Babası yatağında oturmuşdu. Dəniz uşaq kimi babasını yedirdi sulu xörəkdən. Qızım bəsdir mən doydum, – Babasına: yox elə şey bax az qaldı. Babası gülümsəyərək, – Dənizə: unutmadım qızım, kiçikliyinizdə siz kəndə gələndə, rəhmətlik nənədə sizi belə yedirdərdi. Deyərdi açın ağzınızı baxın az qaldı, kişi bir anlıq kövrəldi kənara baxdı. Dəniz anladı, başını qatmaqçün – babsına: birazdan Mələk gələcək. Bax məndən hesab soraçaq baba, yedinmi – yemədinmi deyə. Yazığın gəlsin nəvənə, hadi aç ağzını az qaldı. Babası uşaq kimi dərdini unudub gülümsədi. Mələk qızımın mənimçün başqa yeri var qızım, çox mərd və güclü qızdır. Kəndimizin oğlanları ondan qorxub çəkinərdilər. Babası nəyisə xatırlayıb ürəkdən güldü. Dəniz baxdı gülümsədi, babasının uşaq kimi xasiyyətinə. Bilirsənmi bəzən əlindan almaq çətin olurdu döydüklərini. Gözləri yaşardı gülməkdən, Dənizin verdiyi yeməkdən yedi. Dəniz başını narazılıqla sirkələyib gülümsəyib, baxdı babasına.
Babasının evdə Dənizə danışdıqları gərçək olmuşdu, xəbərsiz idilər olanlardan. Mələk Səlimin əllərini – ayaqlarını bağlayıb, eləcə döşəmədə qoymuşdu qaldırmamışdı yerdən. Qabda su gətirib başının zərbə aldığı yerə tutdu. Səlim ofuldayıb – Mələyə: fərz et bundan sonra öldün sən. Mələk qalxıb getdi, az vaxdan qayıdıb əlindəki skoçdan açdı. Aşağı çöküb Səlimin ağzına kobutca yapışdrdı. Bayaqdan baş beynim getdi vır – vırından. Səlim dartınırdı əllərinidə aça bilmirdi. Mələk dəsmalı suda nəmlədib sıxıb, – Səlimə: tərpənmə dedim sənə, qalan boş başınıda yardıtma mənə. Səlimin üstü batmışdı su tökülüb. Mələk dəsmalı başına qoyub, Səlimin ciblərini axtardı. Telefonunu tapdı, Səlim danışada bilmirdi ağzı bağlı olduğundan. Əsəbindən az qala partlayacaq halda idi. Oh nə gözəl telefonun kodda deyil, boş başın çatmamış koda qoymağa. Mənə elə baxma, indən sonra heçdə catmaz, bilirsənmi niyə? çünki qalanıda mən vurduqdan sonra getdi. Telefonda son gələn və gedən zənglərə baxdı, zəng etdi son gələn nömrəyə. Alo şərəfsiz Səlim deyil qulaq as, indi dediklərimi edirsən anladınmı? etməssən Səlimini bir daha sağ görməssən.
Atası saatına baxdı, – Dənizə: qardaşın hardadır? Dəniz çiyinlərini çəkib bilmədiyini işarə etdi. Atası narahat oldu nədənsə, – Dənizə: Mələyə getməz elə deyilmi? Dəniz birdən kimisə görüb pərt halda baxdı. Atasıda dönüb baxdı, Səlimi ona yardım edən ikki oğlan, qollarını boyunlarına salıb gətirdilər. Atasıda, Dənizdə ayağa qalxdılar həyəçanla, nə oldu oğlum? indi gərcəkdən qəzamı etdin? narahat oldu. Bu anda arxadan Mələklə, Uğur gəldilər. Səlim halsız idi, başıda sarıqlı idi. Mələk arxadan gəlib Səlimin atasının qarşısında dayandı. Paşa bəy oğlunuzu təkrar mən bu günə qoydum, səbəbini sizə indi Uğur anlatar. Mən icazənizlə Murad dayıya baxım getdi, ardınca təçüblə baxdılar Mələyin. Atası tez yardım etdi oğlunu divana otuzdurdular. Dənizdə qardaşının yanında əyləşib, həyəcanla baxdı. Uğur gəlib qarşılarında dayanıb, əsəblə baxdı Səlimə və onu gətirən oğlanlara.
Mələk ehtiyatla qapını açıb gəldi kişi yatırdı, gəlib ehtiyatla yanında əyləşib baxdı. Kişi gözlərini açmadan – Mələyə: gəldinmi qızım? Mələk gülümsədi çarəsiz. Gəldim canım Murad dayım. Kişi gözlərini açmadan – Mələyə: bir neçə saat öncə Dənizə sən haqda danışdım, xatırlayıb çox güldüm. Mələk kişinin əlini tutub, nə danışdın Murad dayı? kişi gülümsədi. Dənizə danışdım sənin kəntdə yaramaz oğlanları necə döymən haqqında, hətta əlindən almaq çox çətin olardı. Mələk bir anlıq kənara baxdı, kişinin xəbəri yox idi nəvəsinin yaxşıca payını verdiyindən. Mələk – Kişiyə: bəzən yaramazlıq edənləri döyməyimə necə baxırsan? kişi gülümsəyib, yaramazları olar qızım. Mələk əlini üzünə çəkib, – kişiyə: bəzən yaramazları bir dəfə vurmaqla axıllanmırlar. Təkrar əl hərləməli olursan, kişi gözlərini açıb şüphəli baxışlarla baxdı. Mələk kənara baxdığında anladı, nə isə olmuşdu.
