Buddizmi din kimi qəbul etmək çətindir. Çünki nə
ənənəvi dini struktur, nə də belə bir dinin möhtəvası buddizmdə yoxdur. Süpergüc, onun seçdiyi xüsusi təmsilçi, məlumatların onun vasitəsilə göndərilməsi, insanların bu təmsilçi ilə bağlı inançları və ritualları ənənəvi dinlərin sadə formuludur. Ənənəvi dinlərdə
sorğu-sual yaxşı qarşılanmır və fərd təqdim olunan hazır modeli qəbul etdiyi üçün mömindir. Budda insana əsassız ümid vermir, ondan düşünməyi tələb edir.
14
Mərasimlərə, özəl günlərə əhəmiyyət vermir, dua ilə
nəsə qazanmağın mümkün olduğunu vurğulamır. Buna görə də sonradan Uzaq Şərqə yayılanda dəyişikliklərə
uğradı və Buddaya insanüstü xüsusiyyətlər yaraşdırıldı.
İnsanlar özünü onlarla bir tutan insanın dediyinə əməl etmirlər. Buddanı guya uclatmaq məqsədiylə onun doğumu və ölümü, eləcə də şəxsiyyəti haqda əcaib rəvayətlər uydurdular. Halbuki buddizmin əsas qaynağı olan Pali kanonlarında hər şey olduğu kimi təsvir olunmuşdu.
Buddizm sürətlə ətraf coğrafiyaya yayıldı, yayıldığı ölkələrin mədəniyyətini dəyişdirdi, xüsusiylə Çində və
Yaponiyada Zen buddizmi ciddi uğur qazandı, samuray estetikasının və düşüncəsinin təməlini təşkil etdi.
“Öldürmə” əmrini qulaqardına vuran samuraylar daha gözəl öldürmək üçün buddist estetikadan və ölümü təbii qəbuldan faydalandılar. İmperator Aşoka Hindistanda buddizm ənənələrinə sadiq qalaraq güc tətbiq etmədən buddist imperiyası qurdu və yaxın coğrafiyanı qan tökmədən buddistləşdirdi.
Əsrlər keçdikcə xristianlığa, neoplatonist fəlsəfəyə və
insanlara ciddi təsir göstərdi. Şopenhaur, Nils Bor, Marri 15
Gelman, Stiv Cobs bu buddizmdən təsirləndilər. Herman Hesse onun haqqında “Siddharta” adlı gözəl bir roman yazdı. İqtisadçı Ernst Şumaxer “buddist iqtisadiyyat”
fikrini ortaya atdı və “Kiçik gözəldir” adlı əsərində
bunun əsas tezislərini qələmə aldı. Böyük Eynşteyn buddizmi gələcəkdə insanlarının ehtiyac hiss edəcəyi bir din kimi xarakterizə etdi: “Gələcəyin dini kosmik din olacaq. Bu din, Tanrının şəxsiyyət kimi təsəvvür edilməməsinə nail olmalı, doqma və teologiyalardan uzaq durmalıdır. Təbiəti və ruhu qavramaqla varlığın-təbii və mənəvi- vəhdətini anlamaqdan yaranan dini hisslərə əsaslanmalıdır. Bu kriteriyaya buddizm cavab verir”.
Enşteyn, təbliğatçısı reklam sənayesi olan müasir istehlakçı dininin indiki dünyanı təbii və mənəvi krizisin astanasına gətirdiyini görsəydi, şübhəsiz qənaəti daha da möhkəmlənərdi.
16
Ulduz falı
Ölkəmizdə ulduz falı ilə bir professional olaraq məşğul olan xeyli insan və onların çoxsaylı müştəriləri var, ulduz falı qəzetləri və kitabçaları çap olunur, gündəlik, aylıq və rüblük ulduz falları yayınlanır, avtonom ulduz falı mətbuatı formalaşır. Bir çox insan qəzetlərin təkcə
son səhifəsinə, sadəcə ulduz falı oxumaq üçün baxır, qəzetlər ulduz falından istifadə edib insanlara xəbər oxutmağa çalışırlar.
Fransız bir astroloq, astrologiyanın dəqiqliyini yoxlamaq məqsədiylə verdiyi ünvana anadan olduğu yeri və tarixi göndərənlərin bürclərinə görə pulsuz xarakter təhlillərini edəcəyini bildirən elan verir. Ona yazan 150 nəfərin hər birinə eyni “bürcə görə xarakter təhlilini” və təhlilin nə qədər doğru olduğunu bildirmələri üçün bir anket göndərir. Respondentlərin 94%-i analizin onları müxtəlif dərəcələrdə xarakterizə
etdiyini bildirirlər. Əslində bu təhlil qatil Dr. Petiotun xarakter təhlilidir. Bir ulduz falçısı müştəriləri ilə
görüşmədiyi halda bu qədər irəli gedə bilirsə, detallara 17
diqqət edə bilən təcrübəli bir falçının müştərilərini hansı dərəcəyə qədər təsiri altına alacağını düşününmək çətin deyil.
