Muğanna İsa - İdeal

Здесь есть возможность читать онлайн «Muğanna İsa - İdeal» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

İdeal: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «İdeal»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

“İdeal” milliözünüdərk məfkurəsini tamamlayan əsərdir. Vərəq-vərəq oxuduqca özünə bir az da yaxınlaşırsan. Çox suallar meydana çıxır. Əsər sualların cavabını demir, oxucuya cavabı tapmağın yollarını açır. Sanki İsa Muğanna əsərdə bunları deyir: “Türkün tarixi üzərində dünya tarix yaratdı. Ey türk, sən tarixini bilmədikcə, sənin tarixinin üzərində hələ çox tarixlər yazılacaq.

İdeal — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «İdeal», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

İsa Muğanna

İDEAL

(ƏsƏr)

ÖN SÖZ

DİQQƏT!

Mənim həyatımın indi artıq oxuculara məlum olan fəlakətləri o vaxt başlandı ki, əlimə qələm alıb yazmaq xəyalına düşdüm.

1952-57-ci illərdə, 24-29 yaşlarımda ilk az-çox ciddi əsərimi-“Arx” hekayəsini, “Dan ulduzu” və “Yanar ürək” povestlərini yazdım. Ədəbiyyat aləminin diqqətini təzə-təzə cəlb etməyə başlayırdım ki, birdən-birə “Yanar ürək” ədəbi ictimaiyyətin, partiya iclaslarının, plenumların, Azərbaycan kommunist partiyası rəhbər işçilərinin kəskin tənqidinə məruz qaldı. Səbəb povestin əksər fəsillərində həyatımızın mənfiliklərinin çoxluğu və hadisələrin mərkəzində mənfi raykom katibinin obrazı idi. Bu kəskin tənqid 1960-cı ilə qədər, yəni dördüncü ciddi əsərimin çap olunmasına qədər davam etdi. Lakin dördüncü əsər- “Doğma və yad adamlar” romanı daha kəskin tənqid atəşlərinə məruz qaldı. Səbəb əsərin mərkəzində ədəbi gəncliyi sevməyən, son dərəcə mənfi xarakterli alim-tənqidçinin obrazı idi. Bu tənqid də demək olar ki, bütün respublikanı əhatə etdi.

Alim-tənqidçi, MK-nın katibi Cəfər Cəfərova, akademik Məmməd Cəfərə qədər bütün görkəmli şəxsiyyətlər romanın əksinə məqalələr yazdılar. Həyatım belə gətirdi ki, Moskvada “Literaturnı institut”da təhsilimi davam etdirməyə gedəndə kino işçiləri ilə tanış oldum və “Ulduzlar sönmür” (Nəriman Nərimanov) filminin ssenarisini yazdım. Lakin bu dəfə də əvvəlki kapitalist Zeynalabdin Tağıyevin müsbət obrazını yazdığıma görə Mərkəzi Komitənin tənqid atəşi altına düşdüm. Film yenidən montaj olundu. Şəxsən ulu öndərimiz özü filmi təqdir edəndən sonra tamaşasına izn verildi. Lakin bu son hadisə də mənim, necə deyərlər, ədəbi bəxtimi açmadı. “26-lar” filminin ssenarisinə görə də kəskin tənqidlər oldu.

