Эмин Абид Гюльтекин - Azərbaycan türklərinin ədəbiyyatı tarixi

Здесь есть возможность читать онлайн «Эмин Абид Гюльтекин - Azərbaycan türklərinin ədəbiyyatı tarixi» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: Историческая проза, Языкознание, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Azərbaycan türklərinin ədəbiyyatı tarixi: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Azərbaycan türklərinin ədəbiyyatı tarixi»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitaba 1938-ci ildə, 40 yaşı tamam olmamış güllələnmiş, repressiya qurbanı Əmin Abidin əsərləri daxil edilmişdir. Qorqudşünas, folkorçu, nəzəriyyəçi və ədəbiyyat tarixçisi alimin elmi əhəmiyyətini bu gün də qoruyub saxlayan, indiyədək çap olunmamış çoxcildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini, “Heca vəzninin tarixi”, “Türk xalq ədəbiyyatinda mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti”, "Kitab-i Dədə Qorqud"la bağlı məqalələrini, türkçənin təkamülü və folklorla bağlı digər araşdırmalarıını oxuyanlar müasirlərinin onun araşdırmalarını neçə mənimsəyərək öz adlarına çap etdirdiklərinin şahidi olacaqlar.

Azərbaycan türklərinin ədəbiyyatı tarixi — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Azərbaycan türklərinin ədəbiyyatı tarixi», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

a) Xətainin şeirləri Azərbaycanda çoxdan unudulduğu halda daha çox ideoloji əhəmiyyət daşıdığından Türkiyədə "Təkyə dərgah"ları tərəfindən 1920-ci illərədək (yə'ni dərgahlar Atatürk hökuməti tərəfindən bağlananadək) yaşadılmışdır.

b) Xətai on bir hecalı şeirdən daha çox istifadə etmişdir.

c) Xətainin heca vəznində yazdığı şeirlər Yunis İmrə hecasının yanında sönük və ibtidaidir. Baxmayaraq ki, ondan əsrlərlə sonra yaşayıb.

ç) həyatı və şəxsiyyəti əfsanələrə qarışan Kərəmdən sonra heca vəzni Azərbaycanda sürətlə inkişaf edib.

Kərəmi "Şərqi oğuz türkcəsinin heca sahəsində yetişdirdiyi Füzulisi" hesab edən, onun sayəsində on bir hecalı şeirin ədəbiyyatımızda inkişaf etdiyini söyləyən Ə.Abid səhifənin ətək yazısında "Kərəm haqqında ayrıca araşdırma"sı olduğunu göstərir. Çox təəssüf ki, bu günədək həmin araşdırmanın izinə düşə bilməmişik.

Hecanın inkişafında Anadoluda yetişən Qaracaoğlan, Kuhi, Dərdli, Qul oğlu, Aşıq Əmrah kimi el şairlərinin xidmətlərini yüksək qiymətləndirən və onlardan nümunələr verən araşdırıcı xalq şeirinin III Sultan Əhməd sarayına Səlim tərəfindən zəif şəkildə daxil olduğunu Qafqaz və Azərbaycan xanları sarayında isə qüvvətli bir inkişafa nail olduğunu göstərir. Bunun da səbəbini M.P.Vaqif kimi sənətkarlarda görür. Ə.Abid yazır: "Bizim ədəbi sahəmizdə on bir hecanın 17-18 əsrlərdə çox məqbul olması, Xətai ilə başlayan, Kərəmlə şəxsiyyət qazanan hərəkətin nəticəsidir. Vaqifin hecası aşina olduğu klassik ədəbiyyat tərbiyəsi dolayısı ilə Xətai və Kərəmdən çox fərqli və pişkindir" (Abid Əmin, 1927:61, sayı 6-7).

