Abbasqulu Ağa Bakıxanov - Gülüstani İrəm

Здесь есть возможность читать онлайн «Abbasqulu Ağa Bakıxanov - Gülüstani İrəm» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Bakı, Год выпуска: 2018, ISBN: 2018, Жанр: Исторические приключения, foreign_edu, Прочая научная литература, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Gülüstani İrəm: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Gülüstani İrəm»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

A. Bakıxanova qədər, Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə təsadüf olunurdu. A. Bakıxanov ilk dəfə olaraq, bu pərakəndə materialları toplamış və onlara əsasən «Gülüstani-İrəm» adlı əsərini yazmışdır.
Gülüstani-İrəm XIX əsrin birinci yarısında Azərbaycan tarixi haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Bu əsər, şübhəsiz, oxucular və Azərbaycan tarixini öyrənənlər üçün qiymətli bir qaynaq olacaq.

Gülüstani İrəm — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Gülüstani İrəm», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Dağıstanda olan bir çox xalqların və əmirliklərin müxtəlif dilləri və hesabsız ləhcələri vardır. Bunlardan 5 dil ümumiyyətlə daha çox işlənir.

1) Qumuq ləhcəsilə olan türkcədir. Bu dil Qaytağın aşağı hissəsində, şamxal mülkündə və Qumuqda olan bütün düzlərdə işlənməkdədir. Bununla bərabər, başqa yerlərin əhalisindən bir çoxu da bu dili bilir.

2) Avar dilidir. Bu dil bütün Avarıstana yayılmış və bir çox xalqlar arasında işlənməkdədir. Sair qəbilələrdən bir çoxu da bu dili bilir.

3) Beş Aqquşa mahalının dilidir. Bu dil Sürhidə və Qaytağın yuxarı mahallarında müxtəlif ləhcələrdə danışılır.

4) Qaziqumuq dilidir. Bu dil həmin ölkəyə məxsusdur.

5) Mıçıqıç dilidir. Bu dil həmin ölkəyə və bu ölkənin yuxarı nahiyələri olan Şübut, Carili və sairə məxsusdur.

Zumtal, Baqtulal, Camalal, Əndib, Qapuçay, Ansux, Cəniq, Zaxur, Auvax, Qabalal camaatı və Qaziqumuğa mənsub olan Köbəçi, Ərçub kəndləri və bunlardan başqa bir çoxları müxtəlif dillərə və ləhcələrə malikdirlər. Bu xüsusda təfsilat vermək üçün ayrıca tədqiqat aparmaq lazımdır.

Ermənilər və yəhudilərdən başqa, Şirvanın bütün əhalisi islam dinində olub, bəzisi şiə və bəzisi sünnidir. Bakı ölkəsi tamamilə, Dərbənd əksəriyyətlə, Şirvanın yarısı, Salyanın hamısı, Şəki və Qubanın bir hissəsi şiə məzhəbdir. Şirvanın yarısı, Şəki və Qubanın çoxu, Dərbəndin azacıq bir hissəsi, bütün Təbərsəran, Kürə, Miskincəni çıxdıqdan sonra Samur nahiyəsi və Dağıstanın hamısı sünnidir. Bu məzhəb burada iki şöbədən olub, biri hənəfi və digəri şafiidir. Quba, Şəki və Şirvanda bunların hər ikisindən vardır. Samur, Kürə, Təbərsəran nahiyələri və Dərbəndin sünni hissəsi, bütün Dağıstan kimi şafii-məzhəbdirlər.

Əgər bu ölkənin qəbilələri, kəndləri, binaları və qədim asarı heniş bir surətdə tədqiq edilərsə əhalinin mənşəyini təyin etmək mümkün olacaqdır.

Birinci fəsil

Islam dövlətinin zühurundan ərəb qoşununun gəlməsinə qədər Şirvan və Dağistan ölkələrində baş verən qədim hadisələr haqqinda

Məlum olduğu üzrə, bütün tarixçilər yazırlar ki, insan nəslinin birinci yurdu Babil ölkəsi olmuşdur; Nuhun tufanı da, burada baş vermişdir.

