Muğanna İsa - İdeal

Здесь есть возможность читать онлайн «Muğanna İsa - İdeal» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

İdeal: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «İdeal»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

“İdeal” milliözünüdərk məfkurəsini tamamlayan əsərdir. Vərəq-vərəq oxuduqca özünə bir az da yaxınlaşırsan. Çox suallar meydana çıxır. Əsər sualların cavabını demir, oxucuya cavabı tapmağın yollarını açır. Sanki İsa Muğanna əsərdə bunları deyir: “Türkün tarixi üzərində dünya tarix yaratdı. Ey türk, sən tarixini bilmədikcə, sənin tarixinin üzərində hələ çox tarixlər yazılacaq.

İdeal — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «İdeal», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Həqiqət “Quran”ın kəlmələrində, ayələrində, surələrində deyil, hürufatda, hər bir hərfin əslindədi. Hərfin əsli isə ərəbcə deyil (yazıram bura, oxu), OdƏr dili adlanan dildədi. Məsələn, “Quran”ın ilk surəsinin əvvəlindəki iki hərfə diqqət yetirək: “Əlif Lam”.

“Əlif- “A” hərfinin əsli – OdƏrcəsi “ƏlEv”di. Mənası: “Evin Əli”.

Bunları da yazıram kağızda, gözünnən görəsən ki, OdƏr kəlmələri, söz daxilindəki söz birləşmələrinin hamısı böyük hərfnən yazılır. 10Məna isə izahat tələb eləyir. Necə yəni “ƏlEv”? – “Evin Əli"? Kimin evinin əli? Evin də əli olarmı?.. Uzun təfsirdən – şərhdən sonra məlum olurdu ki, “Ev” (hələlik belə bil) Allahın Evidi. Bu Evin Əli, yəni işləyəni, yaradanı isə Allahın Oğludu.

Nə başa düşdün?

Əgər Əli – Oğlu varsa, demək, Allah tək deyil və demək, “Quran”dakı “Allah təkdir”, “Allah doğub törəmir” sözləri yalanmış?!

Bax belə təfsir – şərh!

“Lam” hərfinin əslinə – OdƏrcəsinə diqqət yetir: “Əlim!”

Birinci surənin əvvəlindəki “Əlif Lam” hərflərinin birlikdə mənası nə olur?

“ƏlEv Əlim!” Yəni “Evin Əli mənim əlimdir”. Hər bir Aləmdə, yəni “Qalaktikada” əhaliyə söz, məna çatdıran, kitab, həqiqət verən Əl-Oğul var.

İndi görək bu “Allah” və ya Ərəbin dilindəki kimi “Əllah” deyilən bu kəlmənin özünün əsli – OdƏrcəsi nədi?

ƏlAğdı!

Yazıram, əyani gör: “ƏlAğ”.

Yəni “Ağ”ın “Əli”?

– Bəli.

Bəs “Ağ” nədi?

SafAğ İnsandı “Ağ”. Yəni, ən saf İnsan, rusca desək, “Preçistıy”.

ƏlAğın mənası oldu “SafAğ İnsanın əli.

Demək, “Oğul” – ƏlAğ- “Allah” özü kiminsə Əli – Oğludusa, o Oğulun özünün də Oğlu ola bilərmi? Əlbəttə! Demək, bir daha aydın olur ki, “Allah doğub törəmir” demək olmaz. Yəni, “Quran”ın əsas müddəasına: “Lailahəilləllah” – “Allahdan başqa Allah yoxdur” müddəasına inanmaq mümkün deyil. Elə isə “İslam milləti” deyilən bu qədər əhalini necə inandırıblar? “İslam” dinini necə yaradıblar? Sadəcə olaraq, “Quran”ın əslini yazan kişiynən bütün qohum-əqrabasını qırıblar, qılıncı dirəyiblər boğazımıza: “Kəlmeyi şəhadətini de!” Elə ki, “Lailahəilləllah” demədin, başın getdi bədəndən!.. Nəyə lazım olub bu? Kimlərə lazım olub? Bax, bu sualların cavablarını öyrənəndə, dünyamızın tarixini biləndə hər şey aydın olur və insan həqiqəti bərpa eləməkdən ötrü mübarizəyə başlayır.