Yalnız 1985-ci ildə həyatım dəyişdi. O vaxt mən kinematoqrafiya komitəsinin baş redaktoru vəzifəsində işləyirdim. Yeddinci mərtəbədə əməlli başlı çardaq kimi dörd kvadratmetrlik kabinetdə otururdum. Səbəb sədrlə aramızda baş vermiş siyasi konflikt idi. Sədr Nəriman Nərimanovu qatı millətçi sayırdı və mənim Nərimanova həsr olunmuş filmimi ardıcıl tənqid edirdi. Bu vaxt mənim başıma bir iş gəldi. Tamam səssiz, ucqar kabinetimdə oturub “Yanar Ürək” əsərinin yeddinci variantını (!) işləyirdim. Bu əsəri hökmən yararlı hala salmaq istəyirdim. Qəfildən qəzəbli bir səs eşitdim. “Bir romanı nə qədər yazmaq olar?! Qələmi at, pəncərənin qabağına gəl!” Mən özümü itirdim: Səs hardan gəlirdi? Nə üçün işimə müdaxilə edirdi… Pəncərənin arxasında tikişi tamamlanmamış “Başnya” vardı. Səs bu dəfə rusca eşidildi. Hiss etdim ki, Moskvanın sifarişi ilə rus dilində kinossenari yazdığımı lağa qoyurdu. Üstəlik də səs çox sərt idi: “vot eto nedastroyyennaya başnya” “Keç stolun arxasına, mən öz ana dilində sənə qədim dünyaya dair material verəcəm. Tarixi roman yazacaqsan. Ondan sonra sənə yazıçı demək olar “Sonra özü haqqında danışdı.” Mən sizin “İisus”, “İsayi Məsih” “İsa peyğəmbər” dediyiniz adamam. OdAzÜz BağOdər planetindən danışıram. Atam sizin “Allah” Boq” adlandırdığınız “Bağ” atadır. Böyük qardaşım Süleyman peyğəmbər dediyiniz (Solomon adlanan) Ulu Bag ƏsəlMəndir. İkinci qardaşım “Hoy” adlandırdığınız “ÜnEv”dir. Üçüncü qardaşım “İbrahim peyğəmbər” dediyiniz “EvƏrimdir”. ƏsəlMəni anlamırsan. Qədim OdƏr (Azərbaycan) dilində Əs-yaradan deməkdir. Əl-həm də oğul deməkdir. ƏsəlMən-Mənim yaradan oğlum deməkdir. ÜnEyi də anlamırsınız. Ün-səs deməkdir. Ey-uca deməkdir. ÜnEy-uca ün deməkdir. Ev sözünü bilərsiniz. Ər-işıq deməkdir. EvƏrim-evimin işığı deməkdir. Sizin indiki dilinizə oxşayan bu dil OdƏr dilidir. Od-həqiqət deməkdir. Ər-işıq deməkdir. OdƏr-həqiqət işığı deməkdir. Sizin indiki dilinizin adı da OdƏr dilidir. 1930-cu ildə rus alimlərinin təzyiqi ilə millətinizin adı-OdƏr və dili OdƏr dəyişdirilib. Qədimdə Qreklər və bütün planet sizə “Bağ OdEy” “Bağ day” deyib. Sonra “Maday” “Midiya” deyiblər. Sonra “Atropatena” deyiblər. 1930-cu ildə “etimalogiya” (Ehtimal) nəzəriyyəsi əsasında “Atropatenanı-“Adrbican”, ”Az ər bay (zay) can, nəhayət Azərbaycan eləyiblər.

Bu sizin vətənin başına gətirilən fəlakətlərdən bir qismidir. Əsas fəlakət 604-cü ildə başlanıb. 802-ci ilə qədər 200 illik anti OdƏr müharibəsində olub. ƏrEy (indiki Roy) şəhərində başlamış Qərbi Sibirə qədər ərazinizdən köçüb Qalom (Orta Asiya) “Altay”, “Volqaboyu”, Sakit okean adalarına qədər dağılışmısınız. Orta Asiyada əsl adı Bağday sayılan ölkə “Tərik”-“Türk” adlanıb. Müharibədən sonra Kür vadisinə Muğan düzünə köçmüsünüz.İndi sənin təxəllüs götürdüyün Muğanna sözü Odərcə BağUn (“beyin”) sözündəndir. Atəşpərəstlik dövründə “Muğanna” (Bizim bağlar) deyilib.

Ən böyük fəlakətiniz 1879-cu ildə olub. Rus çarı (sarı) 1-ci Aleksandr Muğan düzünü tutub, Muğanna əhalisini Cənubi Azərbaycana, Türkiyəyə, Qazax, Borçalı, Şamaxı, Zaqatala vilayətlərinə sürüb. Bu parçalanma, dediyim kimi ən böyük fəlakətlərinizdəndir.

