ALATORAN
2
Yoram Kaniuk
Adamın dirilməsi
_________________
Yoram Kaniuk
Adam Resurrected
3
4
Yoram Kaniuk
Adamın dirilməsi
roman
Tərcümə: Həmid PiriyevRedaktor: Namiq Hüseynov
Kompüter dizaynı: Yaşar ŞahlaroğluÜz qabığındakı rəsm : David Gerstein300 səh. Qiyməti 7 manat. Çap tarixi: 22.08.12, Format: 14x22
ISBN: 978-995-28030-3-7
____________________________________________________________________
“Və hər xalqa onun öz dilində” – Ester Kitabı I : 22, Bibliya________________________________________________________________
Our thanks to the Institute for the Translation of Hebrew
Literature (NPO) for its kind assistance in making this
translation possible.
Copyright © Yoram Kaniuk
Published by arrangement with The Institute for the Translation Hebrew Literature
5
6
İÇİNDƏKİLƏR
1. Təlxək –
2. Xanım Sizlinq–
3. Saxtakar–
4. Hürüşmə səsi–
5. Rati–
6. Bir uşaq–
7. Böyük fırıldaqçı–
8. Olivetti–
9. Sünnətçi Volfofitz–
10. İsrail kralı Davud–
11. Möcüzə–
12. Çöl gecəsi–
13. Yaşlı ərəb–
14. Uşaq və köpək–
15. Gilyotin–
16. Qarpız, Qarpız–
17. Son məktub–
7
“Elazar ben Yair dedi ki, Tanrı, qədimdən sevdiyi yəhudi xalqına qarşı geri qaytarılması olmayan bir qərara gəlmiş olmalıdır, çünki əgər bizə dost üzünü göstərməyə davam etmiş olsaydı və ya sadəcə qısa bir müddətə qəzəblənmiş olsaydı, Böyük Qırğın zamanı yox olmaz, bu cür tamamən ortadan çəkilməzdi”
Josepus, The Jewish War (Yəhudi müharibəsi)İnsan, xarabalıqlar arasında bir tanrıdır.
Emerson
8
MİRANDA KANİUKà
İnsan, xarabalar arasında bir tanrıdır.
Emerson
9
1. Təlxək
Qadın incə barmaqlarıyla qapını tıqqıldadır. Geriyə
toplanmış saçları gümüş rəngində, üzüsə ipək kimidir.
Əynində güllü yay paltarı var – təzə alındığı bəllidir. İndicə
köhnə bir fotoşəkildən çıxıbmış kimi görünür. “Adam, Adam!”
deyə səslənir və “Cənab Steyn” deyə o saat düzəldir. “Vaxt çatıb, Adam… Çox üzgünəm”, deyə sözü gəvələyərək əlavə
edir. Pansion sahibəsi həqiqətən də çox üzgündür.
Göyümtül damarları görünən incə əlləriylə boğazını sıxır və bir an huşu gedəcəkmiş kimi görünür, boğaraq öldürən qatilin qurbanıdır sanki. Hələ dünən havasızlıqdan öləcəkdi, amma indi günəşi və bu qapını salamlayır; qəlbiysə
ilk görüşə çıxan gənc qızınkı kimi döyünür, bircə sehirli sözə
görə qatilini qürurla salamlamağa hazırdır. Bir az öncə, hələ
tam gözünü açmamışkən, hələ yarıyuxuluykən səhər çox gözəl görünmüşdü. Amma tamam ayılandan sonra yanıldığını anladı. İndiysə boynuna toxunur və səhərə nifrət edir, qısa bir vaxt içində öz aqibətinin bəlli olacağını bilir.
