Mələk taxsiylə gəldi, gül mağazasının qarşısında endi maşından, qapını örtüb getdi mağazaya. Gəldi mağazada kimsə yox idi, baxdı səslədi: Uğur burdasanmı? səs verən olmadı. Öz – özünə: mağazanı açıq qoyub getməzdi bu, arxaya döndükdə qarşısında Səlimi görüb baxdı əsəblə. Səlimdə əsəbi baxışlarla baxırdı, – Səlimə: pis yuxu kimi qarşıma çıxmasan olmazmış. Səlim kinlə gülümsəyib, – Mələyə: mənimçünmü darıxdın? yoxsa yenə xəstəxanaçünmü darıxdın. Məncə ikinci variantı sən çox sevirsən. Mələkdə əsəblə acıq verərək – Səlimə: unutmadınsa 2 – 1 – dir şotumuz. İki dəfə o boş başından vurduğumu və, birisində xəstəxanalıq etdiyimi unutmadın hər halda. Səlim – Mələyə: mən sevirəm şotumu düşmənimdən üstün etməyi. Narahat olma sənin şotun 2 – də, mənim isə 10 – da dayanacaq, həmdə bonusuyla. Mələk kinlə gülümsəyib, – Səlimə: sən məndən it kimi qorxursan, dediyin o onuncu şota çatmağına səndə g… t lazımdır. Səlim özünü zor tuturdu, Mələyin ağır sözlərinə cavab verməməkçün. Mən eyni yerdə düşmənimi təkrar nakaunta salmaram, qorxma səni vurmağa gəlmədim. Demək istədi Uğur telefonunu unudub, o arada yenə unutdu sözünü. Nə qədər çalışdı xatırlaya bilmədi. Səlim acıq verərək ürəkdən güldü, – Mələyə: nə oldu, qorxundan dilinimi unutdun? qarşımda əsib boşa gurlayırsan. Mələk alnına əlini tutub düşündü nə üçün gəldiyini, özündən asılı olmurdu əsəbləşirdi xatırlamadıqda. Keçib əyləşdi, bir anlıq əliylə üzünü tutub gözlərini yumub dayandı. Səlimdə acığa gəlib masada oturdu ayağını sallayıb. Mələk baxdı tərs – tərs, ayağa qalxdı ki Səlimdən uzaq dayansın, başı gicəlləndi. Səlim tez qolundan tutdu yıxılmasın, tezdə qolunu çəkib – Səlimə: toxunma mənə. Gedib qapıdan çıxaçaqdı Dənizlə rastlaşdı, az qaldılar bir – birinə çaxılsınlar. Dəniz – Mələy: Mələk? salam canım tez qucaqlayıb, arxadan özlərinə baxan qardaşına baxdı narazı baxışlarla. Nə yaxşı gəldin, Mələk elə bil keyləşmişdi – Dənizə: mən gəlmişdim bura Uğura. Yenə sözünü xatırlamadı, birdən nə isə düşündü, cibindən telefonu cıxardı. Dəniz anladı Uğurun telefonuydu. Uğur evdə telefonunumu unutmuş? sən ona görə gəldin bura. Mələk baxdı Dənizə, hə evdə unutmuş ona görə gəlmişəmmiş. Dəniz pis oldu Mələk belə dediyində, – Dənizə: sən verərsən Uğura telefonunu. O telefonsuz sifarişləri qəbul edə bilməz, Dəniz qaldı ortalıqda. Səlim arxadan – Mələyə: niyə Dəniz verməliymiş ki, Uğur dostunun telefonunu? Dəniz qardaşına işarə etdi sussun. Səlim susmadı, – Mələyə: onu burdan qovdum rədd oldu, artıq çalışmır anladınmı? bir daha bura gəlməyə hünər etmə. Dəniz – qardaşına: Səlim bəsdir sus, Mələk duyduğundan baxa qalmışdı. Düzmü eşitmişdi? Uğur işindənmi olmuşdu özünə görə? çox pis oldu. Peşman baxışlarla baxdı Dənizə. Dəniz qolundan tutub – Mələyə: gəl əyləş xayiş edirəm. Mələk qolunu Dənizdən çəkdi, bir söz demədən çıxdı getdi. Dəniz – Səlimə: nə olardı qızı üzməsən? of Səlim off, görmürsənmi yazığın halını. Nə üçün gəldiyini unutdu. Səlim hec veçinə almadan – bacısına: cəhənnəmə unutsun, mənə nə? Dəniz əsəbləşdi. Deyimi sənə nə? sən vurduqdan sonra qızın yaddaşı gedir, həkim dedi ki ola bilsin özünü belə unutsun. Anladınmı indi? yəni yaddaşı əbədi gedər qayıtmaya bilər, tələsik qaçdı Mələyin ardınca. Səlim bilmirdi bu qədərini, biraz baxıb masaya yumuruğunu vurub, az belə olmuş pisliyə. Belə desədə üzündən bəlli idi peşman olduğu.
Dəniz qaçıb çıxsada Mələyi tapa bilməmişdi, ətrafa baxıb öz – özünə: of Mələk hara getdin? tələsik maşınına əyləşib getdi.
