Anton Çexov - Qeyd dəftərçələri. Məktubları

Здесь есть возможность читать онлайн «Anton Çexov - Qeyd dəftərçələri. Məktubları» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Публицистика, Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Qeyd dəftərçələri. Məktubları: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Qeyd dəftərçələri. Məktubları»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Cəmi 44 il yaşamış görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çeхоvun yara-dıcılığı haqqında Lev Tоlstоy belə deyib: «Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi».
Əlinizdə tutduğumuz kitabda isə Çexovun hekayələri deyil, qeyd dəftərçəsindəki qısa qeydləri və məktubları toplanıb. Tolstoyun söz-lərinə biz də onu əlavə edərdik ki, təsadüf ucbatından Çexovun qalan əsərləri yoxa çıx-saydı o elə bu qeydlərlə də yadda qalardı…

Qeyd dəftərçələri. Məktubları — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Qeyd dəftərçələri. Məktubları», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

– Bizimsə pişiyimiz kardı.

– Niyə?

– Elə-belə döyüblər.

– İş əməllə müəyyənləşir: məqsədi böyük olan iş böyük adlanır.

– İldə 25–50 min gəliri var, yenə də ehtiyacdan intihar edir.

– Dəhşətli kasıbçılıq. Çıxılmaz vəziyyət. Dul arvad və onun çirkin qızı. Nəhayət, ana cəsarətə gəlib, qızına bulvara getməyi məsləhət görür. Cavanlıqda geyim-gecimə pul qazanmaq üçün ərindən gizli bulvara gedirmiş: az-çox təcrübəsi var. Qızını öyrədir. Qız bulvara çıxır, səhərə qədər gəzib-dolanır, ona yaxın duran kişi tapılmır: eybəcərdir. İki gündən sonra bulvardan keçən hansısa üç veyil ona tamah salır. O, evə kağız parçaları gətirir, bu, çoxdan oynanmış lotereya biletləriymiş.

– Yuxumda görmüşəm ki, gerçəklik saydığım yuxudu, Yuxu isə gerçəklikdi.

– Özünə yad işdən, məsələn, incəsənətdən yapışan adam istər-istəməz çinovnik olur. Elmdə, teatrda və rəssamlıqda nə qədər çinovnik var. həyatdan uzaq, yaşamağı bacarmayan adamın əlindən çinovnik olmaqdan başqa bir iş gəlmir.

– Dolu qız bulkaya bənzəyir.

– Ev sahibləri olmayanda, lakey qonaqlarına otaqları göstərir.

– Xoşbəxt adamın qapısının arxasında əlində çəkic tutmuş bir nəfər dayanmalıdır, çəkici taqqıldatmalı və xatırlatmalıdı ki, bu dünyada bədbəxtlər də var, ani xoşbəxtlikdən sonra hökmən bədbəxtçilik gələcəkdir.

– Ac it ancaq ətə inanar.

– Zabit hamama arvadıyla gedir, onların hər ikisini adam saymadıqları denşik çimizdirir.

– Bəzən günəşin qürubunda nəsə qeyri-adilik görürsən, sonra şəkildə görəndə buna inanmırsan.

– Bütün fənlərdən beş aldığına görə çinovnik oğlunun qulağını dartır. Ona elə gəlir ki, beş azdı. Sonra onu başa salırlar ki, düz deyil, beş ən yaxşı qiymətdi, o, yenə oğlunu döyür – bu dəfə pərtliyindən.

– Ciddi, pələpötür bir həkim qəşəng rəqs edən qıza vurulur, onun xoşuna gəlməkdən ötrü mazurka öyrənməyə girişir.

– Sərçəyə elə gəlir ki, əri cikkildəmir, gözəl bir mahnı oxuyur.

– Əsəb xəstəliklərinin və əsəb xəstələrinin sayı çoxalmayıb, bu xəstəliyi müşahidə etməyi bacaran həkimlərin sayı artıbdı.

– Mədənilik artdıqca bədbəxtçilik də artır.

– Həyat fəlsəfə ilə düz gəlmir: bayramsız sevinc yoxdu, ancaq lazım olmayan şeylər ləzzət verir.

– Babaya balıq yedirdirlər, zəhərlənməyib sağ qalırsa, onda bütün ailə yeyir.

– Yazışma. Cavan oğlan ədəbiyyatçı olmaq arzusundadır, arzusu haqqında həmişə atasına yazır, nəhayət, işini atıb, Peterburqa gedir və məqsədinə çatır – senzuraya işə girir.

– Varlı bir qoca ölümünün yaxınlaşdığını hiss edib, bir boşqab bal gətirdir. Balla birlikdə pullarını da yeyir.

– Ayağını qatar kəsmiş bir nəfər çəkməsindəki 21 manatın narahatçılığını keçirir.

– Qonaqların nəhayət, getdiklərini görən ev sahibi sevincindən deyir: Bir az da oturaydınız.

– İnsan öz xəstəliyindən danışmağı xoşlayır, bununla belə xəstəlik onun həyatının ən maraqsız günləridir.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Qeyd dəftərçələri. Məktubları»

Представляем Вашему вниманию похожие книги на «Qeyd dəftərçələri. Məktubları» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Qeyd dəftərçələri. Məktubları»

Обсуждение, отзывы о книге «Qeyd dəftərçələri. Məktubları» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x