Yalçın İslamzadə - Göydən yerə

Здесь есть возможность читать онлайн «Yalçın İslamzadə - Göydən yerə» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Göydən yerə: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Göydən yerə»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Azərbaycanda 100 il əvvəl ciddi maarifçilik fəaliyyəti olub, fədakarlıq ediblər, təhqir olunublar, mətbuat, teatr, akademik musiqi yaradıblar, bu gün də eyni proses gedir, amma dəyişikliyin olmamasından şikayətlənirik. Deməli insan xarakterini dəyişmək üçün bunlar bəs etmir. İnsanın dağıdıcı, kortəbii, xurafata meyilli şüuraltı güclərini ancaq normal sosial institutlar vasitəsiylə dəyişə bilərik. Bu gücü qurucu-yaradıcı fəaliyyətə istiqamətləndirməklə. Uşaq bağçasından başlayıb, universitetlərə qədər. Bunun üçün də Qərbin ortaya qoyduğu proqramlar və prinsiplər var, onları öyrənib tətbiq etmək lazımdır. İnsan təbiətən tərəqqi tərəfdarı deyil, əksinə mühafizəkardır. Tərəqqi üçün stimul yaratmaq lazımdır.
“Göydən Yerə” kitabında müəllifin müxtəlif illərdə yazmış olduğu 14 məqalə və 3 tərcümə yer alıb. Müstəqillik illərində elmin populyarlaşdırılması mövzusunda yazılmış nadir bir əsər olması etibarilə, oxucular yalçın bəyin timsalında yeni tip Azərbaycan ziyalısıyla tanış olacaqlar.

Göydən yerə — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Göydən yerə», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

картинка 1

ALATORAN

1

2

Yalçın İslamzadə

GÖYDƏN YERƏ

3

4

Yalçın İslamzadə

GÖYDƏN YERƏ

Redaktor:

R.Qaraca

Kompüter dizaynı:

Yaşar Şahlaroğlu

ISBN: 978-9952-8060-1-4

170 səh. Qiyməti 5 manat. Çap tarixi: 24.02.14.

Format: 14x20

© Alatoran 2013

5

6

İçindəkilər

Məqalələr

 Tanrısız din-Buddizm

 Ulduz falı

 Uçan ələm və qeyri-səlis dini məntiq

 Afina kitab bazarı

 Göydən yerə

 Tanrı hissəciyi

 Gerontokratiya və Maslov piramidası

 Doğrunun meyarı

 Ramiz Rövşən-67

 Halal siyasətin sonu

 Mason müəllim

7

 Tənqidə söyüş qoymaq

 Müsahibə

 Buddadan aforizmlər

Tərcümələr

 İ. Kant

“Aydınlanma nədir?” sualına cavab

 E. Fromm İnsan əşya deyil

 S. Grof

2012: Dünyanın sonu yoxsa şüurlarda

inqilab?

8

MƏQALƏLƏR

Tanrısız din – Buddizm

2500 il əvvəl indiki Nepalda Sakyalar kralının oğlu olaraq doğulanda ona “Siddarta” (bütün arzuları reallaşan) adı verildi. Ancaq o, arzularından imtina edərək “Budda” (oyanmış) kimi ölməyi seçdi və tanrısız bir “din”-in qurucusu oldu.

Atası oğlunu gələcək kral kimi görürdü və bunun üçün heç bir maneə yox idi. Lakin gördüyü yaşlı, xəstə, ölü və

dərviş ona öz sonunu görməyə kömək etdi. Bu cür sonluğu qəbul etmədiyi üçün doğum və ölüm zəncirindən qurtulmanın yollarını axtarmaq məqsədiylə

və zəiflik göstərib sarayı tərk edə bilməyəcəyi 9

qorxusuyla həmin gecə anadan olan oğlunu görmədən gecəykən saraydan qaçır.

Sadəcə öz daxili aləmlərinə apelyasiya edən din qurucularından fərqli olaraq Buddanın axtarışlarına empirik yanaşma hakim idi. Dövrünün ən məşhur qurularının (müdriklərinin) yanında aylarla qaldı, təlimləri öyrəndi. O zamankı Hindistan meşələri istər ənənəvi Upanişadlar təlimini, istərsə də qeyri-ənənəvi digər təlimləri yayan qurularla dolu idi. Müəllimlərin öyrətdiklərini tam qavramamalarına, sofistlər kimi mübahisənin və ritorikanın estetikasına əsir olmalarına heyrət edir. Bu təlimlərin heç biri ilə qane olmur, bədənə

əziyyət, oruc və zahidlik, müxtəlif quruların təlimləri ona kömək etmir, yola təkbaşına davam etmək qərarına gəlir. Uzun müddət tək qalır, çox düşünür, sonda dərin meditasiyadan sonra birdən-birə özünü aydınlığa çıxmış

sayır.

