Muğanna İsa - İdeal

Здесь есть возможность читать онлайн «Muğanna İsa - İdeal» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

İdeal: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «İdeal»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

“İdeal” milliözünüdərk məfkurəsini tamamlayan əsərdir. Vərəq-vərəq oxuduqca özünə bir az da yaxınlaşırsan. Çox suallar meydana çıxır. Əsər sualların cavabını demir, oxucuya cavabı tapmağın yollarını açır. Sanki İsa Muğanna əsərdə bunları deyir: “Türkün tarixi üzərində dünya tarix yaratdı. Ey türk, sən tarixini bilmədikcə, sənin tarixinin üzərində hələ çox tarixlər yazılacaq.

İdeal — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «İdeal», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Cavabsız suallar da bir cür “cəhənnəm kürəsi” idi, bu kürəyə düşəndə Səməd qovrula-qovrula qalıb heç yana çıxa bilmirdi.

Ola bilərdimi ki, Səməd ömrü boyu elə-beləcə qovrula-qovrula qalsın, Çax-çux Xalıq da elə o cür – gözdən yayına-yayına, “çax-çux eləyə-eləyə” qocalıb ömrünü başa vursun, sirrini də özü ilə aparıb getsin? Təkcə bu sualın cavabı aydın və qəti idi: YOX! Mütləq görüşməli idilər və o hadisə də baş verməli idi.

Əmma iş elə gətirdi ki, nə görüş Səmədin təsəvvüründəki kimi oldu, nə də hadisə. Əvvəlcə yenə Sestra gözlənilmədən yenə yataqxanada görünüb: “Mədəd əmi rəhmətə gedəndə Sultan Mamedoviç özü də çox sarsılmışdı. Əmma keçdi – getdi. Səninki də keçəcək. Çətini Xalıqnan görüşüb kəlmələşənə qədərdi”, – dedi. Sonra Sestra ilə sözləşmiş kimi, o uzun, qara adam özü göründü…

* * *

… Səməd üçün son dərəcə gözlənilməz görkəmdə – başında yaşıl vilyur şlyapa, damağında gümüşə tutulmuş trubka, səhər ertə Bakının sərnişin vağzalının qələbəliyində birdəncə zühur etdi, həm də yayınmaq, gizlənmək əvəzinə trubkasını cəmaatın başı üzərində tüstülədə-tüstülədə özü Səmədə yaxınlaşdı və səlamsız-kəlamsız, müqəddiməsiz – filansız, birbaşa soruşdu:

– Xəbərin varmı, əmin evlənib?

Çax-çuxun üzü qara məxmər kimi işıldayırdı. Gözləri bir cüt Çin fənəri idi – iri, dəyirmi, par-par yanırdı.

– Eşitmədinmi, qadası?.. Deyirəm əmin evlənib.

Səməd özünü itirmişdi.

– Sultan əmi?.. Necə yəni evlənib?!

– Hm, bildim elə təəccüblənəcəksən… Məktəb uşaqları elə bilirlər, müəllim nə çörək yeyir, nə su içir, nə də ayaqyoluna-zada gedir… Əlli yaş nədi ki kişi olandan ötrü! Evlənib də!

– Qıymat?

– Yox, Qıymat deyil… Qıymat heç yadına da düşməyib… Qız başqasının istəklisiymiş. İşin bu tərəfi qəlizdi bir az. O oğlannan düşmənçilik olmasa yaxşıdı… Hə… Çoxdan görüşmürdük biz sənnən qadası. Vaqonda gələcəm yanına. Hökmən!.. Cavan oğlansan, nə bilirsən nələr olur bu dünyada!.. Gələcəm. Hə… Tez-tez görüşəcəyik bundan sonra. Hə…

Fənərlər qapandı, trubka tüstülənə-tüstülənə uzaqlaşdı, bir də on saatdan sonra, sarsıntılı, çaşqın Səməd çamadanını bağlayıb düşməyə hazırlaşanda, gəlib kupedə tüstüləndi.

