Maşının pəncərələrindən payız mənzərələri görünüb keçir. DANIŞMA – MAŞININI SÜR mənasını verən əzik plakat.
Və qum, qum, qum, yenə qum, ta dənizə qədər. Üzləri gündoğana bitən ağaclar haçansa üstündə ibadətgah olan dağa tərəf dua edirlər. Qumun üstündə qəhvəyi sərv ağacı.
Balaca və boş yanacaqdoldurma məntəqəsi və oturub deyib-20
gülən iki qadın. Çərpələng uçuran bir uşaq, yaşıl meyvə
bağları, sarı payız portağalları, tarlalar, hansısa ərəbin mavi boyaları tökülən köhnə evi. Verandalar və çardaqlar, yumru borular. Bir dəfə hansısa meyvə bağında gördüyü anbar, kəmər və qübbələr, bir Güney hömkdarının görkəmli xəyalını xatırlatmışdı Adama. Tam burada, on altı il əvvəl şiddətli müharibənin olduğunu bilmir. Hal-hazırda meyvə bağları sülh içindədir, xoş bir payız küləyi ağacların arasında ora-bura dolaşıb onlarla oynayır.
“Onu nə üçün öldürmək istədin?” Gəncin üzündə
səmimi təbəssüm var. Buz əriməyə başlayıb.
Adam üzünü turşudub onu sorğulayan adama qarşı məsum bir çaşqınlıq sərgiləyir. “İstəmədim.”
“Hə, öldürməyə çalışdın onu.”
“Doğrudan? Kimi?”
“Xanım Edelsonu, pansiyon sahibəsini.”
“Rutini?” Adam cibini qurdalayır. Adamlardan biri ona siqaret uzadır. O birisi yandırır.
“Hə, onu.”
“Demək onu.”
Siqareti yandıran adam gülümsəyib kibriti söndürür.
“Hə.”
“Doğrudan?”
“Özünü mələk kimi aparma, Adam.” Və özəlliklə ağlına gələn fikri zarafat kimi deyir. “Ona bu dünyanın nemətlərini dadızdırandan sonra o biri dünyanı da göstərmək istədin.”
Özünə də siqaret yandırır. Adam bu qanun qulunun, sadəcə
əmirləri izləyən, işini sevdiyi üçün də Yüksək Əxlaq Qanununun vasitəçisi olmaqdan məmnun olan bu adamın özünəinamını duyur. Onu xeyli süzür, amma bir kəlmə də
demir. Sonra gözlərini endirir və anidən şalvarına işəməyə
21
başlayır. Sidik. Ayağından axıb yerə tökülür. Bir nəfər qəhqəhə çəkib Adamın çiyninə vurur. Adam isə sidiyə baxır və gözlərində soyuq bir nifrət sezilir.
Cavanlar öz aralarında danışmağa başlayırlar.
Pəncərədən görünən mənzəri dəyişir. Adam yolu tanıyır, çünki əvvəllər iki dəfə eyni maşınla bu yoldan keçib. Bir az sonra böyük bir evkalipt bağını keçəndə “Yalan deyirsiniz”
fısıldayır, “elə bir şey eləmək istəmədim”.
O birisi günahlayan nəzərlərlə ona baxıb cavab verir:
“İstədin! Ən pisi, az qala edəcəkdin. Çox yaxın idin.” Ayağıyla siqareti söndürür, sol əlinin çeçələ barmağıyla sağ qolunu qaşıyır və bütün acımaq duyğusu yox olubmuş kimi üzündə
yapışdırılmış təbəssümlə Adama baxır; Adamsa söhbət artıq tamamlanıbmış kimi ayağa durmağa çalışır, başı maşının tavanına dəyir. Başı ağrıdır. “Ah! Axmaqlıqdır!” deyir, “Heç nə
xatırlamıram. .”
Qum saatındakı qum bunu tamamlamağın ən yaxşı yoludur deyə düşünür Adam. Bax, yaşıl necə də udulub itir.
Seyrək ağaclar, tarlalar, meyvə bağçaları. Onun yerinə bir dəstə ağ leylək, kiminsə divarına qırmızı rənglə ZİNA ETMƏ
yazdığı çökməkdə olan çox köhnə bir ərəb evinin yaxınlığında dayanır. Yolun sol tərəfi getdikcə bozlaşır, palçıq çuxurları getdikcə çoxalır. Bozqırın kədərinə uyğunlaşmaq üçün qəhvəyiləşmiş bir ağacdan o yana səhranın sarı qumları təpələrlə, daha sonra Hebronun ağ dağlarıyla və lap qabaqda başqa dağlarla birləşir. Göyüzü limon rəngində, günəşi intəhasız və parlaqdır. Bu səbəbdən bədəvi komalar, bədəvi çadırları və toz buludları qaldıran hərbi maşınla bəzənmiş bu səhrada, uzaq məsafədə Beer Şeva görsənir. Bir azdan maşın hələ də yatan Oazis Otelin qabağından keçəcək. Turistlər üçün ayrılmış bir dəvə böyük çadırın qabağında uzanıb gövşəyir.
