Muğanna İsa - İdeal

Здесь есть возможность читать онлайн «Muğanna İsa - İdeal» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

İdeal: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «İdeal»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

“İdeal” milliözünüdərk məfkurəsini tamamlayan əsərdir. Vərəq-vərəq oxuduqca özünə bir az da yaxınlaşırsan. Çox suallar meydana çıxır. Əsər sualların cavabını demir, oxucuya cavabı tapmağın yollarını açır. Sanki İsa Muğanna əsərdə bunları deyir: “Türkün tarixi üzərində dünya tarix yaratdı. Ey türk, sən tarixini bilmədikcə, sənin tarixinin üzərində hələ çox tarixlər yazılacaq.

İdeal — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «İdeal», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать
Bəşəriyyətimizin yalnız az bir qisminə (təhrif “Muğ”, “Mağ” kəlmələrilə adlandırılan, “atəşpərəst” sayılan gizlin Bağlara) məlumdur ki, dinlərin əsasındakı kitablar, o cümlədən “Bibliya” (“Tövrat” – “Tora”), “Yevangeliya (“Novıy zavet” – “İncil”) “Quran”da, vizantiyalıların özlərinin məcburən etiraf etdikləri kimi, “Bağ dilində” – “na bojyem yazıke” (yəni OdƏr dili ilə bu dil əsasında yaranmış Tərik – “Türk” dilində) verilmiş kitabların son dərəcə təhrif tərcümələrindən, uydurmalardan, əfsanələrdən ibarətdir. Həqiqətən nə dərəcədə təhrif edildiyi və təhriflərdən necə qlobal – ümumbəşəri fəlakət törətdiyi barədə bu müqəddimənin özündə də az-çox təsəvvür vermək üçün bütün açıqlığı ilə deyilməlidir ki, zahirdə bir-birinə düşmən rolu oynayan dinlər, kökü vahid OdƏr bəşəriyyəti olan xalqları dil-şüur və mənəviyyatca ayırmaq, parça-parça ərazilər, sərhədlər daxilində məhdudlaşdırmaq, bəsitləşdirmək, nəticədə vahid Din mərkəzi Vatikanın – gizlin quldarlıq dövlətinin tələblərini təmin etmək məqsədi güdür. Planetimizdə əsrlərdən bəri hökm sürən dini, siyasi qadağalar, saysız-hesabsız “elmi (“tarixi”. “etnik”) arakəsmələr (süni psixoloji düşmənliklər) mühitində Kainatdan xəbərsizlik, açıq deyirəm, “sivilizasiya” altında cahillik o dərəcədə qatılaşıb ki, bu cahilliyin yaratdığı labüd “katastrofa” qarşısında indi Vatikan dövlətinin özü də qorxuya düşüb, nisbi proqressiv dairələrin planetdə “bütün dinləri birləşdirmək” təklifini, “həqqi təhrif edən xristianlıq”, “fundamental İslam”, “təriqətlər İslamı”, “Bəhayilik”, “Yəhudilik”, “Buddizm” və sair “dini”, “elmi” “izmlər” əvəzində, mövcud Vahid həqiqəti yaymaq ehtiyacını rədd edə bilmir. Mən sözün əsl mənasında ürək ağrısı ilə, faciə içində bildirirəm ki, əsrlər boyunca Vatikan casuslarının təlimatları əsasında (öz əlimizlə) gah açıq, gah gizlin məhv edilən “Muğ” – Bağ nəslinin təhrif adı (“Muğanna” – “Bizim Muğlar”) altında çap etdirdiyim ƏsƏrlərdəki Bağ həqiqəti – SafAğ Elmi hələ də təhrif “izm”lərin müqavimət səddi arxasındadır. Yeni Zaman – 2000-ci il ərəfəsində sədd dağılmalıdır, təhrif insan məhz SafAğ Elmi sayəsində maariflənməli, saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə – əbədi həyat planetlərinə qovuşmalı, yəni “Yer” – EyƏr (Uca İşıq) planetinə gizlin gəlib-gedən İşıq gəmilərinin düşdükləri guşələrə buraxılası halda olmalıdır. Əks halda fəlakət baş verəcək.

Yaxın və uzaq keçmişimizən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən “İdeal” romanını yenidən və sonuncu dəfə işlədim. Bu əsərlə tanış olmayan oxucu altılığa daxil edilmiş romanlarda SafAğ elminin təfsilatını dərk edə bilməz. Həmin romanlar – “Məhşər” (Ənşər-mən şər”) “Qəbristan” “GürÜn”,

“İsahəq, Musahəq” “Cəhənnəm”, burada göstərilən xronologiya əsasında oxunmalıdır ki, lazımınca yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə fayda versin.

