Əkrəm Əylisli - Daş yuxular

Здесь есть возможность читать онлайн «Əkrəm Əylisli - Daş yuxular» весь текст электронной книги совершенно бесплатно (целиком полную версию без сокращений). В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Bakı, Год выпуска: 2007, Жанр: Современная проза, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Daş yuxular: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Daş yuxular»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Əkrəm Əylisli

Daş yuxular — читать онлайн бесплатно полную книгу (весь текст) целиком

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Daş yuxular», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

- Bu dəfə özü titrəyən əlləri ilə qədəhinə konyak süzdü, dərhal içdi. Başının hansı hissəsindəsə əmələ gələn dəyişikliyin nədən ibarət olduğunu anlamağa çalışdı.

- Nəsə soruşmaq istəyirəm, yadımdan çıxır. Dedin ki, Babaş Ziyadov məqalə yazıb. Nə yazıb? Yoxsa o şeytan da Köhnənin bostanına daş atır? - istehza ilə soruşdu.

- Yox, mən bilən orda Köhnədən söhbət getmir. Həmyerlin əsasən ermənilərdən danışır. - Mopassan gülümsüməyə çalışdı. - İndi taparam, harasa qoymuşam. - Ayağa qalxıb qalın qovluğun arasındakı qəzeti çıxartdı.

Məqalə "Kommunist" qəzetinin tam bir səhifəsini tuturdu. Tən ortada qara həriflərlə başlıq yazılmışdı: "Ermənilərin alçaq hərəkətləri" sonda müəllifin imzası qoyulmuşdu: "Babaxan Ziyadxanlı".

Saday Sadıqlı mətnin içində qara şiriflərlə verilmiş "nankor", "hiyləgər", "qatı düşmən" sözlərini eynəksiz də seçirdi. Qəzeti kənara qoymaq anında gözünə "İstazn" sözü sataşdı və bundan sonra eynəyi çıxarıb yazını başdan-ayağa oxudu.

Bəlkə də artist əvvəllər belə bayağı, yolverilməz, populist sayıqlamalara təzə-təzə cükküldüyən tarixçi alimciyəzlərin məqalələrində və xəstə təxəyüllü roman yazanlarda rast gəlmişdi.

Babaşın məqaləsindən dərhal bilinirdi ki, onun fikirlərinin mənbəyi həmən uydurmalardır.

Babaş Ziyadova görə "İstazn" sözünün ilkin mənası "usta ozan" deməkdir və guya ermənilər bu yerin qədim sakinlərinin izini itirmək məqsədi ilə sözü öz dillərinə çeviriblər. Guya həmən "usta ozanlar" bizim eradan üç min il əvvəl İkiçayarasına aid (Dəclə və Fərat) Əylis dağlarında məskunlaşan Şumerə bənzər bir tayfa olub, "Şumer" dövlətini də bir başqası deyil, onlar yaratmışlar, sonra da bu hesaba qədim dünya mədəniyyəti "Şumer" adıyla intişar tapmışdır.

Babaxan Ziyadxanlıya görə Əylis sözünün mənası adamların gəlib-gəlib dayandıqları yer - "Əylənmək" deməkdir. Guya Əylisdə heç vaxt erməni yaşamayıb. Oradakı kilsələr, məzarlar "OdƏrlərə" məxsusdur. "OdƏr" sözünün də mənası "Gur od" deməkdir. Alov saçan bu torpaqlar nə səbəbdənsə "Alban" adlandırılan türklərə məzsusdur. Müəllif dəridən-qabıqdan çıxıb sübut eləyir ki, "namərd qonşular" tədricən bütün tarixi həqiqətləri təhrif edib, Azərbaycan ərazisindəki bütün toponimləri dəyişərək erməniləşdirmişlər. Məsələn, onlar "OdƏr Mən"i Girdiman, "Gur su"yu Gorus, "Qurbağ"ı Qarabağ, "Əlvənd"i Erevan eləməklə tarixi özlərinə sərf edən şəkilə salmışlar. Guya OdƏrlərin dilindəki "Qapıağzı" kəlməsi nankor qonşuların səyi nəticəsində "Qafqaz" olub. Vaxtı ilə yenilməz türk kişilərinin adını bildirən "Ərmən" sözü Qafqaza heç bir aidiyyatı olmayan bir xalqın - ermənilərin adına çıxılıb.

Babaşın palaz boyda məqaləsi şair Uluruh Türkmənməkanın yeni zamanın himninə çevrilən bu misraları ilə birtirdi:

Azərbaycan - mən qəhr olum, sən yaşa.
Sən dirisən, demək oğlun diridi.
Can istəsən kim verməsə birbaşa,
Demək, o şəxs şərəfsizin biridi.

Babaşın bu cəfəngiyatını oxuyanda artist xəyalən Əylisi küçə-küçə, ev-ev dolaşdı. İstazınadan (Astvasduna) Vuraqırda - Vardaketə qədər keçib getdi, məqaləni oxuyub bitirəndə isə, nədənsə ağlına gəldi ki, o bir daha Əylisi görməyəcək, Əylisin bağlarına, küçələrinə ömürlük həsrət qalacaq.

