Əkrəm Əylisli - Daş yuxular

Здесь есть возможность читать онлайн «Əkrəm Əylisli - Daş yuxular» весь текст электронной книги совершенно бесплатно (целиком полную версию без сокращений). В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Bakı, Год выпуска: 2007, Жанр: Современная проза, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Daş yuxular: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Daş yuxular»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Əkrəm Əylisli

Daş yuxular — читать онлайн бесплатно полную книгу (весь текст) целиком

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Daş yuxular», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Camal isə həqiqətən gəlmişdi. O, ucuz, amma təzə kostyum geyinmişdi, başında bahalı buxara papaq vardı, tam ciddi görkəmlə alaraq Mopassan Mirələmovun isti, rahat otağında oturub gözləyirdi. Bəlkə də öyrəşmədiyi mühitə düşdüyünə görə onun həyəcanlı, qaynayan gözləri dağlarda mis kimi yanıb qaralmış sifətində qəribə bir parıltı verirdi.

Nuvariş Qarabağlı Sadayın gözünə dəymədi, o, kabinetdə yox idi. Belə başa düşdü, ya məşqdədir, ya da hardasa televiziya çəkilişində. (Saday hardan biləydi ki, Nuvariş haçandandı pistolet əldə etmək üçün böyük-büyük adamların qapısı ağzında N qədər vaxt itirir.)

Mopassan Mirələmov Sadayı görən dəqiqə yaşına uyuşmayan bir qıvraqlıqla kreslodan sıçrayıb artistə sarı şığıdı, onuqapının ağzındaca qucaqlayıb bağrına basdı. Hətta bu görüşdən nə qədər mütəəssir olduğunu anlatmaq naminə ağlamsındı. Camal sinif yoldaşını öpmək niyyəti ilə dodağını uşaq kimi dodağını büzüb irəli uzatdı. Saday dostunun başını bahalı papağıyla bir yerdə sinəsinə sıxdı. Onlar bir neçə dəqiqə dinib-danışmadan biri-birinə baxdılar. O qısa zaman kəsiyi Camalın özünü ələ almasına, nə söyləmək istədiyini kəsdirməyinə kifayət elədi. Lap əvvəl bir qədər həyəcanlandı, sonda isə doluxsunub hıçqırdı.

- Zibilə düşmüşəm, qardaş, - sözə başladı. - Köməyin lazımdı. Oğlumu tutub salıblar türməyə. Rayonda döymədiyim qapı qalmayıb. Sözümə baxan yoxdu. Durub gəldim, bəlkə burda kimsə kömək eləyə.

- Nə üstündə tutublar oğlunu? - Artist əsəbi halda soruşdu. - Camalın belə ağlamsınmağını heç istəmirdi.

Camal cavab vermədi. Cibindən dəsmal çıxarıb aramla gözündən, burnundan axıb ağzına dolan seli-suyu sildi. Yalnız bundan sonra özünü ələ alıb artıq sakit, arxayın səslə dərdini açdı.

- Eşit, Sarı, başımın boşluğuna görə Allah cəzalandırıb məni. Adam nə qədər səfeh olar ki, gedib qəssab Məmmədağanın nəvəsin gəlin deyib gətirər ocağının başına, qanını it qanına calayar. Bu da axırı. Məni adam saymır, qayınanasını it kimi tutur. Qandığı döyməkdi, söyməkdi, lənət yağdırmaqdı. Bizi bütün kənddə biabır eliyib. Tutması tutanda bir əli olr, bir başı - özünü döyüb qana qəltan eləyir. Sonra da atası Cingöz Şabanın öyrətməsi ilə qaçır şəhərə, xəstəxanaya, ay camaat, baxın deyir, ərim məni öldürmək istəyir. Bax belə, uşağı şərləyib basdılar içəri. İyirmi gündü onun-bunun qapısında yatıram. Rayonda kimin yanına gedirəm heç üzümə də baxmır. Gümanım kəsilib. Ümidim bircə sənə qalıb, Saday. Sən kömək eləyə bilərsən mənə. Hörmətli adamsan, hamı səni tanıyır. - Camal diqqətlə Sadayın üzünə baxaraq susdu. Sadayın Camala yazığı gəldi. O, eyni zamanda özünün, Əylisin, Cingöz Şabanın kəmağıl qızının halına yandı. Saralıb solan Əylisin, bozarıb dərd çəkən dağların, üşüyən, soyuqdan nəfəsi buz bağlayan, baharın gəlişinə həsrət qalan daşların, küçələrin, evlərin halına yandı. Daş kilsə. Onun altından çağlayıb axan çeşmə, indi buz bağlayan, o çeşmənin axıb töküldüyü çayın rəngi bir az qaramtıldı, elə bil nədənsə qorxub və qəfil, haradansa peyda olan, bəlkə də əcəlin dartıb buralara gətirdiyi möcüzəli dərəcədə qara tülkü - Allahın yaratdığı xırda canlı... və bir də o bulağın yanında qədimlərdə tikilən, üstündəki qıpqırmızı qan ləkəsi pozulmayan daş hasar... Cingöz Şaban bu hasarın dibində güllələmişdi o yazıq məxluqu. Artist Əylisin beləcə, boz və yazıq sifətini gözü önünə gətirir və Camaldan həmən o sarımtıl ­- narıncı işıq barədə soruşmaq xəyalına görə utanıb xəcalət çəkirdi.