Muğanna, 27.01. 2013.

SÜLEYMAN PADŞAHIN XƏZİNƏSİ

1

Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı; taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə, şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.

Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku”ndan 1hər cür nemət dadıb, özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində- qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa: “Çax-çux özünə gün ağlasın, biz də özümüzə”, – deyib gülüşsünlər.

Bu üç nəfər – iki qız və bir oğlan, cəhalət və işgəncələrlə dolu ölümlü dünyamızın əbədi həyat dünyası Kainatdan ayrılığının səbəblərindən bəhs edən bu fəlakətlər kitabının ilk səhifəsində oynaşan üç anauşağı kimi şeydilər, üçü də bu fikirdə idi ki, Çax-çux Xalıqın kişmişi təkcə onların “ağzını şirin eləmişdi”, cəmaat kişmişin kilosuna altmışca manat verirdi, onlar isə “müftəcə yeyirdilər”. Bundan başqa, Gülbəniz Səmədi sevirdi, Səməd Gülgəzi sevirdi, Gülgəz isə hər ikisini sevirdi, buna görə də hər üçünün könlü şaddı, ağızları da şirin.

Səmədin gur, qara, deyilənə görə, mərhum anası Suranın saçlarına oxşayan dalğalı saçları Gülbənizin ətəyinə doğru sallananda, o biri tərəfdən Gülgəzin qara ipək cığaları sallanırdı. Bu vaxt Gülbəniz qısqanclığını gülüşlə, zarafatla gizlədirdi:

– Ey, ey, saçlarınız görüşdü!– deyib, bir əlilə Gülgəzin, o biri əlilə Səmədin başını dala itələyirdi.

Gülgəzin əli bir yandan Gülbənizin önlüyünün ətəyinə uzananda, Səmədin əli də o biri yandan uzanırdı. Bu vaxt Gülbəniz yenə hər şeyi zarafatla gizlədirdi:

– Ey, ey, əlləriniz görüşdü! – deyib bir əllə Gülgəzin, o biri əlilə Səmədin əlini dala itələyirdi. Sonra saçların, əllərin görüşü təkrar olunub, “dizlərin görüşü”, “ayaqların görüşü” də bunun üstünə gəlib, hər üçünün arasında sehrli, sirli ilk gənclik oyununa çevrilirdi və kişmiş qurtarana qədər bu oyun davam edirdi.

Bu günlər Əmirli yeniyetməsi Səmədin ömrünün bəlkə də ən xoşbəxt günləri idi. “Ekspeditor” 2Xalıqın rəsmi “faktura” – malın siyahısı və qiymətləri ilə mal payladığı və qeyri-rəsmi “çax-çux” – alver elədiyi üç para kənddə, o cümlədən burda – Qonaqlıda hamıya məlumdu ki, Arazın bu tayı ilə o tayının, yəni Sovet Azərbaycanı ilə Cənubi Azərbaycanın arasında “sərhədin açıldığı” 3gündən indiyə qədər – beş il ərzində bu adamın o taya ayaq döyməyi heç də alver üçün deyil, bu get-gəl Əmirlilərin o tayda – “xarici ölkədəki qohumları” ilə, Təbrizin Əmir məzarıstanında dəfn olunmuş ataları Məhəmməd Əmirlə, qardaşları Şeyx Ağ Əmir, Şeyx Boz Əmirlə, o şeyxlərin bu tayda – Sovet Azərbaycanında “sinfi düşmən” sayılan məsləkdaşları ilə əlaqədardılar 4. Palıd kötüyünün üstündə daş-tərəzi görünəndə bütün kənd əvvəlcədən bilirdi ki, Çax-çux yenə “Məhəmməd Əmirdən, şeyx qardaşlardan”, o qardaşlardan qalan mülklərdən, var-dövlətdən danışacaq.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «İdeal»

Представляем Вашему вниманию похожие книги на «İdeal» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


libcat.ru: книга без обложки
forever anna(bookfi.org)
Muğanna İsa - Türfə
Muğanna İsa
Muğanna İsa - Kollu koxa
Muğanna İsa
Muğanna İsa - Cəhənnəm
Muğanna İsa
Müəllif kollektivi - İsa Muğanna xatirələrdə
Müəllif kollektivi
anna wittig - Ich bleibe Ich
anna wittig
Anna Noebels, Loreen Lauschke - Das ideale Geschenk finden
Anna Noebels, Loreen Lauschke
Giorgia Giorgi - El Ama De Casa Ideal
Giorgia Giorgi
Michelle Styles - An Ideal Husband?
Michelle Styles
Отзывы о книге «İdeal»

Обсуждение, отзывы о книге «İdeal» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x