Mələk yolun kənarı ilə gedirdi üzgün – peşman, Uğurun özünə görə işindən olmasına çox pis olmuşdu. Allah mənim cəzamı versin, axx dostum necə bunu məndən gizlədərsən sən. Qollarını bir – birin doladı, canından üşütmə keçdi bir anlıq, yenə yağış yağasına oxşayırdı. Yazıq son eşitdiyindən heç bilmirdi hara gedirdi.
Evə Uğur gəldi əlində poketlərlə, səslədi: mən gəldim. Anası gəldi əlini dəsmala silə – silə, – Uğura: gəldinizmi oğlum? Uğur birinci anlamadı, gədim anam. Xoş gədiniz oğlum, arxaya baxdı qızını görməyincə – Uğura: Mələk yoxmu? Uğur təcüblə – arvada: Mələkmi? evdə deyilmi Mələk? biraz şaşırdı. Əlindəki poketləri yerə qoyub baxdı, anasıda biraz şaşrdı, – Uğura: Mələk sənə getdi. Sən telefonunu evdə unudunca, dedi sifarişlərinə lazımdır. Uğurun elə bil başından qaynar su tökdülər, bir anlıq Mələyin ora getməsinə həyəcanlandı. Bilirdi orda Səlimin çalışdığını, – arvada: mən orda deyildim anam. İndi gedirəm narahat olmayın siz, Mələyi gətirəcəm. Yazıq arvad nəsə deyincə, tələsik qaçaraq getdi. Arvad ardınca – Uğura: oğlum Mələyi arayıb evə gəldiyini desəydikmi? of qızım. Yazıq az yorulurmuş kimi qaçdı getdi, yerə qoymuş poketləri götürüb apardı mətbəxtdə.
Dəniz hər tərəfə baxsada Mələyi tapa bilməmişdi, Mələyi arasada telefonunu açmamışdı. Of Mələk hara getdin sən? Uğurda telefonu evdə unutmağa vaxt tapdı. Offf Uğur off, maşının sürəətini artıqıb getdi.
Uğur tələsərək maşından enib qaçaraq gəldi gül mağazasına, yazıq tələsdiyindən həyəcanla nəfəs alırdı. Mağazada Səlimi tək görüb əsəblə baxdı, – Uğura: dostunu axtarırsansa burda deyil. Yəni bir neçə saat qabağa rədd olub getdi. Uğur əsəbləşib pis söz deyəcəkdi, arxadan Dəniz – Uğura: Uğur Mələk evə gəldimi? Uğur dönüb həyəcanlı baxışlarla baxdı Dənizə. Yox gəlmədi, nə etdi bu manyak yenə qıza? Səlim – Uğura: eyy sözlərinə diqqət et. Yenə bir – birinə girməsinlər deyə araya girdi Dəniz. Susun bir, itlə – pişik kimi girməyin bir – birinizə, Mələk hara gedər ki? Gülsümü aradım ona getməmiş. Uğur əsəblə – Dənizə: əğər Mələyə bir şey olarsa, qardaşını öldürəcəm bil. Dəniz – Uğura: deyirəm mən burdaydım o heçnə etmədi. Yəni sadəcə sənin burda artıq çalışmadığını dediyindən başqa, heçnə demədi. Uğur dərindən nəfəs alıb – Səlimə: sən nə şərəfsiz birisənmiş bir bilsən. Kəşki o ananın əvəzinə sən ölsəydin, Dəniz Uğurun dediyi sözdən pis oldu, ağzını tutdu əli ilə. Səlim bir anlıq baxdı Uğura. Uğur qaçaraq getdi Mələyi axtarmağa. Dəniz kövrəldi, dönüb hələdə baxa qalmış qardaşına baxdı. Səlimə bu söz elə tutmuşdu ki, sözlə ifadəsi yox idi. Bi ixtiyar gözləri yaşardı, mağazadan çıxdı getdi. Dəniz üzünü tutub ağladı.
Mələk oturmuşdu bir tərəfdə, yazıq fikirə dalmışdı. Uğurun bu qədər özünə görə əziyyət çəkməsinə xəcalət cəkirdi. Yağış çiskiləməyə başladı, heç fikirdən ayılmadıda, fikirləşdikcə başında ağrı hiss edirdi. Üşüdü, skameykada dizlərini qucaqlayıb büzüşüb oturdu. Başını qaldırıb göy üzünə baxdı, bi ixtiyar gözlərindən yaş süzüldü. Yağış hər bir insanın ötüb – kecmiş yaxşı və pis günlırini təkrar xatırladır. Yaş süzülən gözlərini yumub dayandı, öz – özünə: Allahım nə olar canımı alda, axlımı alma. Mələk özü anlayırdı, bu yaddaşını itirmələrin sonu yaxşı olmayacaqdı. Telefonuna zəng gəlsədə heç baxmadı, açmadı.
Uğurda maşınla gəzib baxırdı, öz – özünə: hara getdin sən? Allahım yardım et mənə. Lənət olsun sənə Səlim, heyvan mərəfətsiz, əlini əsəbləşib sükana vurdu.
Читать дальше