Xeyli tərəddüddən sonra insanlar arasına qayıdıb öz təlimini-dharmanı yaymağa başlayır. İlk çıxışı “Alov”

vəzidir. Bu çıxışda brahmanizmin mərkəzi simvollarından olan atəşdən istifadə edərək bu təlimi tənqid edir, öz təliminin əsaslarını açıqlayır. Ondan hazır 10

davranış və inanc reseptləri gözləyənlər fərqli yanaşmanın şahidi olurlar. Buddanın təliminə görə

həqiqəti hər bir insan yaşayaraq və axtararaq özü tapmalıdır. Hazır həqiqətlər yoxdur. İnsanlar üçün eyni olan iki doğru var: insanlar arzu etməyin və arzuların ümumiyyətlə, yaxud istənilən şəkildə reallaşmamağının, yeni arzular doğuran insan təbiətinin əsiridirlər, arzuları ucbatından əzab çəkirlər. İnsan arzularının əsiri olduqca mahiyyətə dair mütləq həqiqəti tapa bilməz, olduğu kimi deyil, istədiyi kimi görər. Hötenin “Göz bildiyini görər”

təsbiti Buddada “Göz arzuladığını görər” şəklindədir.

Ancaq dərin qavrayış və daim özünün davranış və

düşüncələrinin fərqində olmaqla düşüncəni hisslərin hökmranlığından azad etmək mümkündür, Budda bunun metodologiyasını da öyrədir.

Dörd həqiqət (iztirabın varlığı, onun səbəbi, iztirabdan qurtulmağın mümkünlüyü və bunun mexanizmi), buddist düşüncəyə aparan səkkiz pilləli yol, orta yol metodu, meditasiya, eqonun, səbəb-nəticə əlaqələrinin, səbəblərin kollektivliyinin başa düşülməsi, sabit və

sonsuz olana qarşı dəyişən və sonlu olanın vurğulanması, karma və reenkarnasiya Budda fəlsəfəsinin mərkəzi anlayışlarındandır.

11

Bunlar həqiqətə gedən yolda vasitələrdir, ancaq həqiqətin özü deyil:

“Barmaq ayı göstərmək üçündür, ayı görmək istəyən barmağa ilişib qalmasın” və “Mənim təlimim çayı keçmək üçündür, çayı keçəndən sonra onu özünüzlə

daşımayın”. Bu tövsiyyəyə sadiq qalan bir Zen buddizmi müəllimi, şagirdlərinə Buddanın adını çəkənin döyüləcəyini deyirmiş. Məqsəd, Buddanın avtoritetə, pərəstiş ediləcək şəxsiyyətə çevrilməsinin qarşısını almaq idi. Herman Hessenin “Siddharta” romanında təsvir etdiyi kimi məqsəd Dharmada və Buddanın şəxsiyyətində ilişib qalmaq deyil, bunlar sadəcə

vasitələrdir.

Budda həmçinin yaranış, ruh, sonsuzluq, ölümdən sonrakı həyat kimi metafizik mövzulara maraq göstərmir, “Bunları bilmək mümkün deyil, mümkün olsa belə, insanın halını yaxşılaşdırmır”. Bu mövzularda Budda prinsipial olaraq aqnostikdir. Bir buddist üçün ciddi əməl etməli olduğu qadağalar da qoyulur, məsələn, buddist heç bir canlıya zərər verməməli (ahimsa) və

verilməyəni almamalıdır.

12

İkinci ümumi həqiqət budur ki, Budda özünü digər insanlardan ayırmır, bütün insanlarda Budda-“oyanma”

potensialı var, Buddanın oyanmış olmağın xaricində

xüsusi üstünlüyü yoxdur, müqəddəs deyil. O, sarayı və

mənsub olduğu kşatriya kastanı tərk etməklə

təcrübənin, spontan həyatın bilgi qaynağı olduğunu bir nümunə kimi ortaya qoyur. Budda oyana bilməsini seçilmiş olmasına deyil, özünün seçdiyi yola bağlayır.

Bütün bilgilərinin təcrübədən gəldiyini həmişə

vurğulayır: “Təlimim təcrübələrimdən yarandı”.

Məktəbinə qadınlar və toxunulmazlar sinifindən olanlar da daxil olmaqla hər kəsi qəbul edir, bu praktika o dövrdə bir ilk idi. Elitar dil olan sanskritcə deyil, xalqın anladığı Pali dilində danışır. Din tarixçisi Karen Armstronqa görə, ilk dəfə hansısa qrupa deyil bütün insanlara xitab edən bir müəllim ortaya çıxır. Təriqətə

üzv olanlar və gündəlik işlərini tərk etməyən, ancaq buddizmə simpatiya bəsləyənlər üçün iki fərqli məktəb-kurs yaradır. Özünü heç kimdən üstün tutmur, fərqləndirmir. Oğlunun təriqətdə olmasından başqa buddist mətnlərdə adına rast gəlinmir. O zaman hakim olan brahmanizmin və kast sisteminin fəlsəfəsini və

rituallarını rədd edir.

13

Onun təlimi getdikcə daha çox yayılırdı, brahmanizmə

və Upanişadlar ənənəsinə, hind rituallığına və

formalizminə qarşı çıxdığı üçün bir neçə sui-qəsdlə

üzləşir.

Ölmək ərəfəsində təriqətə başçı təyin etməsini istəyirlər,

“ Təriqət onu kimin idarə edəcəyinə özü qərar versin”

deyir. Ölərkən rahiblərinə verdiyi son məsləhəti:

– Təşkil olunmuş hər şey dağılır. Özünüz özünüzə işıq olun. Ağlınızı, təcrübənizi işə salın. “Ənənələr, kitablar, böyüklərimiz belə söyləyir” deyərək düşünmədən addım atmayın. Durmayın, qurtulmağa çalışın-olur.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Göydən yerə»

Представляем Вашему вниманию похожие книги на «Göydən yerə» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Göydən yerə»

Обсуждение, отзывы о книге «Göydən yerə» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x