Anton Çexov - Qeyd dəftərçələri. Məktubları

Здесь есть возможность читать онлайн «Anton Çexov - Qeyd dəftərçələri. Məktubları» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Публицистика, Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Qeyd dəftərçələri. Məktubları: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Qeyd dəftərçələri. Məktubları»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Cəmi 44 il yaşamış görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çeхоvun yara-dıcılığı haqqında Lev Tоlstоy belə deyib: «Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi».
Əlinizdə tutduğumuz kitabda isə Çexovun hekayələri deyil, qeyd dəftərçəsindəki qısa qeydləri və məktubları toplanıb. Tolstoyun söz-lərinə biz də onu əlavə edərdik ki, təsadüf ucbatından Çexovun qalan əsərləri yoxa çıx-saydı o elə bu qeydlərlə də yadda qalardı…

Qeyd dəftərçələri. Məktubları — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Qeyd dəftərçələri. Məktubları», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

A.P. Çexov

Qeyd dəftərçəsi. Məktublar

Anton Pavloviç Çexov Антон Павлович Чехов 29 yanvar 1860 15 iyul 1904 - фото 1

Anton Pavloviç Çexov

(Антон Павлович Чехов)

29 yanvar, 1860 – 15 iyul, 1904

* * *

A.P. Çexov yaradıcılığı boyu klassik rus ədəbiyyatının ən yaxşı nümunələrini yaradıb. O ixtisasca həkim olsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb…

Qeyd dəftərçəsi

1891–1904

– Şərə müqavimət göstərmək olmaz, xeyirə olar.

– Qadınlardan yazanda, istər-istəməz məhəbbətdən də yazmalısan.

– Solomon müdriklik istəməkdə böyük səhvə yol verdi.

– İv(aşin) məhəbbətdən qırıldatmağı bacarırdı, sevməyi isə yox.

– Alyoşa: Ana, xəstəlikdən sonra ağlım azalıbdı, lap uşaq kimi olmuşam: gah allaha yalvarıram, gah ağlayıram, gah da sevinirəm…

– Dyakonun oğlu itinə Sintaksis adını qoymuşdu.

– O, arvadını teatra və simfonik konsertə aparan tələbələrə yox, cavan arvadının xoşuna gələcək artistlərə və müğənnilərə qısqanırdı.

– Qardaşım şəhərin başçısı, sonra vitse-qubernator və ya departamentin direktoru, sonra isə nazirin dostu olmaq istəyir. Onun arzusu: vətənpərvərlik ruhunda bir məqalə yazacam, Moskovski vedomostində çap etdirəcəm, yuxarılarda oxuyub, məni departamenti idarə etməyə çağıracaqlar.

– Kostyanın özü oxumurdu: nə səsi vardı, nə də avazı, amma konsertlər təşkil etməyi, biletlər satmağı, müğənni qadınlarla tanış olmağı yaman xoşlayırdı.

– Sofyadan alma iyi gəldiyinə görə İvanın ondan zəhləsi gedirdi.

– Sevən vaxtlarda keçirdiklərimiz, ola bilsin, normal vəziyyətdi. Sevgi insana necə olmaq lazım gəldiyini göstərir.

– Kürəkən: – Bilin ki, ərinə xəyanət etməyən qadın yoxdu. Xəyanət boş şeydi. Bundan heç kəsə ziyan dəymir.

– Əgər siz indi üçün işləyəcəksinizsə, işiniz əhəmiyyətsiz olacaq; gələcəyi nəzərdə tutaraq işləmək lazımdı. İndi üçün insanlıq ancaq cənnətdə yaşayacaq, insanlıq həmişə gələcəklə yaşamalıdır.

– Bacım ayrılıq vaxtı: – Allah eləməsin, ölüb-eləsəm qızlarımı qanadınız altına alın.

Riqqətə gəlmiş arvadım: Oy, söz verirəm.

– Qız: Mən sizi ağlınıza, qəlbinizə görə sevirəm, o isə pulunuza.

– Oğlan qıza ağıllı və ciddi adam təsiri bağışlamışdı, buna görə də onun evlənmək təklifi qızı heyrətə saldı.

– Artist: Onu hamilə görəndə, bütün qadınlar mənə iyrənc və fağır göründü.

– Artist: İndiki qadınlar ancaq qulluqçuluğa layiqdirlər, onların ən yaxşısı artistliyə gedir.

– Artist: Bəli, bəlkə də yaxşı feldşer qadın tapa bilərsiniz, amma siz çalışın yaxşı arvad, ədalətli qadın tapın.

– Var-dövləti atmırsan, fikirləşirsən ki, əvvəl-axır bu dövlətdən nəsə çıxacaq.

– Sokolnikidə gəzərkən o, Yartsevə ana olmağın şirinliyindən danışır. Yartsev:

– Deyin görək, uşağa olan istəyiniz ərinizə olan sevginizi azaltmırmı?

– Bilmirəm. Mən sevib getməmişəm. Əvvəllər əzab çəkirdim, indi sakitləşmişəm, bu qərara gəlmişəm ki, məhəbbət yoxdu və məhəbbətin olması lazım da deyil.

– Ruhanilərlə aktyorlar arasında ümumilik çoxdur.

