Yoram Kaniuk - Adam`ın dirilməsi

Здесь есть возможность читать онлайн «Yoram Kaniuk - Adam`ın dirilməsi» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Adam`ın dirilməsi: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Adam`ın dirilməsi»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

“Adamın dirilməsi” müəllifin ən parlaq əsəridir. Romanda qaz sobasında yandırılmağa aparılan yəhudilərin arasından əyləncə məqsədilə sağ buraxılan təlxək Adam Steinin həyatından bəhs olunur. Artıq o, Nəcəf çölündə sağ qalanların müalicə olunduğu reabilitasiya mərkəzində bir xəstədir, yerinə görə həkimlərdən daha zəkalıdır, ancaq xəstələrin hamısından daha səfeh olan Adam, həssaslıqla dəlilik arasında öz həyatına məna qazandırmağa çalışır.

Adam`ın dirilməsi — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Adam`ın dirilməsi», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Ruti cavanlığında öyrəndiyi almancanı danışır hələ də.

Adam İsrailə gələndən bəri, son iyirmi ildə dəyişmədən qalmış bu dillə tanışlığını təzələmişdi. Ruti danışanda köhnə

bir kitabın, köhnə bir kitabxananın, ana babasının evindəki hansısa şəklin sirli gözəlliyini görürdü. Pansiyon sahibəsinin 12

sözlərində anasının, Franz-Cozef əminin və atasının səslərini eşidirdi.

Ancaq bu zərif, yaşlı qadının bədənindən şikayətçiydi.

Uşaq doğmaq yaşını keçmiş bu qadının bədəni necə olub ki, cavanlıq gözəlliyini, qüsursuz dərini qoruyub saxlaya bilmişdi? Bu necə mümkündü?

“Neçə yaşın var, Ruti?” deyə birdən qışqırır.

“Əlli, Adam. Gülmə, amma bu gün düz əlli yaşım tamam oldu”.

Glükauf !” deyib başını əlüzyuyana əyir. Sırtıqlığa bax!

Amma şairanə özgürlüklə təbii ki! Bakirə qız qədər gözəldir.

Alışıb yanan bir bədən, geriyə toplanmış gümüşü saçlar…

Qabağında çılpaq dayananda Adam gözlərini ondan çəkə

bilməmişdi. Bədəninin heç bir yerində bircə qırış da yoxdur.

Əyər-əksiksiz! Elə bil qadının bədəni illər öncə donub və indi birdən-birə yenə canlanıb. .

Amma Adam indi tələsir. Gözəl mavi köynəyini geyinir, pencəyini düzəldir, üstünə Von Hamdunqun emblemi həkk olunmuş qızıl düymələrini parıldadır. Berlindəki gözəl evi Adama miras qalan həmin Von Hamdunq. Berlində

A.N.Fişer tərəfindən tikilmiş, kənarı azacıq yuxarı əyilmiş

qara şlyapasını başına qoyur; artıq hazırdır. Qapını açanda xanım Edelson tarazlığını itirir. Açar deşiyindən baxdığı üçün geri çəkilməyə imkan tapmamışdı və qapı açılanda ona dəymişdi. Büzülmüş dodaqlarından xəfif bir ufultu çıxır.

Adam gülümsəyir: “Mənim ipək corablı qadınım belə

qışqırır?” Və o kübar, kəskin, nüfuzedici baxışı qadının incə

boynuna dikilib qalır.

Qu quşu deyir özlüyündə. Onun boynunda bu səhərin açıqlamasını görür. Onun boynunda özünün alçaldılmağını görür. Onu da bilir ki, günahı başqasının boynuna atmaq 13

olmaz. Düşdüyü bütün quyuları özü qazmış adamam mən. Nə

üçünsə bir az rahatlanmış kimi olur.

“Hazırsan, Adam?”

Qadının qabağında əyilir. Onu vals oynamağa dəvət edir. Qadınsa ona deyib-deməmək, harada olduqlarını yadına salıb-salmamaq haqqında götür-qoy edir. Ancaq unutmaq və

bu mövzuda qalmamaq qərarına gəlir.

“Yaxşı, gedək” Adam deyir. Fəqət qadın ürəyində

çalınmağa başlayan yumşaq musiqinin ortasında, rəqs hərəkətlərinə başlamaq istəyərkən üzbəüz evdən Golsteyn ailəsinin yəmənli qulluqçusunun səsini eşidir. Qulluqçu qışqırır: “Culi, Metti, tez olun, məktəbə!” Ruti qolunu qaldırıb Adamın qoluna girməyini gözləyir; sonra da koridor boyunca ona yol göstərir.

“Gedək”.

Qadın gülümsəməyini saxlaya bilmir və Adam bədəninin ağırlığını verib azacıq önə keçir; bir neçə saniyə

sonra yol göstərən artıq qadın deyil, Adam qadına yol göstərir. Qadının öz evində! Barmaqlarını Adamın bahalı pencəyinin parçasında çəkinərək gəzdirir və bir an ağzı açılır.

Xanım Edelson qorxur və Adam qışqırır: “At ədyalı!

Hörümçək döşəkağısı!”

Qabağından keçdikləri otaqdan kimsə qışqırır: “Bir az yavaş! Bura pansiyondur, qatar vağzalı deyil!” Adam barmağını ağzına soxur, yaramazlıq edəndə yaxalanan uşaq kimi çiyinlərini silkələyir və özü kimi alçalan qadını yanıyca sürüyür. Nəfəsləri bir-birinə qarışıb, pilləkanları bir adam kimi düşürlər. Bu gəzinti zamanın nə üçünsə dayandığını və

artıq var olmadığını yəqinliklə qadına isbat edir.