22
Turizm idarəsində işləyən bədəvi sulu qəlyan çəkib sürətlə
keçən maşınlara baxır, üzündə darıxmaq nişanələri var.
Yaxınlıqda yanacaqdoldurma məntəqəsi var. Təzə tikilmiş
evləri malalayıblar. Küçələr günəşin istisini əmir, amma evlərin heç birinə çatmır hələ.
Maşınla şəhərdən keçirlər. Solda Hz. İbrahim quyusu var, ağızları qızıl dişlə dolu iki bədəvi dayanıb gülüşür.
Qabaqda səhra başlayır. Və birdən üzü tüklü vəhşiləri xatırladan bir neçə akasiya ağacı. Bir neçə kol. Qatırdırnağı.
Daha çox qatırdırnağı. Və boş ərazi. Təbaşir, gil, qum dağları
– amma sahil qumları kimi yox, sərtləşmiş, çatlamış, daşlı qum. Daşocağındakı adamların çadırları artıq arxada qalıb.
Maşın səhranı kəsib-doğrayan vadilər və qurumuş çay yataqları boyunca sürətlə irəliləyir. Hər tərəfdə dağlar.
Yaşılımtıl rəngdə, amma bitki izi yoxdur. Günəşdən yaşıllaşıb.
Və qırmızı dağlar. Və qara vulkan dağları. Bir divin əliylə
oyulub sanki. Dalınca ovalıqların küllü torpaqları gəlir. Toz birdən-birə maşını doldurur və çöl özünü gizlədir.
Uzaqda, bir dağın təpəsində təsirli, eyni zamanda kimsəsiz, tək-tənha bir bina. Ola bilsin balaca bir fabrikdir, ya da gömrük keçid məntəqəsi. Və ya bambaşqa bir dünyanın qalığı. Burada, bəyaz Ahad dağlarının hüzurunda, ölü bir dənizi ölü bir çöldən ayıran bu dağ zəncirinin hüzurunda, yaradılışın möcüzəsini hiss edə bilərsiniz həqiqətən. Tanrının özünəxas imzası: Bura yaradılışı gerçəkləşdirdiyim, sərxoş
şəkildə qeyd etdiyim yerdir!Sonuc olaraq burda hər şey quruyub, müqəddəslikdən çıxıb, parçalanıb, gic olub, hər kəsdən və hər şeydən qiyamətədək ayrılıb və eyni zamanda görkəmli və gözəldir; bir qartal qədər gözəldir, gözəlliyi tük ürpədir. Aradı, bu balaca və gözəl şəhəri sürətlə keçirlər, dağa çıxıb plakata yaxınlaşırlar: XANIM SİZLİNQİN REABLİTASİYA 23
VƏ MÜALİCƏ KLİNİKASI. ARAD, İSRAİL. Yazı üç dildə yazılıb: ibranicə, ingiliscə və fransızca. Adam ayağındakı tozu çırpıb zarafatcıl tonla deyir: “Aslanın ağzındakı protez.. ”
“Nə?”
“Sizin bu eviniz. Bu klinikanız. Xayaları plastmasdan olan aslan görmüsən?”
O birisi gülür: “Adam, zarafatı qoy bir qırağa.”
Böyük qapının qabağında dayanırlar.
“Bura bircə dənə də ağac əkməmisiniz hələ?”
“Əkdik. Sən özün də bir neçə dənə əkmişdin. Amma böyüməkləri çox vaxt alır.”
Cavanlardan biri maşından düşür, zəngi basıb gözləyir.
Balaca bir pəncərə açılır və qoca kürdün başı görünür.
Salamlayırmış kimi əlini başına qoyur, pəncərəni bağlayıb qapını açır. Sevimli, boz saqqalı var; balaca gözləri çatma qaşlarının altında tez-tez qırpılır. Damağında sönmüş siqaret var. Zənciri qaldırıb qapını açan kimi maşın içəri girir. Kürd Adamı görəndə bir anlıq üzündəki ifadə dəyişir: “Cənab Steyn! Kasıb yuvamıza xoş gəlmisiniz!” Hətta qumun üstünə
diz çökür. Həyətin ərazisi Adama çox böyük görünür – qoca kürdün gülümsəməyi, bu böyük həyət, ağ əhəngdaşılı yollar, toz, hamısı əsəblərinə toxunur. İndidən özünü hazırlayır..
giriş üçün? Təkrardan giriş üçün? Artıq bu gəlişini necə
adlandıracağını bilmir.
Читать дальше