Ceyhun Hacıbəyli - Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür

Здесь есть возможность читать онлайн «Ceyhun Hacıbəyli - Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin “Bir il xəyallarda və bütöv bir ömür” adlı kitabı Azərbaycan mühacirət ədəbiyyatının qiymətli nümunəsidir. Bu kitab görkəmli ziyalının ömrünün son illərində qələmə aldığı, həyatının xəyallar-qarabasmalar və yuxu arasında, arzular və gerçəklik içərisində çabalayaraq yaşadığı xatirələrdən və yuxulardan ibarətdir. Yuxu həm də seçilmiş bədii üsuldur. Xatirələrdə bir çox həqiqətlər sətiraltı, bir çox faktlar isə yuxu örtüyü ilə təqdim edilsə də, onlardan belə Ceyhun Hacıbəylinin şəxsiyyəti, yaşadığı həyat, duyğuları, həsrəti və narahatçılığı haqqında aydın təsəvvür əldə etmək mümkündür.

Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Bəli, əmimizin təyin etdiyi xəstəliyin mənbəyi olduqca kədərli idi. Bu xəstəlikdən biz üç nəfər uşaq itirmişdik; dayımızın bədbəxtliyi burasında idi ki, onun özünə yoldaş kimi seçib götürdüyü qadın fiziki eybəcərliyi ilə bərabər həm də xəsis idi. Vətəndaş Müharibəsinin bu coğrafi məntəqəni dağıtdığı zaman yüzlərlə ev yandı, yüzlərlə insan həyatı məhv edildi. O isə bombanın partlaması ilə küpələrdən birinin tikə-tikə olmasına görə qanlı göz yaşları axıdırdı…

Əmimizin vəfatından bir il keçdiyi gün hüzür yerinə çağırılmış qonaqlar üçün hazırlanmış və boşqablara çəkilmiş plovu yemək mümkün olmadı. Onu kif basmşdı, iy verirdi… Qonaqlar matəm yerindən çıxıb getdikdən sonra baş verən “faciəli” bir səhnəni indi də xatırlayıram; mərhumun oğlu özündə deyildi. O, günahkarı hörmətdən salmaq, anasının miskin rəftarına görə deyilən nalayiq sözlərə qarşı çıxmaq əvəzinə susurdu. Heç bir şeyə fikir vermirdi. Sanki bu adam öz hövsələsini sınaqdan keçirtmək istəyirdi; o, yaxşı “eşidilməyən” söz sahiblərinə müraciətlə onlardan üzr istəyirdi: “Yağ küpəsi səhv salınıb. Plova təzə yağdan istifadə edilib. Gündəlik işlənən yağ küpəsindən süzülsəydi, daha yaxşı olardı”, – deyirdi. O, bu cümləni dayanmadan təkrarlayır, istəyirdi ki, hər kəsin gözündə anası günahsız görünsün və təmizə çıxarılsın. “Mən səhv etmişəm, mən heyvanam”…

Keçmiş haqqında düşünərkən özümdən soruşuram ki, əgər xalamızın bu qeyri-iradi davranışı rəzil xəstəliyin əsasını qoymasaydı, uşaqları ölərdimi? Yoxsa istənilən halda bu xəstəlik patogen olacaqdı?

Çox qısa zaman kəsiyindən sonra o, xatirəmdə əvvəlki görünüşündən məhrum oldu. Mən artıq onu “cəhrəsinə bağlı” təqdim etmirəm. Uşaqları üçün uzun-uzadı aguis-nenies-i 4zümzümə edərək ağladığını deyirəm. Deyirəm ki, onun gözyaşları artıq tükənmişdi.

Bir şey məni həmişə maraqlandırırdı: bizim dayımız belə bir addımı necə atmışdı? Pulsuz-parasız, məhkum bu adam olan, tənqidi mühakiməsi inkişaf etmiş dayımız necə olmuşdur ki, belə bir qadını özünə ömür-gün yoldaşı seçmişdi? Sonralar mənə belə bir şeyi başa saldılar: əslində, bu qadın öz bacısını əvəz edərək dayımızla nişanlanmışdı. Yəni dayım onun bacısını istəyirmiş. Sonradan hiylənin üstü açılanda artıq iş-işdən keçibmiş. “Nişanlı qız” ər-arvadlıq “birliyinin” kandarına ayaq qoymuş, dayımız da onu saxlamağa məcbur olmuşdu.

Əmimiz dərd-qəm içərisində dünyasını dəyişmiş, rus qadınından olan, gözünün ağı-qarası yeganə oğlu isə qəza böyüyünün rus qızı ilə evlənmişdir. Eşitdiyimizə görə, bu “evlənmə” xüsusi olaraq heç yerdə qeyd edilmədiyindən əmioğlumuz da özünə yeni ailə həyatı qurmuşdu… Bunun həqiqətən də düzgün olub-olmadığını biz heç zaman bilmədik (hadisə başqa bir şəhərdə olmuşdu). Əmimiz isə bu “namus” məsələsində yalnız öz dini baxışlarına görə heç nəyə qarışmadı, heç mane də olmadı. Amma əvəzində sonralar hücumlara məruz qaldı və bir müddət keçmədi ki, ruhdan düşərək epilepsiya 5xəstəliyinə tutuldu. Mən onun bir neçə dəfə yerə yıxılıb qıvrıldığını, ağzından köpük axdığını, ora-bura əl-qol ataraq çabaladığını, tez-tez eyni şəkildə “Mən ömrümün belə sonluqla qurtaracağını arzulamamışdım” cümləsini təkrar etdiyinin şahidi olmuşam.