- Baxaq görək. Nəsə fikirləşərik, - Saday Sadıqlı inmasız, heç bir ümid yeri qoymadan cavab verdi və bir qədər ucadan əlavə etdi: - Hə, danış görüm Əylisdə nə var, nə yox?

- Nə olasıdı Əylisdə? Necə görmüsən, elə - köhnə hamam, köhnə tas, - Camal tam könülsüz dilini sürüdü.

- Bilirsən axırıncı dəfə Əylisdən çıxdığım neçə ildir?

- Lap olsun yüz il. Lap yüz il də olmasan, Əylisdə heç zad dəyişən deyil, - Camal cavab verdi və nədənsə təəssüflə Mopassanın üzünə gülümsündü. - Amma sonra nə düşündüsə Sadaya Əylis barədə azdan-çoxdan danışmaq qərarına gəlib, könülsüz-könülsüz dilləndi. - Bu il yaz girəndə Mirəli kişi öldü, mən bilən xəbərin var bundan. Təzəlikcə Anıx da canını Əzrailə tapşırdı. Qoca qarı nə təhər hikkəliymiş, son nəfəsi üzülənəcən erməniliyini danmadı. Bizim arvadlar vidalaşmağa gedəndə, hamıya üz tutub nə desə yaxşıdı? Deyib, eşidin, mən dinimi dəyişə, inandığım Allaha dönük çıxa bilmərəm. İndiyə qədər mən sizin, mədəni dildə desəm, başınızı təlləyirdim... Hə, ermənilər belə alçaqdılar! - Camal məzəli bir tərzdə üz-gözünü əyişdirib, bu dəfə də ani və ehtiyatla Mopassan Mirələmova baxdı. Sonra isə çaşqın halda Sadaya nəzər yetirib hansı səbəbdənsə başını aşağı saldı.

- Hədi, hələ də Əylisdə ermənilər barədə hədyan söyləmək dəbdərir? - Saday güclə eşidilən səslə soruşdu və özünü əylisli müsəlman arvadlar dövrələyən, ölüm yatağında can verən sonuncu Əylis ermənisi Anikonun yerində təsəvvür eləməyə çalışdı. Onun ölüm səhnəsini təsəvvürünə gətirə bilmirdi. Əvəzinə gözləri önünə Əylisdəki ən gözəl, böyük, ikimərtəbəli ev gəlirdi. Hündür artırmasınada ələ gətirmək mümkün olan hər növ güllər düzülmüşdü. Təmizlik və səliqə-sahman evə tərəf uzanan daş döşənmiş cığırla gedən adamın gözlərini dincəldirdi. Anikonun Vəng kilsəsində əkdiyi və həvəslə qulluq etdiyi güllər Sadayın ruhunu çox oxşamış, ona zövq vermişdi. Artist Camalın başındakı bahalı papağa baxır və xatırlayırdı ki, neçə müddətdən bəri çıxarmadığı kirli, qartmax bağlamış kepkanı onun başından Haykanuş ölüm-zülüm dartıb qopara bilmişdi.

- Əgər Allahın olsaydı, sən də ona qarşı satqınçılıq eləməzdin. - Artist heç nədən ehtiyatlanmadan uca səslə dedi. Və dərhal (dediyi sözlərə görə təəssüf hissi keçirdiyinə görəmi, yaxud hansısa başqa bir səbəbdən) içində uçurum kimi boşluq duydu, elə qaranlıq, nəhayətsiz boşluq ki, nə başlanğıcı vardı, nə də sonu, həyatsız və havasız bir boşluq idi. Onun sözlərindən sonra ortaya çökmüş ani sükut arasında o, Mopassan Mirələmovun gözlərindəki şübhəli-hiyləgər və soyuq təbəssümü tuta bildi. Amma direktorun tərtəmiz təraş edilən kök sifəti bir anda ciddiləşdi. İşə bax ki, Sadayın tikanlı sözləri Camalın halına təvavüd eləmirdi.

- Düz deyirsən, - cavab verdi, ermənilər öz Allahlarından heç vaxt üz döndərmirlər.

Saday bu sözü elə bil əvvəllər də eşitmişdi. Artistə görə, eşitdiyi sadəcə söz deyildi, bu sözlər həm də nə zamansa bu dünyada var olan, sonra izsiz-tozsuz yoxa çıxan, unudulan səs, yumşaq, xeyirxah işıq idi. Saday Sadıqlı bu sözləri eşidəndə sakitlik tapmış, özünü ələ almışdı. O, bu saat bütün yaddaşını geri çevirib ələk-vələk eləməyə hazır idi ki, o sözü ilk dəfə kimdən, nə zaman, harada eşitdiyini xatırlasın. O, bütün Əylisi hamıya məxsus olan tək bircə ev kimi qucaqlayıb bağrına basmaq, cavan ağac kimi silkələmək, bir ovuc su kimi başına çəkib içmək istəyirdi, təki bilsin, xatırlasın ki, Camalın indicə dediyi sadə, amma inanılmaz dərəcədə dərin mənaya malik cümlənin ilk əylisli müəllifi kim olub. Ey ucalardan uca Allah! Məgər bu sözlər deyiləndə Əylis o ulu, əlçatmaz yaradanın yanında deyildimi? Əylis də məgər böyük yaradan qədər əlçatmaz olanda deyilməyibmi bu sözlər: "Allahın nəzəri həmişə ermənilərin üstündədir."

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать
Отзывы о книге «Daş yuxular»

Обсуждение, отзывы о книге «Daş yuxular» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x