– Sən çatırsan… Kəndə getmirəm mən… Sədr Mədəddən sonra yaman dəyişib cəmaat. Müharibənin qatı vaxtı o rəhmətlik azı on manat paylatdırardı əməkgününə 23. Bizim Qudalıların ağsaqqalı Rəhimin iki arvaddan on qızı işləyirdi. Ayda hərəsi üç yüz manat qoyurdu Rəhimin qabağına. O aclığın-gicliyin içində əməlli-başlı dolanırdı cəmaat, mən kimi çax-çuxnan baş girləyənləri də dolandırırdı, hə… Elə deyil indi. Qatıqsatan, alçasatan olub hamısı. Manatı manatın üstünə qoyurlar. Bir qəpikləri çıxanda canları çıxır. Əmbə kənddən ayağımı kəsməmişəm hələ. Hə… Gəldim deyim ki, mayda olub o iş, dörd ay bundan qabaq. Deyirlər elə birdən-birə evlənmək fikrinə düşüb. Müslümü çağırıb, şoferini, deyib Sultan Əmirli deyiləm mən daha, arşınmalçıyam, gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə… Müslüm elə bilib zarafat eləyir. Sonra görüb yox, iş ayrı cürdü. O gördüyün zəhmli-zabitəli Sultan Əmirli qəşəng geyinib-gecinib, oturub maşında: “ Sür, – deyib, – gözüm harda kimi tutdu, maşına basıb gətirəcəyik zaksa!”

Əmba uğuru xeyir olmayıb, səhər dediyim kimi, başqasının istəklisini tutub gözü, yarıxoş, yarızor gətirib, elə o günü də kəbin kəsdirib.

Qəribə işdi, hə? Təəccüblüdü?

Nə qəribədi, qadası, nə təəccüblüdü. Çox əcaib bir məsələ var bu evlənmə söhbətinin altında. Qaşqabağını nə qədər sallasan da mən bir az da çərənləməliyəm ki, o əcaib məsələnin heç olmasa bir qismi çatsın sənə.