Məhəmməd ibni-Cərir Təbəri [30] Məhəmməd ibni Cərir Təbəri – IX əsrin ən məşhur tarixçisidir. Hicri 224-cü (=838/39) ildə Təbəristanın Amül şəhərində anadan olmuş və 310-cu (=923) ildə Bağdadda vəfat etmişdir. «Tarixülüməm vəlmüluk» və eyni zamanda «Əxbarürrüsül vəlmüluk», «Tarixi-Cəfəri» və «Tarixi-Təbəri» adı ilə də məşhur olan əsəri ən mühüm tarixi mənbələrdən sayılır. öz tarixində deyir: «Atəşpərəstlər ümumi tufana inanmırlar». İslam tarixçilərinin bəzisi isə ümumi tufanın Babildə, İraqda, Şamda və Yəmənə qədər olan ölkələrdə baş verməsi qənaətindədirlər. Həmdüllah [31] Həmdulla Mustovfi Qəzvini – elxanilər dövründə yetişən məşhur tarixçilərdən biridir. Təqribən hicri 680-ci (=1281/82) ildə anadan olmuş və 750-ci (=1349/50) ildə vəfat etmişdir. Həmdullah biri coğrafiyaya və ikisi tarixə aid olmaqla üç əsər yazmışdır. Bunlar da: «Nüzhətülqülub», «Tarixi-güzidə» və «Zəfərnamə» adlı əsərləridir. Onun ən mühüm əsəri «Tarixi-güzidə» sidir. «Tarixi-güzidə» adlı əsərində yazır: «Bəzilərinin dediyinə görə, tufan ancaq Ərəbistan yarımadasında olmuşdur. Çin əhalisi və türklərdən bəzisi ümumi tufanı danırlar». Osmanlı sultanlarının nəsəblərindən bəhs edən bir Təbəqat kitabında onların nəsli türk xanlarına və buradan da Nuha, Adəmə gedir çatır.

Ümumiyyətlə, ya tufan səbəbinə, ya da başqa bir hadisəyə görə, yaxud törəyib artdıqlarından yaşayış vəsaiti artırmaq üçün, cənub hissəsində yaşayan bir cəmiyyət dünyanın hər yerinə dağılmışdır. Bununla əlaqədar olaraq Şərq və Şimal ölkələri Yafəs nəslinə, Afrika və Hindistanın isti tərəfləri Ham övladına, Ərəb, İran və Rum ölkələri də Sam silsiləsinə mənsub olmuşdur.

Hicri IX əsrin axırlarında yazılmış Rövzətüssəfa kitabına görə, cənub ərz dairəsinin 14-cü dərəcəsinə qədər, Okyanus dənizində abad cəzirələr vardır ki, onların sakinləri də Sam nəslindəndir.

Nuhun bu üç oğlu, bəzilərinin rəyincə, qəbilə rəisləri sayılırlar, əgər bunlar tək olsaydılar, bu qədər uzaq məsafəyə gedə bilməzdilər. Bəziləri də, Yafəsin İranın və bütün Sam nəslinin birinci padşahı olan Kəyumərsin müasiri və türklərin ilk hökmdarı kimi tanıyırlar.

Güzidə və Xülasətüləxbar [32] «Xülasətüləxbar» – Xandəmirin əsəridir. O, babasının «Rövzətüssafa» adlı əsərini ixtisar edərək «Xülasətüləxbarı» yazmışdır. müəlliflərinin rəyinə görə, Yafəsin səkkiz və Rövzətüssəfa müəllifinin yazdığına görə, on bir oğlu olmuşdur:

