Əkrəm Əylisli - Daş yuxular

Здесь есть возможность читать онлайн «Əkrəm Əylisli - Daş yuxular» весь текст электронной книги совершенно бесплатно (целиком полную версию без сокращений). В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Bakı, Год выпуска: 2007, Жанр: Современная проза, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Daş yuxular: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Daş yuxular»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Əkrəm Əylisli

Daş yuxular — читать онлайн бесплатно полную книгу (весь текст) целиком

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Daş yuxular», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Mopassan Mirələmov dinib-tərpənmirdi. Artisti çoxdan və dərindən tanıyan bir adam kimi çox güman, elə indidən ona aydın idi ki, Saday Sadıqlı gözdən düşmüş köhnə Rəhbərin əlehinə getməyəcək, ona düşmən kəsilən yeni rəhbərliyin xoruna da qoşulmayacaq . Artistin təbiəti beləydi. Onun söylədikləri direktoru əməlli-başlı təlaşa salırdı.

- Deməli belə. - O çaşqın halda deyindi. - Sözün düzü, mən də bu fikirdəydim. Bilirdim ki, axına qarşı durmaq mümkün deyil. - Mopassan həlim, dostyana danışır, özünü necə lazımdı elə aparmağa çalışırdı. - Sən ondan çox pislik görmüsən, amma yamanlığa yamanlıq eləmək istəmirsən. Əslində işin qənbərqulusu sənin vicdanlı olmağındı. Əgər söhbət adi adamdan getsəydi, dilxor olmağa dəyməzdi. Biz dövlət xadimi barəsində danışırıq. Ona görə də şübhələnirəm, hislərin səni aldatmır ki? Axı sən həftədə bir dəfə teatra gəlib-gedəndə, iki-üç ay bundan qabaqkı görüşlərimizdə belə düşünmürdün.

- Saday Sadıqlı dərd çəkən, qızarmış gözünü qıyıb cavab verdi.

- Hə, iki-üç ay əvvəl görüşəndə... o iki-üç ay mənə artıqlaması ilə bəs elədi ki, bu yenidənqurma deyib hürüşənlərin, siyasi qışqırıqçıların ölkəni uçuruma sürüyürlərin məqsədindən xəbərdar olum. Əmin oldum ki, yalnız nadan adamlar olkəni belə biabırçı şəkildə dağıda bilərlər. Yəni sən görmürsən ki, bunların heç bir hərəkətində aydın fikir yoxdu? Yenidənqurma hakimiyyətə can atanların əlində bir növ yeni silahdır. Xalq təlaş içindədir. Heç kim bilmir ki, sabah başına nə gələcək. Hər şey çat verir, dağılır. Ölkə üfunət iyi verən bataqlığa dönüb. Aradan nə qədər sular axmalıdır ki, bu acgöz çərənçilər heç olmasa bir-birlərini dinləməyə həvəs göztərsinlər.

Artist ehtirasla danışırdı. Elə bil səhnədəydi və sözünü ən axır sırada oturan tamaşaçıya çatdırmaq istəyirdi.

- Sənin yeni Rəhbərin və onun gənclik vaxtından komsomolda dostluq elədiyi şəxslər cəmiyyətdə nələrin baş verdiyini yaxşı bilir, dərk edirlər. Amma bununla belə keçmiş Rəhbərin caynağına hər hansı bir bayağı, mənasız bəhanə vermirlər. Çünki onlar o Rəhbərin vaxtında hakimiyyətin quyruğunda əsir olublar, üstəlik dövləti onun əlindən qəbul ediblər. - Artist yenə qəzəbləndi, həyacan hirs yığıldı. - Hə, o, ətrafına yaltaqları yığmışdı və camaatın gözü qabağında həmən yaltaqları ələ salıb dolayırdı. Anlayırdı ki, hər yaltaqın içində gələcəyin bir tiranı yatır və həmin o balaca tiranlarda özünün kədərli oxşarını görürdü. Bunlar dünəndə qalıb. Guya bu gün vəziyyət yaxşıdı, hər şey bitib? Ölkə nəhəng dəlixanaya dönüb. Hətta Kreml gərəksiz kontor kimi nəzarətsizdi, əldəqayırma siyasət vunderkindləri öz xeyirləri üçün ölkəni dalana dirəyiblər. Xalqa yalançı yenidənqurma möcüzəsi vəd ediblər, amma əsl həqiqət başqadır. Hamı vəhşiləşib, yabanı olub insanlar. Aləm od tutub yanır, bu yandan da bir topa pisniyyət gədələr məhsulyyətsizcəsinə adamları daha fəal olmağa çağrışırlar. Belə siyasətbazlarla müqayisədə keçmiş Rəhbərin adını dahilərin cərgəsinə qoymağa hazıram.

Saday Sadıqlı səhnədə sürəkli alqışlara bürünən onlarla monoloqu əzbər bilirdi, Mopassan Mirələmov isə vaxtında təcrübəli teatr adamı olaraq bu monoloqlara heyrət içində qulaq asmışdı. O, əvvələr də bilirdi ki, Saday Sadıqlı çoxdan artisliyin fövqündədir. İndi isə içini qorxu bürüdü. Sadaya etiraz eləmək fikri yox idi, amma elə bil birdən onu arı sancdı. Qəzəblə əlini ovuşdurub, aktyorun sözünü kəsdi:

- Dayan, dayan! Sözündən belə çıxır, Sumqayıt hadisələrini də o törədib ki, Kremldən qisas alsın...