– Nina öləndən sonra məndə inam yaranıbdı ki, biz ölməzik.

– O, ancaq bircə dəfə xoşbəxt olmuşdu – çətirin altında.

– Qızlar mürəbbiyəni geyindirib-gecindirir və ona dərs deyirdilər.

– Bütün bu şəkilləri ala biləcəyi fikri onda inam oyadırdı.

– Bizim hamımız məhəbbət haqqında ancaq danışırıq və oxuyuruq, özümüzsə az sevirik.

– Azad olmayan adamlarda anlayışlar da qarışıq olur.

– Yataq otağı. Ayın ziyası pəncərəni elə işıqlandırır ki, hətta köynəyin düymələri də görünür.

– Nəcib adam itdən də utanır.

– Tərbiyəli olmaq sousu süfrəyə tökməmək deyil, tərbiyəli olmaq bunu başqası edəndə görməməkdir.

– Paris. Qadına elə gəlirdi ki, fransızlar onun bədən quruluşunu görsəydilər heyran qalardılar.

– Yaman gözləri vardı, nahardan sonra yatmış adamın gözlərinə oxşayırdı.

– Kaftar köpəyin qeydlərindən: «İnsanlar aşpazın tökdüyü yaxantını və sümüyü yemirlər. Axmaqlar!»

– Onun yadında kadet həyatından başqa heç nə qalmamışdı.

– Ən çox işləyən kəndlilər ömrü boyu «zəhmət» sözünü dillərinə gətirmirlər.

– Ariadna üç dildə gözəl danışır. Başında boş yer çox olduğundan o, dilləri tez öyrənir.

– Qadını elə tərbiyə eləmək lazımdır ki, səhvlərini başa düşsün, yoxsa həmişə haqlı olduğunu güman edəcək.

– Aradan beş il keçdi. Terexov Saxalində başa düşdü ki, əsas məsələ allaha qovuşmaqdı, necə qovuşmağın fərqi yoxdu.

– İnsan inamsız yaşaya bilməz.

– O, yağışın səsinə oyandı.

– Gecələr yata bilmirdi, zavodun xiffətini çəkirdi.

– Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdu, milli olan artıq elm deyil.

– Kişi ilə qadın arasındakı fərq: qadın yaşlaşdıqca başı arvad işinə daha çox qarışır, kişi yaşlaşdıqca arvad işindən daha çox uzaqlaşır.

– Evdə kimsə uzun müddət xəstələnəndə, ölümdən qorxan uşaqlardan başqa hamı daxilən onun ölümünü arzulayır. Məsələn, analarının ölə biləcəyi uşaqları dəhşətə salır.

– Arxasınca getdiyi iş qəflətən ona çox əhəmiyyətsiz göründü və o, geri qayıtdı.

– Məmurun (axmaq) arvadı oğlanlarla bir yerdə tərbiyə almışdı.

– Tənhalar restorana və hamama söhbət eləməkdən ötrü gedirlər.

– O, hökumətə keşiş kimi yaltaqlanır.

– Pyes: aktyorlarda və ədəbiyyatçılarda ellik zəmanətdi: əgər onlar səni öz mühitlərinə qəbul etdilərsə, sən bütün Rusiyada məşhurlaşacaqsan.

– Pyes: Belletrist – hərə öz istədiyi və bacardığı kimi yazır.

– Elə qocalmışam ki, hətta, deyəsən, məndən it iyi gəlir, sənsə, bacı, hələ də cavansan.

– Sorin: Mən dəhşətli dərəcədə ədəbiyyatçı olmaq arzusundaydım. Mən iki şey arzulayırdım: evlənmək və ədəbiyyatçı olmaq, amma nə onu eliyə bildim, nə də bunu.

– Yemək istəyirsiniz?

– Yox, əksinə.

– Kenquruya bənzəyən gödək qollu və uzun boyunlu hamilə qadın.

– İnsanlara hörmət eləmək böyük ləzzətdi! Mən kitab görəndə, müəlliflərin necə sevmələrinə, necə qumar oynamalarına fikir vermirəm, mən onların ancaq valehedici əməllərini görürəm.

– Ancaq təmizləri sevmək eqoizmdi; özümüzdə olmayanı qadında axtarmaq məhəbbət deyil, məftunluqdu, buna görə də öz tayımızı sevməliyik.

– Çepr: Mən anamdan qorxuram. Qorxuram ki, məni lənətləyər. Özümün onun haqqında olan fikirlərimdən qorxuram. Onun haqqında dəhşətli fikirlərim var.

– Təmiz, həyati uşaq sevinci deyilən sevinc heyvani sevincdir.

– Kim səmimidirsə, o haqlıdır.

– Uşaqlar qışqıranda dözə bilmirəm, öz uşağım ağlayanda isə eşitmirəm.

– Tanış olun, mənim köpək uşaqlarımın anasıdı.

– Koma. Ayağına keçə taxmış qız sobanın üstə uzanıb. Atası evdə yoxdu. Pişik.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Qeyd dəftərçələri. Məktubları»

Представляем Вашему вниманию похожие книги на «Qeyd dəftərçələri. Məktubları» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Qeyd dəftərçələri. Məktubları»

Обсуждение, отзывы о книге «Qeyd dəftərçələri. Məktubları» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x