Uğur Dənizə gəlmişdi, bilmirəm nədənsə içimdə narahatçılıq var. Dəniz – Uğura: xalamın yaraşıqlı oğlu, söz soruşum səndən, düzüün de. Sən Mələyə aşiqmi oldun? – Dənizə: Mələk mənim dostumdur. Dəniz gülümsəyərək, —Uğura: bu həyəcanın deyirsən dostcasınadır eləmi? Uğur əllərini üzünə çəkib baxdı. Dəniz deyirəm ürəyim yerindən qopacaq kimiyəm. Mələk telefonunu açmır, anlayırsanmı? of Allah. Qardaşının orda olması qıza təhlükəlidir. Hiss edirəm nəsə yaxşı şeylər olmur. Dəniz -Uğura: adamı qorxutmasana belə şeylər deyib. Mələk orda tək deyil ki? ata – anasının yanındadır. Qardaşım o dərəcədə də manyak deyil, hər halda. Uğurun özünə sual dolu baxdığını görüb, başını qaşıdı.Baxma elə, hə oldu tərs işləri bilirəm, ancaq orda babamda var. Yəni heçnə olmaz, sonra birdə yığarıq Mələyə narahat olma, yəqin telefonunu unutmuş. Kənt yeridir bəlkə dışardadır, Uğur yenə Mələyi aradı, gözlədi cavab vermirdi. Ayağa qalxıb, – Dənizə: mən belə qala bilmərəm, gedirəm elə indicə. Dəniz tərçüblə baxdı, o arada telefonuna zəng gəldi, – Uğura: dur bəlkə Mələkdir. Tez qalxıb masadan telefonunu götürüb baxdı, babamdır. Tez cavab verdi, alo babacan, biraz qulaq asdı üzünün ifadəsi dəyişdi. Dönüb həyəcanlı baxışlarla Uğura baxdı. Uğuru dahada həyəcan basdı, anladı Mələklə əlqəli idi bu zəng.
Mələyi həkimlərin yardım etməsinə baxmayaraq özünə gətirə bilməmişdilər, reonimasiya otağına yerləşdirmişdilər. Babasınada iynə vurmuşdular, yazıq kişi olanlara tab gətirə bilmirdi. Ürəyini tutub qalxıb Mələyin yanına getməyə istəyirdi, həkim tutub zorla yatızdırırdı. Tibb bacısı tələsik təkrar sakitləşdirici iynə vurdu. Yazıq kişinin ürəyi az qala dayanacaqdı həyəcandan.
Səlim etdiyinə peşman idimi? bunu bir Allah bilirdi, qapının yanında gözünü bir nöqtəyə zilləyib fikirə dalmışdı. Əslində bilmdən vurmuşdu Mələyi, qaçaraq Mələyin ata – anası gəldilər xəstəxanaya. Yazıq qadın çatan kimi qızım deyib ağlamağa başladı, atası tutub zorla saxlayırdı ki, otağa girməsin. Səlim baxdı anasının fəryad edib ağlamasına, bunda günahkar özü idi. Bi ixtiyar gözlərindən yaş süzüldü üzünə, anasınada qaçaraq gəlib iynə vurdular. Vurulan iynənin təsirindən yazıq qadın ərinin qucağında qaldı halsız. Atasıda arvadını otuzdurub qucaqlayıb tutdu, qızının yatdığı otağa tərəf baxıb ağldı. Səlim az qalırdı havalansın olara baxdıqca, öz – özünə: Allah mənim cəzamı indi verdi. Divara söykəndiyi yerdə aşağı çökərək ikki əlləri ilə başını tutdu, ayıl başımın bəlası. Anançün ayıl, qorxmuş uşaq kimi qısılıb oturdu yerdə, baxa bilmirdi atasının ağlaşına.
Beləcə gecə yarı olmuşdu, heç kimin canında taqət qalmamışdı. Qaçaraq xəstəxanaya Səlimin atasıyla, Uğur gəldilər. Uğur çatan kimi Səlimin ağzından yumuruq vurdu, Səlim Uğura cavab qaytarmadı. Uğur təkrar – təkrar Səlimi vurdu, sənə dedimmi şərəfsiz uzaq dur qızdan. Alçaq səni öldürmərəmmi mən? pis – pis vurdu Səlimi. Tez atası gəlib zorla Uğuru çəkdi kənara. Sakit ol dedim burası xəstəxanadı, ağzı – burnu qanamış oğluna tərs – tərs baxdı. Səlim atasının üzünə baxmadı, atası indi çətin durumda idi. Heç bilmirdi nə deyəcəkdi Mələyin ailəsinə, yazıq kişinində əsəbdən əlləri əsirdi. Səlim atasının əllərinə baxdı, yaşarmış gözləri ilə atasına baxdı. Atası başını narazılıqla sirkəlrdi, Uğuru o tərəfə çəkib apardı ki, vurmasın oğlunu. Uğur qolunu əsəblə çəkib bağırdı, tutma məni, get o şərəfsiz oğlunun qolundan tut apar gəbərtməyim. Atası əsəblə – Uğura: yetər dedim, başımda bir tərbiyəssiz var bəsdir, səndə oxşama ona sus. Uğur dərindən – dərindən nəfəs alıb, sakitləşməyə çalışdı. Birdən özlərinə baxan Mələyin ata – anasını gördüyündə, elə bil yuxudan ayıldı. İkisidə sual dolu baxışlarla baxırdılar olara, arvad halsız ayağa qalxdı gözləri yaşlı. Oğlum Uğur demişdi, Uğur qaçaraq gedib arvadı qucaqlayıb ağladı. Hay can Anam, arvatda Uğuru qucaqlayıb qızım deyib elə ağladı ki, Səlimin atası kənara baxdı xəcalətindən. Mələyin atasıda üzünü tutub ağlayırdı, oğlum qızım yıxılmış başı dəymiş, həkimlər özünə gətirə bilmirlər. Oğlum niyə getdin, kəşki getməsəydin. Səlim qulaqlarını tutdu, arvadın dediyini eşitməməkçün. Səlimin atası anladı olanları atası deməmişdi ailəsinə, Səlimə baxdı əsəbi baxışlarla. Uğurda arvadın belə deməsindən şoka düşmüşdü, Murad dayısına getmiş qızım. Orda talvardan düşmüş, sağ olsun nəvəsi çatdırmış qızımı xəstəxnaya. Uğur duyduqlarından şok keçirirdi, oğlum Səlimi nahaq vurdun onun bir günahı yoxdur. Səlim arvad ağlayaraq danışdıqca, xəcalətindən- üzüntüsündən qulaqlarını tuturdu. Uğurun gözlərində Səlimə və babasına qarşı nifrət dolu baxışları yarandı. Arvadı qucaqlayıb qızarmış, yaşarmış, gözləriylə kinli baxışlarla baxdı Səlimə.
