Эмин Абид Гюльтекин - Azərbaycan türklərinin ədəbiyyatı tarixi

Здесь есть возможность читать онлайн «Эмин Абид Гюльтекин - Azərbaycan türklərinin ədəbiyyatı tarixi» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: Историческая проза, Языкознание, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Azərbaycan türklərinin ədəbiyyatı tarixi: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Azərbaycan türklərinin ədəbiyyatı tarixi»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitaba 1938-ci ildə, 40 yaşı tamam olmamış güllələnmiş, repressiya qurbanı Əmin Abidin əsərləri daxil edilmişdir. Qorqudşünas, folkorçu, nəzəriyyəçi və ədəbiyyat tarixçisi alimin elmi əhəmiyyətini bu gün də qoruyub saxlayan, indiyədək çap olunmamış çoxcildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini, “Heca vəzninin tarixi”, “Türk xalq ədəbiyyatinda mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti”, "Kitab-i Dədə Qorqud"la bağlı məqalələrini, türkçənin təkamülü və folklorla bağlı digər araşdırmalarıını oxuyanlar müasirlərinin onun araşdırmalarını neçə mənimsəyərək öz adlarına çap etdirdiklərinin şahidi olacaqlar.

Azərbaycan türklərinin ədəbiyyatı tarixi — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Azərbaycan türklərinin ədəbiyyatı tarixi», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Qaynaqlardan aldığı nümunələri yalnız formalarına, hecasının sayına görə deyil, daxili qurluşuna görə də qarşılaşdırır. Bu qənaətə gəlir ki, Xoca Əhməd Yəsəvinin "Divan-i hikmət"indəki yeddi hecalı şeirlərdə misralar 3-4 durğusu ilə verildiyinə görə "Divan-i luğat-it-türk"dəki şeir parçalarına daha yaxındır.

Şeirin daxili qurluşuna da çox önəm verən Ə.Abid folklorşünaslığımızda ilk dəfə olaraq bu məsələni qoyurdu. Onun araşdırmasının ən geniş və həcimcə böyük bölməsi də məhz buna həsr edilib. Bayatı və manilərdə misraların 6 və 7 hecalı olmasını eləcə də qafiyə, rədif, cinas və ahəng məsələsini diqqətlə öyrənib. T.Kovalskinin maniləri vəzn və ahəngə görə üç qrupa ayırması ilə razılaşmayıb.

Bir-birilə qafiyələnən misralardakı durğuların bölgüsünə 14, sərbəst misra adlanan, yəni qafiyələnməyən üçüncü misranın durğularının bölgüsünə 24 nümunə verib. Misralarda durğuların çoxluğunu poetik qüdrət, musiqililik kimi qiymətləndirib, Azərbaycan bayatılarının daha zənginliyi qənaətinə gəlib.

Ömrünü ümumtürk ədəbiyyatının araşdırılmasına həsr etmiş Ə.Abidin müəllimi M.F.Köprülüzadə ilə mübahisəyə girməsi "Azərbaycan bayatılarında 9 növ cinasa rast gəlinirsə, türk manilərində çinas çox azdır yazması” məhəlliçilik təsiri bağışlayır. Onun bu fikrini qəti hökm kimi qəbul etmək çətindir. Çünki 20-ci illərdə istər Azərbaycanda, istərsə də başqa türk ölkələrində manilər, bayatılar, çırlar və b. hələ geniş toplanıb nəşr edilməmişdir. Əlaqələrimizin genişləndiyi, kitablar və başqa qaynaqları əldə etməyin asanlaşdığı bir dövrdə problemə yenidən qayıtmaq, Ə.Abidin başladığı işi davam etdirmək bu gün də qarşıda duran problemlərdəndir.

