Эмин Абид Гюльтекин - Azərbaycan türklərinin ədəbiyyatı tarixi

Здесь есть возможность читать онлайн «Эмин Абид Гюльтекин - Azərbaycan türklərinin ədəbiyyatı tarixi» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: Историческая проза, Языкознание, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Azərbaycan türklərinin ədəbiyyatı tarixi: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Azərbaycan türklərinin ədəbiyyatı tarixi»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitaba 1938-ci ildə, 40 yaşı tamam olmamış güllələnmiş, repressiya qurbanı Əmin Abidin əsərləri daxil edilmişdir. Qorqudşünas, folkorçu, nəzəriyyəçi və ədəbiyyat tarixçisi alimin elmi əhəmiyyətini bu gün də qoruyub saxlayan, indiyədək çap olunmamış çoxcildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini, “Heca vəzninin tarixi”, “Türk xalq ədəbiyyatinda mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti”, "Kitab-i Dədə Qorqud"la bağlı məqalələrini, türkçənin təkamülü və folklorla bağlı digər araşdırmalarıını oxuyanlar müasirlərinin onun araşdırmalarını neçə mənimsəyərək öz adlarına çap etdirdiklərinin şahidi olacaqlar.

Azərbaycan türklərinin ədəbiyyatı tarixi — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Azərbaycan türklərinin ədəbiyyatı tarixi», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

"Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərini Əmin Abid aşağıdakı başlıq və yarımbaşlıqlara ayırıb: 1. Fehrist(1.Birinci söz, 2.Başlanğıc: Azərbaycan – azəri-oğuz təbirləri haqqında ümumi bir tədqiq, 3.Rusiya, Avropa, Türkiyə və Azərbaycan mətbuatında ədəbiyyatımıza aid yapılan tədqiqatlar haqqında təhlili biblioqrafiya), 2.Mədxəl(1. Azərbaycan və Qafqaz türklərinin mənşələrinə qısa bir baxış: ( a) Əski oğuz türklərinin yaşadığı yerlər, b) İqtisadi həyat, c) “Totem”çilik, d) hakim olan dinlər), 2. Əski oğuzlarda ədəbi həyat ( e) Ağız ədəbiyyatı, ə) Yazılı ədəbiyyat, f) Vəznli nəsr və heca vəzni, g) İlk heca vəznləri, ğ) Xalq şairləri), 3. Birinci parça (Əşirət dövrü) (1.Qafqaz və Azərbaycanda ədəbi həyatın başlanğıcı, 2.Yabançı ədəbiyyatların təsiri, 3.Xalq ədəbiyyatının əski dövrləri, 4.Çadır ədəbiyyatı: əşirət aristokrasisinin vücuda gətirdiyi ədəbiyyat, a) “Oğuznamə”: mövzusu və mahiyyəti, b) “Oğuz xan” mənqəbəsi, c) “Həzrət əl-risalət min kəlamət Oğuznamə əl-məşhur atalar sözü”, ç) Miladi XII əsrdə “Koroğlu” mənqəbəsi ), 4.İkinci parça (Əşirət dövrü ilə dərəbəylik dövrü arasındakı keçid zamanı )1.Azərbaycan və Qafqazın ərəblər tərəfindən istilası, 2. “Quran ədəbiyyatı”nın ədəbiyyatımıza təsirə başlaması, 3.İslamlaşmış “Oğuznamə”, 4.“Kitab-i Dədə Qorqud əla lisan taifeyi-Oğuzan”, a) Drezdendəki mətn və onun ətrafında yapılan tədqiqlərin mahiyyəti, b) “Qorqud”un şəxsiyyəti və Mavərayi-Xəzər türkləri, Başqırd-Oğuz türkləri və Anadolu – Azərbaycan türklərinin arasındakı mövqe və nüfuzu, c) Qorqud mənqəbələrinin bəhs etdiyi yerlər bizim indiki məmləkətlərimizlə ləhcəmizin yayıldığı sahələrdən ibarət olduğuna aid tədqiqlər, ç) Qorqudun əsəri haqqında ümumi təhlil: mündəricatı, dilcə mahiyyəti, bədii qiyməti, qeyri-islami hüviyyəti, NəticəƏlavə (mətnlər).