Evdə Dəniz oturmuşdu xadimə gəldi, Dəniz xanım çox gec oldu yatmadın. Ürəyin bir şey istəyirmi? Dənizdə ağlamışdı olanları duyduğunda, yox narahat olma sən get yat. Xadimə getdi, Dəniz üzünü tutub ağladı.
Artıq səhər olmuşdu, həkim çıxdı otaqdan, hamı baxdılar həyəcanla. Həkimin üzündən bəlli idi hec xoş söz deməyəcəkdi. Yazıq anası heç oturduğu yerdən ayağa qalxada bilmədi stresdən. Qorxmuş uşaq kimi Uğurdan bərk – bərk yapışdı. Uğur bir anlıq arvadın qorxub necə özündən tutmasına baxdı, ürəyi param – parca oldu. Atasıyla, Səlimin atası yaxınlaşdılar həkimə. Həkim dərindən nəfəs alıb – olara: qızınızı təssüflər olsun ki, özünə gətirə bilmədik. Həkimin belə deməsindən bir anlıq hər kəs şok yaşadı. Səlim gözlərini qırpmadan baxırdı həkimə. Həkim – olara: sizə məsləhətim, paytaxt şəhərimizə aparıb ornın həkimlərinin nəzarəti altında saxlamaq daha yaxşı olar. Orda məncədə burdan daha yaxşı olacağını düşünürəm. Bu sözünü duyduqdan sonra, Səlimin atası əlini atıb divardan yapışıb dayandı. Öz – özünə: şükür Allahım çox şükür, Mələyin atası sanki keyləşmişdi. Birdən bağırdı həkimin yaxasndan tutub. Burası xəstəxana deyilmi? niyə qızıma dünəndən yardım etmirsiniz. Niyə bunu dünən demirdiniz, tez Səlimin atası həkimdən atasını ayırdı, – həkimə: üzürlü sayın. Gəlin Davud bəy etməyin belə, zorla kişini kənara çəkdi. Həkim anlayırdı şokda idi atası, artıq söz demədən getdi. Atası zorla danışırdı kövrəlmişdi, niyə qızıma yardım etmədilər? indi deyirlər aparın. Səlimin atası sakitləşdirməyə çalışdı, Davud bəy mənim orda tanıdığım güclü həkimlər var. Biz elə indicə qızı burdan aparacağıq, nə olar özünüzü ələ alın. İnanın mənə Mələk yaxşı olaçaq, sizin necə güclü və mərd qızınız olduğunu siz məndən daha yaxşı bilirsiniz. Atası elə kövrəldi ki, çarəsiz uşaq kimi Səlimin atasını qucaqlayıb ağladı. Uğur özünə qısılıb hələdə keyikib baxa qalmış arvada baxdı, yazığın üzünün rəngidə uçmuşdu. Qorxma anam, Mələk gərçəkdən güçlüdür, mənim dostum çox güçlüdür yaxşı olacaq. Arvad üzünü Uğurun sinəsinə qoyub qızım deyib ağladı, Uğur qucaqlayıb tutdu. Səlim bir addım atmışdı gözləri qaraldı, artıq heçnə görmədi, başını ikki əlləriylə tutdu. Atası anladı, qaçıb gəlib oğlunu tutdu. Səlim özündən keçinmək üzərə idi, Atası oğlunu gətirib otuzdurdu. Yanında əyləşib üzünü şillələdi. Səlim oğlum özünü ələ al, duyursanmı məni? oğlum, təkrar sələdi. Səlim özündən keçinməməkçün özünü toparlayıb gözlərini açıb baxdı. Halsız idi, dünəndən pərişan olmuşdu, üzündə Uğurun vurduğu yerlər bilinirdi. Atasının ürəyi acıyırdı, nə qədər tərs olsada evladı idi. Səlim alnını atasının çiyninə qoyub, – atasına: yaxşıyam. Sən get onu burdan aparmaqçün həkimlə danış, tez gedək burdan. Atası dərindən nəfəs alıb baxdı, Səlim alnını atasının çiynindən çəkdi ki, qalxsın getsin. Atası qalxıb getdi tez həkimlə danışsın. Səlim peşman baxışlarla baxdı Uğura qısılıb ağlayan Mələyin anasına. Uğurun nifrət dolu baxışlarıyla tuş gəldi baxışları. Səlimdə Uğura heyif cıxaçaq baxışlarla baxdı.
Читать дальше