Şeirimizdə vəzn, ritm və s. məsələlərlə dərindən məşğul olan prof. Məhəmməd Əliyev bu sahədə Ə.Abidin xidmətlərini qiymətləndirərək yazır: "Ə.Abid demək olar ki, hecanın əksər şəkillərinin elmi təsnifini vermiş… Ədəbiyyatşünaslıqda yeni poetik forma məsələləri əksəriyyəti düşündürdüyü vaxt Ə.Abidin hecayi şeir tariximizin öyrənilməsi sahəsində atdığı ilk addım şeir tariximizin, onun poetik-texniki vasitələrin tarixilik baxımından tarixi-müqayisəli metod əsasında öyrənilməsinə çox qiymətli bir çağırış idi" (Əliyev Məhəmməd, 1983:80-81)

Əslində Ə.Abidin bu məqalələri xalqı öz kökündən ayırmaq istəyənlərə, kosmopolitlərə, "sosialist mədəniyyəti" adı altında ruslaşdırma siyasəti yeridənlərə qarşı aparılan intellektual mübarizənin tərkib hissəsi idi. Dövrün ideoloji burulğanına düşərək köhnə, "nəzmi sifətləri"ni sufi şeiri, "iylənmiş, qoxulanmış", "ibtidai", "qeyri-mədəni" hesab edən kommunist M.Quliyevlərə, Ə.Nazimlərə, A.Şəfilərə, M.Rəfililərə və b. təsir göstərə bilmək üçün belə dərin məzmunlu araşdırmaları ortaya qoymağın özü bir qəhrəmanlıq idi. Çünki həmin dövrdə rəsmi mövqe, mətbuat "biz üzümüzü Füzulilərə, Nəsimilərə, Vaqiflərə, Mirzə Fətəlilərə, Hüseyn Cavidlərə deyil, Verxarnlara, Uitmenlərə, Jül Vernlərə, Mayakovskilərə və bütün dünya klassiklərinə çeviririk" (Gülən Adam, 1929)əhval-ruhiyyəsindəydi.

Millətsevərliyinə, vətənpərvərliyinə görə təqib edilən, işdən çıxarılan Ə.Abid həmin dövrdə mətbuatda da tənqid hədəfinə çevrilmişdi. Onu marksist metodlarına yiyələnməməkdə, pantürkizmdə qınayırdılar (Nazim Əli, 1929:59-62 sayı 3-4).Ə.Abid də dövrünün adamı idi, mühit ona da öz təsirini göstərirdi. Hadisələrə marksizim-leninizm metodları ilə yanaşanda, tarixə sinfi mübarizə baxımından qiymət verəndə yanlışlığa yol verirdi. O yerdə ki, ideoloji məsələni ön plana çəkməyə çalışırdı, onda elmi və məntiq üzərinə kölgə düşürdü. Onu nəinki 20-30-cu illərdə, hətta 80-cı illərdə "marksizm materialist konsepsiyası ilə tanış" olmaqda təqsirləndiriblər. Hər şeyə-ədəbiyyata, mədəniyyətə, hətta danışıq dilinə belə sinfilik baxımından yanaşıldığı bir vaxtda Ə.Abid yazırdı: "Atalar sözü, bilməcə, nağıl, mahni kimi ədəbi növlər də işçi xalq sinfinin iqtisadi bədii zövqünə aid ünsürləri əhatə edən məhsullar olduğu kimi, əşirət rəislərinin, xan və bəylərin, ümumiyyətlə əşirət aristokratiyasının həyatına, qəhrəmanlıq müharibələrinə aid mədhnamələr də az deyil" yazırdı.

Azərbaycan türkcəsinin Xorasan, Dərbənd, Kərkük, Doğu Anadolu və Güney Qafqazda yayıldığını söyləyən Ə.Abidin əsasən 7 hecalı 4 misralı şeir şəklinin türk xalqları yaşayan bütün bölgələrində yayıldığını, eyni kökdən şaxələndiyini sübut edir.

Azərbaycan mətbuatında İraq türkmanlarının xoyratları haqqında ilk bilgi verən də Ə.Abid olmuşdur. Dövrün ictimai-siyasi vəziyyəti bu mövzunun aktuallaşmasına imkan verməmişdir. 1960-cı illərin sonlarında professor Rüstəm Əliyevin radio və televizyadakı çıxışları, Rəsul Rzanın, professor Qəzənfər Paşayevin məqalələri, xüsusən ikinci müəllifin ardıcıl fəaliyyəti İraq türkmanlarına diqqəti artırmışdır. Bayatılarımızdakı quş, heyvan, çiçək, meyvə, çay, dağ, göl adlarını da diqqətdən qaçırmayan araşdırıcı bu qənaətə gəlir: "Azərbaycanın əski ozanları ilə yeni el şairləri tərəfindən yaradılan bayatılar-bunları yaradan şəxsiyyətlərdəki mədəni səviyyənin ibtidailigi nəzərə alınınca yüksək dərəcədə şairanə bir qiymətə malik olan qismətləri də az deyildir" (Abid Əmin, 1930: 36, sayı 4-5)

Azərbaycan Qorqudşünasları Əmin Abidin ən çox “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr" (Abid Əmin, 1930:48-52) sayı 3(8)məqaləsindən istifadə ediblər. Lakin dövrün təzyiqlərindən ehtiyatlanan ədəbiyyatşünaslar yararlandıqları mənbəni göstərməkdən ehtiyatlanıblar.

