhbuslar kimi böyük sevinclə pilləkənlərlə aşağı endik. Günəşin şüaları gözümüzü qamaşdırırdı. Sarı səhra qumunun incə dənələri küçə asfaltının üstünü bürümüşdü. Səkkiz il ərzində bizim keşiyimizi çəkən küçəmizdəki polis nəfəri yanaşıb gimnaziyanı bitirmək münasibətilə bizi təbrik etdi. Biz də təşəkkürümüzü bildirib hər birimiz ona əlli qəpik pul verdik. Biz bir dəstə quldur dəstəsi kimi bağıra-bağıra şəhərə dağılışdıq.

Mən tələsə-tələsə evə gəldim. Evdəkilər məni iranlılar üzərində qələbə çalmış makedoniyalı İsgəndər kimi qarşıladılar. Xidmətçilər mənə qorxa-qorxa baxırdılar. Atam mənim üzümdən gözümdən öpdü və “Məndən üç şeydən birini diləyə bilərsən” - dedi... əmim isə dedi ki, belə ağıllı bir gəncin irəliyə getməsi üçün onun Tehrana getməsi lazımdır. İlk həyəcan dalğası sovuşandan sonra xəlvətcə telefona yanaşdım. İki həftə idi ki, Nino ilə danışmamışdım. Telefon aparatının dəstəyini götürüb, aparatın disqini saat əqrəbi istiqamətində fırlatdım və “33 – 81” nömrəni yığmağı istəyirəm deyə bağırdım. Ninonun səsi eşidildi: “Əli, imtahanı verdinmi?”.

- Verdim, Nino.

- Təbrik edirəm, Əli.

- Çox sağ ol. Nə vaxt və harada görüşək Nino?

- Saat beşdə Qubernator bağının gölməçəsi yanında, Əli. Daha artıq danışmağa imkan yox idi. Çünki arxamda dayanan qohumlarımın, və xidmətçilərin şəklənmiş qulaqları məndə idi. Ninonun arxasında isə aristokrat anası durub qulaq asırdı. Nə isə...

Mən, yuxarıya, atamın böyük otağına qalxdım. Atamla, əmim divanda oturub çay içirdilər. Xidmətçilər ayaq üstə durub, gözlərini mənə zilləmişdilər.

Kamillik imtahanı hələ axıra çatmamışdı. Köhnə ənənəyə görə atamın həyatın astanasında duran oğluna həyatın bütün müdrükliklərini təfərrüatı ilə açması lazım idi.

Atam:

- ”Oğlum” deyə sözə başladı. Həyata qədəm basdığın bu anda mən sənə müsəlmanlığın vəzifələrini bir daha xatırlatmaq istəyirəm. Biz allaha inamın olmadığı bir Məmləkətdə yaşayırıq. Məhv olmamaq və ayaq altında qalmamaq üçün biz, qədim ənənələrimizi və köhnə həyat tərzimizi mütləq qorumalıyıq. Oğlum ibadəti unutma, içki içmə, tanımadığın qadınlarla durub oturma, yoxsullara və zəiflərə mərhəmət göstər. Haqq din uğrunda da daima qılıncını sıyırmağa hazır ol. Döyüş meydanında can versən, bu mən qocanı ağrıdacaq, amma şərəfsiz bir yol seçsən, mən qoca kişi xəcalət çəkəcəyəm. Düşmənlərini heç bir zaman bağışlama, oğlum, biz xristian deyilik. Sabahın qayğısını düşünmə, çünki sabahını düşünən adam ürəkli olmaz.

Axırıncı nəsihətim də budur ki, “Məhəmmədin imanını və İmam Cəfər təriqətinin şiəlik təməllərini heç bir vaxt unutma”.

Əmim və evdəkilər atamı çox böyük maraqla dinləyirdilər. Sonra atam ayağa qalxdı, əlimdən tutdu və birdən-birə titrək və boğuq bir səslə dedi: - Sənə yalvarıram: siyasətlə məşğul olma! Nə istəyirsən elə, amma siyasətə qarışma.

Atamın bu istəyini yerinə yetirəcəyimə əmin idim. Çünki siyasət məndən çox uzaq idi. Nino isə, fikrimcə, siyasi bir problem deyildi. Atam məni bir daha qucaqladı. İndi mən, nəhayət tam kamil bir adam idim.

Rəsmi gimnaziya uniforması hələ də əynimdə idi. Mən düz saat beşin yarısında yavaş-yavaş qala darvazasından keçib dəniz sahilinə tərəf getdim. Sonra sağa dönüb qubernator sarayının yanından keçərək, Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağa tərəf irəlilədim.

İçimdə azad və qəribə bir hiss var idi. Şəhərin bələdiyyə rəisi faytonla yanımdan keçdi və mən səkkiz ilə ərzində ilk dəfə idi ki, onun qabağında nə fərəqət durmalı idim və nə də ona hərbi sayağı salam verməli idim,. Bakı gimnaziyasının uniformasından gümüşü kokapdını şapkamdan çıxarmışdım. Bunlar məzun olduğumdan irəli gəlirdi. İndi mən mülki bir şəxs kimi gəzib dolanırdım, və hətta elə bir an oldu ki, istədim hamının gözü qabağında siqaret yandırım. Lakin tütünə nifrətim olduğu üçün, siqaret çəkmək fikrindən imtina edib qubernator bağına girdim.

Qubernator bağı böyük bir bağ idi. Orada nadir, görünüşləri qəmli olan ağaclar və asfalt döşənmiş cığırlar var idi. Sağda qədim qala divarı uzanıb gedirdi. Ortada isə şəhər klubunun ağ mərmər sütunları görünürdü. Ağacların arasında da çoxlu skamyalar qoyulmuşdu. Palma ağaclarının arasından batan günəşin qırmızıqtıl şüaları süzülürdü. Klubun yaxınlığında bir gölməçə vardı. Gölməçə dediyim iri qaya daşlarından hörülmüş nəhəng bir dəyirmi hovuz idi. Şəhər bələdiyyəsi hovuzu qu quşlarının orada məskən salıb gəzinməsi niyyətilə tikdirmişdi. Lakin bu sadəcə niyyət olaraq qalmışdı. çünki su çox baha idi və ölkədə də bir dənə də olsun qu quşu yox idi. Buna görə də hovuz ölü divin göz çuxuru kimi əbədi olaraq səmaya baxırdı.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Əli və Nino»

Представляем Вашему вниманию похожие книги на «Əli və Nino» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Əli və Nino»

Обсуждение, отзывы о книге «Əli və Nino» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x