Hətta Türkmən şairi Mahtumqulunun heca vəznində yazdığı şeirləri belə gözdən qaçırmayan, ona da elmi qiymət verməyə çalışan Ə.Abid Türkiyə ədəbiyyatındakı dəyişiklik haqqında yazır: "Namiq Kamal-Əbdülhəq Hamid məktəbi ilə "Sərvət-i Fünun" nəsri tərəfindən yaşadılan Avropaçılıq şeirin musiqisini və ümumi görünüşünü dəyişdiyi halda vəzn nöqteyi nəzərindən bir təsir yapmadı. Əski sarayın ənənəvi əruzu təmadi etdirildi". Ə.Abidə görə "Şair Məhəmməd Əminin zühurundan sonra öncə Türkiyədə, sonra bizdə heca vəzni işlədilməyə başlandı. Bu dəfə Oğuz şeirindəki heca əski ədəbiyyatımızın təkamülü nəticəsində təsir altında bulunmaqla bərabər şair Məhəmməd Əminin hecasının tətbiqi deməkdir”. (Abid Əmin, 1927: 61, sayı 6-7).

Araşdırıcının folklorumuzla bağlı ikinci məqaləsi 1929-cu ildə Tbilisidəki “Dan yıldızı” jurnalında "Türk el ədəbiyyatına elmi bir baxış. "Oğuznamə" (Abid Əmin, 1929: sayı 5(29), səh. 30-32, sayı 8(32), səh.28-29)adıyla nəşr edilmişdir. Bu Azərbaycanda “Kitab-i Dədə Qorqud”la bağlı ilk sanballı araşdırmadır. Əmin Abid ondan iki il öncə də başqa bir məqaləsində “Kitab-i Dədə Qorqud” haqqında yazmışdı: “Dədə Qorqud kitabının bu nüsxəsinin (Drezden nüsxəsi nəzərdə tutulur-B.Ə., Ə.Ş.) hər nə qədər müsəlmanlığın oğuzlar tərəfindən qəbulundan sonra köçürüldüyü məlum olsa da, fəqət mündəricatı istər mövzu, istər yazı üslubu etibarilə olsun tamamən vəznli nəsr dövrünün xarakterini göstərir”.

Məqalədə diqqət çəkən bir qeyd var: "Azərbaycanlıların feodalizm dövründən əvvəl malik olduqları xalq ədəbiyyatı naminə tapa bildiyimiz ən əski əsər "Oğuznamə"dir. "Oğuznamə" indiki vəziyyətinə görə Azərbaycan ədəbiyyatının ilk əsəri deməkdir". Bu fikri üzərinə işarə qoyan müəllif həmin səhifənin altında yazır: "Son günlər çapdan çıxan "Ədəbiyyatdan iş kitabı" adlı dərs kitabında mənim ilk dəfə olaraq irəli sürdüyüm bu fikri eynilə kopya edilmiş və məndən alındığına aid heç bir işarə qoyulmamışdır. Halbuki bu fikri 27-ci ildə Bakı Darülfünunda verdiyim məruzədə irəli sürdüyüm kimi, yenə də eyni sənədə Bakı Pedaqoji Texnikumunda və 28-ci sənənin başlanğıcında Bakı Maarif Evi Ədəbiyyat Dərnəyində "Azərbaycan ədəbiyyatının başlanğıcı" mövzusunda verdiyim məruzədə təkrarlamışdım. Bundan başqa 1927-ci ildə Ruhulla Axundov yoldaşa təslim etdiyim "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" adlı əsərimdə uzun-uzadı izah edilmişdir". (Abid Əmin, 1929:30 sayı 5(29).

Hənəfi Zeynallı, Abdulla Şaiq və Atababa Musaxanlının 1928-ci ildə nəşr etdirdiyi “Ədəbiyyatdan iş kitabi”nda “Kitab-i Dədə Qorqud”dan bəhs edilməsi onu göstərir ki, dastanı öyrənməyə Azərbaycan araşdırıcılarının marağı varmış. A. Musaxanlı yazır: “Hekayədə (“Kitab-i Dədə Qorqud nəzərdə tutulur” – B.Ə., Ə. Ş.) təsvir edilən məhəllə Şərqi Anadolunu və Azərbaycanın cənub-qərb mənzərə və məhəllələrini xatırlatmaqdadır. Əski Oğuzların timsalı olan bu əsər lisan şivəsi etibarilə azəricəyə pək yaxındır. Tarixi və ədəbi qiyməti qayət böyük olan bu əsərin lisani xüsusiyyəti çox az tədqiq edilmiş, leksikona (lüğətə) və tərkibə (cümlə quruluşuna) aid lisani nöqtələri nəzərə alınarsa, bunun azəricə olması ehtimalı artmış olur. “Kitab-i Dədə Qorqud” lisan və mündəricəsi ilə ilk azəri əsəridir demək caizdir” (Zeynalli H., Şaiq A., Musaxanli A., 1928).

