Эмин Абид Гюльтекин - Azərbaycan türklərinin ədəbiyyatı tarixi

Здесь есть возможность читать онлайн «Эмин Абид Гюльтекин - Azərbaycan türklərinin ədəbiyyatı tarixi» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: Историческая проза, Языкознание, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Azərbaycan türklərinin ədəbiyyatı tarixi: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Azərbaycan türklərinin ədəbiyyatı tarixi»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitaba 1938-ci ildə, 40 yaşı tamam olmamış güllələnmiş, repressiya qurbanı Əmin Abidin əsərləri daxil edilmişdir. Qorqudşünas, folkorçu, nəzəriyyəçi və ədəbiyyat tarixçisi alimin elmi əhəmiyyətini bu gün də qoruyub saxlayan, indiyədək çap olunmamış çoxcildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini, “Heca vəzninin tarixi”, “Türk xalq ədəbiyyatinda mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti”, "Kitab-i Dədə Qorqud"la bağlı məqalələrini, türkçənin təkamülü və folklorla bağlı digər araşdırmalarıını oxuyanlar müasirlərinin onun araşdırmalarını neçə mənimsəyərək öz adlarına çap etdirdiklərinin şahidi olacaqlar.

Azərbaycan türklərinin ədəbiyyatı tarixi — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Azərbaycan türklərinin ədəbiyyatı tarixi», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Əli Şahbazov elə həmin məqalədə əsərin xülasəsinin nəşr olunmaq üçün gənc macar şərqşünası Margit Pallu tərəfindən tərcümə edildiyini, Əmin Abidin Bakıya gedib əsərini "Maarif komissarlığına təqdim" edəcəyini və "Maarif komissarlığı müsəyyərindən dolayı Əmin Abid yoldaşımıza təqdir medaliyəsi" veriləcəyini yazırdı.

Ə.Abid İstanbulda oxuyarkən bir neçə elmi məqaləsini də Bakıdakı “Maarif və mədəniyyət” jurnalında çap etdirmişdi. Vətənə döndükdən sonra pedaqoji texnukumda, universitetdə dərs deməklə yanaşı ciddi elmi araşdırmalar aparır. Elmi nəşrlərdə, məcmuələrdə və mətbuatda o dövür üçün çox aktual olan məqalələr dərc etdirir, kitablar tərtib edib edir.

Sovet hökuməti ateizi əldə bayraq edərək dinə qarşı sərt mübarizəyə başlamışdı. M.F.Axundovun əsərlərindən bu işdə səmərəli istifadə etməyə çalışırdılar. Özlərini Sovet ideologiyasının bayraqdarı sayan Azərbaycan ziyalıları Mirzə Fətəlini burja-ticarət sinfinin yazıçısı kimi tənqid etsələr də onun yübileyini də keçirir, əsərlərini toplayıb nəşr etdirməyə can atırdılar. Bu məqsədlə Əmin Abidi Tbilisiyə göndərmiş, M.F.Axundovun arxivinin Bakıya gətirilməsinə, katoloqunun və əsərlərinin nəşrə hazırlanmasına onu da cəlb etmişdilər.

Əmin Abid də bu işi şərəflə görmüş, M.F.Adundovun arxivini elmi əsaslarla tərtib etməklə yanaşı, oradakı sənədlərin katoloqunu hazırlamış, dövrü mətbuatda Mirzə Fətəlinin irsi haqqında olduqca dəyərli məqalələ nəşr etdirmişdir.

Dövrü mətbuatda folklorumuzla bağlı “Heca vəzninin tarixi” (Abid Əmin, 1927: sayı 3, sayı 4 və sayı 6-7),“Türk el ədəbiyyatına elmi bir baxış, (Oğuznamə. Prof. Samoyloviçə )”, (Abid Əmin, 1929: sayı 5(29), səh. 30-32, sayı 8(32), səh.28-29), “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr”, (Abid Əmin, 1930: sayı 3(8), səh. 48-52),“Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri”, (Abid Əmin, 1930: sayı 4-5)və b. önəmli məqalələrini nəşr etdirən Əmin Abidin o dövr ücün olduqca dəyərli bir əsəri-“Türk xalqlqrının ədəbiyyatı tarixi” nəşr edilməyib və uzun illər araşdırıcıların diqqətindən kənar qalıb.

Əmin Abid folklorla bağlı nəşr etdirdiyi məqalələrində “Türk xalqlqrının ədəbiyyatı tarixi” əsərinin birinci cildinin əlyazmasından geniş istifadə edib. Bəzi məqalələrində əsərinin müxtəlif cilidlərini qaynaq göstərsə də bu əsərini çox da qabartmayıb. Azərbaycandan folklorumuzla bağlı nəşr etdiridyi ilk məzaləsi “Heca vəzninin tarixi”ndə əsərindən parçalar var.

Araşdırıcı bu məqaləsində Azərbaycanda ilk dəfə heca vəzninin tarixi dərindən və elmi əsaslarla öyrənilməklə yanaşı, nəzəri məsələlərə də geniş yer verib.

Vəzni dilin məhsulu hesab edən, “hər ictimai zümrənin öz ilk şeirinə verdiyi ahəngi dilin ümumi ahəngindən ayrılan ünsür-əlamətlər məcmuəsi” adlandıran Ə.Abid “Türklərin şeir musiqisini axtarmaq üçün nə Ərəbistanın qızğın çöllərinə, nə də İranın tozlu obalarına getmək lazım deyildir: sözlərin dilimizə çevrilməsi, bunun fəlsəfəsini anlamaq üçün yetərlidir",– yazırdı .