Əmin Abid “Kitab-i Dədə Qorqud”dakı “Baybörənin oğlu Bamsı Beyrək boyu” və “Basat Təpəgözü öldürdiyi boyu” Dəvədarinin “Dərril-tican”dakı “Təpəgöz” hekayəsilə qarşılaşdırılır, hər iki boyun “Təpəgöz” hekayəsinin əsasında yarandığını söyləyir. Bu paralellərə uyan araşdırıcı Dəvadərinin ərəbcəsini gördüyü “Oğuznamə”nin V-VI əsrdə yazıya köçürüldüyü fikrini irəli sürür.

Araçdırıcıya görə “Kitab-i Dədə Qorqud” eposunun adı əvəzində yazılmış “Kitab-i Dədəm Qorqud əla-lisan tayifeyi- Oğuzan” (Oğuz türklərinin dilində Dədəm Qorqudun kitabı) cümləsi “Oğuznamə”nin şərqdə, istər yazılı, istərsə də şifahi şəkildə yalnız oğuzlar arasında deyil, ərəblər, farslar və başqa xalqlar arasında da geniş yayılmasından xəbər verir. “Kitab-i Dədə Qorqud”u köçürən katib bu eposun müxtəlif dillərdə tərcüməsi ilə tanış olduğu üçün oxucu çaşmasın deyə əsərin üzərində “Oğuz türklərinin dilində Dədəm Qorqudun kitabı” sözlərini yazmışdır.

“Kitab-i Dədə Qorqud”un azərbaycanlı araşdırıcılarının əksəriyyəti dastanın Azərbaycanla bağlılığını sübuta çalışarkən böyük rus şərqşünası, akademik V.V.Bartoldun 1930-cu ildə dərc etdirdiyi “Türk eposu və Qafqaz” məqaləsindəki “Qorqud adı ilə bağlı olan epik silkin Qafqaz mühitindən kənarda yaranmış olduğunu təsəvvür etmək çətindir” cümləsinə istinad edirlər. Halbuki Ə.Abid 1928-1929-cu illərdə yayınladığı məqalələrində yazırdı: “Qorqud kitabındakı mənkəbələrin cərəyan etdiyi coğrafi yerlər də əski Azərbaycan sahəsinin dəxi tamamilə daxil olduğu göstərilməkdədir. Masalların içində zikr olunan və zəmanəmizcə məlum olan yerləri başdan ayağa qədər gözdən keçirəlim. Mardin qalası, Bayburt hisarı, Ağ hisar, Ağbaza, Gürcüstan ağzı, Göyçə dənizi, Gəncə, Dəmirqapı, Qara Dərbənd, yaxud Darvand… Bu yerləri xəritə üzərində bir-birinə bağlasaq bu nəticəni əldə edərik: İndi Şərqi Anadolu adlanan, əski Ermənistan və Qara dənizdən Dərbənd şəhərinə qədər uzanan bir sahə… Cənubi Qafqaz da buraya daxildir. Bir də hər nə qədər ad zikr olunmuşdusa da vaqələrin gedişindən Şimali İranın da bu sahənin cənub ətəyini təşkil etdiyini təxmin edəriz. Məsələn, Dərbənd və Gürcüstana kafirləri çapıb yağma etməyə gedərkən axar sulardan keçildiyindən bəhs edilir ki, heç şübhəsiz bunlar Kür və Araz nəhirləri ilə qollarıdır”.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Azərbaycan türklərinin ədəbiyyatı tarixi»

Представляем Вашему вниманию похожие книги на «Azərbaycan türklərinin ədəbiyyatı tarixi» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Azərbaycan türklərinin ədəbiyyatı tarixi»

Обсуждение, отзывы о книге «Azərbaycan türklərinin ədəbiyyatı tarixi» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x