Meyxoş Abdullah - Dəlixanadan gələn sevgi məktubları

Здесь есть возможность читать онлайн «Meyxoş Abdullah - Dəlixanadan gələn sevgi məktubları» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Baki, Год выпуска: 2022, Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Dəlixanadan gələn sevgi məktubları: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Dəlixanadan gələn sevgi məktubları»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Meyxoş Abdullah yazdığı hər hansı kiçik hekayəsində belə dərin insan psixologiyasını xarakterizə edən, cəmiyyətin müəyyən təbəqələrində baş verən hadisələrə öz yazıçı təfəkkürü ilə yanaşan və həmin hadisələri yazıçı həssaslığı ilə qələmə almağı bacaran bir nasirdir. Onun əsərlərinin mövzusu hər addımbaşı rastlaşdığımız, bəlkə də yanından laqeydliklə ötüb keçdiyimiz həyat hadisələrindən ibarətdir. O hadisələr ki yazıçı onu öz qələmiylə cilalayaraq, rəngləyərək və qəlbinin süzgəcindən keçirərək oxucusuna bədii formada təqdim edir. Öz dəst-xətti olan və müasir Azərbaycan ədəbiyyatının nəsr janrında bir çox uğurlara imza atan yazıçının əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanıb.

Dəlixanadan gələn sevgi məktubları — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Dəlixanadan gələn sevgi məktubları», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Valideyinlərini uşaq vaxtlarından itirmiş Requli tibb kollecini bitirdikdən sonra bu xəstəxanaya göndərilmiş və əlli ilə yaxın idi ki, o burada işləyirdi. Onun əmək kitabçasında yalnız bu sözlər yazılmışdı.: – “ Miskolts şəhər tibb kollecinin məzunu Requli Darvoş “Vellas” ruhi xəstəxanasına baş həkim təyin edilsin”. Əmr 103. 02 oktyabr 1932-ci il”

Requli taleyindən hec vaxt razılıq etməzdi. O, bu barədə danışmaq belə istəməzdi. Həyat ona həmişə ağılagəlməz işgəncələr gətirmişdir. Onun ən çox qorxduğu kecmişini düşünmək idi. Ümümiyyətlə, Requli düşüncələrə dalmağı xoşlamazdı. Bu barədə ondan soruşanda qisaça cavab verərdi – “Tanrı özünün çəkə bilmədiyi ağrıları da mənim çiyinlərimə yükləmişdir. Əlbəttə, o, məni başqalarından uca tutur, mən bununla fəxr etməliyəm.” – deyirdi.

Bu müəmmalı cavabdan işçiləri bir şey başa düşməsələr də, ondan artiq hec nə soruşmazdılar. Onsuz da soruşmaq əbəsdi, Requli tutuquşu kimi yenə də dediklərini təkrar edəcəkdi. Əslində, belə deyildi, Requlinin xatirlayacağı çox şeylər vardı. Sadəcə olaraq, kecirtdiyi o ağlr anları yenidən yaşamaq istəmirdi. Onun sözlərinə görə ikinci dünya savaşı ölkələrin savaşı yox, Darvoş soyunun kəsilməsi üçün başlamışdı. Bütün qohum-əqrəbasını, dostlarını hətta sevimli arvadını da bu savaşda itirən Requli həyatda demək olar ki, kimsəsiz qalmışdı. Ona ən çox təsir edən sevimli həyat yoldaşı Oqananın öz gözləri qarşısında güllələnməsi idi. O, bu mənzərəni xatırlayanda necə də əzab çəkirdi. Oqana onunla birlikdə bu xəstəxanada işləyirdi, tibb bacısı idi. 1943-cü ilin mayın 12-də faşistlər xəstəxananı hərbi düşərgə elan etdikdən sonra ruhi xəstələri kütləvi şəlikdə güllələməyə başladılar. Onda Requli şəhərə dərman dalısınca getmişdi. Qayıdanda dəhşətli mənzərə ilə qarşılaşdı. Hər yanda insan meyidləri səpələnmişdi. Arvadı Oqananın meydi də onların arasında idi. Requli elə o vaxt xəstəxananı tərk edərək çıxıb getmişdi. Bir də 1945-ci ilin aprel ayında, hərbi düşərgə ləğv edildikdən sonra oraya qayıtdı. Onu buraya qayıtmağa vadar edən səbəb də sevimli arvadı Oqananın xəstəxananın daş divarları arasında dolaşan sərgərdan ruhu olmuşdur.

Arvadının ölümündən sonra bir daha ailə həyatı qurmayan Requli ömrünü ruhi xəstələrin müalicəsinə sərf etmişdi. O, tənhalığa elə öyrəşmişdi ki, ozünü cəmiyyətdə qərib və yalqız hiss edirdi. Xidməti işi ilə əlaqədar bəzən bir-iki günliyə şəhərə gedəndə də işini tez qurtarib geriyə dönməyə can atardı. Gecələr onun üçün daha dəhşətli və üzücü keçirdi. Nə kecmişini xatırlamaq, nə də gələcəyini fikirləşmək istəməyən bu qoca həkim saatlarla gözlərini bir noqtəyə zilləyib qalardı. Belə vaxtlarda onun yöndəmsiz bədəninin divara düşən əksi sanki kicik qaya parçasını xatirladırdı. Tibb bacısı Roza necə illərdən bəri idi ki, bu qoca həkimin şəxsi xidmətcisinə çevrilmişdi. Requli bu gənc qızı doğma ata məhəbbətiylə sevirdi. “Əgər sən olmasaydın, – deyirdi o, – indi ya mən ölmüşdüm, ya da ki, bu xəstələrin hansısa birisi kimi qollarımı brezent xalatımın uclarıyla arxadan bağlayıb, taxta qaşıqla mənə yemək yedizdirirdilər”.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Dəlixanadan gələn sevgi məktubları»

Представляем Вашему вниманию похожие книги на «Dəlixanadan gələn sevgi məktubları» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Dəlixanadan gələn sevgi məktubları»

Обсуждение, отзывы о книге «Dəlixanadan gələn sevgi məktubları» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x