80-ci illərdən başlayaraq ədəbiyyatşünas Ə.Şamilin, B.Əhmədovun araşdırmalarında Ə.Abid yaradıcılığına sıx-sıx müraciətlər edilmiş, əsərləri elmi dövriyyəyə daxil edilmişdir. Əmin Abidin elmi məqalələri nə sağlığında, nə də sovet dövründə nəşr edulməmişdir. Bu ağır işi ilk dəfə professor Bədirxan Əhmədov görərək 2007-ci ildə Şərq-Qərb nəşriyyatında “Abid Əmin. Seçilmiş əsərləri” (Abid Əmin, 2007)adıyla böyük tirajla nəşr etdirmişdir.
“Azərbaycan türklərinin ədəbiyyatı tarixi” indiyədək nəşr edilmədiyindən həmin əsərin əlyazmasının latın əlifbasına çevrilmiş variantını, eləcə də folklorla bağlı 1920-30-cu illərdə çap olunmuş məqalələrini bu kitaba daxil etdik. Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivinin 170-ci fondunda, yəni Əmin Abidin əsərləri saxlanan fondda latın əlifbası ilə makinada yazılmış 64 səhifəlik “Azərbaycan folkloru” adlı bir mətin də var. Bu araşdırmanın Əmin Abidi ola biləcəyi şübhə doğurduğundan onu kitaba daxil etmədik.
Əmin Abid yaşadığı dövrdə belə millətimizin adı türk, dilimizi adı türkcə yazılsa da, onun rəsmi sənətlərində milliyəti türk kimi göstərilsə də, kadır anketlərində milliyəti qrafasının qarşısında öz xətti ilə türk yazsa da, həmin dövrün Türkiyə aydınlarının təsirilə əsərində Azəricə ifadəsini işlədib. Biz orjinala sadiqlik naminə onları və bu gün dilimizdə işlədilməyən ərəb kəlimələrini də dəyişmədik.
İnanırıq ki, bu kitab araşdırmaçılarımıza və milli dəyərli ziyalılarımıza gözəl hədiyyə olacaqdır.
Professor Bədirxan Əhmədov, Əli Şamil.
Qaynaqlar
1. Abid Əmin (1927 ).Heca vəzninin tarixi (Ədəbiyyat teoriyası haqqında). “Maarif işçisi” jurnalı, sayı 3(23), səh.50-55, sayı 4, səh. 58-61, sayı 6-7 səh. 45-62.
2. Abid Əmin.(1929). Türk el ədəbiyyatına elmi bir baxış, (Oğuznamə. Prof. Samoyloviçə), “Dan yıldızı” jurnalı, sayı 5(29), səh. 30-32, sayı 8(32), səh.28-29.
3. Abid Əmin. (1930). Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri. "Azərbaycanı öyrənmə yolu" jurnalı, sayı 4-5.
4. Abid Əmin. (1930) Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr. ”Azərbaycanı öyrənmə yolu” jurnalı, sayı 3(8), səh. 48-52.
5. Abid Əmin. (2007).Seçilmiş əsərləri (Tərtib edəni və ön sözün müəllifi filolologiya elmləri doktoru Bədirxan Əhmədov). “Şərq-Qərb” nəşriyyatı, Bakı,
6. Ağayev İslam.(2000) Əliabbas Müznib (həyatı, yaradıcılığı, mücadiləsi), “Elm” nəşriyyatı, Bakı.
7. Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti öz sıralarını yenidən qurur. (1930) “Ədəbiyyat cəbhəsində" jurnalı, sayı 4, səh. 29;
8. Əliyev Məhəmməd. (1983). Ədəbi tənqid və vəzn problem. “Azərbaycan sovet tənqidinin probləmləri”, ADU nəşriyyatı, səh.80-81, Bakı.
9. Gülən Adam.(1929). Sərbəst şeir haqqında ilk söz. "Maarif işçisi" jurnalı, sayı 1.
10. Nazim Əli. (1929). Türk ədəbiyyatında pantürkizm və kamalizm əleyhinə. "İnqilab və mədəniyyət" jurnalı, sayı 3-4, səh. 59-62; sayı 5, səh. 27-30.