Baban Məhəmməd Əmir, əmilərin Ağ Əmirlə Boz Əmir bax belə işlər görürdülər. Belə adamlara SafAğ Elmi Alimləri deyirlər.

Sözüm çoxdu, oğul. Əmma qısa deyəcəm.

Lenin kimdi? Stalin kimdi? Mircəfər Bağırov kimdi? Biz – Sultan, Mədəd adlananlar kimik? İnqilab nədi, kommunizm nədi? Sən hələ heç nə bilmirsən, oğul.

Mircəfər Bağırova hamı Mirqəzəb – cəllad deyir xəlvətdə. Niyə? Öyrənməlisən, bilməlisən!

Vəzifəlilər “Kişi” deyirlər ona, “Azərbaycan bolşeviklərinin atası”, “Xazeyin” deyirlər.

“Kişi” sayılanın “Pers” çağırdığı istəkli bir generalı var. O “Pers”, KQB 11Xudiyevi, NKVD 12Gülənovu, prokuror Sayılovu, RİK 13Ağamalını çəkib dövrəsinə, rayonun bütün aktivi əmrlərini nöqsan tutur bizə. “Tərcümeyi-halınızı düz yazmayıbsınız”. “Sinfi mənsubiyyətinizi gizlədibsiniz!” “Partiyanı aldadıbsınız!..! “Təhlükəli adamlarsınız!..” “Siz də “batin”, yəni gizlin işləyənlərdənsiniz, “Pünhan”, “AdıPünhan” deyirlər sizə…” və sairə. Xəlvəti qırğın, sürgün planları düzəldirdilər ki, ümumiyyətnən, xalqımızı məhv eləsinlər. Niyə? Lap sadəsini deyirəm sənə: vətənimizə, torpağımıza, varidatımıza sahib olmaqdan ötrü.

Müharibədən qabaq başlanmışdı bu söhbət… Danışıram ki, başımıza bir iş gəlsə, fikirləşməyəsən ki, görəsən, niyə gizlədiblər məndən bu işləri. Körpəydin onda sən, cəmi on yaşın vardı. Xüsusi izahat yazdıq onda ki, dünyanın həqiqətlərini açan “Pünhan” alimlər, el arasında gəzərgi şeyxlər, müridlər, dastanların rəmzlərində Kainatın sirlərini açan ustad aşıqlar – Alı, Ələsgər kimiləri azalıb, kommunizm üçün təhlükəsiz olublar, yəni siz çox nahaq belə əl-ayağa düşübsünüz. İzah elədik ki, şeyx qardaşlarımızın bir çox fikirləri Leninin fikirlərilə oxşardır. Biz özümüz də sinfi düşmən filan deyilik, Vətənimizin o tayında olanda bu tayı “xaric” saymırıq, bizə inansanız, çox xeyrimiz dəyər sizə.

Lap cavanlıqdan bir ayağımız Bakıda, o biri ayağımız o tayda, fədailərin arasında olub, oğul. İki qardaş bir qarına ac, bir qarına tox, Doktorumuzun başçılığıynan “Hümmət” Partiyasının pudnan qızılını daşımışıq o taya ki, Səttarxan fədailəri silahsız qalmasınlar çöllərdə. Qohum-əqrabalarımızı qan içində qoyub qayıtmışıq bu taya ki, lazımıq burda.

Başa düşürsənmi nə deməkdi bu, oğul?

Fədakarlıqdı bunun adı, qəhrəmanlıqdı! Demək olar ki, hər gün “dopros” – istintaq eləyirdilər, çalışırdılar bizim vasitəmiznən təbliğatçı kommunistlər göndərsinlər o taya, SafAğ alimlərimizi axtarsınlar, tapıb qırsınlar- məhv eləsinlər.

Sonra biləcəksən, tariximizdə çox olub belə qırğınlar.

Bil! Başa düş! Yadında saxla. Əmma lal-kar ol, danışma heç kəsə ha! Heç kəsə!