Günlərin bir günü o, qətiyyən xəstəlik əlaməti göstərmədən yatağa düşdü. Yerli həkimlər xəstənin çarpayısının baş tərəfində dayanıb bildirdilər ki, onun indiki vəziyyətində anormal cəhət görmürlər. Bir neçə gün keçəndən sonra əmimin ayaqları şişdi. İndi də üstünə “Avropalı” bir həkim gətirdilər. O da zəif, əhəmiyyətsiz müalicə təyin etdi, ancaq çıxıb gedərkən dayıoğluma rusca, – “Qorxuram ki, bunun xəstəliyi uzun çəkməsin”, – dedi.

İki gün sonra əmimiz hiss etdiklərini özünə ürək-dirək verə-derə dilinə gətirdi: “Madam ki, hər kəs öləcək, xırıldamağın bir mənası yoxdur”…

Bu, xalq arasında deyilən ifadənin eynidir: “Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?..”

Keçinməmişdən qabaq o, öz arzusunu bildirdi: ”Məni “İmamzadə”də torpağa tapşırın”. İstəyirdi ki, qəbri müqəddəs imamlardan birinin məzarına yaxın olsun. Zəvvarların ziyarət etdikləri ərazinin içində… Şəhərdən ən azı yüz kilometr uzaq bir yerdə…

Onun heç 55 yaşı da olmazdı.

Əmim bizim formalaşmağımızda əhəmiyyətli rol oynamışdı. Biz məhz onun sayəsində təhsilimizi başa vura bilmişdik. Atamız gözəl insan olsa da, qayğısız, laqeyd xasiyyəti vardı. Təhsilimizlə ciddi məşğul olmaq fikri həmişə ona yad olmuşdu. Onu hər zaman dərd-qəm içində, düşüncəli gördüyümü indi də xatırlayıram. Dərd çəkməyinin səbəblərindən biri də qardaşlarımın təhsil ardınca başqa şəhərlərə çıxıb getməsi idi. Yazıq kişi uşaqlarının fikrini çəkirdi. Bu, ayrılıq atam üçün nə qədər qəddar, amansız (bu onun sözləri idi!) ruh düşkünlüyü yaradan hadisə idi.

Mən onun vəsfəgəlməz, təsvirolunmaz sevincini də xatırlayıram… Qardaşlarım qayıdıb gələndə… Onların sənədlərində anadan olduqları tarixlə bağlı nəsə anlaşılmazlıq olmuşdu. Hər halda, belə məlum olmuşdu ki, məktəbə qəbul edilən deyillər. Bu uğursuzluğun qarşısında atamın sevinci aşıb-daşır, uçmaq üçün bircə qanadı çatışmırdı…

Sözümün canı ondadır ki, oxumağımız üçün ilk təşəbbüs əmimiz tərəfindən gəlmişdi. Hər halda, atam öz qardaşının, yəni, əmimizin bizimlə bağlı bütün arzu və istəklərinə həmişə razılıq verirdi. Bizimlə eyni binada yaşayan əmimiz, bizi qoruyur və istiqamətləndirirdi.

Həmçinin o da doğrudur ki, əmimiz bizdə bədii zövqü son dərəcə ciddi şəkildə öldürmüşdü. Mənim də, qardaşlarımın da heykəltəraşlıq sənəti, rəssamlıq və musiqi bacarığını irsən kimdən aldığımızı bilmirəm. Çünki əmimiz heykəltəraşlığı da, rəssamlığı da mürtədlik adlandırır, insan fiqurlarını modelləşdirməyi, onlara müəyyən şəkil verməyi, yaxud şəklini çəkməyi insanın yaratdığına ibadət etmək kimi qəbul edirdi. Çünki yaratmaq yalnız Yaradana məxsus olan müstəsna hüquq idi.

Əmim bizə deyirdi ki, o biri dünyada hər birimizdən hansısa fiqura nəfəs üfürərək onu canlandırmaq tələb olunacaq.

Əmim hesab edirdi ki, “böyüklər” qarşısında mahnı və musiqi ifa edilirsə, bu da bir tərbiyəsizlikdir.

Bu, eynilə bizim inkişafımza da aiddir. Atamız bədən quruluşuna görə qədd-qamətli idi. O, güləş məşqləri, atçılıq idmanı ilə məşğul olurdu (mən özüm də 4 yaşımdan at minirdim). Şəhərdə əmimizin nəzarəti altında isə idman “yaxşı” adamların vaxt keçirtmək üçün istifadə etdiyi proqramdan həmişəlik olaraq çıxarılmış, ləğv edilmişdi. Açıq havada idmanla məşğul olmaq üçün “hamıya” qaynayıb-qarışmaq, məhəllə uşaqları ilə “oğru-vəzir” oyunu oynamaq lazım idi, çünki dünyanın belə bir yerində, belə bir vaxtında başqa “ləyaqətli” oyunlar mövcud deyildi.

Amma əmimiz “hamıya qarışmağımızı” istəmirdi. Bizə kirşə ilə sürüşmək icazəsi verilirdi, biz də qış aylarında ehtiyatla sürüşürdük. Məşqlər zamanı atamız xüsusi qayda-qanun qoyurdu. Onunla məşq etdiyimizdə qazandığımız təcrübə bizə qısa şalvarı asanlıqla geyinməyi öyrədirdi. Əmimsə bunun əleyhinə idi.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür»

Представляем Вашему вниманию похожие книги на «Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür»

Обсуждение, отзывы о книге «Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x