Adam bir saat öncə yuxudan oyanmağına baxmayaraq hələ də özünü yatıbmış kimi aparır, gözlərini bağlayarsa heç kim tərəfindən görünməyəcəyini fərz edən uşaq kimi. Ancaq göz qapaqları bir az aralıdır, buna görə divarda oynayan 10
maşın kölgələrinin hərəkətini görür. Yarıaçıq kipriklərinin arasından özünü solğun divar kağızının üstünə dağılmış
görür. Divardakı çiçəklərin arasında minlərlə öz surəti var. Ev sahibi indi boynunu ovuşdurur yəqin ki. Onun o uzanmış və
yupyumşaq əlləriylə boynunu sığalladığını hiss edir. Dünənki gecəyə görə narahat deyil, qadının boynunun dünyada lazımsız yerə durduğu üçün də. Adam xoşbəxtliyi əldə etməyi bilir, bunun necə edildiyini də bilir. Sonun gələcəyini də
anlayır. Yəni hər şeyin sonu olmalıdır. Tanrı da mənim qədər qərarlı deyil, deyə düşünür.
Bayırda sidr ağacları divar boyunca düzülüb, ara-sıra qaraltıları sezilir. Elə bil ağaclar üzür, onun otağınacan üzüb sonra yoxa çıxırlar. Xanım Edelsonun qapının o tərəfindən gələn səsiylə, öz-özünə yavaşcadan fısıldayan səsiylə
gözlərini açır. Qadının qəlbindəki düşüncələri belə duyur.
Adam yuxudan təzə oyanmış biri kimi durub geyinməyə başlayır. Ayağa duranda İnkvizisiya məhkəməsi sədrinin papağına oxşayan uzun sərv ağacını görə bilir. Gecə
yuxusuna ocaqda yandırma cəzası girib. İsrailə köçəndən bəri nədənsə öz həyatındakı olayları heç görmür, onun yerinə
taleyləri özününküylə çox az oxşar olan adamlar, əsrlər öncəsi baş verən hadisələrə aid yuxular görür. Gecələr öz həyatı izləmə altındadır; amma yuxusunda xalqın izlədiyi böyük ocaqları görür. Dünən gecə İnkvizisiya məhkəmə sədri hansısa kitabı yandırırdı. Adam həmin kitabı Fausta oxşatmışdı. Kitabın həqiqətən yanmalı olduğunu hiss etsə də
bu iş incitmişdi onu. O qara papaqlı İnkvizisiya məhkəmə
sədri adına yaraşan bir iş görsə də yandırdığı Faust idi hər halda.
Gün adi bir basqın kimi başlayır. Səslər küçədən otağına dırmanır. Təlaşla şəhər mərkəzinə şütüyən 11
maşınların səsi süd şüşələrinin cingiltisinə qarışır. Birisi:
“Xanım Epsteyn, qəzetiniz!” deyə qışqırır. Sonra bükülmüş
qəzet havada uçub qapının ağzına düşür, elə bu an küçənin tinində bir uşağın fəryadı yüksəlir. Adam qapının dalından ev sahibəsinin nəfəs səsini eşidir. Qadının bu dəqiqə qapı deşiyindən baxdığına əmindir. Yaş üzünü kranları qışqırıb guruldayan köhnə dəbli balaca hamamın qırağına söykədib qapıya tərəf səslənir: “Günəşin üzü zil qaradır Ruti və
buludlar ürək bulandırır”.
Qadın qızarır; yazığın açar deşiyinə yaxınlaşdırdığı başı qapıya dəyir. Adamı gülmək tutur, amma xanım Edelsona qarşı münasibəti dəyişdirməlidir; buna görə gülüşünü güclə
saxlayır.
“Adam, doğrudan nə düşünürsən?” Xanım Edelson almanca soruşur.
“Heç nə, Ruti, sadəcə görəsən bu gün də yaraşıqlıyam deyə maraqlanmışdım”.
“Yaraşıqlısan, Adam”. Və solğun fotodan çıxmış qadın təkrar qızarır.
Yuyunub qurtaranda bir ara sakitlik olur. Sonra xanım Edelson nəsə danışır bir az.
Adam köynəyini gümüş dəstəli fırçayla fırçalayarkən qadın bir az utanaraq “Səhərin gözü açılmamış
romantikləşdik bir az” deyir. Adam ev sahibəsinin almanca danışmağından, öz diliylə desək “sizi təpələrin başına çıxarıb sonra qamçıyla döyən” bu dildən xoşu gəlir.
Читать дальше