Mənim kürəkənim Məsim orda işləyir, bilirsən, əmiyin yanındadı hələ. Qızım Gülbəniz də, bilirsən gedib-gəlir ora. Demək istəyirəm ki, az-çox mən xəbərdaram əmiyin işlərindən… Keçən il Stalin öləndə yataqxanadan bir həftə çıxmamısan eşiyə, oturub içib, içib ağlayıbsan. Bax, onda hesab elə ki, əmini ağlayıbsan. Stalin ölən günü əmin də ölüb, qaraltısı qalıb stolun dalında, hə! Yadındamı o “Molniya” teleqram? “Prekratite bezobraziye”. Qırmızı qələmnən yoğun, qırmızı xətt çəkmişdi o iki sözün altından, qoymuşdu stolunun şüşəsinin altına. Məsim deyir, hətta Bakıdan gələn böyüklər də səslərini çıxardammırdılar onun qabağında. Dillənən olanda o dəqiqə barmağı dirənərmiş o iki sözün üstə, hamı lal olurmuş. Gülənov nədi, Sayılov nədi, rəhmətlik Mədədin “Mirqəzəb” dediyi “Kişini” özü də o saatca yumşalırmış, gülümsünürmüş: “Həqiqətən sultan olmusan, Sultan Mamedoviç! Hətta məni öz təəbən saya bilərsən, Sultan Mamedoviç!” Hə, gör kim təbəymiş əminə – Mirqəzəb! Elə böyütmüşdü onu o teleqram!.. İndi elə deyil. Hakimiyyəti, hökmranlığı qurtarıb əmiyin, qadası. Gündə bir ziyalı öldürülür rayonda. Özü də elə o cür: sağ gicgahdan iti çəkicnən vururlar deyirlər. Kimlərdi o usta qatillər? Hamısı eyni cür vurur ki, guya çox adamın yox, tək adamın işidi. Körpə uşaq da başa düşür ki, nə isə gizlin kompaniyadı bu, qırğındı. Qırx səkkizinci -əlli birinci illərdə Sibirə, Qazaxıstana sürülən azərbaycanlılar ordan Moskvaya şikayət yazırlar, əvəzində burdakılar bədbəxt olurlar. Öz aramızda qalsın ha! Siyasi məsələdi. Dilindən çıxar, səni də birtəhər eliyərlər! Hə… Əmin susur. Heç cınqırını da çıxartmır! Niyə, bilirsən? Çünki tüpürüb hər şeyə! Keyfindədi! Hə… Özü də yaxşı bilir ki, bu gün – sabahlıqdı. Uzaqbaşı, konfransacandı. Bir-iki aya başlanır rayonlarda hesabat-seçki konfransları. Bizimki oktyabrda olur həmişə. Deməli, ikicə ay qalıb. Yeşikdən çıxmayacaq əmin o seçkidə. Tək vəzifəsi yox, özü də yeşikdə qalacaq. Bəs nə! O cür adamlar elə vəzifəynən nəfəs almırlarmı, qadası? Nəyi var axı onun vəzifədən başqa? Evində oturduğu stul da dövlətindi. Bəs nə! Fikir verməyibsən?! Ayağının altına saldığı xalçanı qaldır bax astar üzünə, orda da birka var: “İnventar RKP” 24. Nə inventar, heç o ev də özünün deyil. Revkomun 25qəza komitəsi olurmuş vaxtıynan o bağın içindəki binada. Yeşikdə qalan günün sabahısı təzə katib çağırıb deyəcək: “Zəhmət çək, çıx o evdən”. Ordaca yatacaq ürəyi. Bəs necə? Belədi bu vəzifəlilər, qadası. Vəzifəsi var – adamdı, yoxdu qurtardı, tamam oldu ömrü. Əmin təzə qanır bunu. Elə buna görə də ac canavara dönüb indi, əlinə keçəni basır ağzına, kam alır bu dünyadan. Nədi yediyi, kimin qismətidi? Fikir vermir, udur! Fikir versəydi, başqasının adamını arvad elərdimi özünə?! Belədi indi əmin, qadası. Otuz yaş kiçikdi deyirlər özündən o gözəl. Sürüdə əmlik təki bir şeymiş, canavar ağzına keçib hə… Görəcəksən o gözəli. Onda biləcəksən kimdi başına and içdiyin əmin! “Əcaib məsələ” dediyim o gözəlnən bağlıdı.

İndiyəcən bir kəlmə də demək olmurdu onun barəsində. Katib deyildi ha, yarımallahıydı o teleqramdan sonra. Xudiyevi, bilirsən, elə teleqram gələn günü qovdu rayondan, o heç. Bir töhmət Gülənova yapışdırdı, birini prokuror Sayılova, birini RİK Atamalıya. O vaxtdan orqan-zad yoxuydu rayonda. Bir o teleqramıydı stolun üstündə, bir də Sultan Əmirli. “Prekratite” deyib ayaqlayırdı hamını.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «İdeal»

Представляем Вашему вниманию похожие книги на «İdeal» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


libcat.ru: книга без обложки
forever anna(bookfi.org)
Muğanna İsa - Türfə
Muğanna İsa
Muğanna İsa - Kollu koxa
Muğanna İsa
Muğanna İsa - Cəhənnəm
Muğanna İsa
Müəllif kollektivi - İsa Muğanna xatirələrdə
Müəllif kollektivi
anna wittig - Ich bleibe Ich
anna wittig
Anna Noebels, Loreen Lauschke - Das ideale Geschenk finden
Anna Noebels, Loreen Lauschke
Giorgia Giorgi - El Ama De Casa Ideal
Giorgia Giorgi
Michelle Styles - An Ideal Husband?
Michelle Styles
Отзывы о книге «İdeal»

Обсуждение, отзывы о книге «İdeal» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x