Uğur olanları anlatmışdı, atası oğluna çox əsəb olub acılamışdı. Səlim çarəsiz susrdu atasının qarşısında. Sən axlınımı oynatdın? zorla açarları götürüb evə gizlin girməkdə nə deməkdir? oğlum niyə bu qədər üzürsən məni. Səlimin başı ağrıyırdı gərçəkdəndə. Atası biraz yüksəkdən danışdığında, ikki əlləri ilə başını tuturdu. Atası – Səlimə: bilirsənmi nə var? o qızın əllərindən öpəcəm indi gedib. Vallahidə əllərinə sağlıq, illərdir mənim sənə edə bilmədiyimi etmiş, vallahidə bravo qıza. Səlimi kəssələr qan çıxmazdı. Birdən Dənizi gülmək tutdu, qardaşını Mələyin döyməsinə. Həmdə babası anlatmışdı Mələk haqda olanları. Səlim bacısına tərs – tərs baxdı. Dəniz – Səlimə: qardaşım düz ünvanına evə gəlsəydin vaxdında, babamın Mələk haqda anlatdıqlarını duyardın. Yəni səhv ünvana getməzdin. Dəniz ürəkdən qəh – qəhə cəkib, eyni babası kimi güldü. Uğur əsəbi idi Səlimə, Mələyin belə cəsarətli çıxıb Səlimin tək ağzının deyil, başnanda vuraraq payını verməsindən çox razı idi. Dənizə baxıb birdən Uğurda güldü. Gəlib əlini Səlimin çiyninə vurub, bir daha mənə bulaşma xala oğlu. Bax mənim necə dostum var, payını verib əllərinidə bağlayıb upakovka edib. Hələ ondan sonra mənidə qurtardı bir zəngii ilə, o bandit dostlarından. Düzü elə qorxaqlardan dost olmaz. Əsil dost mənim dostum kimi olar, gülüb getdi babasının yanına. Səlim dinmirdi, Dəniz gözlərini silib gəlib qardaşının yanaqlarından sıxıb, – Səlimə: yaraşıqlı qardaşım mənim. Gəl yardım edim gedək yerində yat. Səlim qalxmadı, – bacısına: səndəndə o gülməyinin heyifini alacam, unutma. Dəniz çiyinlərini cəkib – Səlimə: o zaman məndə səni Mələyə şikayət edərəm, yaxşıça əzişdirər səni. Yenə ürəkdən gülüb getdi. Səlim başına toxunmaq istədi başı ağrıdı, ofuldayıb baxdı əsəblə.
Səlimin Atası gəlib Mələyə haqq vermişdi, artıq olanları babasıda bilmişdi. Mələk Səlimin atasının qarşısında biraz xəcalət çəkdi. Kişi gülümsəyib, – Mələyə: qızım dedim axı haq olanı etmisən, əllərinə sağlıq. Birdən babası oturduğu yerində, Mələyin çiyninə alnını qoyub gülməyə başladı. Mələk kişinin bu gülüşünə hər zaman heyran idi, necədə ürəkdən gülürdü dərdini – ağrısını unudub. Bir qoluyla kişini qucaqlayıb, üzünü başına qoyub baxdı. Mələkdən başqa hamısıda yaşı anlayırdılar, Səlim artıq durmayacaqdı heyif almadan.
Geçə Uğurla evə gec gəldilər. Uğurun kerfi yaxşı idi, – Mələyə: dostum hələ inana bilmirəm. Evə gəldiyimdə Səlimin bağlı olduğunu gördüyüm gözümün önündən getmir. Uğur pencəyini divana atıb əyləşdi. Mələk mətbəxtdə gedib səsləndi, – Uğura: sənə çay – qəhvə? – Mələyə: sən içəndən dostum. Az vaxtdan Mələk sinidə iki fincan çaylarla gəldi, çayın birisini Uğura verdi əyləşdi. Uğur təşəkkür etdi, sinidən götürüb şirinyyat qabınıda Uğura yaxın qoydu. Uğur birdən gülməyə başladı, – Mələyə: ağzına skoc bağlamağın ayrı ləzzət elədi mənə. Mələk çayından içib, – Uğura: onun dır- dirina qulaq asacaq deyildim ki, kənt qarıları kimi vır – vır ağzı durmurdu. Uğur gülməkdən özünə hakim ola bilmirdi. Mələk zarafatla, – Uğura: oğlan o günü babasınada deyirdi, qanım sənin qanındandır filan, guya çəkmiş kənt tərəfimizə. Düz deyir çəkmiş, sadəcə kənt qarılarına. Allah saxlasın olar dır – dıra başladıqlarında. Uğur gülməkdən göz yaşlarını silib, – Mələyə: komediyasan dostum vallahi. Ancaq unutma, ondan ehtiyat etməyin gərəkir. Mələk çayını içərək baxmadan, – Uğura: mən niyə ki? mən tərəfdən problem olmadı. Mağazada xalan oğlu tərəfindən təcavüzə uğrayıb, huşsuz yatan mən deyildim. Hələ döşəmədə leş düşüb sərələnmiş Səlim bəyi demirəm. Siz məndən ehtiyat edin dostum. Uğur zarafatına yenə ürəkdən güldü. Vallah dostum səninlə savaşa belə gedərəm. İnan silahsız düşmənləri 10 dəqiqəyə upakovka edərsən. Mələk Uğurun uşaq kimi deyən sözlərinə, başını narazılıqla sirkələyib gülümsədi. Anacaq üzünü tez bir zamanda ciddi ifadə alaraq fikirə daldı. Uğur çayını götürüb içərək baxdı Mələyə.
Читать дальше