Başlıq və yarımbaşlıqlarını gözdən keçirdikdə Əmin Abidin folklora nə qədər önəm verdiyi açıq aydın görünür. Kitab “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” adlansa da, orada yazılı ədəbiyyat adına Orxan-Yensey abidələrindən və Kaşqarlı Mahmudun “Divan-i lüğət-i it Türk”ündən söz açılır. Demək olar ki, kitabın səksən faizi folklordan bəhs edib. Əlavə (mətnlər)bölməsində isə “Kitab-i Dədə Qorqud”un ön sözündən və boylarından parçalar verib. Araşdırıcının o dövrdə yazdıqları uzun illər Azərbaycan qordudşünaslığının təməl fikirləri olub.

O, “Kitab-i Dədə Qorqud”un dəyərini bildiyinə görə onunla bağlı araşdırmalar aparmaq, məqalələr yazmaqla kifayətlənməmiş, elmi ictimaiyyətin diqqətini mövzuya yönəltmək üçün 1927-ci ildən başlayaraq Bakı Darülfünunda, Bakı Pedaqoji Texnikumunda, Bakı Maarif Evi Ədəbiyyat Dərnəyində məruzələr etmiş, əsərini nəşr edilməsi, universitetlərdə tədri olunması üçün Ruhulla Axundovla vermişdir.

Bu qənaətdəyik ki, Əmin Abid “Kitab-i Dədə Qorqud”un Drezden nüsxəsinin Azərbaycanda ilk araşdırıcısı olmaqla yanaşı, həm də kitabı ilk dəfə Azərbaycana gətirən və onu nəşrə hazırlayan olmuşdur. "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"ndə "Dədə Qorqud" boylarından bir neçəsinin məzmunun verilməsi də bunu deməyə əsas verir. Lakin Ə.Abid "Kitab-i Dədə Qorqud"u nəşrə hazırlasa da, repressiya olunduğundan onun nəşrini görməmişdir.

Əmin Abidin "Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri" (Abid Əmin, 1930: sayı 4-5)adlı araşdırmasını heca vəzninin tarixinin öyrənilməsinin davamı hesab etmək olar. "Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin nəşrə hazırladığı "Bayatılar" kitabına "Ön söz" kimi nəzərdə tutulmuş bu araşdırmada Ə.Abid yalnız Azərbaycan bayatıları ilə kifayətlənmir, janrın inkişaf yolunu izləyir, Turfan, Altay, Özbək, Mişar, Kazan, Krım, Anadolu, Qaqauz, Dağıstan, İraq türkləri arasında geniş yayılmış heca vəznindəki 7 hecalı, 4 misralı beş min dördlüyü qarşılaşdırır, maraqlı elmi nəticələr ortaya qoyur. Öncə bu mövzuda yazan Hammerin, İqnat Kunoşun, V.V.Radlovun, M.F.Köprlüzadənin, Haşım Nahidin, Sədaddin Nizhət və Məhəmməd Fəridin, Ə.Züfərin və Q.Yunusun, M.A.Abbaszadənin, Firidun Köçərlinin, Y.Vəzirovun (Çəmənzəminli), Salman Mümtazın, İsmayıl Hikmətin fikirlərinə öz münasibətin bildirir. Həmin illərdə folklorşünaslığımızda belə geniş və elmi araşdırmaya az-az rast gəlinir. Adları çəkilən araşdırıcıların əsərlərinin sadalanması və qaynaqların göstərilməsi o dövr üçün folklorşünaslarımızı istiqamətləndirmək mahiyyəti daşıyırdı.