Heç nəyə baxmayaraq, xanım Edelson və Adam Steynin ağıl və qəlblərinin xaricində təzə gün sakit, balaca 14

küçəni başdan-başa doldurur. Gün artıq alatoranlıqdan canını qurtarıb güneydə, hündür binaların üzərindən qürurla yüksələn günəşlə birləşib artıq. Yarkon çayının sahilində rəqs edən evkalipt ağacları üzərinə Tel-Əvivin payız səhəri yüksəlir; çox qısa bir an üçün, narın duman qatı buxarlanmadan öncə, gün hələ sütülkən Yarkonu uzaq sahilləri gözlə görünməyən geniş göl sanmaq olar.

Aşağıdakı holda çamadanlar yan-yana qoyulub; keyfiyyətli dəridən hazırlanmış, Prusiya istehsalı, dəstəyi fil dişindən beş çamadan. Hər çamadan qabağındakından on santim yüksəkdir, bu səbəbdən pilləkanlardan baxanda başqa bir pilləkan kimi görünürlər. Ya da Adamın dediyi kimi:

“Maraqlı səhnə əlavəsi”. Sanki qabağına düzülmüş bütün həyatına baxırmış kimi Adam çamadanlarına baxır. Nə xanım Edelsonun incə boynunu və ya gənc, sürüşkən bədənini düşünür, nə itlərin yal qablarını, nə də başqa ağrılı xatirələri.

Dənizləri və okeanları tanıyır. Gümüş, pul və güc istəyir. O

güclü və yaraşıqlıdır; çamadanları da ona yaraşır. Keçən gecə, hadisə olub qurtarandan və o yatandan sonra xanım Edelson onun əşyalarını toplayıb. Hətta əşyaları yığdığı müddətdə

ağladı da və Adam paltarların arasından onun göz yaşlarını tapacaq; bədəninin şəklini almış vəziyyətdə, toxunarkən gənclikdəki hisslərdən çox da fərqlənməyən hisslər keçirdiyi boynunu xatırlasın deyə. Yaxşı bəs o? Hər bir corabı, hər bir köynəyi, hər şalvarı, hər qalstuku yerləşdirən o qadın?

Çamadanlara onları axırıncı dəfə görürmüş kimi baxır.

Qadın olaraq, hər şeyin bədəli olduğunu bilir. İndi, artıq ağlamır və göz yaşlarının Adama yoldaşlıq edəcəyini bilir. O isə burada qalacaq, sərv və evkalipt ağacları arasında, təzə çıxan günəşin işığıyla zənginləşmiş çayın sahilində. Və

günlər keçəcək. Keçib gedəcək – o yaşlanacaq və qıvraq 15

bədəni sual işarəsinə dönəcək.

Dırnaqlarını gəmirməyə başlayır və didilmiş

dırnaqları mahnı oxuyur: “Adam gedir.. Adam gedir.. ”

Uşaqlığındakı o rahatlıq üçün burnunun ucu göynəyir. Əgər bacarsaydı ip üstündən tullanardı. Amma onun yerinə

səssizlik var, qulaq deşən səssizlik. Adam gözlərini qaldırır və

gözləriylə bir neçə ay öncə, bura gələndə Rutinin almanca danışığı və gözəl bədəniylə birlikdə içini evə qayıdan bir uşağın rahatlığıyla dolduran bu otağın şəklini çəkir.

Bir neçə ay öncə atasını bu köhnə mebellərin qabağında çağırmamışdımı? Bəyəm bura deyildi, Ruti qırmızı qədəhlərə konyak süzürdü, özü də qapqara pəncərənin qabağında dayanıb atasına səslənmişdi? Birdən-birə qaranlıq şüşədəki əksinin ona baxdığını görmüşdü; atasından daha yaşlıydı bu sima. O vaxt xanım Edelsona belə demişdi: “Bax, Ruti! Atamı çağırdım. Atam öldü. Əlli üç yaşındayam. Atam qırx səkkiz yaşında öldü. Bu gün mən onun atası ola bilərəm”.

Və gülməyə başlamışdı. İndisə bir anlıq başqa şeyi xatırlayır.

Kleyn, cənab Kleyn, komandir Kleyn düşərgənin qapısında dayanıb boş nəzərlərlə təzə gələnlərə baxır. Və Adam özü orada, başqa canlıların arasında dayanıb; sanki harasa tətilə

gedəcəkmiş kimi, əlində üstünə “İŞLƏMƏK AZADLAŞDIRIR”

yazılı çit çəkilmiş qəşəng, yaşıl çamadanla. Və anidən cənab Kleyn qışqırmışdı: “Ey, bu Adam Steyndir”. Səsində heyranlıq, böyük bir heyranlıq hiss edə bilərdiniz. Adam cənab Kleynin ondan imza istəyəcəyini də gözləyirdi, amma cənab Kleyn ondan imza istəmədi, onun həyatını bağışladı! İmza istəmədi, dörd ayaq üstə dayanıb itin qabından yemək yedim; Rekslə

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Adam`ın dirilməsi»

Представляем Вашему вниманию похожие книги на «Adam`ın dirilməsi» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Adam`ın dirilməsi»

Обсуждение, отзывы о книге «Adam`ın dirilməsi» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x