Araşdırıcının fikrincə, türklərin "bədii zövqlərini doyurmaq məqsədilə yaratdıqları şeir "savaşlarda qəhrəmanlıq göstərən igidlər və cəsur tayfa başçılarına həsr etmişdir ki, bunlar da “saz cinsindən telli çalğılarda çalınaraq yüksək səslə söylənilirdi. Dastanların sözlərinən çalğının havası (melodiyası) verilir və bu surətlə oxunan sözləri bir vəzn qazanmış olur". (Abid Əmin, 1927: 50, sayı 3(23).

Buradan aydın olur ki, qədim türk dastanları az-çox ahəngli bir şəkildə olmuş, bu ahəngi yaradan isə cümlə başında və sonunda nidanın əlavəsi, cümlələrin sonlarına vurğuların salınması, cümlə və ifadələrin təkrarı və sairdir. Zaman keçdikcə bunlar cilalanaraq heca vəznini formalaşdırmışdır. Araşdırıcı daha qədim qaynaqları önə çəkərək Orxan-Yenisey abidələrində də 7 hecalı şeir şəklinin olduğunu söyləyir və nümunələr verir. Əmin Abid yazır ki, heca vəzni formalaşarkən öncə qısa ahənglər yaradan vəznlər meydana gəlmişdir. Çünki dilin ibtidai formasında birdən-birə güc və mürəkkəb parçalı vəznlər yarada bilməz.

Əmin Abidə görə heca vəzninin formalaşdığı ilk dövrdən başlayaraq ən geniş yayılan forma yeddilik olmuşdur. Bu da özünü iki şəkildə göstərir. Yeddi heca çox vaxt altı hecalı ilə qarışıq işlənib. Gah yeddi hecalı dördlüklərin üçüncü misrası altı hecalı olub, gah da altı hecalı dördlüklərin dördüncü misrası yeddi hecalı. Yeddi hecalı vəzn inkişaf etsə də altı və səkkiz hecalıları tam sıxışdırıb aradan çıxarmamışdır.

Heca vəznində olan ilk şeir nümunələrində qəti və müəyyən bir şəkil olmadığını söyləyən Ə.Abid eyni vəzndə gah durğuyla, gah da durğusuz işləndiyini və "oxunarkən bütün misralarda kəlmələrin müəyyən yerdə bitməsindən doğan ahəngin" şeirin bədii dəyərini artırdığını söyləyir. Başdan sonadək durğusuz oxunan misraları isə "bir nəsr parçası" adlandırır və "diqqət edildiyi zaman ilk mənzumələrdə bu ümumi ahəngdə qulağın xoşlandığı yumşaq bir dərəcə "olmadığı, əsgər yürüşündən hüsula gələn mütərət səslərə bənzədiyi" qənaətinə gəlir.

Onun fikirincə, qısa vəznlərdə təravətli səslər az duyulur; dil inkişaf etdikcə uzun vəznlər formalaşır. Bu da şeirin bədii dəyərini artırır. Sübut üçün Kaşqarlı Mahmudun "Divan"ına nəzər salaraq mənzum parçaların çoxu qısa vəzndə-əsasən yeddi hecalı olduğu qənaətinə gəlir. Uzun vəznli beytlər isə azdır. Burdan anlaşılır ki, 950 il öncə türk ədəbiyyatında heca vəzninin bir çox növü varmış, zaman keçdikcə onlardan bəziləri aradan çıxmış, bəziləri də təkmilləşərək daha da cilalanmışdır. Sıradan çıxanlara 12 hecalı şeiri nümunə göstərilir.

Ə.Abid "Divan"dan götürdüyü 13 və 15 hecalı şeirlərin durğuları üzərində dayanır. Birincidə yeddinci hecadan sonra bir durğu olduğu halda, ikincidə dörd durğu olduğunu, bu durğuların üçünün dörd hecalı, sonuncunun isə üç hecalı olduğunu söyləyir. "Divan"dakı 6-dan 15 hecayədək olan şeir parçalarını araşdıraraq aşağıdakı qənaətə gəlir: "Bu gün çox inkişaf edən on bir hecalıya heç bir nümunə yoxdur. Demək on bir vəzn bu zamanlarda hələ çox tətbiq edilməmişdir".

Araşdırıcı heca vəzninin ən geniş yayılmış forması olan on birliyin formalaşması zamanını aydınlaşdırmağa çalışır və türklərin batıya yürüşlərini, ərəb və fars ədəbiyyatı ilə yaxından tanış olmalarını və ondan bəhrələnmələrini göz önünə gətirərək yazır: "Türk ədəbiyyatı yalnız mövzu (motiv) etibarı ilə deyil, ümumi texniki etibarı ilə də ayrı və yabançı olan yeni bir ədəbiyyat qarşısında bulundu. Heca vəzni gərək xalqın müxtəlif sinifləri və gərək də əşirət aristokratı ədəbiyyatında yeganə vəzniykən ərəbin əruzu üzərində yeni bir şeir abidəsi yüksəlməyə başladı". Buna nümunə olaraq Yusif Has Acibin (Balasaqunlunun) 1069-1970-ci illərdə yazdığı 6500 beytli "Qudadqu bilik"i göstərir".

Ə.Abid əldə edə bildiyi nümunələr üzərində apardığı qarşılaşdırmadan aşağıdakı qənaətlərə gəlir:

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Azərbaycan türklərinin ədəbiyyatı tarixi»

Представляем Вашему вниманию похожие книги на «Azərbaycan türklərinin ədəbiyyatı tarixi» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Azərbaycan türklərinin ədəbiyyatı tarixi»

Обсуждение, отзывы о книге «Azərbaycan türklərinin ədəbiyyatı tarixi» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x