11. Mehdi Hüseyn. (1930). Qırmızı qalibiyyət. "Hücum" jurnalı, sayı 5-6, səh.2 və s.
12. Şahbazov Əli. (1926). “İstanbul Darülfünunda Azəri ədəbiyyatı”. "Kommunist", 9 fevral.
13. Zeynalli Hənəfi, Şaiq Abdulla, Musaxanli Atababa. (1928) Ədəbiyyattan iş kitabı, Azərnəşr, Bakı.
AZƏRBAYCAN TÜRKLƏRİNİN ƏDƏBİYYATI TARİXİ
Birinci kitab
Əmin Abid
İstanbul Darülfununu ilə Darülmüəllimi
Aliyəsindən məzun
Bu gün Azəri türkcəsi dediyimiz ləhcə ilə danışan Qafqaz, İran, Xorasan və İraq türklərinin ədəbi və fikri həyatları haqqında təhlillər
Fehrist
1. Birinci söz
2. Başlanğıc: Azərbaycan-azəri-oğuz təbirləri haqqında ümumi bir tədqiq.
3. Rusiya, Avropa, Türkiyə və Azərbaycan mətbuatında ədəbiyyatımıza aid yapılan tədqiqatlar haqqında təhlili biblioqrafiya
Mədxəl
§ 1. Azərbaycan və Qafqaz türklərinin məişətlərinə qısa bir baxış
a – Əski oğuz türklərinin yaşadığı yerlər.
b – İqtisadi həyat
c – Totemçilik
d – Hakim olan dinlər
§ 2. Əski oğuzlarda ədəbi həyat
e – Ağız ədəbiyyatı.
ə – Yazılı ədəbiyyat
f – Vəznli nəsr və heca vəzni
g – İlk heca vəznləri
ğ – Xalq şairləri
Əşirət dövrü
(Birinci parça)
1. Qafqaz və Azərbaycanda ədəbi həyatın başlanğıcı
2. Yabançı ədəbiyyatların təsiri
3. Xalq ədəbiyyatının əski dövrləri
4. Çadır ədəbiyyatı: əşirət aristokrasisinin vücuda gətirdiyi ədəbiyyat
a) “Oğuznamə”: mövzusu və mahiyyəti
b) “Oğuz xan” mənqəbəsi
c) “Həzrət əl-risalət min kəlamət Oğuznamə əl-məşhur atalar sözü”
d) miladi XII əsrdə “Koroğlu” mənqəbəsi
İKİNCİ PARÇA
Əşirət dövrü ilə dərəbəylik dövrü arasındakı keçid zamanı
1. Azərbaycan və Qafqazın ərəblər tərəfindən istilası
2. “Quran ədəbiyyatı”nın ədəbiyyatımıza təsirə başlaması
3. İslamlaşmış “Oğuznamə”
4. “Kitab-i Dədə Qorqud əla lisan taifey-i Oğuzan”
a) Drezdendəki mətn və onun ətrafında yapılan tədqiqlərin mahiyyəti.
b) “Qorqud”un şəxsiyyəti və Mavəray-i Xəzər türkləri, başqırd-Qırğız türkləri və Anadolu – Azərbaycan türklərinin arasındakı mövqe və nüfuzu
c) Qorqud mənqəbələrinin bəhs etdiyi yerlər bizim indiki məmləkətlərimizlə ləhcəmizin yayıldığı sahələrdən ibarət olduğuna aid tədqiqlər
d) Qorqudun əsəri haqqında ümumi təhlil: mündəricatı, dilcə mahiyyəti, bədii qiyməti, qeyri-islami hüviyyəti
5. Nəticə
6. Əlavə (mətnlər)
Azərbaycanlı türklərin ədəbiyyatı tarixi bu vaxta qədər bütün təkamül xətləri nəzərə alınaraq metodik bir təhlilə məruz qalmamışdır. Ləhcəmizin genişliyi nisbətində ümumi tədqiqlər yapılmadığı kimi müqayisəli üsullara istinad etmədən nəşr olunan mətn-“texte” və materiallar da kafi miqdardə bulunmuyor. Böyle bir vəziyyət qarşısında tam bir tərkibi əsər vücuda gətirmənin qolay olmadığı hər kəscə düşünülə bilir. Bunun üçün təqdim olunan əsəri məmləkətimizdə yapılan ədəbi əməliyyələr gözilə ölçmək icab edər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.