Anton Çexov - Duel
Здесь есть возможность читать онлайн «Anton Çexov - Duel» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Русская классическая проза, literature_19, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.
- Название:Duel
- Автор:
- Жанр:
- Год:неизвестен
- ISBN:9789952844313
- Рейтинг книги:5 / 5. Голосов: 1
-
Избранное:Добавить в избранное
- Отзывы:
-
Ваша оценка:
- 100
- 1
- 2
- 3
- 4
- 5
Duel: краткое содержание, описание и аннотация
Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Duel»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.
Duel — читать онлайн ознакомительный отрывок
Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Duel», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.
Интервал:
Закладка:
Anton Çexov
Duel
I
Səhər saat səkkiz idi. Zabitlər, məmurlar, bura gəzməyə gəlmiş əcnəbilər bürkülü, boğanaq gecənin ardınca, adətən, bu vaxt dənizə girir, sonra da çay, qəhvə içmək üçün kazinolara dağılışırdılar.
Başında Maliyyə Nazirliyinin furajkası, ayaqları çəkələkli, iyirmi səkkiz yaşlarında zəif, sarışın bir gənc olan İvan Andreyeviç Layevski sahildə rastına çıxan tanışlarının arasında dostu hərbi həkim Samoylenko ilə də qarşılaşdı.
Qırxılmış yekə başı, qısa boynu, qırmızı sifəti, qara qaşları olan, iri burunlu, bozumtul bakenbardlı, şişman, yekəqarın Samoylenkonun hərbçilərə xas zil, ötkəm səsi vardı. Bu tərəflərə yeni gələnlərə ilk başda qaba, hay-küyçü adam təsiri bağışlasa da, getdikcə hamının gözündə mülayim, sevimli, hətta gözəl surətli adama çevrilirdi. Kobudluğuna, səs tonundakı sərtliyə baxmayaraq, üzüyola, ürəyitəmiz, inanılmaz dərəcədə yaxşı insan idi. Hamının yardımına tələsərdi, qəsəbədə demək olar ki, sənli-mənli münasibətdə olmadığı kimsə yox idi. Dostlarına borc verər, xəstələnəndə müalicə edər, evləndirər, barışdırar, şəhərətrafı gəzintilər təşkil edər, kabab çəkər, əla kefal şorbası 1 1 Kefal şorbası – balıq supu.
bişirər, hər kəsin istəyini yerinə yetirməyə çalışardı; özü bacarmayanda başqalarına ağız açardı. Dostları üçün əsl sevinc qaynağı və ümumi rəyə görə də, qüsursuz bir adam idi. Ancaq qəhrəmanımızın iki zəif cəhəti vardı: birincisi, mülayim adam olmağından utanaraq sərt baxışları, süni qabalığı ilə bunu ört-basdır etməyə çalışması; ikincisi, sadəcə, beşinci dərəcəli dövlət məmuru olduğu halda, tabeçiliyindəki tibb işçilərindən, hərbi qulluqçulardan ona “əlahəzrət” deyə müraciət etmələrini tələb etməsi idi.
Su gəlib ikisinin də boğazına çatanda Layevski sözə başladı:
– Aleksandr Davidiç, mənim bir sualıma cavab ver; tutalım, bir qadını sevdin, bir yerdə yaşamağa başladınız. Deyək ki, iki ildən də çox. Sonra olar da, yavaş-yavaş soyuyursuz, bir-birinizə yad gəlməyə başlayırsız. Belə vəziyyətdə nə edərdin?
– Heç nə, sadə məsələdir ki…ürəyin hara istəyir, çıxıb gedirsən, vəssalam.
– Demək asandır, amma heç bir sığınacağı yoxdursa, yalnız, kimsəsiz bir qadındırsa? Qara qəpiyi də yoxdursa, heç harda işləyə bilmirsə?
– Elə şey olar?! Beş yüz rubl verərəm özünə, ya da hər ay iyirmi beş rubl yollayaram, qurtarar gedər.
– Belə deyək, lap beş yüz, ya da aylıq iyirmi beş rubl yardım etməyə də imkanın çatır, amma bu dediyim qadın da dünyagörmüş, qürurlu bir xanımdırsa? Ona pul təklif etməyə cəsarətin çatarmı? Üstəlik də, bunu necə edəcəksən ki?
Samoylenko cavab vermək istəyirdi ki, nəhəng bir dalğa ikisinin də başı üstündən aşıb sahilə çırpıldı, xırda daşların üzərindən şırıltı ilə süzülərək axıb getdi. Dostlar sahilə çıxıb geyinməyə başladı.
Samoylenko çəkməsinin içərisindəki qumları çırparaq:
– Əlbəttə, sevmədiyin qadınla yaşamaq ürəkaçan iş deyil, – dedi, – amma, ilk növbədə, insanlıqdır, Vanya. Sənin yerində mən olsaydım, soyuduğumu heç vəchlə büruzə verməzdim, ölənəcən yaşayardım o qadınla.
Birdən dediyindən utandı, həmin dəqiqə özünü yığışdırıb dedi:
– Mənim nə vecimə, istəyir qadınlar yerli-dibli yoxa çıxsın. Hamısının canı cəhənnəmə!
Geyinib kazinoya getdilər. Samoylenko kazinoda özünü evindəki kimi hiss edirdi, onun üçün burada, hətta xüsusi yemək dəsgahı da tərtib etmişdilər. Hər səhər ona məcməyidə bir fincan qəhvə, uzun, büllur bardaqda buzlu su və bir qədəh də konyak gətirirdilər. Əvvəlcə konyakı, sonra qaynar qəhvəni, axırda da buzlu suyu içərdi. Görünür, bu dəsgah əhvalına çox xoş təsir bağışlayırdı ki, içəndən sonra Samoylenkonun gözləri parlayar, hər iki əlilə bakenbardının haça uclarını oynadardı. Dənizə baxaraq:
– Gör nə füsunkar mənzərədir! – deyərdi.