İyirminci ildə Doktorun mandatıynan gəlmişik biz bu rayona, yerli cəmaatnan, Qılınc Qurbannan çiyin-çiyinə hökumət qurmuşuq. Əsas şeyləri deyirəm sənə. Yazdıq bunun hamısını o vaxt, müharibədən əvvəl, verdik, göndərdilər yuxarıya – Bakıda o “Kişi” deyilən Mirqəzəbin özünə, çünki elə o vaxtdan onun özünün göstərişiynən incidirdilər bizi. Xəlvətdə özümüz də başa düşürdük ki, Marksın, Engelsin, Leninin “bütün dünya füqərayı-kasıbları, birləşin!” şüarıynan heç cür razılaşammırıq. Çünki lap aydın məsələdi ki, dünyamızın xarablığı adamların bir qisminin varlı, istismarçı kapitalist, feodal olmağında deyil, bizim hələ Nizamimizdən əvvəllər də məlum olub ki, dünyamızın xarablığı insanın özünün, yəni bütün bəşəriyyətimizin özünün qanmazlığındandı. Dünyamızın keçmişini bilmir insan. Həqiqətin, yaxşının, pisin nə olduğunu qanmır. Nə iş görürsə, həm özünün zərərinə eləyir, həm də başqalarının. Belə olan halda, yəni kapitalistin, feodalın əlinin altında zillət çəkən “füqərayı-kasıb” ilə birgə istismarçının özü daha qanmazdısa, milləti iki yerə bölməyin nə mənası var?! Qan-qırğın, kin, ədavət daha da xarab eləmirmi insanı?!

Kimə deyə bilərdik bunu, ay oğul?!

Kəndlərdə cəmaatdan məktub, şahid-filan yığdıq ki, biz ədalətli adamlarıq, kasıb pənahıyıq. Sağ olsun ki, Qılınc Qurban da dil yetirdi. Köhnə bolşevikləri, ağsaqqalları yığdı başına, o “Kişi” deyilənə teleqram vurdu. Sağ qaldıq biz. Çox gizlin elədilər qırğınları, tutquları, sürgünləri.

Müharibə qurtaralı təzədən başlayıblar. Bakını materialnan doldurduqları bəs deyil, indi də Çax-çux Xalıqın atını kişmişnən yükləyirlər ki, “Get kəndlərdə sat, arada da söz yay ki, kişmiş özümün deyil, o taydan Ağ Əmirnən Boz Əmirin oğulları öz əmiləri Sultan Əmirliynən Mədəd Əmirliyə göndərirlər. “Qorxuram söz çıxar, ləkə gələr Əmirlilərin adına, taqsırı məndə görərlər, öz adıma çıxıram kişmişi satıram. Pullarını özlərinə verəcəm”. Həqiqətən Sultan əmiyin stolunun üstünə yığın-yığın pul qoyurdu cəmaatın gözünün qabağında, “Sizə çatacaq”, -deyirdi. Başa düşürsənmi? Yəni dövlətlidilər Ağ Əmirnən Boz Əmirin oğulları, dövlətli olduqlarına görə də guya şaha qulluq eləyirlər, o tay, bu tay Azərbaycanın birləşib əsarətdən qurtarmağını istəmirlər.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «İdeal»

Представляем Вашему вниманию похожие книги на «İdeal» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


libcat.ru: книга без обложки
forever anna(bookfi.org)
Muğanna İsa - Türfə
Muğanna İsa
Muğanna İsa - Kollu koxa
Muğanna İsa
Muğanna İsa - Cəhənnəm
Muğanna İsa
Müəllif kollektivi - İsa Muğanna xatirələrdə
Müəllif kollektivi
anna wittig - Ich bleibe Ich
anna wittig
Anna Noebels, Loreen Lauschke - Das ideale Geschenk finden
Anna Noebels, Loreen Lauschke
Giorgia Giorgi - El Ama De Casa Ideal
Giorgia Giorgi
Michelle Styles - An Ideal Husband?
Michelle Styles
Отзывы о книге «İdeal»

Обсуждение, отзывы о книге «İdeal» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x