Gözünün qabağında Əylisdə anasının müsəlman qəbristanlığındakı tənha məzarı canlandı. Bir həftə idi ki, hər axşam anası Sadayın yuxusuna girirdi. Gəlib otururdu çarpayısının böyründə, istəyirdi onunla danışsın və hər dəfə də bir kəlmə kəsmədən qeyb olurdu. Niyə susurdu, nədən narazı idi? Saday bu susqunluğun səbəbini ondan soruşa bilmirdi. Lap düzü, bacarmırdı, dili batırdı. Yuxudan oyananda isə ağlına gələn bu olurdu ki, bəlkə anasının narazılığının, nigaran qalmağının və dinib danışmamağının səbəbi oğlunun Eçmiədzinə getmək fikri ilə bağlı idi. Yalnız buna görə ola bilərdi, axı bundan ayrı elə bir hərəkəti yox idi ki, anası onu dindirməsin.

Birdən ona elə gəldi ki, ümumiyyətlə işıqlı dünyada Əylis adlı bir yer yoxdu və heç zaman olmayıb. Nə Babaş olub, nə Camal, nə Lüsik... Nə o kilsə, nə də onun günbəzindən yayılıb dörd bir yana nur saçan həmən o sarımtıl-narıncı ilahi işıq olub. Lap axırda boğazını dolduran qəhəri udub, bəlkə Allah da uydurmadı - deyə düşündü. Bəlkə o, yoxdu və heç zaman olmayıb.

- Babaş Ziyadov nə vaxtdan Babaxan Ziyadxanlı olub? - Rəngi boğulmuş halda

Soruşdu? - onun bir babası Əylisdə əldəqayırma molla idi, o birisi çayxana qumarbazı.

Mopassanı gülmək tutdu, çaşqın halda üzünü yana çevirdi.

- Bax hələ, alçaq nə təhər çönüb, - Saday Sadıqlı davam elədi. - Nə abrı var, nə

həyası. Hakimiyyət hərisliyi adamı hansı şəkilə desən salar. Öz el-obasına böhtan demək üçün bu Götxan Amcıqxanlının ehtiyatında hansı söz desən tapılar, di gəl xaç atasının xətrinə dəyən bircə kəlmə tapıb deyə bilməz. Mopoş, axı bu Götxanı, Allah gildən yoğurmayıb, onu da o yaradıb, bizim Rəhbər. İndi, əzizim, mənə de görüm Babaş Ziyadova kim ixtiyar verib ki, rəsmi partiya qəzetində ağzına gələni yazsın və altına da Babaş Ziyadov yox, Babaxan Ziyadxanlı imzasını qoysun. Halbuki bu tulanın nəsil-nəcabətində nə bəy olub, nə xan.

- Nə deyə bilərəm, - uzun sükutdan sonra Mopoş dilə gəldi. - Yəqin, qərar belə olub.

- Kim qərar verib?

- Yuxarı. Belə məsələlər harda həll olunur ki?

- Yoxsa yuxarıda müharibəyə başlamağa hazırlaşırlar? Əgər Babaş onların öz adamıdırsa, niyə belə düşüncəsiz, məsuliyyətsiz "meydan qəhrəmanı"na demirlər ki, odun üstünə yağ tökməsin.

Direktor açıq-aşkar qərara gəldi ki, artistə öz ağlını nümayiş etdirməyin və məsələyə dövlət yanaşmasının nədən ibarət olduğunu bildirməyin münasib məqamı yetişib.

- Sənin səfehliyin, vicdan haqqı, məni məhv edəcək. Görürsən ki, bu sehrbaz cəbhəçilər "Qarabağ, Qarabağ" deyib bağıra-bağıra nə əməllər törədirlər? Qarabağ onların qozuna da deyil. Onların fikri iqtidarı yıxıb hakimiyyəti ələ keçirməkdi. Küçədə ermənini söyməyənə qulaq asan yoxdu. Belə vəziyyətdə dövlət neyləməlidi? Onlar da öz məqsədlərinə görə erməni kartından istifadə eləməyə məcburdular. Bu siyasətdi, ustad. Siyasətin isə min sifəti olur. - Mopasan gülümsədi, görünür bu dərəcədə dərin ağıla malik olması şəxsən özünün də xoşuna gəlmişdi.

- Bəli, bəli, böyük siyasətdi. Allah haqqı dahiyanədi. Deməli, qaraguruhun bəxti bu dəfə də gətirdi, alçaqlıq üçün geniş üfüqlər açılıb. İndi istənilən iyrəncliyi eləyib günahı erməninin üstünə atmaq olar. - Artist direktorun yanına gəlib düz onun gözünün içinə baxdı. - İndi, Mopoş, kişi kimi danışaq: əgər sənin bu pyesin belə "dahi siyasətçi"yə həsr olunubsa, bəri başdan hesab elə ki, mən orda oynamayacağam. O yaşım deyil ki, səhnəyə tullanıb büsbütün bayağı və cəfəng bir şeyi təbliğ eləyim.

Pyesdəki baş qəhrəman obrazının uğur qazanacağına böyük ümid bəsləyən Mopassan Mirələmov bu rolun ifası üçün başqa bir aktyoru təsəvvürünə gətirə bilsəydi, elə bu saat müəllifin üstünə minnətə qaçar, rəhbərliyin icazəsini alar və elə indicə bu haqq-ədalət carçısıyla hesab çəkərdi. İş burasında idi ki, idi o özü də bu rolda bir başqasını yox, yalnız Sadayı görürdü.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать
Отзывы о книге «Daş yuxular»

Обсуждение, отзывы о книге «Daş yuxular» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x