Yoram Kaniuk - Adam`ın dirilməsi

Здесь есть возможность читать онлайн «Yoram Kaniuk - Adam`ın dirilməsi» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Adam`ın dirilməsi: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Adam`ın dirilməsi»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

“Adamın dirilməsi” müəllifin ən parlaq əsəridir. Romanda qaz sobasında yandırılmağa aparılan yəhudilərin arasından əyləncə məqsədilə sağ buraxılan təlxək Adam Steinin həyatından bəhs olunur. Artıq o, Nəcəf çölündə sağ qalanların müalicə olunduğu reabilitasiya mərkəzində bir xəstədir, yerinə görə həkimlərdən daha zəkalıdır, ancaq xəstələrin hamısından daha səfeh olan Adam, həssaslıqla dəlilik arasında öz həyatına məna qazandırmağa çalışır.

Adam`ın dirilməsi — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Adam`ın dirilməsi», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Gözlərini qaldırıb maşının pəncərəsindən böyük evi görür. Üç mərtəbəli ev ağ bir div kimi parıldayır qabağında.

Balaca pəncərələr, davamlı betondan boz sütunlar, üstündə

böyük su çəni olan düz dam. . Böyük bina ətrafındakılarla nisbətdə balaca görünür.

Bu böyük, gözəl, günəş içində parıldayan evlə qum, 24

adamı qovuran külək və ya ətrafdakı başqa bir şeylə heç bir əlaqəsi yoxdur. Ev ətrafındakıları lağa qoyur, bəlkə də

aşağılayır onları. Fəqət bu ucsuz-bucaqsız həyətin içində, bu hündür bina balacalaşır; üfüqəcən uzanan, qum, əhəng və

gildən ibarət upuzun, qarışıq sahəyə kiminsə əkdiyi bir gül kimi görünür. Evin arxasında isə hara baxırsınız baxın, ancaq təpələri görəcəksiniz; qəhvəyisi, sarısı, ağı, mavisi, qızılısı, ta sonsuza qədər – məhşərəcən.

“Yaxşı, Adam,” birinin səsi Adamın düşüncələrini bölür. “Evə qayıtmaq necə hissdir?” Gözləri Adama gülümsəyir. Maşın evin qapısında dayanıb.

“Cəlladın ipi əvvəl-axır oğrunu tapar” Adam deyir.

Maşından düşüb əsnəyir, köynəyini düzəldir, maşına oturanda çıxartdığı papağını başına qoyub evə girir. Cavanlar çamadanları götürüb dalınca gedirlər.

Adam uzun koridora baxır. “Dincəlmə otağına göz atım gəlirəm. Gözləyin məni.” “Yaxşı, Adam,” cavanlardan biri Adama lağ edirmişcəsinə deyir. “Qros həkim səni gözləyir, orada çox yubanma, yoxsa hirslənər, hirsini də bizə tökər.”

Adam salondan aşağı irəliləyir. Qara xalça ayağının altında xışıldayır. Sərinkeş hər şeyi soyudur və Adamın hərəkətini yavaşladır. Gizli səsucaldanlardan tanqo eşidilir.

Bir kral İnkvizisiya məhkəmə sədrindən öncə imza atmağa tələsməz, Adam öz-özünə deyir. Bayırda vəhşi qum tufanı başlayacaq. Böyük pəncərələrdən nifrətlə dolu olan qum buludlarının hər yerə hücum etdiyini görür. Və o uzun koridorda pəncərələrə çırpılan qumla təkbaşına qalıb.

Qapıların hamısı bağlıdır, hamısı nömrələnib. Hərəkət etdikcə

xalça addımlarını udur. Birinci radiatora çatanda (qısa bir müddətdən sonra qış gələndə bu radiatorlar onu qızdıracaq) professional oğru kimi ətrafına baxır. Yaxınlıqda heç kimin 25

olmadığına əmin olandan sonra radiatorun altındakı gizli yerdən əskiyə bükülmüş bir şüşə çıxarır. Əskini açıb sevinclə

şüşəni qucaqlayır. Sonra şüşəsinə, sevimli şüşəsinə deyir:

“Devars – viskilərin kralı. Hələ burdasan, hə? O bic Qros həkim hələ səni tapmayıb!” Qapağı açıb bir neçə qurtum içir.

Sonra qapağı bağlayıb şüşəni təzədən əskiyə bükür və

gizlədir. Viski sinəsini yandırır. İndi Adam daha sevinclidir, baharına təzədən qovuşub.

Az işıqlandırılmış məlumat taxtasına yaxınlaşır. “Gül bayramı yaxınlaşır! Pulsuzdur! Kanada istehsalı tranzistorlu radio, saz vəziyyətdədir.” “Nyu Yorklu Solomon Kramerdən hamıya salamlar – Özmü yaxşı hiss edirəm, sizin üçün darıxmışam.” “Gələn çərşənbə axşamı film nümayişi: Afrika kraliçası, rollarda Hampre Boqart və Katerin Hepbörn.” Mən olmayanda filmləri kim seçirdi? Kim? Bəlkə Artur?

Adam təlaşlanır. İtirməli vaxtı yoxdur. Viski onu canlandırıb. Qapının arxasında gedən danışığı eşidə bilir.