1928-ci ilin oktyabrında bitirdiyi araşdırmada Ə.Abid əsasən mətn üzərində işləyib. Yəni özü ciddi toplama işi ilə məşğul olmayıb. Yalnız hərdən tələbələrindən və tanışlarından topladığı bayatılardan da istifadə edib. Məqaləni aşağıdakı bölmələr üzrə araşdırıb:

I. Mədxəl

II. Bayatımı, manimi?

III. Başqa türk və tatar xalqlarının maniləri içində bayatının xüsusiyyətləri

IV. Bayatıların başqa nəzm şəkillərilə müqayisəsi

V. Bayatılarla əlaqədar olan xalq ənənələri

VI. Bayatılarda qadın yaradıcılığı

Ə.Abid yalnız bayatı, mani sözlərinin mənşəyini, janrın texnikasını öyrənməklə kifayətlənmir, tarixi keçmişimizə baş vurur, Orxan abidələrindəki 7 hecalı nəzm parçalarının bayatılarımızın inkişafında roluna nəzər salır. O, "Divan-i luğət-it-türk"ü, "Qudadqu biligi" və b. qaynaqları gözdən keçirərək yazır: "Qudadqu bilig" sahibi məsnəvi tərzində yazdığı əsərində "bu sözü dinlə, manidir", – dedikdən sonra maniyi məsnəvi şəkilində deyil, qitə şəkilində yazır, sonra təkrar məsnəviyə başlayır. Demək olar ki, "Qudadqu bilig" zamanında türklər arasında mani adında nəzm şəkli olmuşdu və bu manilər də yalnız tək qitə halında tənzim edilmişdir" (Abid Əmin, 1930:16, sayı 4-5).Bu kimi qaynaqlara dayanan araşdırıcı türklərin yaşadıqları mühtəlif bölgələrdə dördlüklərə ayrı-ayrı adlar verilməsini belə izah edir: "Bizim əldə etdiyimiz nəticəyə görə bayatı təbiri kimi öləng, çır, türkü, əşülə adları da mənaca şərqi demək olduğundan bunlar da digər türk xalqlarında maninin bəstəsinə verilmiş ad kimi sayılmalıdır" (Abid Əmin, 1930:13, sayı 4-5)..

Ə.Abid bir çox mülahizələrində nüfuzlu elm xadimlərinin fikirlərinə əsaslanır, onların xidmətlərini yüksək qiymətləndirərək yazır: "Hər halda mani növünün Orta Asiya xalqları arasında Altaya qədər geniş bir sahədə "Divan-i luğat-it-türk"ün yazılış tarixindən çox əvvəl yaşadığı haqqında Kovalski kimi bizdən çox daha səlahiyyətdar bir mütətəbbinin fikri ayrıca diqqət ediləcək bir nüktədir" (Abid Əmin, 1930:15, sayı 4-5).

Tuyuğun bir janr kimi formalaşmasında rübainin təsir fikrilə razılaşmayan Ə.Abidə görə tuyuğ janrının formalaşmasına mani-bayatı təsir etmişdir. Odur ki, "Divan-i luğat-it-türk"dəki yeddi hecalı mənzumələrin bayatılarımızla fərqli cəhətlərinin olmasını təbii sayır və oradakı qoşma mənasında işlədilən qoşuq sözünün bu gün bizim başa düşdüyümüz heca vəzinli bir şeir şəkli deyil, ümumiyyətlə şeir, qəsidə, rəcəz mənasında işlədildiyini göstərir.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Azərbaycan türklərinin ədəbiyyatı tarixi»

Представляем Вашему вниманию похожие книги на «Azərbaycan türklərinin ədəbiyyatı tarixi» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Azərbaycan türklərinin ədəbiyyatı tarixi»

Обсуждение, отзывы о книге «Azərbaycan türklərinin ədəbiyyatı tarixi» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x