1. Türkdür. Yafəsin böyük oğlu və vəliəhdi olub, ədalətli və rəiyyətpərvər bir padşah idi. Bütün Yafəsin qəbilələri bunun adı ilə – türk adlanırlar. Atasının vəfatından sonra, özü üçün Türküstanda isti və soyuq bulaqlı bir çox otlaqlar seçmişdir. Əvvəlcə ağac, qamış və otdan özü üçün qərargah və daha sonra heyvanat dərisindən çadır və otaq düzəltdirmişdir. Bu yer Suluq adlanır, Zəfərnamədə [33] Şərəfəddin Əli Yəzdinin əsəridir. Teymur dövrünün tanınmış tarixçisidir. Yəzd şəhərində anadan olmuş və hicri 858-ci (=1454) ildə vəfat etmişdir. Onun yazmış olduğu «Zəfərnamə», Teymurun tarixi hadisələrini təsvir edən mənbələr içərisində mühüm yer tutur. Teymurun tarixinə aid «Zəfərnamə» adlı iki əsər daha vardır. Bunlardan biri Nizaməddin Şaminin «Zəfərnamə» sidir. Bu kitab Teymur zamanında və onun əmrilə yazılmışdır. İkinci də məşhur Əbdürrəhman Caminin bacısı oğlu Hatifinin mənzum «Zəfərnamə» sidir. Hatifi, «Teymurnamə» adı ilə də adlanan bu əsərini Şərəfəddin Yəzdinin tarixini əsas tutaraq nəzmə çəkmişdir. isə Suluqay şəklində qeyd edilmişdir.

Karamzin və başqalarının yazdıqlarına görə, İrtış və Yayıq çaylarının kənarlarında yaşayan türklər güclü bir tayfa olmuşlar. Bunlar Çin və İran ölkələrinə basqın edirdilər. Miladi 580-ci ildə Qara dənizin şimal-şərq sahillərini Krım ölkəsinə qədər istila etmişdilər. Lakin o ildə, Avar tayfası ilə etdikləri müharibə nəticəsində, bu yerlər əllərindən çıxmışdır.

Rum qeysəri Tiberinin elçisi dost olduqlarını bildirmək üçün türk xanının yanına gəlmişdi. Xan ona dedi: «Siz o rumlular deyilsiniz ki, on dildə danışıb hamısı ilə də insanları eyni dərəcədə aldadırsınız? Biz türkük, yalan və aldatmaq bilmərik; bunu da bilməlisiniz ki, mən sizin padşahınızdan intiqam almaq üçün fürsət axtarıram. O öz dostluğu ilə məni arxayın etmək istəyir, lakin bizdən qaçan avar qullarımızı himayə edir. Deyirsiniz, sizin məmləkətə ancaq Qafqazdan keçmək olar. Mən Don və Dnepr çaylarının yataqlarını öyrənərək, avarların Rum ölkəsinə haradan və necə keçmiş olduqlarını təyin edəcəyəm, eyni zamanda sizin gücünüzü də biləcəyəm. Bilməlisiniz ki, məşriqdən məğribə qədər bütün aləm mənim itaətimdədir…»

Miladi 581-ci ildə, türk ölkəsi şərqi və qərbi deyə iki yerə bölündü. Bu ölkələrin hər ikisi müxtəlif tayfalarla olan müharibələr nəticəsində zəif düşdü. Sonralar yenə (qüvvət tapıb) hər tərəfdən baş qaldıraraq, bütün ətrafı fitnə və fəsad ilə doldurdular.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Gülüstani İrəm»

Представляем Вашему вниманию похожие книги на «Gülüstani İrəm» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Baker Nicholson - A Box of Matches
Baker Nicholson
Richard Baker - The Shadow Stone
Richard Baker
Keith Baker - The Queen of stone
Keith Baker
Алистер Маклин - The Satan Bug
Алистер Маклин
Cəfərzadə Əzizə - Bakı-1501
Cəfərzadə Əzizə
Hüseynqulu Sarabski - Köhnə Bakı
Hüseynqulu Sarabski
Saryal İsmayıl - Bakı rüzgarı
Saryal İsmayıl
Alexander Stania - Icecore
Alexander Stania
Saša Stanišić - Orígens
Saša Stanišić
Отзывы о книге «Gülüstani İrəm»

Обсуждение, отзывы о книге «Gülüstani İrəm» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x