Aşağıda “hazır profil” deyilən və hərkəsin özünə
asanlıqla aid edə biləcəyi, ulduz falı mətbuatında rast gəlinən “ bürcə görə xarakter təhlili” var:
“Bəzən açıq, incə və sosial, bəzən qapalı, təmkinli və
uzaqsınız. Başqalarına sirr vermənin doğru olmadığını düşünürsünüz. Dəyişiklik və müxtəlifliyi sevir, məhdudlaşdırmalarla qarşılaşmağı sevmirsiniz.
Kənardan disiplinli və kontrollu görünsəniz də daxilən narahatsınız. Xarakterinizin zəif tərəfləri olsa da bunları kompensasiya etməyi bacarırsınız. Öz xeyrinizə istifadə
etmədiyiniz böyük bir potensiyalınız var. Özünütənqidə
meyillisiniz. Digər insanların sizdən xoşlanmalarına və
sizə heyranlıq duymalarına ehtiyacınız var”. Ayrılıqda hər bir insan bu xüsusiyyətlərin onun bürcünə aid olduğunu asanlıqla düşünər, çünkü bunlar bütün insanların bölüşdüyü ortaq xüsusiyyətlərdir. Ulduzlara astrolojik olarak inananlar, ulduzların həm onların xarakterini müəyyən etdiklərinə həm də həyatları boyunca onların həyatlarını istiqamətləndirdiyinə
inanırlar.
18
Ulduz falına inananlar bir insanın anadan olduğu tarixə
görə ona müxtəlif ulduz topluluqlarının (bürclərin) müxtəlif təsirlər göstərdiyinə və bu təsirin ömür boyu davam etdiynə-bir növ bürc determinizminə- inanırlar.
Bizə ən yaxın ulduzlar Alfa Centauri sistemindəkilərdir.
Bu ulduzlar Günəşə 4.27 işıq ili məsafədədir (bir işıq ili, saniyədə 300,000 km yol qət edən işiğın bir ildə getdiyi yoldur, Alfa Centauridən bizə olan məsafə
40,000,000,000,000 km-dir). Bu qədər uzaqda olan bir ulduz insana hansı mexanizmlə təsir edə bilər? Ulduz falından danışılırsa, özü də bir ulduz olan günəşin təsirlərindən niyə bəhs edilmir? Mars və Saturn kimi planetlərin təsirindən danışılırsa niyə ulduz falı deyilir?
Bürcləri tərtib edənlər ulduzla planetin fərqini anlamamışdılar. Çünkü qədim dövrdə sadəcə
astronomiya inkişaf etmişdi, ulduzla planetin fərqini anlamaq üçünsə astrofizika bilmək vacib idi. Astrofizika yoxkən astronomik müşahidələri astrologiyanın xidmətinə vermək nisbətən asan idi.
İnsanları doğum tarixinə görə müxtəlif bürclərə
böldükdə təbiətin insanın yaratdığı təqvimdən xəbəri olmadığını yaddan çıxarmamaq lazımdır, insanların yaratdığı müxtəlif təqvimlər vardır və bunlar şərtidirlər.
Bürclər insan xarakterini müəyyən etsəydi cəmi 12 tip insan olardı və onları idarə etmək üçün bu qədər dinlər 19
və siyasi sistemlər icad edilməzdi, insanı anlamaq üçün humanitar elmlər bu qədər müxtəlif nəzəriyyələr ortaya atmazdılar, sosyal elmlərdə insanın davranışını hansı dərəcədə təbiətin, hansı dərəcədə sosial mühitin müəyyən etdiyi mübahisələri aparılmazdı. İnsan tamamən təbiətin əsəri olaraq qəbul edilərdi. Əgər 12
tip insan olsaydı onda 7 milyard insanın gündəlik həyatı cəmi 12 müxtəliflik göstərərdi, məsələn 600 milyona yaxın insan eyni gündə “ziyarətə getmək” məsləhətinə
əməl etməli olardılar.
Ulduzların teleskop kəşf olunmamışdan əvvəl müxtəlif bürclərdə toplanması da dəqiq sinifləndirmə deyildi, çünkü daha parlaq və uzaq olan ulduz daha yaxın və
sönük olan ulduzdan daha yaxın görünür. Bürclərə görə
ulduz falı hələ astronomiyanın astrologiyadan ayrılmadığı vaxtlarda yaranıb və müasir biliklər əsasında ulduz qruplarının insanlara təsiri mümkün hesab edilmir. Astrologiyanın elmiliyi aparılmış müxtəlif sınaqlarla rədd edilir (Carlson eksperimenti, Dean və
Читать дальше