Uzun, cansıxıcı gecədən, yuxusunu ərşə çəkən boğucu bürküdən və gecənin qaranlığını bir az da qatılaşdıran düşüncələrdən sonra Layevski özünü bitkin, gücsüz hiss edirdi. Dənizə girmək, qəhvə içmək də əhvalını yaxşılaşdırmamışdı.
– Gəl söhbətimizə qayıdaq, Aleksandr Davidıç, – dedi,– səndən gizlətməyəcəyəm, dost kimi açıq danışacağam hər şeyi. Nadejda Fyodorovna ilə aramız pisdir…çox pisdir! Başağrısı verirəmsə, üzrlü hesab et, amma danışıb ürəyimi boşaltmalıyam.
Söhbətin gəlib nəyə varacağını sezən Samoylenko göz süzdürdü, barmağı ilə masanı taqqıldatmağa başladı.
– İki il yaşadım onunla, indi daha sevmirəm… – Layevski davam etdi, – daha doğrusu, aramızda sevgi-zad olmadığını başa düşdüm. Bu iki il özünü aldatmaq idi.
Danışanda qırmızımtıl ovuclarını ovuşdurmaq, dırnaq gəmirmək, köynəyinin qollarını burmalamaq Layevskinin vərdişi idi. İndi də eyni şeyi edirdi.
– Özüm də yaxşı bilirəm ki, mənə bir köməyin dəyə bilməz, – dedi, – yenə də danışacağam hər şeyi, çünki bizim kimi bəxtsiz, lazımsız adamlar üçün danışmaqdan başqa nə təsəlli var ki?! Gərək axı hər hərəkətimə bir bəraət qazandıram, ədəbi mətnlərdə yazıldığı kimi: “Biz – rus əsilzadələri korlanmağa başlamışıq…”, yaxud bir başqa oxşar bəhanə uydurub başqalarının gözündə özümü təmizə çıxaram. Məsələn, keçən gecə uzun-uzadı düşünüb öz-özümə belə dedim: “Ah, Tolstoy nə qədər haqlıdır, hər kəlməsində haqlıdır!” Bu cür toxtadım bir az. Yeri gəlmişkən, dostumuz da böyük yazıçıdır ha! Kim nə deyir-desin!
Samoylenko Tolstoyu oxumamışdı, hər gün oxumağa niyyətlənirdi, utanıb-sıxılaraq:
– Bəli, – dedi, – yazıçılar, əslində, özündən uydurub yazır, amma o, hər şeyi həyatın özündən götürür.
– Aman Allah, – Layevski köks ötürdü, – bir gör, sivilizasiya bizi nə hala saldı! Evli bir qadını sevdim, o da mənə könül verdi. Əvvəl-əvvəl öpüşlərimiz, səssiz gecələrimiz, inanclarımız, Spenserlərimiz 2 2 Spenser Herbert (1820-1903) – ingilis filosof və sosioloq. Təkamül nəzəriyyəsində Çarlz Darvinin bir nömrəli rəqibi.
, arzu-qayəmiz, ortaq məqsədlərimiz vardı. Sən bir yalana bax da! Əslində, onun ərindən qaçırdıq, ancaq özümüzü aldadırdıq ki, guya oxumuş adamın mənəvi boşluğundan qaçırıq. Gözümüzün önündə gələcək belə canlanırdı: Qafqaza gedəcəyik, oralara, o bölgənin adamlarına öyrəşənəcən mən əynimə mundir geyinib məmurluq edəcəyəm, sonra kənddə özümüzə torpaq alacağıq, bağ-bağat salaraq, tarla əkib-becərərək alın tərimizlə dolanacağıq. Mənim yerimdə sən, ya da sənin bu zooloqun fon Koren olsaydı, Nadejda Fyodorovna ilə cınqırı çıxmadan otuz il birlikdə yaşayar, varislərinizə də min hektarlıq taxıl zəmisi miras qoyardınız. Amma mən elə ilk gündən bataqlığa batdığımı anladım. Kəndin dözülməz istisi, can sıxıntısı, kimsəsizlik… Çöldə hər daşın altından bör-böcək, ilan-əqrəb çıxır. O üz yalın dağlar, bozqır…Yad insanlar, yabançı təbiət, cılız mədəniyyət… Bütün bunlar çiyninə kürk atıb Nadejda Fyodorovna ilə Nevski xiyabanında qol-boyun olub gəzməyə, isti diyarları xəyal etməyə bənzəməz. Burada gərək hər əngəllə ölüm-dirim savaşına çıxasan. Amma mən kim, döyüşçü olmaq kim?! Elə ilk gündən başa düşdüm ki, əməkçi həyat və bağ-bağça salmaq xəyallarını bir qırağa qoymalıyam. Məhəbbət məsələsinə gəldikdə isə sənə deyim ki, Spenser oxumuş, sevgisi uğrunda dünyanın o başınacan getməyi gözə alan bir qadınla yaşamaq sadə kəndli qızları Anfisa, ya da Akulina ilə yaşamaq kimi maraqsız bir şeydir. Eyni toz, ütü qoxusu, dərman iyi, hər səhər saç biqudisi 3 3 Biqudi – fenin kəşfinə qədər saçları burmaq üçün istifadə olunan, boru formasında alət.
, özünüaldatma…
Интервал:
Закладка:
Похожие книги на «Duel»
Представляем Вашему вниманию похожие книги на «Duel» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.
Обсуждение, отзывы о книге «Duel» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.