Sara Oğuz - Beton evdən qeydlər

Здесь есть возможность читать онлайн «Sara Oğuz - Beton evdən qeydlər» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Жанр: foreign_contemporary, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Beton evdən qeydlər: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Beton evdən qeydlər»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

«Beton evdən yazılar» da Sara Oğuz şəxsiyyətə pərəstiş olunan bir dövrün ziyalı və sənət adamlarını necə manqurdlaşdırıb köləyə çevirməsini, istedadların bu təsirlərdən koralıb dəyərsizləşdiyini özünü danışıq və davranışları ilə ifşa edən obrazların yardımı ilə açıb göstərir.

Beton evdən qeydlər — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Beton evdən qeydlər», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Məncə, Azərbaycan ədəbiyyatında son qırx il, bəlkə də, daha artıq bir dövr ərzində qız və oğlan, üstəgəl dəniz düsturu neyləsən də, hara fırlatsan da axırda gəlib bərabər olacaq Təhminə və Zaur əhvalatına. Amma bu misalda düsturun cavabı qarşısına «anti» ifadəsini də əlavə etməli oluruq. Təhminə və Zaur dəniz sahilində bir-birinə qovuşmuşdular, amma "Çərxi-fələk" dəkı sevgililər tənha sahildə bir-birindən ayrılırlar. Yuxudakı gənc Ələkbər onunla dənizə getmək təklifini təbiətlə daha yaxından təmasda olmaq həvəsiylə qəbul edən Xədicəyə təcavüz edir, qızın ismətini ləkələyir. Amma buna qədər onlar bir-neçə dəfə beləcə təbiətin qoynunda görüşüb gəzişmiş, bir-birinə könül bağlamışdılar, biologiyadan, incəsənətdən, ədəbiyyatdan, hətta psixoanalizdən şirin-şirin söhbətlər etmiş, dil tapıb tapışmışdılar. Ətrafda görünən hər nə varsa, təbiət, yer-göy, hər şey onların birləşməsinə xeyir-dua verirdi. Bu boyda genişliyin, ümmanla asimanın birləşib rəvac verdiyi sevginin qarşısında İçərişəhərin qala divarları, ya Ələkbərin anasının "bu kənd qızlarını sən tanımırsan, onlarla səninki tutmaz" kimi sözləri nə edə bilərdi axı? Hər bir eşqin, sevginin zirvə nöqtəsi kişinin qadına təcavüzüdür, mədəni, ya qeyri-mədəni, qanuni, ya qeyri-qanuni, bizi təbiət belə yaradıb, əks təqdirdə, Ələkbər gərək heysiyyətsiz, impotent bir oğlan olaydı. Bəs onda sağlam təcavüz niyə belə faciəvi sonluğa gətirib çıxarmalıydı?

Belə gözəl, amma nakam sevgi əhvalatını oxuduqca bircə onu arzulayıb illah edirdim ki, təki sonda Ələkbərin tək qaldığı sahildəki meyit onun gəncliyində rastlaşdığı qız, Xədicə olmayaydı. Biz axı ciddi adamlarıq, ədəbiyyata münasibətimiz də ciddidir, belə zövqlə yazılan əsəri axırda "indiyski kino" ya çevirmək haqsızlıq olardı. Amma təəssüf, belə də oldu, Ələkbər eşidəndə ki, boğulan qadının adı Xədicədir, etmədiyi cinayəti bəhanə gətirib, özünü hüquq-mühafizə orqanlarına təhvil verir, qadını suda boğub öldürdüyü barədə yalan ifadə verir.

Amma mətnə bir daha qayıdanda, – adətən müəmmalı əsərləri oxuyandan sonra ən azı onu götürüb bir daha vərəqləmək, bəzi epizodları təkrarən nəzərdən keçirmək istəyirik, – "indiyski kino" sonluğunun büsbütün dəyişib tamam başqa bir finalla əvəz olunduğunu görürsən. Sən demə, Xədicə adlı qız və Ələkbərin onunla eşq macərası həqiqətdə olmayıb. Bu, sadəcə olaraq, yuxudur, vəssalam. Suda boğulanı diriltməyə çalışdıqları vaxt bu qadının şəhərdə dağlı məhəlləsində qaldığı, qardaşının vərəm xəstəsi, adının da deyəsən Xədicə olduğu barədə Ələkbərin qulağı qırıq-qırıq sözlər alır, sonra da tək qalıb mürgüləyəndə dağlı məhəlləsində kirayənişin qalan, qardaşı vərəm xəstəsi, adı da Xədicə olan gənc qız haqqında yuxu görür. Ya da onu ruh tutur. Əbəs yerə demirlər ki, ölü ilə tək qalanda yatmazlar. Hətta Freyd "Yuxuların yozulması" kitabında bir bədbəxt xəstənin başına gələn əhvalat barədə qeydlər edir. Gənc kişinin körpə balası ölür. Onu gecə bir otaqda qoyurlar və üstünə xristian mollası gətirirlər ki, bütün gecəni dualar oxusun. Yorulub əldən düşmüş kişi isə gedib qonşu otaqda kresloya oturur və dərhal yuxuya gedir. Yuxuda görür ki, körpə oğlan tabutdan qalxıb gəlir düz onun yanında durur və tənə ilə deyir: "Ata, bəs görmürsən ki, mən yanıram?". Ata hövlnak kreslodan sıçrayıb ayağa qalxır, o biri otağa keçib görür ki, molla yatıb, şamlardan biri isə tabutun üstünə düşüb uşağın bir hissəsini yandırıb. Bundan havalanan kişi dəfndən sonra uzun müddət bir sualı tutub elə hey təkrarlayır: "Yanğın olub-olub, bəs uşağın gəlib mənə tənə etməsi nə demək idi?". O elə bir sualın əsirinə çevrilib ki, bunun cavabı yoxdur. Kim axı yuxu ilə gerçəkliyin arasındakı əlaqəni təyin edə bilər?

"Çərxi-fələk" əsərində nəql olunan hadisə yay günü günorta vaxtı, Abşeronun qızmarında dəniz kənarında baş verən fantasmaqoriyadan başqa bir şey deyil. Bu mənim mütaliə versiyamdır. Əsəri başqa versiyalarda da oxumaq imkanı var. Amma ucuz melodramatik finalı fantasmaqoriya ilə əvəz etdikdə daha gözlənilməz, daha ciddi fəlsəfi-psixoanalitik və bir-birindən daha fərqli yozumlar üçün perspektiv açılır.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Beton evdən qeydlər»

Представляем Вашему вниманию похожие книги на «Beton evdən qeydlər» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Beton evdən qeydlər»

Обсуждение, отзывы о книге «Beton evdən qeydlər» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x