Atababa Musaxanlının iki səhifəlik “Qərb türkcəsi və “Kitab-i Dədə Qorqud” məqaləsini diqqətlə nəzərdən keçirdikdə bu gənaətə gəldik ki, dastanla yaxından tanış olan hər bir azərbaycanlı belə fikri söyləyə bilər. Qeyddən açıq-aydın görünür ki, Ə.Abid Azərbaycanda “Kitab-i Dədə Qorqud”un ilk araşdırıcısı olduğunun xatırladılmasını istəyir.

Əmin Abidin qeydi sual doğurur: nədən kitabı Ruhulla Axundova vermişdir?

Buna aydınlıq gətirməyə ehtiyac var; məlumdur ki, Ruhulla Axundov 1927-ci ilin yanvarında Azərbaycan Dövlət Nəşriyyatına direktor təyin edilmişdi. O, həmin vaxt "Maarif və mədəniyyət" jurnalına da redaktorluq edirdi. Üç ay sonra isə, yəni 1927-ci ilin martın 27-də isə onu Azərbaycan Xalq Maarif Komissarı təyin edirlər. Ruhulla Axundov nəşriyyat direktoru olanda da, nazir işləyəndə də “Azərbaycan türklərinin ədəbiyyat tarixi” kitabını çap etdirmək imkanı vardı. Bizə görə Əmin Abid əsərini Ruhulla Axundova nazir vəzifəsinə təyin edildikdən sonra verib. Əli Şahbazov da “Yeni fikir” qəzetindəki məqaləsində Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini nazirliyə verəcəyini və “təqdir medaliyası alacağını” yazırdı. “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini Ruhulla Axundovla bağlı arxivlərdə tapa bilmədik.

ADMƏİ arxivinin 170-ci fondundakı (Əmin Abidin əsərləri və onunla bağlı sənədlərin çoxu bu fanddadır-Ə.Ş.) "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"ni diqqətlə incələdikdə bu qənaətə gəldik ki, Ruhulla Axundova verilən həmin əsərin surətidir.

A-5 formatlı kağıza, qara mürəkkəblə və səliqəli xəttlə yazılmış "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" 316 səhifədir. Oradakı “Birinci söz”ün sonunda “İstanbul 1922–Bakı 1927. Əmin Abid” yazılıb. Əlyazmanın böyük bir qismi “Kitab-i Dədə Qorqud”dan bəhs edir.

Adətən çoxcildlik əsərlərin ön sözündə kitabın neçə cilddən olacağından, tərtib prinsiplərindən söz açılır. Nədənsə, Əmin Abid bu ənənəyə sadiq qalmayıb. Bir az da ideoloji yöndə olan “Birinci söz”də ədəbiyyat tariximizə dair materialların az olduğundan, bu yöndə geniş araşdırmalar aparılmadığından gileylənib. Azərbaycan türkcəsində danışanların geniş bir əraziyə yayıldıqlarından onların yaratdıqları ədəbi məhsulların toplanmasının çətinliyindən söz açan araşdırıcı səmimi etiraf edir ki, "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərini yazarkən əldə edə bildiyi mətnlərə və qaynaqlara dayanıb.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Azərbaycan türklərinin ədəbiyyatı tarixi»

Представляем Вашему вниманию похожие книги на «Azərbaycan türklərinin ədəbiyyatı tarixi» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Azərbaycan türklərinin ədəbiyyatı tarixi»

Обсуждение, отзывы о книге «Azərbaycan türklərinin ədəbiyyatı tarixi» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x