Adını çəkdiyim ərazilərdə 42 Muğanlı, Muğan kəndi, Türkiyədə isə Mağloz vilayəti var.

Sən indiki Ağstafa (AğÜs OdEr) rayonundakı Muğanlı kəndində 1928-ci ildə anadan olmusan. İlk müəllimin məni saya bilərsən. İkinci müəllimin görkəmli rus yazıçısı Konstantin Pom “Masterskoyudur”

İkinci söz

Vətənimin əsas fəlakəti isə lap qədimlərdən başlayaraq bütöv ərazisini itirib parçalanmasıdır. Cənubi Azərbaycan, Dərbənd, Mağlar, Rey(ƏrEy). Nə yaxşı ki, kökündən dəyişmiş şəkildə də olsa OdƏr (Türk) dilini bilmisiniz. Mən “Allah” adlandırdığınız ƏlAğ EySar sənə əsərləri Türk dilində verirəm. Çünki bu dil yer üzündə ən çox yayılmış perspektivli dildir. Fəxr et ki, mənim təqdir etdiyim əsərləri -“Saz”, “Tütək səsi”, ”Quru budaq”, ”Faciə”, ”Kollu koxa”, ”Ömür karvanı” povestlərini ”Məhşər” (Qiyamət günü) “İdeal”, ”Qəbirstan”, “GurÜn” , ”Cəhənnəm”, “İsahəq, Musahəq”, ”İlan dərəsi” romanlarını bu yüksək ifadəli, zəngin dildə yazdırıram.

Vətənimizin əsas fəlakəti, yuxarıda dediyim kimi, o vaxt başlanıb ki, Qrek-Latın quldarlıq qanunları əsasında qurulmuş Vizantiya imperiyası 604-802-ci illərin dünya müharibəsində hərbi qələbələrini daha güclü fatehlik silahı olan Xristianlığın qələbəsinə çevirib, bu dini iki yüz il müddətində öyrənilən müxtəlif dillərin köməyi ilə müxtəlif ölkələrdə müxtəlif variantlarda yaya-yaya, o vaxta qədər planetin əsas-gur yaşayış yerlərində bəşəriyyətin vahid Elm – həqiqət dili kimi mövcud olan OdƏr dilini bir daha rəsmi qadağan etdi; hələ birinci əlli minlik tarixdə, sonra isə Yeni tarixdə (Xristianlığın yayıldığı əsrlərdə) hər cəhətdən təhrifə uğradılan, Kainat həqiqətlərindən uzaqlaşdırılan planetimizdə OdƏr dilində Bağ (insanı insana və bəşəriyyətimizi Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağ) kəlməsi Qrek-Latın dilində təhrif “Boq” sözü ilə əvəz olundu, SafAğ İnsanın (Bağın) Əli-Oğlu mənasında işlənən ƏlAğ kəlməsi Ərəbin təhrif “Əllah” (“Allah”) sözü ilə (təkallahlıqla), BağHəmOd (vahid həqiqət Bağı) rütbəsi “Mühəmməd” adı ilə əvəz edildi.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «İdeal»

Представляем Вашему вниманию похожие книги на «İdeal» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


libcat.ru: книга без обложки
forever anna(bookfi.org)
Muğanna İsa - Türfə
Muğanna İsa
Muğanna İsa - Kollu koxa
Muğanna İsa
Muğanna İsa - Cəhənnəm
Muğanna İsa
Müəllif kollektivi - İsa Muğanna xatirələrdə
Müəllif kollektivi
anna wittig - Ich bleibe Ich
anna wittig
Anna Noebels, Loreen Lauschke - Das ideale Geschenk finden
Anna Noebels, Loreen Lauschke
Giorgia Giorgi - El Ama De Casa Ideal
Giorgia Giorgi
Michelle Styles - An Ideal Husband?
Michelle Styles
Отзывы о книге «İdeal»

Обсуждение, отзывы о книге «İdeal» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x