- Yox, mən bu fikirdə deyiləm, - Saday tərəddüd eləmədən bildirdi. - Əslində tam əminəm, başıboş adamlar sarsaq başçıların təhriki ilə Sumqayıt faciyəsini törədəndə, o, bağda televizorun qarşısında oturub acı göz yaşları tökürdü. Sovet Sosialist Respublikalarının heç birində baş verməyən bu hadisəyə görə dəhşətə gəlirdi ki, gör nadan siyasətçilər məsələni nə yerə çatdırdılar.

- Bəsdi sən Allah! Onun necə əlçatmaz olduğu, guya, yadından çıxıb. Əslində öz yerlilərinin əlindən qəzəblənmisən, indi hamısı, dil boğaza qoymadan erməniləri söyürlər. Axı sən bilirsən ki, ermənilər onun hiyləgər və qanlı siyasəti nəticəsində bizdən üz döndəriblər. Özünü elə aparırsan, guya bu boyda həngamə baş verib, sən də bütün bunlardan xəbərsizsən. Tərifləyirsən onu, nədi-nədi vəzifə borcu və qaydalar belə tələb edirmiş. Axı onun səni görməyə gözü yox idi, bunu hamı bilir.

Artist Mopassanın saxta və gecikmiş cəsarətindən təngə gəldi.

- Özün kömək ol, Allah, özün kömək ol! - Demək olar bağırdı. - Yenə də yalan deyirsən, Mopoş , o, hərdən mənə rəğbət göstərirdi. Etiraf edirəm, amma hər zaman öz maraqlarını güdüb. O da var ki, xalqın dəyər verdiyi adamları bir kənara tullamayıb. Bu mənada keçmiş Rəhbər mənə diqqət yetirib, işin belə alınmağında isə bizim təqsirimiz eyni dərəcədədir. Kiflənmiş sistemə nifrət hissi mənim canımdadır. İndi ağlıma gəlir, o hansısa bir hissiyatla donkixotluğumu duyubmuş. Çünki o, istedadlı idi, Mopoş! - Artist çılğınlığını boğub bir qədər düşündü, sonra özünü ələ aldı: - O, dövlət təltiflərini və ucuz söhrəti mənə vermədi. O, məni öz üstünə gələn tufanın qarşısına itələdi. Bu qərəzsiz faciə və komediyada mənim rolumu öz əli ilə bölmüşdü. Həmişə o fikirdə olmuşam ki, içimdəki azadlığı qoruyub saxlamaq üçün davamlı olaraq dövlətlə münasibətləri korlamaq gərəkdi. Bu mənada mən onu özümə xaç atası sayıram.

- Əzizim, sənə elə gəlmir ki, davamlı olaraq özün-özünü təkzib edirsən?

Hirsindən od tutub yanan Saday Sadıqlı onun son atmacasını ya eşitmədi, ya da qəsdən qulaq ardına vurdu.

- Elə o vaxtdan güc topladım ki, istənilən zərbədən sonra ayağa dura bilim. Daha indi, gücüm yoxdu, qalmayıb. Mopoş, anamın qəbrinə and olsun, heç nəyi başa düşə bilmirəm. Boynuma alıram, Mapoş, qorxuram. Canım biri bitməmiş o biri başlayan dəhşətli yuxuların caynağına keçib. Nə vaxtan bəri çalışıram ətrafla bütün əlaqələri üzüm. Dünya ilə təmasın hər anı məni zibilə salır, başıma bəla gəlir. Adamlar tanınmaz dərəcədə dəyişiblər. Mopoş, səncə bu dəhşətli deyilmi, ölkədə bircə nəfər Allah adamı yoxdur ki, öz dərisindən qorxmayıb xalqa həqiqəti desin. Hanı bizim mərhəmətli millətimiz? Hanı bizim nur saçan ziyalımız? Çoxdan hiss etmişəm, Mopoş, bu barədə əvvəllər də fikirləşmişəm: bizim keçmiş "millət atası"nın mənim kimi tək-tək asilərin boğazına bağladığı zəncir, o bu dünyada yaşasa da, yaşamasa da bədbəxt ziyalıları boğub öldürəcək, məhv edəcək. - Artist susub dediyi sözlərdən sonra boşalmış içinin dərinliyinə çökdü.

Mopassan təlaş içində kreslodan sıçrayıb qışqırdı.

- Qardaş, sən dahisən, Allah haqqı, dahisən! Necə möhtəşəm monoloq söylədin. Bəs axı mən nə deyirəm? Mən də sən dediyini deyirəm də...

- Yox, sən ölkədə yeni bir, Xozeyin yaratmağımı istəyirsən. elə bir Xozeyin ki, işi-gücü qurtaranda gəlib burda bizimlə məzələnsin. Axı keçmiş Xozeyinin yerinin boş qalmağı gözümün qabağındadır. Bu gün xalq o boş qalan yerdən gözünü çəkmir və şeytan xisləti ilə xəlvətcə o yerin yiyəsinin - keçmiş xozeyinin xiffətini eləyir. Onun qüdrəti bax bundadır. Öləndən sonra elə bir boşluq qoyub ki, həmən boşluğu özündən sonra heç kim doldura bilməz.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать
Отзывы о книге «Daş yuxular»

Обсуждение, отзывы о книге «Daş yuxular» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x