Cürbəcür səs birləşib qarışır. Qapının o tərəfində bir dəstə

adam var. Səslər qarmaqarışıq olsa da Adam bəzi səsləri ayırd edə bilir. Qapının üstünə balaca bir yazı yapışdırılıb: DİNCƏLMƏ OTAĞI. Adam pencəyini və papağını düzəldir və

otağa girir.

Dincəlmə otağı həqiqətən doludur. Biri piano çalır. O

birilər stol ətrafında oturub quaşla rəsmlər çəkir. Yuvarlaq bir masanın ətrafında oturan qadınlar müxtəlif həftəlik və

aylıq xarici jurnallara baxırlar. Adam qapı ağzında dayanıb, hələ heç kim onu görməyib. Otağın ortasındakı çox böyük bir masanın üstündə elektrikli qatar sürətlə gedir. Qapqara lokomotiv bir neçə parlaq vaqonu dalınca dartır. Körpülər aşağı-yuxarı açılıb bağlanır, işarə siqnalları yanıb-sönür, qatar tənəkə və plastmasdan düzəldilmiş dağlarla vadiləri keçib 26

tunelə girir. Adam baxır və gözləri kameraya, hərəkət edən kameraya sataşır. Dağlardan qaranlığa doğru gedir qatar.

Qaranlıq. Qaranlıq. Və indi özü də o qatarın içində sıxılıb qalıb. Və Hasidik haham Müdrik Elimeleç haqqındakı köhnə

ibranicə mahnını oxuyur ( Hasidik yəhudilik: Yəhudi dininin 1700-cü illərdə qurulmuş və Tövratla sıx bağlılığı olan məzhəbi.

– red .). Bir çatlaqdan inəklərin çəmənlikdə böyürdüklərini görür. İri, gombul Poloniya inəkləridir bunlar – bu, vəziyyəti daha da pisləşdirir. Bayırda inəklər həqiqətən böyürür.

Günəşdə, ağacın altında, onlara baxan kimsə varkən bu mümkünmü? Qəfildən həqiqi qatara dönən o qatar indi öz keçmişindən gələn başqa bir qatarla üz-üzə çıxır və az qala toqquşurlar, amma son anda kimsə düyməyə basır və qatarlar yan-yana yollarına davam edirlər.

Masanın ətrafında təxminən on nəfər ciddi simalı adam dayanıb. Bütün diqqətlərini qatar yoluna, yol işarələrinə, sıçrayan bələdçiyə, aşağı-yuxarı gedən körpülərə

veriblər. İkisi dəmiryolu qayçılarını idarə edir, o birilər tamaşaçılardır; fikir verirlər, həyəcanlanıb qışqırırlar.

Başlarına bələdçi papağı qoyublar. Burası da bəllidir ki, Adamın yerinə keçib onun yoxluğunda filmləri seçən və

eləməməli olduğu yüzlərlə şeyi edən Artur Fine indi qrupun lideridir. Diqqətli və gərgindir, qayçını idarə edir. Qısa boylu, iti burunlu və yaşıl gözlüdür. Bütün fikrini qatara verdiyi üçün Adamı görmür. Ancaq Adam Arturun onu görən ilk adam olacağını bilir; bu səbəbdən qapı ağzında dayanıb gözləyir. Fərq edilməyən varlığının getdikcə baş bələdçinin kefini necə pozduğunu görür; ta ki, ən sonda Arturun yaşıl gözləri yuxarı qalxıb qapı ağzındakı o gözqamaşdıran köynəyi, geniş dövrəli qara papağı axtarıb tapana qədər – və

sonra Arturun əlləri titrəməyə başlayır. Gözlərini qırpır.

27

Oyunu davam etdirmək üçün əlindən gələni edir. Fəqət o birilərinin bu səhnəni görməsini əngəlləyəcək bir möcüzənin baş verməsi üçün də yalvarır. Adam Steyni ətrafında görmək istəmir. Adam Steyn neçə aydır burada hökm sürən sakitliyi məhv edəcək. Mövcud vəziyyəti öz xeyrinə alt-üst edəcək və

Arturu bir küncə sıxışdıracaq. Bunu bilir. Artur eyni anda həm qorxur, həm də həyəcanlanır. Pedala bacardığı qədər möhkəm basır və körpünü idarə edən mağara tərsinə çevrilir, qatar təzədən tunelə girir. Onsuz da hər kəs Adamı görüb artıq. Açıq qapının ağzındakı səssizlik otağın içinə dolur, sonra hər kəs Adama yaxınlaşır, onu salamlayır, kürəyini şappıldadır. Artur Fine qatar stolunda təkbaşına qalıb. Qatar sürətlə keçəndə lokomotiv qıpqırmızı qığılcımlar buraxır; amma Arturun gözləri olub-keçəni qaçırmır; siması dəyişib, üzünə hüzn çöküb; alnında soyuq tər damlaları puçurlanıb.

Ağlamağa hazırdır; varlığı balacalaşır. O böyük masanın qırağından yapışır və o qədər silkələyir ki, qatar relslərdən çıxır. Ffffft! Lokomotiv çabalayır. Çox qızışıb, çox zorlanıb; qığılcım buraxır. Amma qatar tərpənmir. Yaydan çıxan təkərlər daha tərpənmir. Kədərli bələdçi, Adam öz-özlüyündə

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Adam`ın dirilməsi»

Представляем Вашему вниманию похожие книги на «Adam`ın dirilməsi» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Adam`ın dirilməsi»

Обсуждение, отзывы о книге «Adam`ın dirilməsi» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x